“Siiyasi oyunlar olmasaydı Səmra ilk onluqda olacaqdı”
Faiq Ağayev: “İstəyərdim ki, bizim müəlliflər
də bu yarışa musiqi
yazmaq üçün
israr göstərsinlər”
"Evrovizion-2016” mahnı müsabiqəsi bitdi. Amma Hələ də "Evrovizion”dan danışılır. Fərqli yanaşmalar, müxtəlif fikirlər və şərhlər var. "Evrovizion” yarışmasında iştirak etməyə dəyərmi” sualına cavab axtarılır. Bəziləri müsabiqəni siyasi oyun müsabiqəsi hesab edir, kimisi də əksinə, bu müsabiqədə iştirakçımızın vacibliyini vurğulayır.
Bu ilki "Evrovizion” yarışması ətrafında çox müzakirələr oldu, Azərbaycanı bu yarışda təmsil edən Səmranını geyimindən tutmuş, ifasına qədər müzakirə olundu. Təbii ki, hərənin bu yarışa öz baxış bucağı oldu. Bütün bu baxışların fonunda isə həm də bir həqiqət özünü göstərmiş oldu. Bu müsabiqə təkcə musiqi yarışı deyil. "Evrovizion” həm də siyasi məqamlarla özünü göstərən, dövlətlərarası münasibətləri özündə əks etdirən bir geniş auditoriyalı təbliğat vasitəsidir. Yəni bu yarışda təkcə musiqiyə qiymət verilmir. Hər halda son illərin ümumi mənzərəsi bunu deməyə əsas vermiş oldu.
Məsələnin başqa bir tərəfi isə, zənnimcə, həm önəmli, həm də vacib sayıla bilər. Nə qədər bu yarışmanın siyasi mexanizm olduğunu söyləsək də, əslində həm də musiqi yarışı olaraq təqdim olunur. Əsas məsələ belə böyükmiqyaslı, hətta siyasi tərəfləri olsa belə, bu yarışmaya qatılmaq və boy nümayiş etdirməkdir. Razılaşaq ki, bu yarış əyləncəli və ölkəsini təbliğ etmək üçün imkanları böyük olan bir arenadır.
Hər halda dünyanın 50-dən artıq ölkəsinin qatıldığı bu yarışa qatılmaq vacib görünür. Dünyaya meydan oxuyan ölkələrlə bir arada ölkəni tanıtmaq imkanı əldə edirsən. Azərbaycanın böyük səhnədə olmasını izləmək xoş həyəcandı. Hər bir ölkənin səhnəsində təqdim olunan fərqli səhnə görünüşü, dekorasiyası, son texnologiyanın qadir olduğu böyük səhnə işıqları ilə bəzədilmiş böyük arena, gerçəkdən tamaşaçı üçün maraqlı görünür. Yenə qeyd edirəm, bu müsabiqədə hansı yer tutmağının əslində heç bir önəmi yoxdu. 2-ci, 5-ci, ya da 17-ci. Bu yarışmanın bir yeri önəm daşıyır. "Evrovizion” yarışmasının birinci olduğu ölkə. Qalan məqamlar isə sadəcə bir müddətlik müzakirə mövzusudur.Yenə o sualın üstünə gəldik. "Evrovizion” musiqi yarışıdı, ya yox? "Evrovizion” yarışına qatılmaq lazımdımı?Bu barədə Xalq artisti Faiq Ağayev "Şərq”ə maraqlı açıqlama verdi: "Biz adətən dünyanın Azərbaycana qarşı ikili standartlarla yanaşmasından gileylənirik. Bunun tam əksini builki "Evrovizion” yarışması bir daha göstərdi. Builki "Evrovizion” tam siyasiləşmişdi. Olduqca siyasiləşmişdi. Bunun tərəfdarı deyiləm. Çünki biz musiqi yarışmasını seyr ediriksə, musiqiyə qiymət verilməlidir. Builki nəticələr çox maraqlı və gülməli nəticələrdi. Baxın, Avropa tamaşaçılarının səsverməsinə görə, cibindən, avrosu ilə verilən səslərə görə birinci Lazerev idi. Milli münsiflər heyətinin qərarına görə isə birincilik Avstraliyada idi. Amma son nəticədə Ukrayna qalib oldu. Avropa Yayım Birliyinin, fikrimcə, seçdiyi siyasi bir gediş idi ki, sona yalnız Rusiya və Ukrayna qalsın. Sonda Rusiyanın başını qapazlayıb qalibiyyəti Ukraynaya versinlər. Açıq-aydın da demək olmur. Mən bircə bunu açıq şəkildə söyləyə bilərəm ki, Azərbaycana qarşı göstərilən tarixi ədalətsizliyə görə ürəyim yanır. Lakin biz dünyadan ədalət istəyiriksə, biz digər məqamlarda da ədalətin tərəfində durmalıyıq. Əgər Lazerev başqa bir dövlətin təmsilçisi olsaydı, bu ifaya görə qalib olacaqdı. Belə bir təzad yaranır. Lazerev qələbəni türklər demiş, hak etmişdi. O bu qələbəyə layiq idi. Amma ədalətsizlik oldu”.
