XARİCİ DİLLİ MEDİAMIZIN ÜZƏRİNƏ ÇOX BÖYÜK YÜK DÜŞÜR

Səbinə Həsənova: “Bu gün yalnız bir neçə xəbər agentliyinin xarici dillərdə fəaliyyət göstərən bölmələri var

Azərbaycanda demokratik cəmiyyətin əsas göstəricilərindən sayılan söz və mətbuat azadlığının təmin olunması, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılması və bu sahədə olan bütün maneələrin aradan qaldırılması daim ölkə başçısı İlham Əliyevin diqqət mərkəzində olub. Azad sözün aşkarlıq və plüralizm prinsiplərinin bərqərar edilməsində, eləcə də demokratik inkişaf prosesində əsas meyarlardan biri olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti mətbuatın inkişafı üçün əlindən gələni edib. Ölkəmizdə ən müasir tələblərə və dünya standartlarına cavab verən kütləvi informasiya vasitələrinin mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir. Azərbaycanda mətbuat və söz azadlığının təmin olunması, medianın inkişafı üçün dövlət üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirir.

İndiki halda Azərbaycan müasir dünyanın informasiya məkanında öz mətbuatı, informasiya vasitələri ilə getdikcə daha aktiv, daha geniş şəkildə təmsil olunur. Azərbaycanda çıxan xarici dilli mətbuat orqanları üçün yaradılan lazımi şərait də plüralizminsöz azadlığının bariz nümunəsidir. Azərbaycan qanunvericiliyi imkan verir ki, istənilən şəxs ölkədə rus, fransız, ispans. dillərdə qəzet buraxsın. Çünki qlobal informasiya müharibəsinin gedişində xarici dilli mediamızın üzərinə çox böyük yük düşür. Bu məqamda düşmən qüvvələrə qarşı informasiya müharibəsi aparmaq və həmin qüvvələri elə yerindəcə əsaslı faktlarla susdurmaq zərurəti meydana çıxır. Nəzərə almalıyıq ki, məhz xarici dilli mediamızın sayəsində erməni diasporasının birbaşa təsiri altında fəaliyyət göstərərək dövlətçiliyimiz əleyhinə qara piar aparan təşkilat və qurumlara tutarlı cavab vermək mümkündür. Bu baxımdan ölkəmizdə ana dilimizlə yanaşı, bir neçə xarici dildə yayımlanan media qurumlarının yaradılmasına xüsusi diqqət ayrılır. Əvvəlki illərlə müqayisədə hazırda xarici dillərdə fəaliyyət göstərən media orqanlarının sayında ciddi artım müşahidə olunur. Artıq xeyli sayda xəbər agentlikləri mövcuddur ki, təkcə Azərbaycan dilində deyil, eyni zamanda rus, ingilis, fransız və alman dillərində fəaliyyət göstərir. Bu, əslində ölkəmizin doğru istiqamətdə tanınması üçün ən önəmli amillərdəndir, birmənalı olaraq plüralizmdir, mədəniyyət zənginliyidir. Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 5100-ə yaxın mətbu orqan rəsmi qeydiyyatdan keçib. Onların arasında xarici dildə nəşr olunan qəzet jurnallar da var. Azərbaycan mediasının problemlərini onlar da yaşayırlar. Xarici dildə nəşr olunan media orqanlarında da söz mətbuat azadlıqları, fikir plüralizmi qorunmaqdadır.

 

Bəs görəsən, bu sahədə hansı problemlər mövcuddur əsas çatışmazlıqlar nələrdir? Əcnəbi dillərdə yayımlanan media orqanlarımızın fəaliyyətini qənaətbəxş hesab etmək olarmı? İndiyədək hansı uğurlar əldə etmişik?

Azvision.az saytının ingilis dili versiyasının redaktoru Səbinə Həsənova bildirib ki, hazırda beynəlxalq mediada Azərbaycana qarşı ədalətsiz kampaniyanın şahidi oluruq:

"Bəzi hallarda bunun səbəbi qərəzli dairələrin anti-Azərbaycan siyasəti olsa da, əksər hallarda bu kampaniyaların arxasında ermənilər durur. Bəzənsə bu, bixəbərlikdən irəli gəlir. Təbii ki, hər kəsin qüsurları, başqalarının bəyənməyəcəyi cəhətləri ya yanlış anlaşıla bilmə ehtimalı var. Bütün bunların qarşısının alınmasında xarici dildə fəaliyyət göstərən mətbu orqanların, xüsusilə xarici dilli internet saytlarının üzərinə böyük düşür. Hər şeydən əvvəl erməni yalanlarının üzünü göstərməliyik. Ölkəmizdə baş verənləri öz dilimizdə çatdıran kifayət qədər nüfuzlu, savadlı xəbər saytlarımız, agentliklərimiz var. Ancaq vaxta qədər özümüz deyib, özümüz eşidəcəyik? Bu gün yalnız bir neçə xəbər agentliyinin xarici dillərdə fəaliyyət göstərən bölmələri var. Bu, çox azdır. Bununla yanaşı, Azərbaycanda təxminən 300.000 internet istifadəçisi var ki, onların da 80 faizi korporativ istifadəçidir, ciddi istifadəçilər deyil, əsasən vatsap, feysbuk şəbəkəsində tanışlıq s. həvəskarlarıdır. Xarici dildə isə kifayət qədər böyük oxucu kütləsi qazanmaq olar. Yəni demək istədiyim odur ki, özümüzü tanıtmaq üçün, bizi tanıyana ehtiyacımız var. Biz AzVision.az kollektivi olaraq Azərbaycanı yaxşı mənada tanıtmaq istiqamətində əlimizdən gələni etməyə çalışırıq. Hazırda saytımızın ingilis, rus alman dili versiyası fəaliyyət göstərir. Yaxın günlərdə xəbərlərimizi fransız dilində çatdırmağı planlaşdırmışıq. Bu sahədə ölkəmizə az da olsa xeyir verə biləriksə, xoş halımıza”.

