“Nə yaxşıkı kı, teatrda Azərpaşa  Nemətov  var

 

Rafik Əzimov: “Milli Dram Teatrı uçurumda idi, o qaytardı

Efirdə, mətbuatda, orda-burda danışmaqdansa, mənim aləmimdə səhnədə fəal olub, aktyorluğunu sübut etmək yaxşıdır

 

Azərbaycan teatr kino sənətinin görkəmli aktyorlarından sayılan Xalq artisti Rafik Əzimov maraqlı açıqlamaları, bu gün sənət aləminə öz baxışı ilə diqqətimizi çəkdi. Xalq artisti "Şərq”ə müsahibəsində teatr sənətindən danışıb.

- Necəsiz, Rafik müəllim? Teatrda indi ab-hava necədi?

- Sağ olun. Şükür yaxşıyam. Teatrda ab-hava çox yaxşı. Yəqin deyirsiz gərginliklər bitdi, ya yox. Bu gün teatrda sənət aləminə uyğun ab-hava var. "Ölülərkomediyasını təhvil verdik. Eyni zamanda "Müfəttiştamaşası üzərində işləyirik. İnşallah, ayın axırına kimi bu tamaşanı da təhvil vermək nəzərdə tutulub. Bir İyoneskonun "Stullarəsəri üzərində işləyirik. Absurd teatrdı. Yəqin ki, bu mövsümə "Stullar”ı təhvil verə bilərik. Gələn mövsümə hazır olacaq. Məşqlərə başımız qarışıb.

- Son illər teatrlara tamaşaçı marağı azalıb. Buna teatr mütəxəssislərinin öz yanaşması, tamaşaçının öz bəhanəsi var deyə bilərik. Bəziləri yaxşı tamaşanın olmaması ilə izah edirsə, bir qism güclü yeni, müasir əsərlərin olmaması, digərləri isə zəif aktyor oyunu, hətta internetin, sosial medianın həyatımıza daxil olması ilə əlaqələndirməyə çalışırlar.

- Əslində bu köhnə bayatılardı. Bəzən tamaşaçılar teatra gəlməmələrinin səbəbini deyəndə ilk əvvəl bir söz deyirlər. "Yaxşı tamaşa yoxdu”. İndi həmin tamaşaçılara mən sual verirəm ki, siz axırıncı dəfə teatrda vaxt olmusuz? Səmimiyyətimə inanın bəziləri deyir ki, mən yeni teatrda olmamışam. Yəni teatrdan xəbərsiz insan teatrı necə pisləyə bilər axı? Sən gəl, tamaşaları izlə, sonra nəticə çıxarmaq haqqın olsun. Mənim fikrimcə, pis deyilən tamaşaya da baxmaq lazımdı, yaxşı düşünən tamaşa haqqında da baxıb fikir söyləmək lazımdı. Gəlib baxdıqdan sonra seçim imkanın olur, səndə yaxşı ya pis təəssürat yaranır. Niyə pisdi? Bəlkə əsər dramaturji baxımdan zəifdi, ya həqiqətən rejissor işi tamaşaçını qane etmir, ya da aktyor oyunu zəifdi. Bunu demək haqqqını o zaman əldə edirsən ki, zəif yaxşı tamaşanı izləyirsən, fərqli görürsən, səndə tamaşa haqqında rəy formalaşır. Siz gəlin bizim son tamaşamız olan "Ölülərkomediyasına baxın, sonra teatr barədə fikir deyin. İnanın, son tamaşamızın, yəni "Ölülər”in ictimai baxışı oldu. İctimai baxış çox çətin, məsuliyyətli bir təqdimatdı. Aktyor da, rejissor da tamaşanın ictimai baxışı zamanı ikiqat həyəcanlı məsuliyytli olur. Çünki zəhmətin dəyəri verilir həmin gün. Neçə vaxt əziyyət çəkirsən, zəhmət töküb tamaşa təqdim edirsən, sənin oyununa, tamaşanın quruluşuna qiymət verilir. Məşq prosesinin özü bu tamaşada o qədər maraqlı idi ki, biz əvvəldə təəssüratı görə bilirdik. Elə oldu. İctimai baxış çox yüksək səviyyədə qəbul olundu.

