BMT
SİVİLİZASİYALAR ALYANSININ VII QLOBAL FORUMU:
AZƏRBAYCAN MULTİKULTURALİZMİ DÜNYADA
MÜTƏRƏQQİ MODEL KİMİ QƏBUL OLUNUR
Paytaxt Bakı nüfuzlu beynəlxalq tədbirlərin ən uğurlu ev sahibi kimi artıq özünü təsdiq edib. Son bir neçə ildə Bakının timsalında Azərbaycanın ev sahibliyi etdiyi siyasi, mədəni, humanitar və idman tədbirlərinin siyahısına baxsaq, rəngarəng bir mənzərənin şahidi olarıq. Bu gerçəklik Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir.Ölkəmizə dünyada nüfuz qazandıran əsas amillərdən biri də, qeyd-şərtsiz, multikultural dəyərlərə malik olmasıdır. Azərbaycan xalqı "multikulturalizm” termini ilə heç tanış olmadığı uzaq keçmişdə də, bu dəyərə sahib idi. Dünya indi sivilizasiyalararası dialoqdan danışır, millətlər və dinlərarası həmrəyliyin vacibliyini önə çəkir, müxtəlif etnik qrupların birgəyaşayışını bəşəriyyətin xilası olaraq görür, Azərbaycan isə var olduğu vaxtdan bu ənənələri özündə yaşadır. Çox da uzağa gedib, tarixi mənbələrə baş vurmaq yerinə, Bakının iç şəhəri - İçərişəhəri misal çəkmək də yetərli olar, məncə.İçərişəhərin rəngarəng sakinləriUşaq vaxtımdan həyətimizdə başqa millətlərin yaşadığını görmüşəm. Bizim İçərişəhər belə idi; hamının ya rus, ya yəhudi, ya da erməni qonşusu vardı. Bizim həyətdə bir rus ailəsi, bir də yəhudi ailəsi yaşayırdı. Küçəmizin döngəsində isə bir erməni qadını yaşayırdı. İçərişəhərin uşaqları belə mühitdə böyüyürdü, sakinləri qonşularının milliyyətinə, dininə fərq qoymadan mehriban yaşayırdılar. Bizim rus dilini mənimsəməyimizdə qonşularımızın rolu böyük idi. Onlarla ünsiyyət saxladıqca, rus dilini də öyrənirdik. İçərişəhərlilər üçün yaxşı insan, pis insan vardı. Və bu "yaxşı-pis”lik heç bir halda nə milli kimliyə, nə də dini fərqliliyə dayanmırdı.1980-ci illərin sonunda həyətimizin sakinləri yavaş-yavaş azalmağa başladı. Əvvəlcə rus ailəsinə yeni mənzil verildi, köçdülər. Sonra yəhudi ailəsi İsrailə köçməyi qərara aldı. Qəribədir ki, yəhudi ailəsinin boş qalmış mənzili illər sonra bir rus qadına verildi. Həmin qadının İçərişəhərdəki əvvəlki mənzilində yanğın olmuşdu, ona görə də qadın bizim həyətdəki mənzilə köçürüldü. "Tetya” Lida - Lida xala bunu özü bizə danışmışdı. Demişdi ki, evi yandı, sağ olsunlar, tez mənzil verdilər, küçədə qalmadı.Builki Ramazan ayında Lida xalanın Azərbaycan dəyərlərinə necə hörmətlə yanaşdığının şahidi oldum.Bir gün bacım dedi ki, "tyotya” Lida onu iftara çağırıbmış. Düzü, təəccübləndim ki, Lida hara, orucluq hara?! Bacım dedi: "Sən Lidanı nə bilmisən?! Bizim adət-ənənələri elə yaxşı bilir...” Bir neçə gün öncə Lida xalanı görməyə, onu danışdırmağa getdim. Qapısını döydüm, pəncərədən məni görüb qapını açdı.- Pojaluysta, pojaluysta... Proxodi (buyur, buyur, içəri keç).
- Tetya Lida, kak pojivaete? (Lida xala, necə yaşayırsınız?)
- Vsyo xoroşo... (Hər şey
yaxşıdı) Çto mne nado, ya je, odna. Nikoqo net u menya. Jivu, slava Boqu... (Əlbəttə,
mənə nə lazımdı... Təkəm.
Heç kimim yoxdu. Allaha şükür,
yaşayıram).
- A yesli
kakoy to pomoş nujna budet... (Birdən kömək lazım
oldu)
- Da vokruq
lyudi, bezuslovno pomoqut (Ətrafda adamlar var, sözsüz kömək
edəcəklər). U nas vseqda bıli xoroşiye lyudi, i
seyçaz est. Ya dovolna (Bizdə həmişə
yaxşı adamlar olub, indi də var. Mən razıyam). U menya oçen xoroşiye sosedi bıli. Kak
drujno mı jili... Zdes toje xoroşo. No ya
uje malo vıxoju iz domu. Uje postarela... (Çox
yaxşı qonşularım vardı. Mehriban
yaşayırdıq. Burda da
yaxşıdı. Amma evdən az-az
çıxıram. Qocalmışam artıq)Lida xalaya dedim ki, multikulturalizmdən yazı
hazırlamaq istəyirəm, gəlmişəm bu mövzuda
onunla söhbət edim. Lida xala da məni güldürdü:- Çto multikulturalizm? Da mı vse tut
multi-kulturalnı... (Multikulturalizm nədi?!
