VƏTƏNDAŞLARIN SOSİAL MÜDAFİƏSİ DİQQƏT MƏRKƏZİNDƏDİR

Yanvarın 18-də iqtisadisosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirədə çıxış edən Prezident İlham Əliyev bildirib ki, 2015-ci ildə dünyada neftin qiymətinin kəskin düşməsi nəticəsində neft ixrac edən ölkələr çətinliklərlə üzləşiblər. Bu proses indidavam edir.

Son bir ildə neftin qiymətinin 4 dəfə düşdüyünü, bunun isə gəlirlərin azalmasına təsir etdiyini deyən dövlət başçısı hazırda Azərbaycanın vəziyyətdən çıxmaq üçün addımlar atdığını, digər neft ölkələri ilə müqayisədə ən az itki ilə üzləşdiyimizi diqqətə çatdırıb. Nazirlər Kabinetinin ötən iclasında verilən tapşırıqlar yerinə yetirildiyi təqdirdə Azərbaycanın çətinliklərdən asanlıqla çıxacağını deyən Prezident İlham Əliyev ölkədə islahatların dərinləşməsinin vacibliyini vurğulayıb və bununla bağlı səslənən təkliflərin artıq icra olunmağa başladığını deyib. İlk növbədə insanların sosial müdafiəsi ilə bağlı məsələlərin diqqət mərkəzində saxlanılacağını vurğulayan Prezident son illərdə ölkədə həyata keçirilən işlərin insanların rifah halının daha da yaxşılaşdırılmasına yönəldiyini bildirib. Dövlət başısı bu yaxınlarda pensiya və əmək haqlarının 10 faiz qaldırılmasının bu istiqamətdə atılan önəmli addım olduğunu deyib. Prezident keçən il bütün sosial proqramların icra edildiyini, yerlərində kütləvi ixtisarların aparılmadığını, ehtiyacı olanlara daha böyük məbləğdə ünvanlı sosial yardımların verildiyini diqqətə çatdırıb: "Bu gün 112 min ailə, təqribən 500 minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır və il ərzində verilən bu məbləğ 7 faiz artıb”. Prezident İlham Əliyev çıxışında süni bahalaşmaya da münasibət bildirib. Bu problemə qarşı ciddi mübarizə aparılmasının əhəmiyyətini vurğulayıb. İşbazların qiymətləri süni şəkildə bahalaşdırmağa çalışdığını deyən dövlət başçısı görülən tədbirlər nəticəsində çörəyin və unun qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşdüyünü bildirib. Valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini, təkliflərin hazırlandığını deyən dövlət başçısı bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətinə toxunub. Bundan əlavə, Prezident İlham Əliyev beynəlxalq ekspertlərin iştirakı ilə geniş özəlləşdirmə proqramının hazırlanması, bu işə xariciyerli investorların cəlb olunması, iqtisadi canlanmaya nail olmaq üçün biznes mühitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib.

 

Dövlət başçısı manatın etimadının bərpası ilə bağlı da ciddi tədbirlərin görülməsinin əhəmiyyətinə toxunub. Manatın məzənnəsinin sabit saxlanmasının təkcə hökumətdən asılı olmadığını deyən Prezident bank sektorunun tənzimlənməsi ilə bağlı təkliflərə baxıldığını, problemli bankların sağlamlaşdırılması prosesinin aparılması, dövlət istiqrazlarının buraxılması, əmanətlərin sığortalanması ilə bağlı əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Bu kimi tədbirlərin milli valyutaya olan inamı artıracağını deyib.

 

Ekspertlər də dəfələrlə vurğulayıblar ki, əhali tərəfindən milli manatın dərhal kütləvi şəkildə xarici valyutaya konvertasiyası ilkin dövrdə vətəndaşlar üçün sərfəli ola bilər. Lakin uzunmüddətli perspektivdə bu, milli manata etimadın azalmasına, dollarlaşma prosesinin güclənməsinə, bank sisteminin problemlərlə üzləşməsinə, daha sonra isə maliyyə sistemininvalyuta bazarının ciddi zərbə almasına və vətəndaşların özlərinin əziyyət çəkməsinə səbəb ola bilər. Qeyri-neft sektorunun inkişafının indiki vəziyyətdə prioritet olmasının vacibliyini bildirən dövlət başçısı Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə bu il 250 milyon manat güzəştli kreditlərin veriləcəyini, sahibkarların öz maliyyə resurslarını da nəzərə alaraq o zaman regionlara qoyulan investisiyanın həcminin təxminən 1 milyard manat olacağını bildirib. Prezident çıxışında daha bir vacib məsələyə toxunub. İş adamlarına böyük tikinti layihələrini icra etmək üçün şəraitin yaradılması, bu sahədə mövcud olan əsassız tələblərin, bürokratiyakorrupsiya hallarının aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verib. Bununla yanaşı, dövlət başçısı ipoteka bazarının səmərəliliyinin artırılması, bu yolla inşa olunacaq binaların tikintisinin sürətləndirilməsi ilə bağlı təkliflərin hazırlanmasını tapşırıb. Son 10 ildə Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu bəyan edən Prezident bunu bütün beynəlxalq və maliyyə qurumlarının təsdiq etdiyini söyləyib.

