AZƏRBAYCAN HƏQİQƏTLƏRİ DÜNYAYA YAYILIR

Xaricdəki diasporlarımızın media fəaliyyətini qənaətbəxş saymaq olar

 

Müasir dövrümüzdə diaspor sahəsində görülən işlər, bu sahədə dövlətin həyata keçirdiyi tədbirlər, eləcə də Azərbaycanın üzləşdiyi problemlər, Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolu və fəaliyyəti danılmazdır. Təkcə ölkə daxilində deyil, eləcə də Azərbaycandan kənarda soydaşlarımız tərəfindən təsis edilən televiziya kanalları, radiolar, eləcə də qəzet və jurnalların üzərinə bu istiqamətdə böyük düşür. Bəs görəsən, diaspor təşkilatlarının təsis etdikləri kütləvi informasiya vasitələri bu missiyanın öhdəsindən necə gəlirlər? Əvvəla, qeyd edək ki, son illər Avropada geniş yayılmış Azərbaycan diaspor təşkilatları artıq bu regionda kifayət qədər media imkanları da əldə ediblər. Avropanın müxtəlif ölkələrindəki diaspor təşkilatlarımızın təsis etdikləri ayrı-ayrı kütləvi informasiya vasitələri, eləcə də həmin təşkilatların internet saytları Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında təsirli vasitələrdən biri hesab edilir.

Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının malik olduğu mətbu orqanlar arasında Avropa Azərbaycan Cəmiyyətinin rəsmi internet səhifəsi olan "www.teas.eu” - nun özünəməxsus yeri var. Avropa Azərbaycan Cəmiyyətinin əsas məqsədi Azərbaycanı Avropada tanıtmaqdır. AAC üzvləri mütəmadi olaraq xalqımızın özünəməxsus zəngin və çoxşaxəli mədəniyyətini Avropa ictimaiyyətinə çatdırmaq məqsədilə müxtəlif tədbirlər, aksiyalar, sərgilər təşkil edir. AAC Avropa və Azərbaycan arasında daha böyük anlaşma və əməkdaşlığın inkişaf etdirilməsi, biznesin inkişafı, diplomatik münasibətlər, mədəniyyət və təhsil kimi sahələrə yönəlmiş bir şəbəkə mərkəzi kimi fəaliyyət göstərir. Bu təşkilatın internet səhifəsində öz əksini tapıb. Sayt hazırlanarkən müasir dizayn texnologiyasından yararlanıb. Layihələr, təşkilat haqqında məlumatlar, Azərbaycanla bağlı son xəbərlər saytda yayımlanır. Bundan başqa, saytda TEAS TV də mövcuddur ki, bu linkdə təkcə təşkilatın fəaliyyəti deyil, həm də elm-mədəniyyət xadimləri ilə müsahibələr, reportajlar, debatlar da videoformatda verilib. Saytın sağ kolonunda "Xəbərlər” aktiv-banneri var. Burada Azərbaycanda, dünyada Azərbaycanla bağlı baş verən ən son məlumatlar operativ şəkildə yenilənir.Avropanın TürkQafqaz xalqları Assosiasiyasının informasiya portalı olan "www.az.ee” isə 2004-cü ildən fəaliyyət göstərir. Portalın ilk səhifəsində 10-dan çox təşkilatın saytına keçid var. Sadə dizaynlı, informasiya ilə bol portaldır. Təkcə Azərbaycan diasporunu deyil, həm də Qafqaz xalqlarının diaspor təşkilatları haqqında məlumatları özündə cəmləşdirir."Azerbaycan-Benilüks News” qəzeti isə Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbu orqanıdır. 2006-cı ildən Niderlandda nəşr edilir. Konqresin fəaliyyəti, keçirdiyi tədbirlər, təşkil etdiyi kampaniyalar haqqında məlumatı məhz bu qəzet Benilüks ölkələrində yaşayan azərbaycanlılara çatdırır. Qəzetdə Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana təcavüzü, xalqımızın məruz qaldığı terror və soyqırımı haqqında məlumatların yerli ictimaiyyətə çatdırılmasına da xüsusi diqqət yetirilir."Babək” Kültür Dərnəyinin internet səhifəsi olan "www.babekderneyi.org”un əsası İsveçin Linşoping şəhərində 1990-cı ildə qoyulub. Məlumatların informasiya yüküdolğunluğu ilə diqqət cəlb edir. Daha çox dərnəyin fəaliyyətini işıqlandırır. Bundan əlavə, dərnəyin təşkil etdiyi tədbirlər barədə məlumatlar, anonslarkurslar haqda məlumatlar əks olunur. Qeyd edək ki, dərnəyin məqsədi Azərbaycan mədəniyyəti kursları təşkil etmək, gənclərin mədəni şüurunu istiqamətləndirmək, bununla bağlı müxtəlif təşəbbüslər göstərməkdir.

