YAZIÇI “NANKOR ÖVLAD” MÜZAKİRƏSİ AÇDI

Ailədə 3 uşağı eyni cür tərbiyə etmək yanlışdır

Seyran Səxavət: “İndiki uşaqlar müəllimdən, ata-anadan çox küçədəkilərə, mühitə inanırlaBeş barmağın beşi də bir ola bilməz!.. "Axırıncı aşırım”da Kərbəlayi İsmayılın amiranə səslə dediyi bu aforizm yadınızdadır yəqin. Düzdür, Kərbəlayi, bu sözü bolşeviklərin əlindən zəncir çeynədiyinə görə demişdi. Məqsəd bolşeviklərin "sosial ədalətprinsipinin mümkünsüzlüyünü önə çəkməkdi. Amma Azərbaycanda bu hikmətli kəlam ailə-məət mövzusunda da tez-tez işlədilir.

Bir ailədə böyüyən uşaqların fərqli olduğunu bildirmək üçün - beş barmağın beşi də bir ola bilməz - hər uşaq fərqlidir. Bir ata-ananın övladları fərqli olur. Biri sakit, biri dalaşqan, biri kələkbaz, biri mağmun... Bəzən ailədə xaraktercə elə tərs-mütənasib uşaqlar olur ki, hətta ata-ana özündən "şübhələnir” - elə bil bu, bizim uşaq deyil!..Bu mövzuda yazıçı-publisist Aysel Əlizadə feysbuk səhifəsində maraqlı fikirlərlə çıxış edib. Öncə Ayselin yazdıqlarına baxaq:"Nankor övlad olmur. Yanlış tərbiyə olur. "Nankor övladməsuliyyətsiz ifadədi. Bir adamı sən doğmusan, öz qərarınla doğmusan, sən böyütmüsən, səndən uzun zaman sonra gəlib evinizə. Səndən tuta-tuta böyüyüb. Nədə günahkar ola bilər? Əlavə: Deyirlər ailədə 3 uşaq var. O birilər yaxşıdı, biri pis. Eyni tərbiyəni alıblar, tərbiyə şərtdisə, o birilər niyə "yaxşı”dı? Əzizlər, 3 uşaq 3 ayrı kimlik, 3 ayrı xarakter deməkdi. Problem də elə bu "eyni tərbiyəməsələsindədi. 3 ayrı insanı eyni cür tərbiyə etmək yanlışdı. İndividual münasibət şərtdi. Valideynin ən böyük səhvi bu incə məqamı gözə almamaqdı. Uşaqla onun xarakterinə uyğun davranmaq gərəkdi”.

Aysel Əlizadənin statusuna reaksiyalar da gözlənildiyi kimi, gecikməyib. Övladından "yanıqlıolan da, olmayan da dialoqa girişib, fikirlərini yazıblar.

Kəmalə Məmmədli:

 Çünki övladı dünyaya gətirəndə təmənna güdürlər. Qocalanda baxsın, sahiblənsin. Övladdan gözlənti çoxdur. Həm peşə seçiminə, həm partnyor seçiminə müdaxilə edirik, çünki yenə də özümüz üçün yaxşı olanı düşünürük. Bu qaydaları pozan uşaq da nankor adı alır.

Xuraman Qədirli:

- Heç bir valideyn övladının nankor olmasını istəməz. Ailə tanıyıram ki, evdə 4-5 uşağın içində biri qudurğandı. Əgər tərbiyədən asılıdırsa, niyə belə olur? Deməli, başqa faktorlar da mövcuddur.

Azadə Balayeva:

- Yalnız valideyn tərbiyəsi ilə mümkün deyil. Kulturoloq Fuad əllim bunu çox gözəl izah etmişdi. Mənim şəxsən tanıdığım bir ailənin 5 uşağı var. 4-ü çox tərbiyəli, əxlaqlı, dürüst, ləyaqətli insanlardır. 1-i isə avaranın, axmağın biri. Uşaqların hamısı savadlı, oxumuşdur. Bu avaranın da çox güclü beyni olsa da, heç oxuda da bilmədilər. 1 kurs oxuyub universiteti də atdı. Valideynləri də normal insanlardır. Yəni bütün uşaqlar eyni insanlardan tərbiyə alsa da, biri avara olub. Mən bunun səbəbini soruşdum Fuad əllimdən. O çox gözəl izah etdi: dedi ki, insan xarakterinin formalaşmasına 3 amil təsir edir: ailə, çevrəsi, başqa sözlə cəmiyyət və genləri. Əgər insanın genində, nəslində bir axmaq adam olubsa, o, yeddi nəsil özünü göstərə bilir. Yəni yalnız valideynləri günahlandırmaq doğru deyil. Amma ailənin, ailə tərbiyəsinin önəmli rolunun olduğunu da istisna etmirəm.