Media Təhsil İnnovasiyaları Mərkəzinin rəhbəri Səidə Hüseynovanın fikrincə, Azərbaycanda xarici dillərdə nəşr olunan qəzetlərimizin oxucu kütləsi o qədər geniş deyildi:

 "Mən on, on beş il bundan öncəni nəzərdə tuturam. Amma indi Azərbaycan beynəlxalq aləmə necə sürətlə inteqrasiya edirsə, burada xarici dillərdə nəşrlərimizin sayı artır. İndi qəzet köşklərində bir neçə əcnəbi dildə nəşr olunan qəzet jurnallara rast gəlmək mümkündür. Saytların informasiya portallarının özlərində belə bir neçə dildə tərcümələr var. Azərbaycanda fəaliyyət göstərən milli azlıqların mətbu orqanları da öz dillərində çap edilir. Bundan başqa mən müşahidə aparmışam ki, daha çox bizdə rus dilində qəzetlər oxunur. Qənaətimcə, rus dilində nəşr olunan qəzetlərin oxucusu daha çoxdur”.

S.Hüseynova diqqətə çatdırıb ki, Azərbaycanda nəşr olunan qəzet jurnallarda da fikir azadlıqları qorunub saxlanılır: "Apardığımız monitorinqlərin nəticəsindən belə qənaətə gəlmişik ki, xarici dillərdə çap olunan qəzetlərdə bu prinsip qorunub saxlanılır. Məsələn, ləzgi, rus, talış, ingilis dillərindəki qəzetlərdə oxucuların sərbəst fikir yürütmələri mövcuddur. Həmin qəzetlərdə çıxışları, hansısa məsələyə subyektiv münasibət var. Bu da Azərbaycan mətbuatında söz fikir azadlığı, plüralizmin bir nümunəsidir. Bundan başqa, saytlarımızda xarici dillərdə xəbərlərin verilməsi təqdirəlayiqdir. Bu proses onu göstərir ki, mediamız dünyaya inteqrasiya etməklə yanaşı, ölkəmizdəki əcnəbi vətəndaşların qonaqların da maraq tələbatlarını nəzərə alır”.

 

Azərbaycanda xarici dilli mətbuatın bir o qədər inkişaf edən sahə olmadığını deyən "RİA-Novosti”nin şərhçisi İlqar Vəlizadənin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən xarici dilli mətbuat orqanlarının sayı çox azdır:

"Bu nəşrlər müəyyən təbəqənin maraqlarını ödəyəcək səviyyədədir. Daha doğrusu, xarici dilli media səfirlik və xarici şirkət nümayəndələrinin, onların ailə üzvləri üçün nəzərdə tutulub. Amma digər dillərə nisbətən rusdilli mətbuat Azərbaycanda daha geniş yayılıb. Bunun da əsas səbəblərindən biri Azərbaycanda yaşayan rusdilli, digər səbəb isə postsovet məkanında məskunlaşan əhalinin maraqlarını ödəmək, Azərbaycan haqqında reallıqların onlara çatdırılmasından ibarətdir”.

İ.Vəlizadə qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən rusdilli nəşrlər rusdilli əhalinin tələbatını ödəyir və bu sahədə çatışmazlıqlar çox azdır. "Amma rusdilli nəşrlər postsovet məkanında o qədər də geniş yayılmayıb. Faktiki olaraq, bizim nəşrlər digər ölkələrlə rəqabətdə geri qalırlar. Təbii ki, bunun da obyektivsubyektiv səbəbləri var. Obyektiv səbəbləri ondan ibarətdir ki, bizim mövqeyimiz heçbu məkanda dominantlıq edən KİV-lərin mövqeyi ilə üst-üstə düşmür. Həm də yayım baxımından Azərbaycanda çıxan rusdilli nəşrlərin fəaliyyəti geri qalır. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən rusdilli qəzetlərin təbliğatı da zəifdir. Faktiki olaraq, postsovet məkanında erməni qəzetləri daha fəaldırlar. Onlar həm Ermənistanda çıxan rusdilli qəzetlər vasitəsilə öz təbliğatlarını aparır, həm də Rusiyada nəşr olunan mətbu orqanlarda fəallıq göstərirlər”.

Oxucu auditoriyasının səviyyəsinə gəldikdə isə İ.Vəlizadə deyib ki, Azərbaycanda xarici dilli mətbuata tələbat olmasa, onların heç biri mövcud olmazdı: "Çox maraqlıdır ki, anadilli auditoriyanın müəyyən bir kəsimi də məlumatları məhz rusdilli nəşrlər vasitəsilə əldə etməyə üstünlük verir. Bunun əsas səbəbi isə Azərbaycanda çıxan rusdilli nəşrlərdə digər ölkələrdə çıxan məlumatların da öz əksini tapmasıdır. Regionla, Azərbaycanla bağlı məqalələrə bu qəzetlərdə daha geniş yer verilir. Bu isə Azərbaycanda rusdilli mətbuatın mövqeyinin daha da möhkəmlənməsinə gətirib çıxarır”.

Ayyət Əhməd

Şərq.- 2016.- 18 mart.- S.4