Xalq artisti təmsilçimiz Səmra
barədə də fikirlərini dilə gətirərkən "Builki
yarışma konkret olaraq siyasi oyun
olmasaydı, Səmranın
çıxışını uğurlu adlandırmaq olardı. Səmra heç də
ilk onluqda olan iştirakçılardan geri
qalmırdı. Əgər musiqiyə,
iştirakçının performansına dəyər
verilsəydi, Səmra
ilk onluğa düşməliydi,
17-ci yerə layiq deyildi. Bu təkcə
Səmranın da problemi deyildi. Misal üçün, Litvanın
əla nümayəndəsi,
Fransanın əla nümayəndəsi layiqli
yer tutmadılar.
Səmraya gəldikdə isə
müğənni kimi
oxu tərzinə heç bir irad tutmazdım. Builki prüativ oyunlar olmasaydı, Səmra ilk onluqda olmalıydı.
Türkiyə, İtaliya kimi
ölkələr müsabiqəyə
qatılmayıblar. Baxmayaraq ki,
İtaliya beşliyə
daxil olan ölkələrdən biridir.
Ukrayna bir il imtina
etdi. Zənnimcə, bu da müvəqqətidir” deyə
Xalq artisti söyləyir."Evrovizion”
ətrafında olan söz-söhbətlər müxtəlif
şəkildə şərh
olunur. Yuxarıda da qeyd etdiyimiz kimi, bəziləri bu yarışmaya qatılmağın
lazımsız olduğunu
söyləsə də,
bir çoxlarının
fikri isə tam fərqlidir. "Evrovizion”a təkcə orada qalib olmaq
məqsədilə qatılmaq
lazım deyil. Əsas bu yarışda bir dövlət olaraq iştirak etmək, Azərbaycan barədə, musiqimiz, ölkəmiz, dövlətimiz,
mədəni irsimiz barədə hər fürsətdə maksimum məlumat vermək, düzgün təbliğat
yolu seçməkdi.
Böyük bir arenada Azərbaycan səhnəyə
çıxmaq imkanı
əldə edirsə,
yarışmaya qədər
və yarışma dönəmində Azərbaycan
təmsilçiləri vasitəsilə
Avropada öz ölkəsini təbliğ
imkanı əldə etmişkən, niyə bu fürsətdən əl çəkək?
Faiq Ağayevin də bu məsələyə münasibəti maraqlı
oldu. "Məncə, hər şey yaxşı olsa, dünyada tüğyan edən ədalətsizlik aradan qalxsa, Qarabağ problemi, Azərbaycanın ərazi bütövlüyü
tam təmin olunsa, bizdə belə bir sual yaranmayacaq
ki, "Evrovizion”a qatılaq, ya yox? Bu lazımdı,
ya yox. Getməyimiz pis deyil. Bir də həmişə demişəm ki, millətçilik və millətpərəstlik, vətənpərəstlik
arasında bir ümman fərq var. Birisinin sonu uçurum və məhv, digərinin isə rifah və təkəmmül və tərəqqidir.
