I BakıI türkoloji
qurultayı azərbaycan mətbuatında
1926-cı
il fevralın 26-da martın 6-dək davam edən
I Bakı Türkoloji Qurultayının 90 ili tamam olur. Müstəqil
Azərbaycan dövlətini tarixi irs və
varislik prinsipləri üzərində inkişaf etdirən
Prezident İlham Əliyev bu qurultayın tarixi əhəmiyyətini
nəzərə alaraq sərəncam imzalayıb. Sərəncama uyğun olaraq ölkənin elm, təhsil,
mədəniyyət ocaqlarında silsilə tədbirlər,
elmi-praktik konfransların keçirilməsi
planlaşdırılıb. I Bakı Türkoloji
Qurultayın Azərbaycan jurnalistikası tarixində də
böyük əhəmiyyəti var. Latın əsaslı yeni
türk əlifbasına keçid, ədəbi dilin
formalaşması, çap nəşriyyat işinin Avropa
standartlarına uyğunlaşdırılması və
terminologiyadan istifadə qaydaları, ortaq türkcənin
yaradılması kimi böyük əhəmiyyəti olan məsələlərin
müzakirəsi və qurultayın qərarları
jurnalistikanın inkişafına böyük töhfələr
verdi. Qurultay haqqında Azərbaycan, Türkiyə
və digər türk cümhuriyyətlərinin alimləri
müxtəlif istiqamətdə elmi tədqiqat aparıb,
monoqrafiya və kitablar nəşr etsələr də, Azərbaycan
mətbuatının bu sahədəki fəaliyyəti
araşdırılmayıb. Qurultayın
stenoqramları rusca tərtib edildiyindən, türk dilinin
müxtəlif qruplarında oxunan məruzələr stenoqrafik
hesabatlardan kənarda saxlanılıb. Dünyanın
məşhur türkoloqlarının, dilçilərinin Azərbaycan
mətbuatına verdikləri müsahibələr, təəssüratlar
qurultay barədə daha geniş faktların əldə
olunmasına yardım edir.
Qeyd edək ki, ruscadan tərcümə olunan stenoqrafik
hesabatlarla məruzəçilərin mətbuatda çap
olunan məruzələri arasında fərqliliklər
mövcuddur. Bütün bunları nəzərə alıb I
Bakı Türkoloji Qurultayı barədə Azərbaycan mətbuatındakı
yazıları sistemli şəkildə oxuculara və
türkoloqlara çatdırırıq.
Türkoloji
qurultayın təşkili
Şuralar
şərqində şura hökumətinin bərpasından
sonra birinci beş il müddətindəki
maarif cəbhəsində böyük müvəffəqiyyətlər
əldə edilməsi ilə bərabər son illər maarif
işlərinin daha da genişlənməsi və dərinləşməsində,
türk dillərinin nə haqqlarca geridə qalması və
yoxsulluğu böyük müamələr törətmişdir.
Bu halın başlıca səbəbləri əlifbalar,
yazılar, istilahlardır. İmlaların
tədris üsulları və türk -tatar dilləri mədəniyyətindəki
başqa əsas ünsürlərin qənaətedici bir vəziyyətdə
olmaması və uyğunsuzluqdan ibarətdir.
Bütün Şura cümhuriyyətləri və
yanlarında türk-tatar əhalisinin böylə ağır
vəziyyəti nəzərə alınaraq, bütün
cümhuriyyətlərin əlaqədar təşkilatları
tərəfindən maarif-mədəniyyət işlərinə
aid olan bu ümumməsələlərin bərabər həll
edilməsinin lazım olduğu təsdiq edilmişdir. Bütün bu məsələlər
xüsusi qurultayda, yaxud konfransda bərabər olaraq müzakirə
edilməsi vasitəsilə mümkün ola bilər.Zira,bütün cümhuriyyət və əyalətlərin
maarif təşkilatlarının nümayəndələri bu
qurultayda, yaxud konfransda özlərinin gördükləri
işlərin təcrübə müvəffəqiyyətlərindən
bəhs edərək alimlər və elm xadimlərinin fəal
surətdə iştirak etməsi, yardımları ilə elmi əsəslar
üzrə mübahisəli məsələləri həll edə
biləcəkdir.
