BELƏSİ OLMAMIŞDI...
Elnarə Abdullayeva
sarayda 3 gün konsert verdi,
doğmaları biletsiz qaldı
Azərbaycanın
Əməkdar artisti Elnarə Abdullayeva Heydər Əliyev adına Sarayın
qapısını 3 gündür pərəstişkarlarının
üzünə açıb. Əslində bir
gün nəzərdə tutulan
konsert tamaşaçıların tələbatının
çoxluğu nəzərə
alınaraq 3 gün təşkil edildi.
Adətən muğam sənətkarlarının konsertinə az sayda tamaşaçı axını olsa da, Elnarə Abdullayevanın 3 günlük konsertində zalda bir boş yer qalmayıb. Sənətçinin bir çox həmkarları, mətbuat nümayəndələri, efir insanları belə bilet əldə edə bilməyiblər. Hətta xanəndənin budəfəki konsertində övladları, qayınatası və yaxın qohumlarına bilet çatmadığı üçün onlar bu dəfə konserti izləyə bilməyiblər.
Sarayın direktoru Fərhad müəllim də bildirib ki, bu günə qədər muğam ifaçılarından heç biri xanəndənin konsertinə bu qədər tələbat olduğunun şahidi olmayıb.
Elnarə Abdullayevanın konsertinə İrandan, İsraildən, Türkiyədən, Rusiyanın ayrı-ayrı şəhərlərindən gələn qonaqların da sayı çox idi.
Əməkdar artist çiçək yağışına
tutuldu. Eyni zamanda xanəndənin
fanatları ona müxtəlif bahalı hədiyyələr də
gətirərək sevgilərini
çatdırırdılar.
Əməkdar artistin konsertini
izləyən tanınmışlar
arasında Xalq artisti Ağaxan Abdullayev, Canəli Əkbərov, Şeyx Əbdül Mahmudbəyov,
Zabit Nəbizadə,
Flora Kərimova, Nazpəri
Dostəliyeva, Könül
Kərimova, digər muğam, qəzəl ustadları da iştirak edirdilər. Onlar da xanəndənin konsert repertuarından çox razılıq etdilər. Ağaxan Abdullayev çıxışında
"Belə səs sahibləri Allahın bizə göndərdiyi sərvət sayılır.
Elnarənin qeyri-adi fitri
istedadı var. Bu gün
ifa etdiyi muğamlar da çox ağır, qəliz muğamlardı.
Hər xanəndə bu muğamları ifa etməyə cəsarət
etmir. Bu xanıma halal olsun” söylədi.
Canəli
Əkbərov isə
"Şərq”ə açıqlamasında
"bu gün Sarayda yaşanan izdiham bir daha
sübut etdi ki, Elnarəni xalq sevir, ona
milyonların sevgisi
var. Bu xanım o qədər
akademik tərzdə muğamları ifa etdi ki, bu
ifaya söz tapmaq çətindi. Yalnız əhsən deyə bilərəm. Belə balaca
bədəndə bu qədər güc, enerji var ki,
ən çətin muğamlara müraciət
etsə də, zərrə qədər narahatlıq hiss etmədi.
O qədər rahat şəkildə ifa təqdim etdi ki, sözün həqiqi mənasında bu gecədən feyziyab oldum. Xanəndə olaraq ona yalnız uğurlar arzulayıram. Halal olsun
Elnarə xanıma!”
Heydər Əliyev Sarayında Elnarə 3 gündür sözün həqiqi mənasında izdihamın
nə olduğunu göstərir. Xanəndənin pərəstişkarları, konsertə gələn tamaşaçıların yaratdığı
izdiham yəqin ki, hələ uzun müddət danışılacaq.
Yeri gəlmişkən
onu da qeyd
edək ki, Elnarə Abdullayevanın 3
günlük konsertini
tanınmış prodüser
Asif Kərimov təşkil edib. Konsertin repertuarı
da məhz onun seçimi ilə hazırlanıb.
Sarayın qarşısında olan izdihamı da xatırlatmaq lazımdır. Xanəndənin konsertinin biletləri kassada 20-80 manat civarında satılsa da, konsertin ikinci
və üçüncü
günləri sarayın
qarşısında Elnarənin
konsert bileti əldə 100-150 manat arası satılırdı.
Xanəndə ifaları ilə
yanaşı, konsert boyu tamaşaçıları
ilə də ünsiyyət qurmağa çalışdı: "Bizi
yaşadan siz tamaşaçılarsız. Siz olmasaz,
biz də nə sənətkar kimi kiməsə lazım olarıq, nə də konsert təşkil edə bilərik. Allah gələn ayaqlarınıza
qüvvət versin.
Cibinizi də həmişə dolu etsin. İlin-günün bu vaxtı əgər məni deyib gəlmisizsə, cibinizin pulunu mənim konsert biletimə xərcləmisizsə,
Allah sizdən razı
olsun. Sizlər məni yaşadırsız.
Allah hər birinizdən
min dəfə razı
olsun. Siz məni bir istəyirsinizsə, mən
sizi yüz istəyirəm”. Əməktar artistin 3 günlük konserti tam anşlaqla keçdi.
Tahirə
Şərq.-
2016.- 29 mart.- S.5