“Texnologiyanin sürətli inkişafı
informasıya agentlikləri üçün cıddı problemlər
yaradıb”
Elçin Şıxlı: “Məni
maraqlandıran informasiyalar
sosial medialarda yoxdur. Ciddi informasiya
almaq istəyirəmsə,
öz bildiyim mənbələrə baxıram”
Qulu Məhərrəmli: “Yeni texnologiyalarda çatışmayan
cəhət odur ki, burada tənzimləmə
ilə bağlı ciddi problemlər var”"Müasir dövrdə innovasiyalı
texnologiyanın sürətli
inkişafı informasiya
agentlikləri üçün
ciddi problemlər yaradıb”. Bu sözləri
mayın 23-də Bakıda
keçirilən Dünya
Xəbər Agentlikləri
Konqresi (NACO) Şurasının
növbəti iclası
ilə bağlı jurnalistlərə müsahibəsində
AZƏRTAC-ın baş
direktoru Aslan Aslanov deyib. Baş direktorun sözlərinə görə,
insanlar özləri sosial medianın imkanlarından istifadə edərək daha asan, daha sürətlə
xəbərləşirlər və bu da
ənənəvi media qarşısında
ciddi çətinliklər
törədir: "Bu problemlərdən
çıxış yollarının
tapılması Dünya
Xəbər Agentliklərinin
(DXA) Bakıda keçiriləcək
V Konqresinin müzakirə
mövzusu olacaq”.Baş
direktor onu da diqqətə çatdırıb ki,
DXA-nın Bakı Konqresində əsasən
informasiya sahəsində
dünya mediasını
düşündürən qlobal məsələlər
müzakirəyə çıxarılacaq:
"Bu müzakirələrin əsasını ilk növbədə
sosial media ilə ənənəvi media arasındakı
münasibətlər məsələsi
təşkil edəcək.
Konqresdə iştirak
edəcək dünya
mediasının görkəmli
nümayəndələri qarşıda
duran problemlərdən
çıxış yollarını
araşdıracaqlar”.Məsələni dəyərləndirn fəaliyyəti
dayandırılmış "Ayna-Zerkalo” qəzetlərinin
təsisçisi və
baş redaktoru Elçin Şıxlı
"Şərq”ə söyləyib
ki, Azərbaycan mediasının problemi sosial medianın olmağında deyil. Problemimiz dərc olunan materialların məzmun və peşəkarlıq məsələsidir:
"Sosial şəbəkə
sadəcə olaraq yeni növ xəbər
daşıyıcısıdır. Çünki istənilən qəzet,
sayt və informasiya agentliyi sosial medianın özündə səhifələrini
açırlar. Məsələn, "Şərq” qəzetinin öz feysbuk səhifəsi var. Başqa
agentliklər və ya qəzetlər də sosial şəbəkələrdə bu cür səhifələr
yaradıblar. Sosial media sadəcə
olaraq daşıyıcıdır,
ötürücüdür. Daha rahat, ödənişsiz,
liberal və demokratik olduğu üçün
insanlar ona çox üstünlük
verir. Son 3 aydır ki, feysbuk istifadəçisiyəm.
Bir məsələni qeyd etməliyəm ki, mənim üçün sosial media informasiya almaq baxımından bir o qədər cəlbedici deyil. Bəlkə hələ düzgün istifadə etmirəm deyə, belə düşünürəm. Amma insanlar sosial mediada ancaq biri-biri
ilə xəbərləşmək,
hal-əhval tutmaq və hansısa məsələ ilə bağlı bir-iki cümlə ilə öz fikrini yazmaq məqsədilə istifadə edir. Bir peşəkar jurnalist kimi deyə bilərəm ki, məni maraqlandıran informasiyalar sosial medialarda yoxdur. Sosial şəbəkələrə hal-əhval tutmaq üçün girirəm.
Ciddi informasiya almaq istəyirəmsə,
öz bildiyim mənbələrə baxıram”.E.Şıxlı
hesab edir ki, sosial şəbəkələr
insanları qəzet alıb, oxumaq vərdişindən daşındırır:
"Doğrudur, bunlar
var. Müasir texnologiyalar
inkişaf edir. Yeni asan platformalar meydana çıxır.