Bu məsələlərin bu tərzdə həll edilməsi
Tatarıstan, Krım, Daşkənd və sairə cümhuriyyət
və əyalətlərin bir çox pedaqoji və elmi
konfranslarında lazım görülmüşdür.
Birinci Azərbaycan
Türkoloqlar qurultayın və il yarım
bundan əvvəl elm akademisi üçün ittifaq elm cəmiyyəti
dəxi buraya gəlmişdir. Qurultayın
çağırılma məsələsi Azərbaycanda
birinci dəfə olaraq, hələ bir il
bundan əvvəl ali firqə və şura təşkilatlarında
irəli sürülmüşdü və bu il müddətində
bu məsələ Moskva, Leninqrad (Sankt Peterburq - A.A.) Bakı və sair şəhərlərdə
şuralar ittifaqının məşhur alimlərinin
iştirakı ilə çağırılmış bir
çox hazırlıq məsələləri də
müzakirə edilmişdir. Bu il
avqust ayında şuralar ittifaqı xalq komissarlar şurası
qurultayının təşkilat komitəsinin sədri Mixail
Yuryeviçin məruzəsi üzrə 1925 -ci il kanunu əvvəl
ayında Bakıda qurultay çağırılması barəsində
qərar çıxarılmış və beləliklə,
qurultayın çağırılması məsələsi
qəti sürətdə həll edilmişdir. Deməli,
bütün arzu və kuralların həyata keçirilməsi
üçün kanuni-əvvəl ayında Bakıda
türkoloji qurultay çağırılacaqdır. Müzakirat bu mənada nəzəri məsələlərdən
başqa elmi məsələləri dəxi əhatə edir.
Bunun üçün də qurultayın gərək elmi
cəhətdən və gərəksə birinci növbədə
bir çox xəstə məsələlərin həlli
üçün artıq dərəcədə böyük əməli
əhəmiyyəti olacaqdır. Qurultayın iş proqramına
yazı qaydaları ilə əlaqədar olaraq türk dilləri
və ləhcələrinin müqayisəli (fonetiq) türk
dillərində müxtəlif vücudə gətirilməsi,
ərəb əlifbasında islahat yapılması ilə əlaqədar
olaraq müqayisəli morfoloji və yeni əlifabaya keçmək,
türk dillərinin imlası, elmi qərarlar və istilahlar , türk- tatar dillərinin tədrisi
üsulları və ləhcə kibi bir çox ən
mühüm məsələlər daxil edilmişdir.
Qurultayı çağıran təşkilat komisyonu
türk-tatar əhalisi olan əlaqədar cümhuriyyət və
əyalətlərin lazımi məsələlər ilə
bahəm bu məsələlərin qurultayda ətraflıca
müzakirə edilməsi üçün məramnamələr
hazırlayır.
Mədəni cəhətdən daha qüvvətli olan cümhuriyyətlərdə
qurultayın gündəlik məsələlərinə aid
bir çox hesab materialları, xüsusi elmi əsərlərin
nəşrinə başlanılmışdır. Mahallarda ən
yaxın aylar müddətində qurultay ilə əlaqəyə
dair olan məsələlərin müzakirəsi
üçün xüsusi müşavirələr və
konfranslar çağrılacaqdır.
Türkoloji qurultayın çağrılması barəsindəki
xəbər bütün türk-tara cümhuriyyətləri və
əyalətlərində atəşin surətdə
alqışlanmışdı. Bütün
türk-tarat cümhuriyyətlərində məzkur qurultaya
hüsn- rəğbət göstərilir və lazımı
yardım göstəriləcəyi izhar olunur. Bununla əlaqədar
olaraq 3-4 həftə müddətində təşkilat komitəsi
külli miqdarda teleqraf , təliqə, tezis
və sairələr almışdır. Məsələn,
Özbəkistan özünün hərarətlə qurultaya
hazırlandığını xəbər verir. Özbəkistanlılar qurultaya
çağırılmış, qurultay münasibəti ilə
bir çox elmi əsərlərin nəşrinə
başlanılıb, Özbəkistan mətbuatı isə
qurultayın görəcək işlərinə artıq diqqət
verir.
