141 YAŞLI AZƏRBAYCAN MƏTBUATI...

 

Elçin Mirzəbəyli: "Mətbuatımız ölkə başçısının diqqətinin qarşılığında daim Azərbaycanın dövlət, milliictimai maraqlarını hər şeydən üstün tutacaq

Rəşad Məcid: "Azərbaycan mətbuatını öz çiyinlərində daşıyan insanlar var. Həqiqi istedadlı, vətənpərvər jurnalistlərimiz çoxdur

Osman Gündüz: "Əsas uğurlar ondan ibarətdir ki, bu illər ərzində bizdə internet media formalaşıb”

Bu gün Azərbaycanda Milli Mətbuat günüdür. Mətbuat bayramının məhz bu gün qeyd olunması Azərbaycan xalqının ilk mətbu orqanı olan "Əkinçi” qəzetinin nəşrə başlaması tarixinə əsaslanır. Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi böyük çətinliklərdən sonra 1875-ci il iyulun 22-də Bakıda ana dilində "Əkinçi” qəzetinin ilk sayını nəşr etdirə bilib. Bütün Qafqazda əks-səda doğuran "Əkinçi” qəzeti 1875-1877-ci illər ərzində nəşr edilib və cəmi 56 sayı işıq üzü görüb. Ancaq bu qəzetin Azərbaycan mətbuatının formalaşmasında müstəsna əhəmiyyəti olduğu bildirilir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Prezidentinin sərəncamı ilə "Əkinçi” qəzetinin nəşrə başladığı gün - 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunmağa başlayıb. Hər ilin bu günü ölkədə rəsmi və qeyri-rəsmi tədbirlər keçirilir, mətbuat işçiləri müxtəlif mükafatlarla təltif edilir.Qeyd edək ki, "Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Azərbaycanda maarifçilik hərəkatının formalaşmasında əsas rol oynamış "Əkinçi”nin əsas məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə, tərəqqiyə çağırmaq, onun elmi-mədəni səviyyəsini yüksəltmək olub. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli

ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayan Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini verib. Yarandığı 141 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçib. Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə malik olması, Şərq və Qərb sivilizasiyasının qovuşduğu məkanda formalaşmış mədəniyyəti demokratik milli mətbuatın gələcək inkişafı üçün möhkəm zəmin yaradıb. Məlum olduğu kimi, mətbuatın ilk növbədə funksiyası cəmiyyəti obyektiv, tərəfsiz və qərəzsiz informasiya ilə təmin etməkdir. Bu, ancaq o hallarda pozula bilər ki, ortada ümumi ictimai, milli və dövlətçilik maraqları olsun. Belə hallarda, ümumxalq maraqları naminə müəyyən məsələlərdə bəzi informasiyaları cəmiyyətin maraqlarına uyğun şəkildə təqdim etmək olar. Amma bundan başqa, heç bir halda jurnalist öz prinsipiallığını heç bir siyasi qrupun maraqlarına, heç bir maraqlı xarici dairələrin tələblərinə və onların istəklərinə güzəştə getməməlidir. Yalnız bu halda millət kimi biz inkişaf edə bilərik və bu da nəticə etibarilə milli mətbuatımızın da inkişafına gətirib çıxara bilər. Əlbəttə ki, Azərbaycan mətbuatının zəngin tarixi ənənələri mövcuddur. Əgər bir qədər geriyə qayıtsaq, 1875-ci ildə milli mətbuat yaratmağın hansı şəraitdə mümkün olduğunu gözümüzün önündən keçirsək, görəcəyik ki, o dövrdə olan istər siyasi, iqtisadi, sosial şərtlər, istərsə də intellektual və maliyyə şərtləri arzuolunan səviyyədə deyildi. Siyasi müstəqilliklə bərabər, digər bütün müstəqillikləri, yəni, iqtisadi, maliyyə, ideoloji, mənəvi, mədəni və s. müstəqillikləri olmayan bir ölkənin, məhz işğal altında bir mətbuat nümunəsi yarada bilməsi tarixi nöqteyi-nəzərdən mühüm bir hadisə idi. Bu şərtləri nəzərə alsaq, Azərbaycanın böyük ziyalısı Həsən bəy Zərdabinin nə qədər ağır, çətin şərtlər altında tarixi bir missiyanı həyata keçirməyi bacardığını daha aydın dərk edərik. Hesab edirik ki, o dövrdə Həsən bəy Zərdabi tərəfindən "Əkinçi” qəzetinin çap etdirilməsi həm də bir neçə onillik sonra müşahidə edəcəyimiz milli düşüncənin, siyasi, ideoloji dünyagörüşünün əsaslarını təşkil edib. Bundan sonrakı Azərbaycan mətbuatı müxtəlif mərhələlərdə müxtəlif tendensiya və istiqamətlər üzrə inkişaf edib, dövrün spesifik xüsusiyyətlərinə uyğun üzərinə götürdüyü məsuliyyətli vəzifəni uğurla yerinə yetirməyə çalışıb.

