AZƏRBAYCANIN TARİXİ
SALNAMƏSİNİ YARADIB
96 yaşlı AzərTac
mürəkkəb və şərəfli bir yol keçib
Dünən
mətbuat tariximizdə özünəməxsus yeri olan,
mürəkkəb və şərəfli bir yol keçən
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın)
96 yaşı tamam olub. Agentliyin yaranması
nə az, nə çox, düz bir ilə başa gəlib. Belə ki, 1919-cu il martın
3-də AzərbaycanXalq Cümhuriyyəti (AXC)
hökumətinin - Nazirlər Şurasının iclasında
Azərbaycan Teleqraf Agentliyinin təşkili
barədə məsələ müzakirə olunub. İclasda Nazirlər
Şurasının sədri Fətəli Xan Xoyskinin bu barədə
məruzəsi dinlənilib, agentliyin təşkil
edilməsi xalq maarifnaziri Nəsib bəy
Yusifbəyliyə tapşırılıb. Sonradan bu səlahiyyət Maarif Nazirliyindən
alınaraq Poçt və Teleqraf Nazirliyinə
həvalə edilib. 1919-cu ilin ikinci yarısında AzərTac-ın
yaradılması haqqında qanun layihəsi və agentliyin əsasnaməsi
hazırlanıb.
1920-ci il fevralın 2-də agentliyin ştatlarının
layihəsi və əsasnaməsi Milli Hökumətin
iclasında müzakirə edilərək parlamentə
təqdim olunub. Parlamentin fevralın 23-də
keçirilən iclasında deputatlar Ağa Eminov və Ağa Aşurov AzərTac-ın
yaradılmasının zəruriliyini birdaha əsaslandırıblar.
Nəhayət,
1920-ci il martın 1-də
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti
tərəfindən əsası qoyulan AzərTAc ilk milli xəbər agentliyi kimi mürəkkəb
və şərəfli yol keçib. Martın
2-də "Azərbaycan” qəzetində "AZƏRTAC”
imzası ilə ilk xəbərlər dərc olunub. Lakin həmin ilaprelin 28-də
Azərbaycan Xalq Cümhuriyyətinin süqutu səbəbindən
AzərTac müstəqil agentlik kimi yalnız iki ay fəaliyyət
göstərə bilib.
Azərbaycanda sovet hakimiyyətinin qurulduğu ilk aylarda AZƏRTAC formal olaraq müstəqilliyini qoruyub saxlasa da,
əslində Rusiya Teleqraf Agentliyinin (ROSTA)
filialına çevrilib. 1920-ci il iyunun 9-da Nəriman Nərimanovun
Azərbaycan Mərkəzi Mətbuat Kollegiyasının
yaradılması haqqında imzaladığı dekretlə agentlik AzQafRosta adı
ilə kollegiyaya daxil edilib. Agentlikdə informasiya işinin qurulmasında
kollegiyanın sədri, tanınmış jurnalist Ağababa Yusifzadənin böyük rolu olub.
AzQafRosta Bakının indiki Tərlan
Əliyarbəyov küçəsindəki keçmiş bank binasında
fəaliyyət göstərib. 1921-ci ildə agentlik QafRosta-nın
bazasında yenidən təşkil olundu və iyunun 14-də
Azərbaycan musiqi mədəniyyəti tarixinin məşhur
araşdırıcılarından biri kimitanınan Qubad Qasımov agentliyin direktoru təyin edilib.
AXC-nin süqutundan sonra agentlik SİTA-nın filialı kimi fəaliyyət
göstərib və 70 il ərzində
adı 7 dəfə dəyişdirilib.
1921-ci ilin avqustunda AzərTac-ın adı
dəyişdirilərək AzərTA adlandırılıb.
1922-ci ildə SSRİ-nin təşkilindən sonra AzərTA Sovet İttifaqı Teleqraf Agentliyinin (SİTA)
filialı kimi fəaliyyət göstərməyə
başladı. Bir müddət sonra, 1923-cü ilin martında ZaqafqaziyaFederasiyası
yaradılıb və üç Cənubi Qafqaz respublikasının informasiya agentlikləri ZaqTA adı
altında birləşdirilib. 1932-ci ildə agentlikdə
xaricdən alınmış "Kleynşmidt”
markalı ilk teletayp quraşdırılıb.
1936-cı ildə isə AzərTA yenidən müstəqil informasiya vasitəsikimi fəaliyyətini
bərpa edib. 1969-cu ildə ulu öndər
Heydər Əliyev Azərbaycanda siyasi rəhbərliyə
gəldikdən sonra respublika həyatının bütün sahələrində
dirçəliş başlanıb. O vaxt Azərinform adlanan milli xəbər agentliyi də öz inkişafının yeni mərhələsinə
qədəmqoyub. 1970-ci illərdə SİTA Moskvadakı baş ofisini ilk dəfə tam kompyuterləşdirməyə başlayanda Heydər
Əliyevə hörmət əlaməti kimi İttifaq respublikaları
arasında Ukrinformdan sonra Azərinformu o dövrün müasir "Videoton”, bir qədər sonra isə
"Olivetti” markalı kompyuterləri
ilə təchiz edib.