Həmin
platformalar bizdə hələ ki, pulsuzdur. Amma bir müddət
sonra onlar pullu olacaq. Məsələn, "Nework Times” qəzetinin
onlayn versiyasını
oxumaq istəyən ona abunə olmalıdır. Heç olmasa,
1 dollar verməsəniz, o səhifəni
açmayacaq. Səhifədə yalnız anonslar verilir. Amma yazını açıb
oxumaq üçün
abunə olub, pul köçürmək
lazımdır. Rusiyanın populyar
olan bəzi KİV-nin yazılarına baxmaq üçün abunə olmaq gərəkdir. Çünki onlar əziyyət çəkib, hazırladığı
materiallardan gəlir əldə edə bilirlər. Yaxşı material verirlər, yaxşı da qazanc götürürlər.
Amma bizdə insanlar sosial şəbəkələrə
onun pulsuzluğu və çox asanlıqla əldə etmək mümkün olduğuna görə müraciət edir. Düşünürəm ki, əsas məqsədimiz peşəkarcasına
xəbər vermək
olmalıdır. Sadəcə
indi xəbərin ötürülməsi platforması
dəyişib”.Müsahibimiz diqqətə çatdırıb
ki, xəbər dünyada ən qiymətli əmtəədir:
"Xəbəri boş-boşuna
ötürmək olmaz.
O işi görənlər,
yəni məlumatı
axtarıb tapanlar, onu yazıb, hazırlayanlar öz zəhmətlərinin müqabilində
bütün peşə
nümayəndələri kimi
məvacib almalıdırlar.
O məvacibi əldə
etmək üçün
media strukturlarından biznes
kimi istifadə olunmalıdır. Əks halda, kiminsə əlinə baxacaqsan və sənə pul verən adam da öz istəyini yeritməyə çalışacaq.
Bu da çox
hallarda jurnalistika prinsiplərinə uyğun
gəlmir. Problemlər
də bundan irəli gəlir”.E.Şıxlı
onu da əlavə
edib ki, media doğru-dürüst və
peşəkarcasına informasiya
vermək lazımdır:
"İnsanlar sosial mediaya ona görə
müraciət edirlər
ki, onlar həyatda üzləşdikləri
problemləri qəzetlərdə
və saytlarda görə bilmirlər. Daha doğrusu, vətəndaş
küçədə gördüyü
ilə qəzetdə yazılan arasında xeyli fərqin olduğunu müşahidə
edir. Biz də vətəndaşın
gördüyü ilə
yazdığımız arasındakı
fərqi ortadan qaldırmalıyıq. Bu baş
verməyincə, vəziyyət
dəyişməyəcək”.Tanınmış
telejurnalist, BDU-nun professoru
Qulu Məhərrəmlinin
qənaətincə, bu
gün bu sahədə və yöndə çox fərqli bir proses gedir, yəni
informasiya texnologiyaları
meydana çıxdıqca,
yenilər köhnələri
sıxışdırır: "Çünki yeni maraqlıdır, yeninin üstün imkanları var, yeni daha
çatımlıdır və
sairə. Amma bununla yanaşı,
bir vaxtlar televiziya çıxanda deyirdilər ki, kinoteatrı məhv edəcək. Vaxtilə hətta,
fransız sosioloqu Jan Kokto bununla bağlı
çox böyük bir araşdırma aparıb. Bəs, nəticə nə
olub? Nəticə
o olub ki, hər iki blok bir müddət paralel inkişaf edir, amma yeni şəbəkələr,
yeni texnologiyaya əsaslanan sistem daha sıçrayışlıdır.
Məsələn, indiki halda
biz internetin sayəsində
çox böyük geniş informasiya resurslarına yiyələnirik.
