MEDİA VƏ KİTABXANA ƏMƏKDAŞLIĞI MÖVZUSUNDA TƏDBİR...
Bu gün Mərkəzi Elmi Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Mətbuat Şurasının və Mərkəzi Elmi Kitabxananın təşkilatçılığı ilə "İnformasiya təminatında mövcud durum: media və kitabxana əməkdaşlığı" mövzusunda tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli akademiyada ilk dəfə olaraq media ilə geniş tərkibli görüş keçirildiyini deyib. İ.Həbibbəyli Mərkəzi Elmi Kitabxananın gördüyü işlərdən, xidmətin səviyyəsindən, vikipedia təlimlərindən, Milli Rəqəmsal Yaddaş bazasından, keçirilən tədbirlərdən, fondlardakı nadir incilərdən də bəhs edərək onları qənaətbəxş adlandırdı.
İ.Həbibbəyli bu işlərin geniş ictimaiyyətə çatdırılması üçün medianın müstəsna rol oynadığını vurğulayaraq qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməli olduğunu qeyd etdi.
O, kitaba marağın artdığını söyləyərək buna görə də AMEA-nın kitabxanaya ikinövbəli rejimdə çalışmaq üçün dəstək verdiyini açıqladı. O, elmi jurnalistikanı inkişaf etdirməyin də vacib olduğunu önə çəkdi.Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov AMEA-nın özünün inkişaf dövründə olduğunu bildirdi. O, bütün məsələlərə, xüsusən də problemli məqamlara elmin süzgəcindən keçirilərək baxılmalı olduğunu qeyd etdi. Media-kitabxana əməkdaşlığlını gücləndirməyə çalışdıqlarını deyən millət vəkili informasiya əldə olunmasında kitabın, kitabxananın böyük rolu olduğunu açıqladı. Ə.Amaşov bütün media işçilərinin kitabxanadan rahat bir şəkildə istifadəsini təmin etməyi təklif etdi.
"Bu özülüyündə kitaba bağlılığı daha da gücləndirmiş olar” – deyə çıxışçı vurğuladı. Ə.Amaşov Mətbuat Şurasında təmsil olunan media qurumlarının görülən işlərə informasiya dəstəyi verməsini gündəmə gətirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli AMEA-da çalışan alimlərin fəaliyyətinin mediada az işıqlandırıldığını vurğuladı.
O, əlaqələrin gücləndirilməli olduğunu söylədi. V.Səfərli KİV Dəstək Fondunun gördüyü işlərdən bəhs etdi. V.Səfərli əlaqələrin genişlənməsindən hər iki tərəfin qazanacağını dedi. Çıxışçı qəzetlərin öz nüsxələrindən kitabxanaya göndərmələrini təklif etdi.
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Leyla İmanova tədbirin mahiyyəti haqqında məlumat verərək, Azərbaycan üçün önəmli olan vətəndaş birliyini çox həssas sahə olan informasiya sahəsində media və kitabxana əməkdaşlığı nümunəsində bir daha nümayiş etdirməyin, informasiya təminatı sahəsində media və kitabxananın məsuliyyətlərinin kəsişən nöqtələrini tapmağın əsas məqsəd olduğunu deyib.
O, deyib ki, MEK görülən işləri operativ şəkildə mek.az saytında, sosial şəbəkələrdə paylaşmaqla ictimaiyyətə çatdırır. Hazırda MEK-in oxucular üçün yüksək səviyyəli şərait yaratdığını deyən L.İmanova Mətbuat Şurası ilə əməkdaşlıq məsələsində təkliflərlə çıxış edib: "MEK Şura üzvləri olan jurnalistlərə akademiya üzvləri üçün olan şərtlər ilə oxucu vəsiqələri verə və növbədənkənar xidmət göstərə bilər. Jurnalist araşdırmaları və yazıları hazırlayan media nümayəndələrini etibarlı elmi mənbələrlə təmin edə bilər”. Direkotr media ilə perspektivdə görülməsi nəzərdə tutulan addımları da açıqlayıb. Media ilə gündəlik kommunikasiyanın onlayn avtomat rejimə keçirilməsi; VİS-in müəyyən komponentlərinin sayt ilə sinxronlaşdırılması; Kitabxana həyatından MEK-in saytına canlı yayımlanma; MEK-in elektron resurslarına şəxsi kabinetdən çıxış; Kommunikasiyanın daha əlçatan və sürətli olması; MEK-in saytının yeni versiyasının hazırlanması."Şərq” qəzetinin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru Akif Aşırlı jurnalistlərin peşəkarlıq baxımından elmi faktlardan yararlanmasının mühüm olduğunu qeyd etdi.
Kitabların, əski qəzetlərin elektronlaşmasını mühüm amil kimi dəyərləndirən A.Aşırlı səslənən təkliflərin həyata keçməsini arzuladı. O, eyni zamanda Azərbaycandakı kitabxanaların öz elektron kataloqlarını birləşdirmələrini təklif etdi.
"Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz alimlərin jurnalistlərdən narazı olmasını, media nümayəndələrinin elmdən
uzaq olmasını söyləyərək
təkliflə
çıxış etdi. Y.Oğuz kitabxananın
imkanlarından internet vasitəsilə istifadə olunması, bir sıra görüşlərin, ədəbi-bədii, elmi
tədbirlərin keçirilməsini də təklif kimi səsləndirdi.Jurnalist Ekspert
Mərkəzinin sədri Ceyhun
Musaoğlu MEK-in
jurnalistlər üçün təklif
etdiyi xidmətləri yüksək dəyərləndirdi.
O, eyni zamanda
kitabxanada vikipedia ilə bağlı görülən işləri yüksək qiymətləndirdi.Tədbirdən sonra
Mərkəzi Elmi
Kitabxananın fəaliyyəti ilə tanış olmaq üçün media nümayəndləri üçün
mediatur təşkil
olunub.Qeyd edək
ki, MEK 2016-cı ildə Azərbaycanda
ilk dəfə olaraq bir
sıra sahələrdə birinciliyə
imza atdı.Vahid İdarəetmə
Sistemini hazırladı və onun
tətbiqinə başladı, Milli Rəqəmsal Yaddaş
layihəsini işlək vəziyyətə gətirdi,Vikipediyaya
məqalələrin daxil edilməsi üzrə AMEA qurumlarına və kənar təşkilatlara
sistemli təlimlər keçdi,Azərbaycanda
17 ən qədim kitabı
mühafizə edən və mütəxəssislərin
istifadəsinə verən kitabxana
kimi tanındı, Qanunvericiliyə, o
cümlədən "Nəşriyyat
haqqında Qanun”a islahat yönümlü təkliflər verdi,
İlk dəfə elektron
resursun istifadəsinə icazə verən müəllif hüquqları
müqaviləsini
tətbiq etdi, Türk dilində mənbələrin ən böyük
e-siyahısını (94000) yaradıb mütəxəssislərin
istifadəsinə verən kitabxana
kimi tanındı. MEK AMEA əməkdaşı olan
və olmayan minlərlə oxuculara
xidmət göstərir. 1,5 mln ədəbiyyata əlavə olaraq
müxtəlif elmi profillər
üzrə 15-ə yaxın elektron resurs bazasına
abunə olub və
oxucuların istifadısinə
verib.
Şərq.-
2017.- 9 fevral.- S.6