Biz burda hamımız multi-kulturalıq). U nas takoye qosudarstvo, takoy xoroşı Prezident. İlxam Aliyev mne oçen nravitsa. On dostoynı sın svoyeqo otsa. Qeydar
Aliyeviç toje bıl takim. Kak on lyubil
svoy narod i naravne etim uvajal druqiye natsii, nikomu ne pozvolyal obidet ix.
Ya vseqda obraşyayu vnimanie, çto, qospodin İlxam Aliyev vo vsex prazdnikax pozdravlyaet russkix. Spasibo
yemu (Bizim yaxşı dövlətimiz, yaxşı Prezidentimiz
var. O, mənim çox xoşuma gəlir. Atasına
layiq oğuldu. Heydər Əliyev də belə
idi. O, öz xalqını çox sevirdi, amma başqa
millətlərin nümayəndələrinə də
hörmətlə yanaşırdı, heç kimə izin
verməzdi ki, kimisə incitsinlər. Həmişə
fikir verirəm ki, cənab İlham Əliyev də bayramlarda
rusları təbrik edir. Sağ olsun).
Məncə, Lida xala dövlətimizin də, dövlət
siyasətimizin də tərifini dəqiq verib.
Ənənələrin
gerçək təsdiqi
Azərbaycan
üçün bu ifadə tez-tez işlədilir: Müdrik
Şərqlə modern Qərbin qovuşuğu. Son
illərdə Azərbaycan sübut etdi ki, ənənələri
müasirliklə bir araya gətirmək tamamilə
mümkündür.
Bu ilin
aprel ayında Bakı dünyanın ən nüfuzlu
qurumlarından sayılan BMT-nin Sivilizasiyalar Alyansının
(UNAOC) VII Qlobal Forumuna ev sahibliyi etdi. 140-dan
artıq ölkənin
nümayəndəsi Sivilizasiyalar Alyansı ilə
bağlı mühüm məsələlərin müzakirəsi
üçün Bakıda toplaşdı.
Bu Forum mədəniyyətlərarası dialoq, beynəlxalq
əməkdaşlığın inkişaf etdirilməsi
baxımından mühüm imkan idi. Və biz bu imkandan gərəkən
səviyyədə istifadə edə bildik.
Bakıda keçirilən Forumda sülh şəraitində
və inklüziv cəmiyyətlərdə
yaşamağın üstünlükləri, mədəniyyətlərarası
dialoqa verilə biləcək töhfələr müzakirə
edildi. Bizim üçün həm belə məzmunlu Forum
keçirmək, həm də müzakirələrdə
iştirak etmək o baxımdan asandır ki, Azərbaycana
sivilizasiyalararası dialoq haradansa ixrac edilməyib, biz bu ənənələrlə
əsrlərlə yaşamışıq və yaşamaqda
davam edirik. Bu, Azərbaycan xalqının
gündəlik həyat tərzidir. Və
bu gerçəklik Forum boyunca da öz təsdiqini tapdı.
Biz necə bir mədəniyyətə sahib
olduğumuzu göstərdik. Ölkəmizə səfər
edən qonaqlar isə Azərbaycanın zəngin mədəniyyəti,
qədim tolerantlıq ənənələri, multikultural dəyərləri
ilə tanış oldular.
Azərbaycan tarix boyu çoxmillətli - rəngarəng
ölkə olub. Yurdumuzun xəritəsinə nəzər
salmaq yetərlidir ki, bu gözəl ölkəmizdə
böyüklü-kiçikli neçə millətə, etnik
qrupa mənsub insanları görək. Əsrlərdir
Azərbaycan xalqı digər xalqların təmsilçiləri
ilə bir yerdə, sülh və mehribanlıq şəraitində
yaşayır. 1980-ci illərin sonuna qədər
indi bizimlə torpaq davası aparan, ərazimizin 20 faizini
işğal edib separatçılıqla məşğul olan
ermənilərlə də sakit, mehriban yaşayırdıq.
Erməni şovinizmi, erməni
ağılsızlığı ilə birləşib Azərbaycana
qarşı ərazi iddiaları ilə çıxış
etməsəydi, torpaqlarımız işğal olunub, 1 milyon
soydaşımız qaçqın və köçkün
olmasaydı, Azərbaycan oğulları Vətən uğrunda
canlarını fəda edib şəhid və qazi
olmasaydılar, həmin birgə yaşayış bu gün də
davam edəcəkdi. Əslində, Azərbaycan
hətta Ermənistanla müharibə vəziyyətində
olduğu hazırkı zamanda da ermənilərlə eyni cəmiyyəti
paylaşa bildiyini sübut edir. Çünki
bu gün də Azərbaycanın erməni vətəndaşları
var. Baxmayaraq ki, Ermənistan Dağlıq Qarabağ
münaqişəsini başlatdıqda azərbaycanlıları
doğma ata-baba yurdlarından qovdu və monodövlətə
çevrildi, Azərbaycan isə yenə də
multinatsionallığını qoruyub saxlayır. Bu həqiqət artıq bütün dünyaya məlumdur.