Niyə buna məğlubiyyət donu geyindirməyə çalışırıq? Yenə deyirəm ki, bu yarış
siyasi gedişatı ilə açıq şəkildə özünü
bu il
göstərmiş oldu.
Bəzilərinə üzümü tutub
sual edirəm. Yarışda ilk onluğa ədalətsizlik
üzündən düşməmişiksə,
bu məğlubiyyətmi
sayılır? Nə məğlubiyyətdir
ki bu belə?
- yalnız siz deyəni millət acı "dərman” kimi qəbul etməlidirmi? Niyə bunları xalqın boynuna qoymaq istəyirik? Məqsədiniz
nədir, cənab və cənabələr?”
açıqlama verdi.Faiq
Ağayev bu arada gələn il keçiriləcək
"Evrovizion” müsabiqəsi
ilə bağlı maraqlı mesajını da çatdırdı:
"Bircə mənim
istəyim odur ki, gələn il bu yarışda
azərbaycanlı bəstəkarların
musiqilərinə müraciət
edilsin. Bu müsabiqədə
Azərbaycan bəstəkarları
özlərini tanıtmaq
və göstərmək
şansı qazansınlar,
bu davaya son qoyulsun ki, bizim
musiqimiz güclüdür,
ya yox. Öz musiqmiz yaxşıdı, ya yox? Ən azı bu suala
özümüz də
cavab verərik. İstəyərdim ki, bizim müəlliflər də
bu yarışa musiqi yazmaq üçün
israr göstərsinlər.
Özlərini kənara çəkməsinlər.
Bir halda ki, bizim
bu yarışda öz musiqimizi ifa etmək təcrübəmiz də
var. İlk dəfə
Azərbaycan məhz öz bəstəkarımızın
musiqisi ilə yarışa qatılıb.
Gövhər xanımın bəstəsi
ilə yarışda iştirak etdik. İlk il
üçün nəticələr
də pis deyildi. Azərbaycan bəstəkarları bir az bu yöndə ürəkli olub, tələb etsinlər ki, biz mahnılar təqdim edirik. Qoy o musiqilərdə balabandan, nə bilim, digər milli musiqi alətlərimizdən,
milizmalardan istifadə
olunsun. Nəhayət, biz öz bəstəmizlə
bu yarışda müarizəyə qatılaq”.Günlərdi
Səmranın geyimləri
də müzakirə mövzusuna çevrilib.
Xalq artisti Faiq Ağayevdən Səmranın geyiminə lakonik bir cavab
gəldi: "Səmranın
geyim tərzi məni qane etdi. Avropa səhnəsində onun görünüşü,
geyimi çox düzgün idi. Biz belə bir
yarışa başqa
hansı şəkildə
çıxmalıydıq? Çadra ilə səhnəyə çıxası deyildi ki? Onda da bəziləri
bunu özləri üçün silah edib, deyəcəkdilər
ki, gördüz, Azərbaycan vəhşi, geridə qalan ölkədi, varvar bir millətdi. Azərbaycan demokratik respublika olaraq bu yarışa
qatılıb. Yeri gəlmişkən,
Azərbaycan Demokratik Respublika kimi qadına seçki hüququnu hələ
1918-ci ildə verib.
Qadına azadlıq verilib.
Birləşmiş Amerika Ştatında
qadına seçki hüququ daha sonralar verilib. Bizə ayıb olar ki, geriyə çəkilək. Biz
tolerant, demokratik Avropa
ölkəsi kimi başqa ölkələrlə
rəqabət aparırıqsa,
bəzən yersiz
mental düşüncələri bu yarışa daxil etməyək. Bu yarışda böyük
siyasi oyunlar getdiyi dönəmdə, primitiv nöqsanları nəzərə almayaq.
Yenə qeyd edirəm ki, əgər bu yarışda siyasi oyunlar olmasaydı, Səmra onluqda olmalıydı.
Bu yarışda təkcə
Azərbaycan yox, bir çox böyük dövlətlər
siyasi oyun üzündən layiq olduqları yerdə ola bilmədilər”.
Tahirə Məmmədqızı
Şərq.-
2016.- 17 may.- S.13