Azərbaycan dövlət
müstəqilliyini bərpa etdikdən sonra agentliyin tarixi adı
qaytarılıb - 1995-ci il martın
3-dən Nazirlər Kabineti yanında Dövlət Teleqraf Agentliyi,
2000-ci il yanvarın 17-dən
isə Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılmağa
başlayıb. Prezidentİlham Əliyevin
2015-ci il 26 fevral tarixli Sərəncamı ilə isə
Azərbaycan Dövlət Teleqraf Agentliyinin adı
dəyişdirilərək Azərbaycan Dövlət İnformasiya Agentliyi adlandırılıb.
AzərTAc bu gün ölkə
həyatının bütün sahələri - ictimai-siyasi, iqtisadi, elm, təhsil, mədəniyyət,
səhiyyə, idman, ətraf mühit və
digər sahələr haqqında fasiləsiz olaraq 24 saat ərzində yeddi dildə
- Azərbaycan, ingilis, rus, fransız, alman,
ərəb və çin dillərində operativinformasiyalar yayır. Bu sıraya ayda 30
mindən artıq xəbər, 80 mindən çox foto,
800-dən artıq videoxəbər, 30-dən çox infoqrafika materialı daxildir.
Dünyanın bir çox nüfuzlu informasiya agentlikləri
mötəbər və etibarlı xəbər qaynağı kimi tanınan
AzərTAc-ın informasiyalarından istifadə edir. Regionda 7
dildə informasiya və videoxəbər yayan yeganə agentlik də
məhz AzərTAc-dır. Qlobal informasiya məkanında
özünəməxsus yer və mövqe tutan bu agentlik 2004-cü
ildən dünyanın nüfuzlu informasiya agentliklərini
özündə birləşdirən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri
Təşkilatının üzvüdür. Hazırda OANA-nın saytında
yerləşdirilən informasiyaların sayına görə liderdir.
2008-ci ildə Avropa Xəbər Agentlikləri
Alyansına daxil olan AzərTAc, eyni zamanda Müstəqil
Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri
Assosiasiyasının, Türkdilli Xəbər
Agentlikləri Birliyinin, Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri
Assosiasiyasının təsisçilərindən biridir.
2011-2013-cü illərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri
Assosiasiyasına sədrlik edən AzərTAc
hazırda Türkdilli Xəbər Agentlikləri
Birliyində eyni missiyanı həyata keçirir.
AzərTAc
40-a yaxın ölkənin milli informasiya agentlikləri
ilə müqavilələr imzalayıb və onlarla uğurlu əməkdaşlıq edir.
Yaxın günlərdə daha bir neçə
ölkənin informasiya agentlikləri ilə
müqavilələr imzalanıb.
2008-ci ilin sentyabrında
AzərTAc OANA-nın İcraiyyə Komitəsinin "Qloballaşan dünyada informasiya hamı üçün” mövzusunda 30-cu
iclasına ev sahibliyi edib. İlk dəfə olaraq, Avropa və
Asiyanın 20-dən çox ölkəsinin informasiya agentliklərinin
rəhbərləri və yüksək vəzifəli
təmsilçiləri
Azərbaycan paytaxtına toplaşıb. Bilavasitə milli agentliyin təşəbbüsü
ilə OANA-nın və EANA-nın rəhbərliyi ilk dəfə bu iclasda bir araya gəlib.
2013-cü ilin sentyabr ayında
OANA-nın Moskvada keçirilən XV Baş Assambleyasında AzərTAc-ın Baş direktoruqurumun vitse-prezidenti və üçüncü dəfə Büro üzvü seçilib. Həmçinin OANA-nın növbəti Baş Assambleyasının
Bakıda keçirilməsi, 2016-2019-cu illərdə bu quruma milli agentliyin sədrliyi
barədə qərar qəbul olunub. 2013-cü il noyabrın 20-də Səudiyyə
Ərəbistanı Krallığının paytaxtı
Ər-Riyad şəhərində dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin iştirakı
ilə keçirilən Xəbər Agentliklərinin IV
Konqresində AzərTAc daha bir uğura imza atıb. Konqresin qərarına
əsasən Xəbər Agentliklərinin V Dünya Konqresinə 2016-cı ildə
Azərbaycan ev sahibliyi edəcək. Bununla da 2016-2019-cu
illərdə Xəbər Agentliklərinin Dünya Konqresinə
sədrliyi AzərTAc-a keçəcək.
