“Teatrda canlı ünsiyyət imkanı var”
Bəhram Osmanov: “Bunu heç bir sosial media ilə əvəzləmək, müqayisə etmək mümkün deyil”
“İnsandan yazmaq lazımdı. İnsan faktorundan müasir heç nə yoxdu. Müasir dramaturgiyada insan faktoru əsas tema olmalıdır”
Azərbaycan teatrlarında bu gün müasir dramaturgiya qıtlığı, zəifliyi hiss olunur. Bu günlərdə qəzetimizə müsahibə verən bir çox sənətkarlar teatra tamaşaçının az gəlməsinin bir səbəbini də müasir pyeslərin teatr səhnələrində olmaması ilə əlaqələndirir.
Azərbaycan teatrlarında müasir dramaturgiya xətti varmı? Nəyə görə teatr
rejissorları müasir
əsərlərdən daha
çox klassik əsərlərə müraciət
edirlər? Suallarımızı Əməkdar incəsənət
xadimi, tanınmış
rejissor Bəhram Osmanov cavablandırdı.
- Niyə teatrlara tamaşaçı az gedir?
- Əgər teatrlara gedən, mütəmadi taetrlarda tamaşaları izləyən tamaşaçı varsa, rahat şəkildə görə bilər ki, hər teatrın ən yaxşı tamaşası da olur, zəif tamaşası da, orta səviyyəli tamaşasına da rast gəlirsən. Hər teatrın öz repertuarında bu və ya digər məqsədlə uzun illər repertuarda saxlanılan tamaşalar olur. Uzun illər repertuarında olan tamaşaların tamaşaçısı tədricən azalır. Orta səviyyəli tamaşaların da tamaşaçısı həmişə az olur. Qaldı konkret Gənc Tamaşaçılar teatrına bizim tamaşaların tamaşaçısı həmişə var. Biz tamaşaçı qıtlığı hiss etmirik. Bir neçə gün bundan öncə Orenburqda keçirilən Festivalda Gənc Tamaşaçılar Teatrının xüsusi dəvət olunması Azərbaycan teatrının uğurudur. Sadəcə, Azərbaycan teatrının dəyərini qiymətləndirmək üçün mütləq gərək Azərbaycan teatrı qastrol səfərinə getsin, özümüz yox, başqaları bizim haqqımızda yaxşı söz desin. Biz özümüz görə bilmirik, amma bəzən kənardan görünməyə ehtiyacımız olur ki, müasir Azərbaycan teatrı, aktyorları nə qədər böyükdülər. Kənardan, tutaq ki, başqa ölkənin tamaşaçısı, qastrol təşkilatçısı, festival rəhbəri mütləq bizə dəyər verməlidir ki, biz teatrımızın qədrini bilək.
- Yəni biz özümüz-özümüzə dəyər verə bilmirik?
- Bunu mən demədim,
siz dediniz. Mən sadəcə deyirəm ki, bizə kənardan
dəyər verəndən
sonra qəbul etməyə çalışırıq
ki, hə Azərbaycan teatrı var, fəaliyyət göstərir. Bir yerdə
ki, anarxiya hökm sürürsə,
o teatrda ki, anarxiya var, o teatrın aktyorlarının
səsi daha çox çıxır.
Hansı
teatrın aktyoru çox danışırsa,
demək o teatrın vəziyyəti çox pisdi.
- Söhbət Akademik Milli Dram Teatrından gedir? Axı son 2-3 ildə daha
çox Akademik Dram Teatrının aktyorlarının
səsini eşidirik.
- Mən o teatrda illərlə çalışmışam,
oradakı sənətkarların
böyük qismi də dostumdu. Mən o teatrda böyümüşəm.
Bircə
onu deyirəm ki, o teatrın aktyorları ki, çox danışır,
demək ki, o teatrda sənət abu-havası qalmayıb.
- Teatr xadimlərinin bəzilərin fikrincə,
müasir Azərbaycan
dramaturgiyası yoxdu. Teatra yeni, zamanın, dövrün nəbzinə
uyğun pyeslər, əsərlər təqdim
olunmur. Müasir tamaşalar teatrlarda
yoxdu. Müasir Azərbaycan teatrı sanki özünü göstərə bilmir...
- Dramaturgiya tamamilə başqa bir mövzu sayılır. Müasir pyeslər birinci növbədə tamaşaçı
ilə teatr arasında ilk növbədə
qarşılıqlı təmas
yaratmaq üçündür.
Müasir pyes, müasir
teatr yaşadığımız
cəmiyyətdə, gözümüzün
qabağında yaranır.
Bütün dünyada müasir
pyeslər var. Çox
qəribədir ki, son
bir ildə mətbuatın maraqlandığı
bir sual var. Müasir tamaşalar teatr səhnəsində niyə yoxdur? Sanki bir həyəcan
təbili çalınır
ki, müasir pyeslər niyə yoxdu? Niyə yoxdu, var. Müasir dramaturqlarımız var, pyeslərimiz var. Elçin,
Əli Əhmədli var, İlqar Fəhmi var, Əjdər Ol var. Bunlar mənə bəs edir. Mənə
5-ci müəllif lazım
deyil. 5-ci, 6-cı müəllifləri teatr özü yetişdirməlidir.
Bu gün Gənc
Tamaşaçılar Teatrı
Pərvini yetişdirib.
Dramaturgiya çox çətin
sənətdir. Müasir dramaturgiyada
tamaşaçıların diqqətini cəlb etmək üçün yazılan mövzunu tapmaq çətindi.
Hər bir hadisənin zamana ehtiyacı var. Bugünkü
müasir problemlər
ola bilsin
sabah olmasın. Bu gün müasir görünən pyes sabah maraqsız
ola bilər, aktuallığını itirər.
- Bəs onda nədən
yazılmalıdı ki,
aktual olsun?
- İnsandan yazmaq
lazımdı. İnsan faktorundan müasir
heç nə yoxdu. Müasir dramaturgiyada insan
faktoru əsas tema olmalıdır. Necə ki, Şekspirin, Dostayevski, Çexovun əsərlərində insan
faktoru varsa, bu gün də
yazılan pyeslərdə
insandan yazmaq lazımdı. Mənə rejissor
kimi müasir dramaturgiya qane edir. Mənə 10 il bundan
qabaq da bəs edirdi, bu gün də
bəs edir.
- Sosial həyatın mövcudluğu bu gün həyatımıza
bu və ya digər şəkildə
təsirini göstərir.
Deyilənə görə internet, sosial media insanları teatra getməkdən uzaq sala bilib.
- İnternet həyatımıza
təsir edib. Bu bir həqiqətdir. Amma teatra getmək istəyən sosial çətinliyinə baxmayaraq
ora gedir. Çünki teatra olan marağı, mənəvi
ehtiyacını ödəməsə
narahat qalar. Bizim teatrın özünün
bir tamaşaçı
kütləsi var. Onlar
bizim tamaşaları mütəmadi izləyirlər.
Yəni teatrı izləmək istəyən, sənətə
maraq göstərən
tamaşaçı üçün
sosial imkansızlıq,
vaxt məhdudiyyəti
bəhanə sayılmır.
Teatrda canlı ünsiyyət imkanı var. Bunu heç bir sosial media ilə əvəzləmək, müqayisə
etmək mümkün
deyil.
Tahirə Məmmədqızı
Şərq.-
2016.- 8 iyun.- S.13