Tatarıstan Cümhuriyyətində dəxi qurultayın
çağrılması məfkurəsi özünə
böyük nüfuz qazanmışdır. Tatarıstan
Cümhuriyyətinin mərkəzi icrayyə komitəsi və
xalq komissarları şurasının sədri göstərdikləri
xüsusi təliqədə qurultaya hər bir cəhətdən
yardım göstərəcəyini vəd ediyorlar. Tatarıstan xalq maarif komissarlığının
akademik mərkəzi bu xüsusda birinci müşavirələr
çağırmış, qurltayın gündəlik məsələrinə
aid məruzəçilər ayırmışdır.
Tatarıstan mətbuatı isə qurultay ətrafında
kompaniya açmış və müzakirəyə aid məsələləri
müzakirə etməyə başlamışdır.
Türküstan Cümhuriyyətinin xalq maarif
komissarlığı türkmən dilində
çıxmış bütün nəşrləri qurultaya
göndəriyor. Görülmüş işlər və türkmən
yazıları üçün latın əlifbası
barəsində məruzlər hazırlayır.
Şimali
Qafqaziya xalqlarının ölkə birliyi özünün
Rostovdakı ölkə mərkəzi ilə bərabər və
mərkəzi hökumət , bu
xalqların ölkəşünaslıq təşkilatları
(qaraçaylar, kabardinlər, bolqarlar, osetin, çeçen,
noqay, türkmənlər və başqaları ) qurultayda
öz nümayəndələrini təmin etməyə
çalışırlar.
Ermənistan elm və incəsənətlər institutu
üzvlərindən birininin türk və erməni dillərinin
bir-birinə təsirləri barəsində xüsusi məruzədə
bulunmaq üçün qurultaya göndəriləcəyi xəbər
verilir. Krımda xalq komissarlığı alimləri və
müəllimləri qurultaya hazırlıq yapmaq
üçün ümumi vahid bir mərkəz vücudə gətirmişlərdir.
İşlərin geniş bir planı düzənləndirilmişdir.
Krımlılar məruzəçilər
ayrımışlar və türk dillərində tədris
üsulları barəsində oxunacaq məruzəyə aid nəzəriyyə
göndərmişlərdir. Bundan başqa
qurultayı çağıran komisyon başqa türk
xalqlarından dəxi bir çox məlumat
almışdır. Bu məlumatlarda məzkur
xalqlar arasında qurultay münasibəti ilə hazırlıq
görüldüyü aşkar olur.
İttifaqımızın məşhur alimləri dəxi
qurultayın çağırlması məfkurəsinə səs
vermişlər və bir çox professorlar və akademiklər
qurultay işlərində iştirak etmək arzusunda
olduqlarını bildirmişlərdir. Ümumittifaq elm
akademisi akademik Bartold və Şişərbəyovu qurultaya
göndərəcəkdir. Şuralar
İttifaqı yanındakı şərqşünasların
ümumcəmiyyəti xəbər vermişdir ki, cəmiyyətin
məsul rəhbərləri qurultayın əsas məsələləri
barəsində məruzələr hazırlamaqdadırlar.
Bununla bərabər cəmiyyət bir çox təşkilatlardan
qurultayda nümayəndələrinə yer verilməsi barəsində
məktub göndərilməsi barədə məktublar
aldığını xəbər vermişdir. Qurultaya
hazırlana bilmələri üçün Kazan,Simferapol, Daşkəntdə qurultayın
çağırılmasına yardım göstərəcək
bir çox komitələr vücudə gətirilmişdir. Hökumətin məşhur üzvləri, elm xadimləri
və bu cümhuriyyətlərin maarif işçiləri bu
komitələrin işlərində iştirak edirlər.