Ruslan Sabirli:

- "Eyni tərbiyəifadəsi bu hal üçün düzgün anlaşılmır. Daha dəqiq yazsaq, tərbiyənin istiqaməti və prinsipləri eyni ola bilər. Amma hər bir kimliyə uyğun olaraq həmin prinsiplərə aparan metod və yanaşma fərqli olmalıdır. Düzgün qeyd etmisiniz bu məsələni. Maraqlı mövzudur.

 

Tofiq Şaxtantinski:

- Ağıllı söhbətdir. Çox sağ olun. Üç oğul atası kimi, bu yazdıqlarınızın hamısını təsdiqləyirəm. Özüm də üç qardaşdan biri olmuşam. Bu baxım misalında da bir daha təsdiqləyirəm.

Mehriban Zeynalova:

Aysel Alizadə, dediklərimizə rəğmən genetika+mühit+tərbiyə - bu faktorları mütləq şəkildə nəzərə almaq lazımdı, yalnız tərbiyə kifayət etmir.

Söhbətə rəng qatan yazıçı-dramaturq Seyran Səxavət də "Şərq”ə açıqlamasında hazırda tərbiyəçi rolunda əsasən mühitin - cəmiyyətin iştirak etdiyini, lakin onu yaxşı tərbiyəçi saymağın mümkünsüz olduğunu dedi:

 

- Aysel xanımın dediklərində həqiqət var. Belə baxanda mənim "təsərrüfatım” Ayselinkinə nisbətən daha böyükdür; uşaqlar, nəvələr... Mən stajlı "tərbiyəçiyəm”. Və bu fikirlə də razılaşıram ki, hər uşağa fərdi yanaşılmalıdır. Uşaqların hamısına eyni tərbiyəni vermək mümkün deyil. Uşaqların hamısı da verilən tərbiyəni eyni dərəcədə almır. Biri tez götürür, yəni, götürümlü olur, başa düşən, qanan, biri ondan fərqli, bir az gec qanan, "qanmaz”. Mənim zənnimcə, bu, həm də tədris müəssisələri ilə bağlıdır. Tərbiyə ancaq ailədən gəlmir. Məktəbin burada böyük əhəmiyyəti var. Biz hamımız orta məktəb keçmişik. Müəllimlərin hamısına, ya da çoxuna hörmətimiz olub, ancaq bir-ikiəlliməni o birilərindən çox istəmişik, ona inanmışıq. Müəllimi ilə dost olan, onun məsləhəti ilə oturub-duranlar çox olub. İndi isə elə bir zamana gəlib çıxmışıq ki, uşaqlar dahaəllimə inanmır. Evdə ata-anasına da inanmır. Ancaq küçədəkilərə inanır, mühitə, cəmiyyətə inanır. İndiki uşaqlar ailədən də, ata-anadan da çox mühitlərini sevirlər. Onun dediyi ilə, diktə etdiyi ilə oturub-dururlar. Bir var, mikro-mühit, bir də var makro-mühit. Mikro-mühitə ailə, qohum-əqrəba, bağça, məktəb daxildir. Makro-mühit isə insanı əhatə edən mühit, cəmiyyətdir. Onları əhatə edən mühitsə sağlam deyil. Xəstədir. Ona görə uşaqlar da "xəstələnir”. Mühit öz xəstəliyini onlara da yoluxdurur. Bu, virusa yoluxmaq kimi bir şeydi. Bunun da ən böyük səbəbi təhsilin, məktəbin axsamasıdır. Çünki milli şüuru tənzimləyən məhz təhsil sistemidir.

İnsanın formalaşmasında genetikanın roluna gəlincə, S.Səxavət artıq genetikanın da köməyə gəlmədiyini dedi:

- Biz ən çətin məqamlarda genə - soy-kökə söykənməyə adət etmişik. "Adamın gərək əsli dürüst oladeyirik. İstəyirik günahı yıxaq genin üstünə. Amma artıq genetika da köməyə gəlmir. Çünki zaman, mühit genetikanın başına çatı salıb, istədiyi tərəfə sürüyür.

 

Məlahət Rzayeva

Şərq.- 2017.- 7 fevral.- S.7