141 yaşlı Azərbaycan mətbuatı ilə bağlı fikirlərini öyrənmək üçün bir neçə baş redaktorla əlaqə saxladıq.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, 141 yaşlı Azərbaycan mətbuatı deyəndə onun nəzərində müdriklik mərhələsini ötüb keçmiş, eyni zamanda ruhən gənc, çevik bir mətbuat canlanır: "141 heçaz müddət deyil. Xüsusən də, Şərq mətbuatı üçün bu, kifayət qədər böyük tarixdir. "Əkinçi” qəzetinin fəaliyyətə başladığı dövrə və ondan sonrakı mərhələyə nəzər salıb, bu gün üçünaktual olan mövzulara nəzər salsaq, Azərbaycan xalqının potensialının nə qədər yüksək olduğunu görərik. Hələ 141 il bundan öncə Azərbaycanda ekoloji problemlərdən tutmuş texnologiyanın inkişafına kimi böyük bir mərhələni görməyi bacaran, bu məsələlərlə bağlı xalqına mesajlar verən insanlar olub. Bu, bizim üçün kifayət qədər qürurlandırıcıdır. Sözün həqiqi mənasında mətbuat tariximizlə fəxr etməliyik və edirik də. Zərdabidən başlayan bu keşməkeşli mətbuat yolu tarixin bütün mərhələlərində öz mübarizliyini və missiyasını qoruyub saxlayıb. Hətta sovet dövründə belə Azərbaycan xalqının milli maraqlarına xidmət edən, üstü örtülü şəkildə də olsa, xalqımızın milli-vətənpərvərlik ruhunu qoruyub saxlamağa çalışan mətbu orqanlarımız olub. Azərbaycan mediası yarandığı gündən bu vaxta qədər Azərbaycan xalqının aparıcı hissəsi, lokamotivi olub. Bu günta əvvəldən qarşıya qoyduğu missiyasını ləyaqətlə yerinə yetirməkdədir”.

Dövlətin milli mətbuatla bağlı yeritdiyi siyasəti yüksək qiymətləndirən baş redaktor deyib ki, Azərbaycan Prezidenti hər zaman mətbuata diqqət və qayğı ilə yanaşıb. Mətbuatın yubileylərinin keçirilməsi ilə bağlı bir neçə dəfə sərəncamlar imzalayıb. Eyni zamanda, Azərbaycan mətbuatının inkişafına səbəb olan, real nəticədə bu inkişafı ortaya qoyan, Azərbaycan jurnalistlərinin sosial, mənzil problemlərinin həlli istiqamətlərində atılan addımlara imkan yaradan bir sıra sərəncamlar imzalanıb. Bu sərəncamların hər biri Azərbaycan mediasının Azərbaycan xalqı və dövləti üçün son dərəcə əhəmiyyətli olduğuna dair cəmiyyətə ünvanlanmış bir mesajdır. Hesab edirəm ki, mətbuatımız da ölkə başçısının bu diqqətinin qarşılığında daim Azərbaycanın dövlət, milliictimai maraqlarını hər şeydən üstün tutacaq. Öz obyektiv və qərəzsizliyinə sadiq qalaraq, ona olan ümidləri doğrultmağa çalışacaq” .

E.Mirzəbəyli qeyd edib ki, Azərbaycan dövləti həm jurnalistlərin sosial problemlərinin həllində, həm medianın layihələr vasitəsilə maliyyələşməsində, mətbuata edilən birdəfəlik yardımlarda, jurnalistlərin təltif edilməsində və digər məsələlərdə insanların mövqeyinə, dünyagörüşlərinə, siyasi baxışlarına fərq qoymayıb: "Bu da Azərbaycanda söz azadlığının, demokratik düşüncənin, fikir plüralizminin nə qədər önəm kəsb etdiyinin göstəricisi kimi dəyərləndirilməlidir”.