 

Ən əsası isə odur ki, son müşavirələrdən sonra Prezident mühüm sənədlər imzalayıb. Onların sırasında büdcədən maliyyələşən təhsil, səhiyyə, elm, mədəniyyət, gənclər və idman, sosial təminat müəssisələrində, eləcə də Daxili İşlər Nazirliyinin strukturlarında çalışanların əməkhaqlarının 10 faiz artırılması kimi əhalinin razılıqla qarşıladığı sərəncamlar var. Bundan əlavə, dövlət başçısı "İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbir haqqında” fərman və "Qeyri-neft məhsullarının ixracının optimallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamlar da imzalayıb. Bir tərəfdən əməkhaqlarının, pensiyaların artırılması ilə əlaqədar cənab İlham Əliyevin imzaladığı sərəncamlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edirsə, imzalanan digər iki sənəd ölkədə investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və sənaye istehsalının artırılmasını nəzərdə tutur. Göründüyü kimi, dövlət nəinki əhalinin sosial müdafiəsini gücləndirir və onların bütün qayğılarını qarşılamaq üçün təxirəsalınmaz addımlar atır, həmçinin ölkənin neftdən asılılığını minimuma endirmək üçün konkret addımlar atır. Dövlətlə xalqın vəhdəti, qırılmaz birliyi budur. Ölkədə sıravi vətəndaş da, məmur da yaxşı bilir ki, bizim ən güclü silahımız daxili sabitlikbirliyimizdir. Dövlət də, xalq da bu qırılmaz vəhdətin qorunması üçün bundan sonra da əlindən gələni əsirgəməyəcək.

 

Millət vəkili Fəzail Ağamalı deyib ki, dövlət başçısı həm ölkənin iqtisadi-sosial vəziyyətinin bugünkü durumu və gələcək hədəfləri haqqında, həm də şəraitdən sui-istifadə etməyə çalışan möhtəkirlər barədə bir daha özünün kəskin mövqeyini ortaya qoydu: "Məhz həmin müşavirənin məntiqi davamı olaraq biz Milli Məclisin növbədənkənar iclasında ölkə iqtisadiyyatının daha da güclənməsinə, sosial proqramların yerinə yetirilməsinə, bank sisteminin yenidən qurulmasına imkan verə biləcək, gömrük sistemində aparılan növbəti islahatları sürətləndirəcək qanun layihələrini qəbul etdik. Bu baxımdan tam əminəm ki, qanun layihələrinin qəbulu ölkədə əsası olmayan ajiotajların aradan qaldırılmasına ciddi əsas olacaq və yaranmış olan situasiyadan Azərbaycanın itkisiz çıxmasına imkan verəcək”.

 

Millət vəkili Jalə Əliyeva da bildirib ki, Azərbaycan böhran deyil, keçid mərhələsini yaşayır. Millət vəkilinin sözlərinə görə, təsadüfi deyil ki, Azərbaycan Prezidentinin atdığı çevik, hərtərəfli, düşünülmüş addımlar, son həftə ərzində 2 dəfə ard-arda keçirdiyi müşavirələr, verdiyi tapşırıqlar, göstərdiyi qətiyyət cəmiyyətin müsbət və nikbin düşünməsinə əsas verir: "Dövlət başçısının iradəsi bütün islahatların sürətlənəcəyini göstərir. Hökumət saat mexanizmi kimi dəqiq işləyir və yaranmış vəziyyətdən çıxış yollarını tapır. Lisenziyaların ləğv edilməsi, süni qiymət artımı ilə bağlı mübarizə mexanizmlərinin işə salınması, gömrük sektorunda islahatların sürətləndirilməsi, unun istehsalının və satışının ƏDV-dən azad olunması, sahibkarlıq müəssisələrində qanunsuz yoxlamaların qarşısının alınması, büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin, xüsusilə də, müəllimlərin və həkimlərin məcaviblərinin artırılması qısa müddətdə görülən işlərə nümunə olaraq göstərilə bilər. Bu gün ölkə Prezidenti İlham Əliyev başda olmaqla Azərbaycan hökuməti problemlərin həlli istiqamətində səfərbər edilib. Eyni zamanda, bütün bu addımlar haqqında Azərbaycan ictimaiyyətinin ciddi və hərtərəfli şəkildə məlumatlandırılması vacibdir. Görülən işləri və ya görülməsi nəzərdə tutulan tədbirləri əhaliyə doğru-düzgün, vaxtında çatdırmaq lazımdır. Çünki bəzən bu istiqamətdə hiss olunan boşluqlardan sui-istifadə edib cəmiyyətdə çaşqınlıq yaratmaq istəyənlər olur. Necə ki, son bir neçə gündə bunun şahidi olduq. Sosial şəbəkələrdə, internet səhifələrində heç bir əsası və reallığa uyğun olmayan bəzi məlumatlar yayıldı. Əslində onların kimliyiheç kimə gizli deyil. Bunlar Azərbaycanın inkişafını istəməyən o qüvvələrin əlaltılarıdır. Əslində çaşqınlığa səbəb olacaq bir durum yoxdur. Bir daha qeyd edirəm, məlum məsələlərlə bağlı yaranmış problemlərin həlli istiqamətində gərəkli addımlar atılır və ən əsası da Azərbaycan Prezidentinin qətiyyəti, iradəsi ortadadır”. Millət vəkili bildirib ki, hər birimizin qarşısında mühüm vəzifələr dayanır: "Hər bir Azərbaycan vətəndaşından bir daha ayıq-sayıq olmaq, dövlətin ətrafında daha sıx birləşmək tələb olunur. Parlamentin növbədənkənar iclasında da ölkəmizin sosial-iqtisadi durumu ilə bağlı çox geniş müzakirələr keçirildi. Əhəmiyyətli qanun layihələri müzakirəyə çıxarılaraq qəbul edildi. Bir sözlə, artıq ölkəmiz keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyubbu mərhələdə həyata keçirilən düşünülmüş, gələcəyə hesablanmış siyasət Azərbaycanın durmadan inkişafı üçün təməl yaradacaq. Ölkədə başladılan nəhəng quruculuq layihələrinin fasiləsiz və maneəsiz başa vurulmasını reallığa çevirəcək”.

 

İsmayıl

Şərq.- 2016.- 22 yanvar.- S.4