Azərbaycanda bütün millətlərə hörmətlə
yanaşılır, hər bir vətəndaşın milli adət-ənənələrinə
riayət etməsinə sərbəst imkanlar vardır.Multikulturalizm
həm də dövlət siyasətidir
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev demək olar ki, hər
çıxışında multikulturalizmin dövlət siyasətinin
prioriteti olduğunu vurğulayır. Forumdakı
çıxışı zamanı dövlətimizin
başçısı Azərbaycanın sülhsevər siyasətinin
dəyişməz olduğunu bildirdi. Prezident
qeyd etdi ki, Azərbaycan əsrlər boyu dinlər, mədəniyyətlər
və sivilizasiyaların bir araya gəldiyi məkan olmuşdur.
Bu, bizim ən böyük sərvətimizdir və
biz tariximizlə fəxr edirik. Hər iki
ildən bir Azərbaycanda Mədəniyyətlərarası
Dialoq Forumu, mütəmadi olaraq Bakı Beynəlxalq Humanitar
Forumu keçirilir. Burada da əsas məqsəd
müxtəlif dinlərin nümayəndələrinin bir araya
gətirilməsindən, xalqlar arasında daha mühüm
qarşılıqlı anlaşmanın yaradılmasından
ibarətdir.
Azərbaycan
dinlərarası dialoq kimi vacib məsələyə həsr
edilmiş Dünya Dini Liderlərinin zirvə
toplantısına da ev sahibliyi edib.
Ötən
il Bakıda ilk Avropa Oyunları
keçirilib. Gələn il isə
Bakıda 4-cü İslam Həmrəylik Oyunları təşkil
ediləcək. Bununla da Azərbaycan istənilən dialoqa
açıq olduğunu, hər bir mütərəqqi
ideyanı dəstəklədiyini, dünyada dostluq və
qarşılıqlı anlaşma, həmrəylik və
sülh tərəfdarı olduğunu bir daha təsdiq edir.Dünya
katoliklərinin başçısı, Roma Papası Fransisk bu
il oktyabrın 2-də Azərbaycana səfər etdi. Ölkəmizdə
katolik dini daşıyıcılarının digər din mənsublarından
xeyli az sayda olmasına baxmayaraq Azərbaycan bu nüfuzlu din
xadimini qarşılamaqla özünün həqiqi tolerant,
dünyəvi və multikultural dəyərlərə sahib
olduğunu göstərdi.
"Əli
və Nino” - sevgi dastanı
Azərbaycanın çoxmədəniyyətliyindən danışırıqsa, bu günlərdə təqdimatı keçirilmiş "Əli və Nino” filmini mütləq vurğulamalıyıq. Filmin icraçı prodüseri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideyası və dəstəyi ilə ərsəyə gəlmiş bu film Azərbaycanın tarixən çoxmillətli və çoxmədəniyyətli bir ölkə olduğunu bir daha təsdiqləyir. Azərbaycan ədəbiyyatının özü nəhəng bir multikulturalizm abidəsidir. Bizim dastanlarımızda, ədəbi nümunələrdə millətlərin birgə yaşayış nümunələri, dostluq və sevginin mükəmməl obrazları yaradılıb. "Əsli və Kərəm”dən, "Mahmud və Məryəm”dən gələn ülvi hisslər Hüseyn Cavidin "Şeyx Sənan”ında, Nəriman Nərimanovun "Bahadır və Sona”sında, həmçinin Qurban Səidin "Əli və Nino”sunda davam edib. Azərbaycan xalqının layiqli ziyalıları mənsub olduğumuz dəyərlərin təbliğatçısı kimi mədəniyyətimizə öz töhfələrini veriblər. Yəni, Azərbaycan özünün istər mədəniyyəti, incəsənəti, istərsə də dövlət siyasəti ilə, ümumilikdə həyat tərzi ilə dünyaya sübut edir ki, multikulturalizmin alternativi yoxdur. Kimlərsə alternativlər barədə düşünürsə, bunlar çox təhlükəli ksenofobiya, islamofobiya, antisemitizm, irqçilik, diskriminasiya və nifrətdən başqa bir şey deyil. Bunun təsdiqi də hazırda Yaxın Şərqdə baş verən proseslərdir. Dünyamız daha gözəl, daha firavan, insanlar daha xoşbəxt olsun deyə, multikulturalizm dəyərlərinin gücləndirilməsi zəruridir. Azərbaycan xalqı və dövləti bu istiqamətdə ən doğru yolgöstərəndir.
Məlahət Rzayeva
Şərq.- 2016.- 8 oktyabr.- S.13