"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də öz növbəsində ölkə Prezidenti İlham Əliyevin milli mətbuatın inkişafına göstərdiyi diqqət və qayğının istər Azərbaycan ictimaiyyətinə, istərsə də dünya ictimaiyyətinə məlum olduğunu deyib: "1875-ci il iyulun 22-sini Azərbaycan xalqının, cəmiyyətinin həyatında mühüm bir dəyişiklik və intibah dövrünün başlanğıcı kimi qiymətləndirirəm. İlk qəzetin nəşri sonrakı dövrlərdə yaranan maarifçilik ideyalarının oyanmasına, böyük mütəfəkkirlərimizin, nəhayət, demokratik cümhuriyyətin yaranmasına gətirib çıxarıb. Onu da deyim ki, Sona xanım Vəliyevanın Azərbaycan milli mətbuatın banisi Həsən bəy Zərdabinin həyatından bəhs edən "İşığa gedən yol” romanını mətbuat üçün ən sanballı hədiyyə hesab edirəm. Romanda o dövrdə baş verən hadisələr, ilk mətbuatımızın yaranmasından söhbət gedir. "Əkinçi”dən başlayan milli dövlətçilik ənənəsi sovet dövründə də, bu gündavam edir”.

Azərbaycan mətbuatının "Əkinçi” ənənələrini davam etdirərək inkişaf etdiyini vurğulayan R.Məcid Azərbaycan xalqının dünyagörüşünün formalaşmasında, Zərdabi ənənələrinin davam etdirilməsində mətbuatın böyük rolu olduğunu düşünür: "Bizdə indi müstəqilik və milli mətbuat formalaşıb, inkişaf edib. Azərbaycan mətbuatı bu nailiyyətləri əldə etmək üçün keşməkeşli yollar keçib. Bu gün Azərbaycan mətbuatını öz çiyinlərində daşıyan insanlar var, iqtisadi çətinliklərə, reket jurnalistlərin həddindən artıq olduğundan bəzi hallarda mətbuata inamın itirilməsinə baxmayaraq həqiqi istedadlı, vətənpərvər jurnalistlərimiz çoxdur. Bu bayram münasibətilə də əsas təbrik həmin jurnalistlərə düşür. Jurnalistikanın ağır əməyini öz çiynində daşıyan bütün jurnalistləri bir daha təbrik edirəm və inanıram ki, mətbuatımız bundan sonra da öz ənənələrinə sadiq qalaraq daha böyük uğurlar qazanacaq”.

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz isə 141 yaşlı Azərbaycan mətbuatı ilə bağlı bunları deyib: "Mənim gördüyüm əsas uğurlar ondan ibarətdir ki, bu illər ərzində bizdə internet media formalaşıb. Yəni onlaynsosial media sahəsi təkmilləşib. Bu, bütövlükdə Azərbaycan mediasında bəlkə də ən qiymətləndirilməli və dəyərləndirilməli haldır. Bir neçə il bundan öncəyə baxsaq qəzetlər, jurnallar ictimai rəyə təsir edə bilmirdi. Həm iqtisadi, həm digər cəhətdən ölüb getməkdə idi. Amma belə bir zamanda sosial media ortaya çıxdı. Qəzetlər, "oflayn” xəbər resursları, KİV resursları sosial mediaya inteqrasiya elədilər. Az qala ölüb getməkdə olan qurumlar özünü sosial mediaya inteqrasiya eləyib.

Əvvəllər onun "oflayn” versiyasını 100-200 nəfər oxuyurdusa, sosial mediaya inteqrasiya eləməklə, 10000 nəfər oxudu və özlərinə geniş auditoriya qazanıb. Bu, Azərbaycan jurnalistikasının ən böyük uğurudur. İnteqrasiya Azərbaycan KİV-nin yenidən nəfəs almasına səbəb olub. Mən hesab edirəm ki, son illərdə əldə olunan uğur Azərbaycan sosialinternet mediasının bir infrastruktur kimi formalaşması və ictimai rəyə ciddi təsir edəcək qüvvəyə çevrilməsi kimiyadda qala bilər”.

 

Şəymən

Şərq.- 2016.- 22 iyul.- S. 11.