 

Diaspora mətbuatı içərisində "AMOR” Rusiya-Azərbaycan Gənclər Təşkilatının rəsmi internet səhifəsi "www.amor.azda uğurlu fəaliyyət göstərir. Belə ki, uyğun rəng seçimi, mükəmməl dizayn, dolğun informasiya bazasına görə Azərbaycan diasporunun virtual aləmdə lider hesab edilən internet resurslarından biridir. Azərbaycan həqiqətlərinin Rusiyadünya ictimaiyyətinə çatdırılmasında xüsusi yer tutan "AMOR” Rusiya-Azərbaycan Gənclər Təşkilatının məqsədi Azərbaycan mədəni irsinin, Azərbaycan milli-mədəni dəyərlərinin qorunması, sosial, bədii, təhsil təşəbbüslərinin dəstəklənməsi, Rusiya cəmiyyətinin mədəni həyatına Azərbaycan gənclərinin daha yaxşı inteqrasiyası, təhsilin inkişaf etdirilməsi, ailə və cəmiyyətin mənəvi, əxlaqi əsaslarını qorumaq, möhkəmləndirmək, dostluq, etimadxalqlar arasında anlaşmanın təşviqidir. Sayt təşkilatın güzgüsü kimi öz vəzifəsinin öhdəsindən uğurla gəlir. Saytda AMOR-un Rusiya regionları üzrə nümayəndəliklərinin fəaliyyəti interaktiv xəritə ilə verilib. Foto seçimi keyfiyyətlidir, məqalələr məzmun və informasiya yükü baxımından dolğundur. Portalda müasir texnoloji yeniliklər tətbiq olunur. Belə ki, sosial şəbəkələrə keçidlər, o cümlədən AMOR TV və AMOR FM aktivdir, fəaliyyət göstərir."Azerbaydjanski konqress” qəzeti də Ümumrusiya Azərbaycan Konqresinin mətbu orqanıdır və həftəlik ictimai-siyasi qəzetdir. Qəzet 2001-ci ildən nəşr olunur. Qəzetdə Azərbaycan haqqında informasiyalar, müəllif yazıları, tədqiqatlar geniş yer tutur. Bununla yanaşı, Rusiya Federasiyasında yaşayan azərbaycanlılar, diaspor təşkilatlarının, o cümlədən Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti qəzetdə geniş işıqlandırılır. Qəzet Rusiya Federasiyasında yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub. Qəzetin internet versiyası da mövcuddur.Onu da deyək ki, Konqresin "vakmos.org” internet portalı loqosu və rəngi saxlanılmaq şərti ilə müasirlik və yığcamlılıq baxımından yenilənib. Saytın yeni versiyası mobil cihazlar üçün daha optimaldır. Regionlardakı diaspor nümayəndələrinin saytın köhnə versiyası ilə bağlı şikayətlərini nəzərə alaraq, saytda Rusiya Federasiyasının regionlarından olan xəbərlərə daha geniş yer ayrılıb.Yeni saytda ÜAK haqqında ətraflı məlumat, yaradılma tarixi, idarəetmə orqanları və fəaliyyət istiqamətləri barədə məlumat tapmaq, həmçinin, "Azərbaycan Konqresi” qəzetinin bütün nəşrlərini buradan oxumaq mümkündür. Saytın "Bizə Yazırlar” bölməsində hər kəs öz problemləri barədə ÜAK-a müraciət ünvanlaya, hüquqi məsləhət ala bilər."Bakı” jurnalı 2007-ci ildən Rusiyada nəşr edilən, öz oxucularını Xəzər sahilindəki qədim Odlar Yurdunun zəngin mədəniyyəti, tarixi, gözəl və müdrik ənənələri ilə tanış etməklə bərabər, həm də azərbaycanlıların müasir həyatı haqqında söhbət açan son dərəcə müasir jurnaldır. Bir neçə dildə nəşr olunur. "Bakı” jurnalı Azərbaycanın və onun paytaxtının bütün dünyada keyfiyyətcə yeni şəkildə "kəşf olunmasına”, bu xalqın ən ülvi və gözəl cəhətlərini üzə çıxarmağa çalışır. Rübdə bir dəfə nəşr edilən "Bakı” jurnalı həm də dünyada dəbdə olan brendlər aləmində bələdçidir. Jurnalın ingilisdilli versiyasına isə 2012-ci ildən start verilib. Dünyanın ən yaxşı dizaynerləri və foto rəssamları bu versiya üçün əmək sərf ediblər. Onlar Azərbaycanın planetimizin istənilən guşəsindəki oxucuya daha yaxın, daha doğma olmasına kömək edirlər. "Bakı” jurnalı dünyanın ən müxtəlif guşələrində yaşayan dostlarını birləşdirən beynəlmiləl nəşrdir.Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəsmi internet səhifəsi olan "http://aze.in.ua/” saytda daimi aktivdir. Sözügedən Diasporun yazılı media orqanı olan "Slovo Azerbaycana”, "Oqni Azerbaycana” qəzetləri də müntəzəm çap olunur. "Diaspora TV” isə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu tərəfindən təsis olunmuş telekanaldır. Bu kanalın məqsədi Azərbaycan mədəniyyəti, siyasəti, tarixi və dövlətçiliyini dünya ictimaiyyətinə təqdim etmək, ölkəmiz haqqında yayılan qeyri-obyektiv informasiyaların qarşısını alaraq, Azərbaycan dövlətinin siyasətini dünya miqyasında təbliğ etməkdir. Kanalın məqsədlərindən biri də müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporunun gördüyü işləri işıqlandırmaq və onlara informasiya dəstəyi göstərməkdir.