 

Premyeraya nazir özü , Elçin Əfəndiyev gəlmişdilər. Onlar bir ağızdan dedilər ki, siz Cəlili (Məmmədquluzadə) bizə yenidən qaytardız. Ədalət Vəliyev Fərhad Bədəlbəyli ilə Çexoslavakiyadakı səfərlərindən birbaşa tamaşanın premyerasına gəlmişdilər. Onlar da yüksək fikirdə olduqlarını dilə gətirdilər. Bildirdilər ki, bəli, biz Azərpaşa Nemətovu teatra baş rejissor təyin etməkdə yanılmamışıq. Bu tam düzgün seçim idi.

- Əslində bir az da gecikmiş qərar deyildimi?

- Ay sağ olun. Tam razıyam. Haqlısız. Bəlkə gecikmiş bir qərar idi. Amma yaxşı ki, bu gün Azərpaşa Nemətov teatrda var. İnanın mənə ki, tam səmimi deyirəm. Mən Azərin atası ilə institutda bir yerdə çalışmışıq. Yəni teatra yad insan deyil, teatr dünyasından tam xəbəri olan sənətkardı. Onun hələ illər öncə, gənc vaxtlarımızda teatrlarda qoyduqları tamaşaların qədər maraqla qarşılandığının şahidi olmuşam. Çünki üzr istəyirəm, yoldaşım da o vaxtlar Gənc Tamaşaçılar Teatrında çalışırdı, Azərin səhnəyə qoyduğu tamaşaları çox görmüşəm. Azərin dəsti-xətti fərqli olub hər zaman. Akademik Milli Dram Teatrında da onun qoyduğu əsərlər hər zaman fərqli olub. Şekspirin "Hamlet” tamaşası o qədər maraqla qəbul olundu ki, uzun müddət o tamaşadan danışıldı. Ulu öndərimiz Heydər Əliyev o tamaşanın premyerasına gəlmişdi o zaman. Mən yalandan yaltaqlanmağı sevən insan deyiləm. İndi təqdim etdiyimiz tamaşalar göz qabağındadır. Azər teatra yeni nəfəs gətirib. Mən nazirimiz Əbülfəz Qarayevə dedim ki, biz bax belə teatr arzulayırdıq. Tamaşaya baxanlar da deyir ki, bəli, siz keçmiş teatrı özümüzə qaytarırsız. Bizim günlərimiz gedir. Bir var yaxşı tamaşalar hazırlansın, bir var tamaşa xətrinə nəsə təqdim edəsən. Tamaşaçı niyə küsüb teatrdan getsin ki? Zəif tamaşaya mən baxmaram. Bəzi seriallarımız var e, indi çoxalıblar. Primitiv, ucuz, sənətdən uzaq. Ona tamaşaçı necə maraq göstərsin. Mən istəməzdim ki, Akademik Milli Dram Teatrı o serialların səviyyəsinə düşsün. Necə ki, teatr həqiqətən uçurumda idi o səviyyəyə düşməyə hazırlaşırdı. Azərpaşa Nemətov Akademik Milli Dram Teatrını uçurumdan qaytardı.

- Sizi seriallara necə dəvət edirlər?

- Bilirsiz necədir? Mən baxıram hərdən çəkilən seriallarımıza, təəssüflənirəm. Düzdü, bəzilərində bir nəsə hərəkət var, nəsə bir az maraq yarada bilən köz görünür. Amma çox azdı. Əksəriyyətində bunu görmürəm. Mənim üçün tamaşaçı rəyi də önəmlidir. Sənəti bilən tamaşaçı rəyi maraqlıdır. Bəzən tamaşaçıların mənə ünvanladığı sual bu olur ki, "Rafiq müəllim, hanı əvvəlki illər? Hanı o filmlər? Bax bu, adama təsir edir. Bilirsiz, yaxşı kinomuz, teatrımız olub deyirik. Bax, yaxşı dramaturgiyanı da, rejissoranı da, aktyor plastikasını da bu torpaq yetişdirib. Axı buna imkanımız var. Niyə bu bünövrəni dağıdaq?

 

- Bu gün teatr sahəsində olanların böyük qismi həm də problemi müasir dramaturgiyanın olmaması ilə izah edirlər. Müasir yazarları qınayırlar ki, teatra maraqlı dramaturji əsərlər təqdim etmirlər.