Məmləkətlərdən gələn bu məlumatlar
qurultayın elmi cəhətdən əhəmiyyətli
olacağını və gözəl nəticələr verəcəyini
irəlidən söyləmək üçün bir əsasdır.
Çağırılacaq qurultayda 130 nəfər
iştirak edəcək. Qurultayda şuralar ittifaqının 30 dan
yuxarı cümhuriyyət və əyalətlərində
yaşayan əməkçi türk-tatarların nümayəndələri
iştirak edəcəklərdir.
Qurultay işlərində ümumittifaq elm akademiyası, şərqşünasların ümumittifaq elm cəmiyyəti nümayəndələri, cümhuriyyətlərdəki dövlət darülfünunları, institutları, elmi pedaqoji təşkilatları iştirak edəcəklərdir.
Bundan başqa qonaq sifətiylə xarici məmləkətlərdən, xüsusən Türkiyə və İrandan türkoloqlar dəvət ediləcəkdir.
Qurultayı çağıran təşkilat
komitəsi qurultayın çağrılacaq vaxtını,
yerini və müzakirə komissiyasını qəti sürətdə
bəyan etmişdir. Qurultayda akademik Bartold,
professorlar Samalyoviç və başqaları kimi məşhur
akademiklərimiz və Almaniya alimi Yanğ,
Köprülüzadə və başqaları kimi bir çox
xarici alimlər çıxışlarda bulunaraq məruzə
oxuyacaqlardır. Şərqşünasların
ümumittifaqı cəmiyyətinin rəyasət heyəti
üzvləri dəxi çıxışlarda
bulanacaqlardır. Qurultayda bütün məruzələr
türk və rus dillərində oxunacaq, türk dilini bilməyənlərə
öz ana dillərində yaxud, müəyyən xalq dillərinin
birində olaraq məruzədə bulunmaq imkanı veriləcəkdir.
Qurultayı çağıran təşkilat komissiyası
mahalların müvəffəqiyyətlə qurultaya
hazırlanması üçün təşkilat komisyonu məzmun-əxbarını
nəşr etməyə başlayacaqlar. Bu əxbarın
birinci nümunəsi bu günlərdə
çıxacaqdır. Təşkilat komisyonu böyük
türk şairi Nəvainin 500 illik yubileyi qurultayın
açılış günü təsdiq ediləcəkdir.
Bu məqsədlə komisyon Nəvainin əsərlərini nəşr
etmək üçün məsuldur. "Azərbaycan” nəşriyyatı
təşkilatları isə şairin klassik əsərlərini
nəşr etməyə başlamalıdır. Bundan başqa
Azərbaycanda türk mətbuatının 50 illik yubiley
günü qurultay günüdə təsdiq etdiriləcək
və Azərbaycan incəsənətlərinin birinci sərgisni
hazırlayacaqlar. Bunan əlavə kitab sərgisi dəxi
qurultayda təsdiq etdiriləcək. Bu sərgidə məqsəd
türk-tatar əhalisi olan məmləkətlərdə nəşriyyat
işlərinin tarixi, vəziyyəti və əldə etdikləri
böyük nailiyyətlər göstərdiklərindən ibarətdir.
Bu sərginin təşkilində lazımı
müvəfəqiyyət əldə edilməsi
üçün nəşriyyat idarələrinə
müraciət edərək özlərinin türk-tatar dillərində
şuralar şərqində işlətdikləri
bütün əlifbada nəşrlərinin vaxtında
göndərilməsini rica etmişdir. Təşkilat
komitəsi aşağıdakı yoldaşlardan ibarətdir:
Ağamalıoğlu (sədr), Mixailoviç (sədr
müavini), üzvlər: akademik Bartold, professor Samalyoviç,
Cəlil Qorxmazov, E. İ.Yuryev, F.A.Birudu,Turyaqulov, Zidmet,Alimcan
İbrahimov, Pepinov,professor Çobanzadə, professor
Aşmarin, Odabaşı, Baytursun, Nuşrivanov,Əli Yusifzadə
(komissiyanın katibi).
Akif
Aşırlı
Şərq.-
2016.- 3 may.- S.7