Sutkada 18 saat efirdə olan "Diaspora TV”-nin xəbərlər buraxılışı hər 3 saatdan bir canlı yayımlanır və Ukrayna Ali Məktəblərinin jurnalistika fakültələrində təhsil alan gənc jurnalistlər tərəfindən hazırlanaraq, peşəkar redaktorlar tərəfindən yoxlanılaraq efirə buraxılır."Diaspora TV” digər verilişləri isə Azərbaycanın sosial, siyasi və mədəni həyatını əks etdirən çoxsaylı müəllif proqramları, müxtəlif tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramlardan ibarətdir.

"www.tadef.org.tr” isə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının internet səhifəsidir. Bu səhifə tipik Türkiyə internet səhifə modeli əsasında qurulub. Səhifənin manşetində menyu bölümü və 10 flash formatlı xəbər yer alıb. Fotoqalereya və videobölümləri ilə zənginləşdirilmiş səhifənin aşağısında Federasiyaya daxil olan dərnəklərin linkləri qoyulub. Qeyd edək ki, ana səhifədə Dağlıq Qarabağ və ətraf ərazilərin işğal edilməsi barədə məlumat yerləşdirilib.

"Azərbaycan Dünyası” jurnalı İstanbul Azərbaycan Kültür və Dayanışma Dərnəyi tərəfindən 2004-cü ildə nəşr edilib. Nəfis tərtibata, yüksək dizayna malik bu jurnal Azərbaycan mədəniyyətinin təbliği və Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırılmasında çox mühüm rol oynayır. Jurnal bir qayda olaraq Azərbaycan, türkingilis dilində nəşr olunur.

"Gürcüstan azərbaycanlıları” qəzeti "Gürcüstan Mənim Vətənimdir” Cəmiyyəti tərəfindən 2008-ci ildə nəşrə başlayıb. Qəzetdə Gürcüstan azərbaycanlılarının problemlərinə geniş yer verilir.

Bundan başqa, qəzet kollektivinin əsas məqsədlərindən biri Gürcüstanda yaşayan azərbaycanlıların hüquqi maarifləndirilməsi işinə töhfə verməkdir. Bu məqsədlə qəzetdə mütəmadi olaraq yeni qəbul olunmuş qanunların Azərbaycan dilində mətnləri dərc olunur və hüquqşünasların şərhləri verilir.

"Türkel” qəzeti "Türkelİctimai təşkilatının mətbu orqanıdır. Qırğızıstan Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Qəzetdə, siyasət, beynəlxalq münasibətlər, türk respublikaları arasında əməkdaşlıq və dostluq münasibətləri və digər mövzularda analitik yazılar verilir.Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının mətbu orqanı olan "Vətən” jurnalı 3 dildə yazılarla oxucularının görüşünə gəlir. Diasporun fəaliyyətini, Qazaxıstan-Azərbaycan mədəni əlaqələrinin genişlənməsində atılan addımları işıqlandırır.Diaspor TV-lərin içərisində isə Günaz TV-nin fəaliyyəti də öz aktivliyi ilə seçilir. Çikaqo şəhərində fəaliyyət göstərən "Günaz TV” 2 dildə - fars və Azərbaycan dilində yayımlanır. Xaricdən Azərbaycan dilində yayımlanan ən böyük internet portallardandır. Texniki baxımdan tam təchiz olunub.

 

Şəymən

Şərq.- 2016.- 30 mart.- S.11