Xarici ölkələrdəki müxbir şəbəkəsi,
beynəlxalq əlaqələrinin coğrafiyası
ildən-ilə genişlənən AzərTAc-ın bu gün 21
ölkədə - ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Avstriya, İspaniya, İtaliya, Çin, Yaponiya, İsveç,
Rumıniya, Latviya, Macarıstan, Rusiya, Ukrayna, Misir,
Türkiyə, Gürcüstan, İran, Özbəkistan və Türkmənistanda,
eləcə də respublikanın bütün bölgələrində müxbir məntəqələri
fəaliyyət göstərir.
"Facebook”, "Twitter”, "YouTube”, "İnstagram” kimi sosial şəbəkələrdə
AzərTAc-ın Azərbaycan, ingilis və fransız
dillərində profilləri fəaliyyət göstərir. Agentliyin Azərbaycan
dilində feysbuk səhifəsinin daimi istifadəçilərinin
sayı 110 min nəfərə
yaxınlaşır, əhatə dairəsi isə orta hesabla 20-50 milyon nəfər
arasında dəyişir. ABŞ-ın sosial medianın
təhlili ilə məşğul olan "SocialBakers” analitik şirkətinin
statistikasında AzərTAc-ın Azərbaycan dilində feysbuk səhifəsi
ölkənin ən sürətlə artan profilləri
və media səhifələri sırasındailk beşlikdə, informasiya agentlikləri
arasında birinci yerdə dayanır.
Hazırkı media bumu və sosial şəbəkələrlə
rəqabət şəraitində AzərTac informasiya məkanında yerini qoruyub saxlamaq və
möhkəmləndirmək üçün müasir dövrün çağırışlarına çevik reaksiya verməyə,
xəbər texnologiyasının ən yeni metodlarına
yiyələnməyə çalışır.Onun yaradıcı və texniki potensialı bu vəzifənin
öhdəsindən gəlməyə imkan verən
səviyyədədir.
AzərTAc-ın baş direktoru Aslan Aslanovun sözlərinə
görə, ta əvvəldən Azərbaycan Xalq Cümhuriyyətinin
yadigarı olan agentliyi quranlar bilirdilər ki, bu agentlik Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılmasında
və ölkənin ictimai-siyasi həyatında mühüm roloynayan bir quruma çevriləcək: "AzərTAc çox çətin
və şərəfli yol keçib. Bütün maneələrə baxmayaraq,
hətta keçmiş sovet məkanında da AzərTAc öz xəbərləri
ilə tanınır. Agentlik Azərbaycan haqqında xəbərləri
ölkənin sərhədlərindən kənara
çıxara bilib. Bütövlükdə Azərbaycan
dilində informasiyanın formalaşmasında və
ölkəmizin informasiya siyasətinin
müəyyənləşdirilməsində agentlik əvəzsiz rol oynayıb.
Ən əsası isə 96 illik bir dövrdə Azərbaycanın tarixi salnaməsini
yaradıb”. Baş direktor AzərTAc-ın
möhkəm əsaslar üzərində qurulmasında və dünya informasiya məkanında layiqli yer tutmasında ulu öndər
Heydər Əliyevin əvəzsiz xidmətlərini də
xatırladıb: "İstər sovet dövründə,
istərsə də müstəqillik illərində ümummilli lider AzərTAc-a xüsusi diqqət
və qayğı göstərib. Agentliyinmaddi-texniki bazası yeni, müasir avadanlıqlarla
möhkəmləndirilib, kadr potensialı
gücləndirilib. Bu gün Prezident İlham Əliyevin müdrik,
uzaqgörən siyasəti nəticəsində Azərbaycan
dünyanın ən inkişaf etmiş ölkələri
sırasına çıxmaq əzmindədir. Dünyada söz vənüfuz sahibidir. Bütün bunlar AzərTAc-ın da dünya informasiya məkanında nüfuzunun artmasına mühüm təsir
göstərir”. A.Aslanov agentliyin beynəlxalq
əlaqələrindən də danışıb və
diqqətə çatdırıb ki, hazırda
dünyanın bir çox nüfuzlu informasiya agentlikləri
ilə AzərTAc arasında ikitərəfli
əlaqələr mövcuddur: "Biz 130-dan çox ölkənin media qurumları
ilə qarşılıqlı faydalı
əməkdaşlıq qurmuşuq. Dünya informasiya siyasətini
müəyyənləşdirən ən nüfuzlu alyans - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri
Təşkilatında AzərTAc artıq 10 ilə
yaxındır ki, rəhbər heyətdədir. 2013-cü
ildən isə agentliyin baş direktoru bu böyük alyansın vitse-prezidentidir. Azərbaycan
Dövlət İnformasiya Agentliyi eyni zamanda, Dünya Xəbər
Agentlikləri Konqresində də fəal təmsil olunur.
Dünyanın digər nüfuzlu media qurumu olan Avropa Xəbər
Agentlikləri Alyansına keçmiş sovet respublikaları
arasında yalnız üç agentlik - TASS, Ukrinform və AzərTAc üzv ola bilib”.
Şəymən
Şərq.-
2016..- 2 mart.-S.4