- Tamamilə doğrudur. O dramaturqlar ki, bizə vaxtında maraqlı teatr əsərləri təqdim ediblər. Biz bu günonlardan istifadə edirik. İlyas Əfəndiyev, Elçinin əsərləri niyə sevilir? Çünki orada peşəkar dramaturgiya var. Mənim fikrimcə, zəif dramaturji əsəri səhnəyə qoymaqdansa, elə klassik əsərlərə müraciət etmək daha yaxşıdır. Klassik əsərləri də müasir quruluşda maraqlı şəkildə təqdim etmək olar. Varmı müasir dramaturji əsərlər ki, onları səhnəyə qoysunlar? Ucuz ətin şorbası olmur. Primitiv müasir əsəri səhnəyə qoymaqdansa, klassikaya üz tutmaq yaxşıdır. Bizim Cəfər Cabbarlımız, Cəlilimiz, Cavidimiz var, dünya klassiklərimiz, Şekspir dramaturgiyası, Şillerimiz var. Necə ki, "Ölülər” Azərpaşa Nemətovun quruluşunda qapıları tamamilə başqa açarla aça bildisə, eləcə də digər klassik əsərlərə müraciət etmək lazımdı. Bəli, müasir dramaturgiya olmalıdır. Yaranmalıdır. Amma bu gün zəif əsəri səhnəyə qoymaq vacib deyil. İndi dramaturqlar ki var idi, müasir əsərlər yazardı. İndi onlar yoxdu. Biz çıraqla elə əsərlərin sorağına çıxıb axtarırıq. Yenə deyirəm ki, zəif əsəri tamaşaya qoymaq teatr peşəkarlığına ziddi. Əvvəlki rəhbərlik müasirlik adı ilə teatra rejissorlar dəvət etdi, müasir dramaturgiya adı ilə nə isə etməyə çalışdı. Nəticə də göz qabağında oldu. Teatr çökdü. Akademik Milli Dram Teatrı az qala özünə olan hörmətdən məhrum qaldı. İndi hanı o tamaşalar? Mən bu yaşımda "Ölülər” tamaşasında cavanlardan geri qalmıramsa, demək, dramaturgiya güclüdü. Demək, bizi tərpədən güclü əsərdi. Tamaşaçı da səviyyəli tamaşadan zövq alır. Mən Tofiq

Kazımovun, vaxtilə quruluş verdiyi "Ölülər” tamaşasında da oynamışam. Bu günşükür ki, yeni quruluşda həmin tamaşada bir aktyor kimi yerim var. İstəyirəm ki, yaxşı pyeslərdə mənim də dəsti-xəttim olsun. Gənc nəslə bir daha sübut edim ki, məndə hələ də əvvəlki enerji var, aktyor kimi səhnədə sizinlə bir yerdə çalışmağa gücüm çatır.

- Əli Nurla münasibətiniz necədir? Deyir mənə haqsızlıq edirlər...

- Mən ağıllı insanlarla oturub-durmağı sevirəm. Onlarla ünsiyyəti sevirəm. Qeyri-adi, qeyri düşüncəli insanlara, əsasən də aktyorlara yanaşmam fərqlidir. Mən aktyoru ilk öncə səhnədə sevirəm, onun yaratdığı obrazına görə dəyər verirəm. Peşəkar aktyor yaratdığı obrazlarla sübut edir ki, səhnəyə təsadüfi gəlməyib. Bu meydan, bu şeytan. Səhnə hər kəsin gücünü göstərir. Efirdə, mətbuatda, orda-burda danışmaqdansa, mənim aləmimdə səhnədə fəal olub, aktyorluğunu sübut etmək yaxşıdır. Sən səhnədəki oyununla, obrazınla güclü aktyor olduğunu sübut edə bilərsən. Aktyor kənarda deyil, səhnədə sözünü deməyə qadir olmalıdır. Mən səhnədə özünü sübut edən aktyoru sevirəm və elə aktyorlardan bu gün də öyrənirəm. Açıq desəm, aktyorun səhnədə fəal olmasının tərəfdarıyam. Kənarda danışmaq, özünü sübut etməyə çalışmaq aktyora yaraşmır. Aktyor sənətini səhnədə göstərməlidir. Maraqlı obrazlar sənin aktyor kimi qiymətini verir.

 

Tahirə Məmmədqızı

Şərq.- 2016.- 6 iyun.- S.13