Yeni yaranan şəbəkə
bizim üçün
həm tezis sistemidir, həm məlumat qaynağıdır,
həm də müəyyən dərəcədə
saxlanc, anbar rolunu oynayır. Yəni, biz bu imkanlardan bəhrələnə
bilirik”.Eyni zamanda Q.Məhərrəmli qeyd edib ki, iqtisadi
cəhətdən yeni
texnologiyalar daha uyğundur: "Amma yeni texnologiyalarda çatışmayan cəhəti
odur ki, burada tənzimləmə ilə bağlı ciddi problemlər var və bu
problemlər olduğuna
görə, ənənəvi
medianın qaydaları
heç də həmişə yeni mediaya, yeni sistemə
tətbiq olunmur. Bu isə öz
növbəsində internet üçün böyük
bir qorxu, təhlükə, inamsızlıq
yaradır. Ona görə
insanlar psixoloji olaraq yeni mediadan
daha çox ənənəvi mediaya meyillənirlər. Düzdür,
ənənəvi medianın
özünün də
içərisində parçalanma
var. Belə demək mümkünsə, onun peşəkar, keyfiyyətli
tərəfi də, həmçinin keyfiyyətsiz
və dəyərlərə
çox önəm verməyən tərəfi
də - nə bilim, tablo qəzetlərdir,
sarı mətbuatdır
və sairə - var. Ona görə bu gün nə
qədər ki, hamının internetə bağlı kompyuteri, hamının internetə çıxışı yoxdur,
hələlik bir müddət bu, bərabər səviyyəli
rəqabət gedəcək.
Amma təbii ki, dünyanın məntiqi də, texnologiyanın məntiqi də odur ki, gələcək
yeni texnologiyanındır”.
Ekspertin fikrincə, yaxşı qəzet, yaxşı çap orqanı odur ki, o, həm oxucunun, auditoriyanın marağını nəzərə ala, həm də özünün prinsiplərini gerçəkləşdirə bilir: "Avropanın ən böyük sosioloqu sayılan Habermasın fikrinə görə, yeni texnologiyaların meydana gəlməsi və vətəndaşlıq jurnalistikasının artması ilə yeni qorxulu tendensiyalar yaranır. Ənənəvi jurnalistika ilə internet jurnalistikanın təməl prinsipləri qarışdırır ki, bunun da sayəsində, ümumiyyətlə, o təməl prinsiplərin təsdiqi situativ yanaşma meydana çıxarır, yəni bu, burada olar, ya olmaz. Bunu o, çox pis əlamət hesab edir. Onun fikrincə, klassik media, ənənəvi media özünün mövqelərindən çəkilə bilər. Amma bununla yanaşı, məsələn, on il bundan əvvəl bütün dünyada sorğu aparıldı, keyfiyyətli və keyfiyyətsiz deyilən mətbuat orqanları müəyyənləşdirildi. Dünyanın on keyfiyyətli mətbuat orqanı müəyyənləşdirildi ki, "Vaşinqton post”, "Nyu-York Tayms”, "Guardian”, BBC kimi KİV orqanları da məhz bura aiddir. Yəni, bunlar o strukturlardır, o qurumlardır ki, auditoriyanın, cəmiyyətin maraqlarını güdüb, hakimiyyət üzərindən ictimai nəzarəti gerçəkləşdirib öz səhifələrində, ekranında, efirində ictimai forum yaradaraq, müxtəlif fikirləri əks etdirən diskussiyaları təşkil edə bilir”.Tanınmış telejurnalist onu da əlavə edib ki, yeni medianın, o cümlədən telekanalların ənənəvi medianı tamamilə sıradan çıxaracağını düşünmür: "Baxın, qəzetlər həm özlərinin elektron səhifələrini saxlayırlar, həm də onlayn tərzində işləyirlər, məlumatları tez-tez təzələyirlər. Amma eyni zamanda, özlərinin çap variantını, yazılı variantını inkişaf etdirirlər, yeni rubrikalar açırlar, yeni fikir tapırlar, yeni dizayn tapırlar və sairə. Bu, o deməkdir ki, biz gerçəkliyi müxtəlif formalarda ifadə edə bilirik”.
Ayyət Əhməd
Şərq.-
2016.- 26 may.- S.12