AZƏRBAYCAN MƏTBUATININ
DÜNYAYA İNTEQRASİYASI...
Azərbaycan Respublikası tərəfindən
Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması üçün bir çox media
layihələri həyata keçirilir, internet portallar
yaradılır. Bu mənada, yerli KİV-in
dünya mediası ilə əlaqələrinin genişləndirilməsi
məqsədi ilə də ətraflı müzakirələrin
aparılmasına ehtiyac var. Ən azından bu gün Azərbaycanımızı,
dünyada yaşayan azərbaycanlıların məsələlərinin
Avropa ölkələri mediasında
işıqlandırılmasının bir növ zəmanətinə
çevrilməlidirlər.
Qeyd edək ki, 90-cı illərin
əvvəllərində beynəlxalq ictimaiyyət
Qarabağda baş verənlər barədə demək olar ki,
ancaq ermənilərin maraqlarına uyğun və əksər
hallarda saxta informasiyalarla qidalanırdı. Bu səbəbdən
də dünya ictimaiyyətində Azərbaycanın təcavüzkar,
işğalçı, vandal obrazı
yaranmışdı. Amma daha sonra vəziyyət nisbətən
dəyişdi. Xüsusən də neft müqavilələrinin
bağlanmasından sonra bu sahədə balanslaşma
yarandı və indi Azərbaycanda internet resursları, təbliğat
vasitələri artdığı üçün informasiya
müharibəsindəki hesab da dəyişib.
Milli mətbuatın
yaradılmasının 140 illiyi münasibətilə Mətbuat
Şurasının İdarə Heyətinin üzvləri ilə
görüşü zamanı Azərbaycan Prezidenti İlham
Əliyev də vurğulayıb ki, biz Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı həm tarixi həqiqətləri, həm Azərbaycanın
mövqeyini və ümumiyyətlə, indiki vəziyyəti
daha geniş işıqlandırmalıyıq: "Dünya
erməniliyi üçün bir nömrəli hədəf Azərbaycandır.
Mən bunu bir dəfə demişəm, bir daha demək istəyirəm
ki, bizim əsas düşmənimiz erməni lobbisidir. Mən
bunu istənilən auditoriyada deyə və sübut edə bilərəm.
Ölkə başçısının
sözlərinə görə, erməni lobbisi, bir neçə
təşkilatda birləşmiş qurumlar Azərbaycanı
qaralamaq, şər-böhtan atmaq və nüfuzdan salmaq
üçün gecə-gündüz
çalışırlar. Onların geniş maliyyə
imkanları, əlaqələri var. Onlar yaşadıqları
ölkələrin hakimiyyət orqanları ilə sıx
bağlıdırlar, qanunvericilik orqanlarının nümayəndələri
ilə işləyirlər, onlara pullar verirlər.
Düzdür, bu, lobbiçilik adı ilə gizlədilir.
Ancaq bu, əslində rüşvət deməkdir. Beləliklə,
bizə qarşı təşkil edilmiş kampaniyada erməni
lobbisi ön plandadır. Ancaq bunlarla birləşən digər
kateqoriyadan olan qurumlar, insanlar bizə qarşı çox
çirkin kampaniya aparırlar. Yəqin ki, gələcəkdə
bu, davam edəcək. Biz buna hazır olmalıyıq və
hazırıq”.
"Yeni Azərbaycan” qəzetinin baş
redaktoru Hikmət Babaoğlu da deyib ki, milli informasiya məkanı
ilə qlobal informasiya məkanı arasında sərhədin
hardan keçdiyini dəqiqləşdirmək mümkün
deyil. "Hər
bir milli medianın qarşısında böyük bir qlobal
media məkanı var. Azərbaycan mediası da milli və
dövlət maraqlarını qorumaqla qlobal mediaya inteqrasiya
yolu tutmalıdır. Hər bir mətbuat orqanının ən
aktual vəzifələrindən biri məhz dünya
mediası ilə əlaqələrin genişləndirilməsi
istiqamətindəki fəaliyyətidir”.
Operativlik
və prinsipial yanaşma baxımından Azərbaycan mediasının
regionda lider olduğunu vurğulayan H.Babaoğlu deyib ki, bu,
bizim üçün kifayət deyil: "Qafqazla bağlı
xəbərlər dünya mediasına məhz Azərbaycan
mediasının operativliyi nəticəsində
çatdırılmalıdır. Bir növ Azərbaycan
KİV-i regionla beynəlxalq arena arasında körpü rolunu
oynamalıdır. Azərbaycanın
coğrafi, enerji ehtiyatlarının tranziti nöqteyi-nəzərindən
Qafqazla Qərb arasında bir körpü rolunu oynaması
müxtəlif parametrlər üzrə irəlidə
olmasının göstəricisidir. Bu
gün ölkəmizdə milli sərhədləri
aşmış, "transmilli media”
adlandıracağımız media orqanları var. Amma biz bununla
kifayətlənməməli, onların sayının daha da
artmasına nail olmalıyıq. Bunun
üçün də Azərbaycan mediasının intellektual
keyfiyyətləri və peşəkarlığı
artırılmalı, jurnalistlərin dil bilmək qabiliyyətinə
xüsusi əhəmiyyət verilməlidir. Həmçinin ölkədə analitik
düşünməyi bacaran jurnalist ordusu
formalaşmalıdır. Əks təqdirdə,
beynəlxalq informasiya mübadiləsində Azərbaycanın
dövlət maraqlarını düzgün qiymətləndirmək
jurnalistlər üçün müəyyən çətinliklər
törədə bilər. Bir daha qeyd etmək
istəyirəm ki, Azərbaycan jurnalistlərinin beynəlxalq
media orqanları ilə əlaqələri yetərlidir, amma
bu, heç bir halda bizim üçün qaneedici
olmamalıdır. Medianın
inkişafı və jurnalistlərin sosial
qayğılarının aradan qaldırılması istiqamətində
dövlət tərəfindən lazımi addımlar
atılıb. Yeganə məsələ Azərbaycan
jurnalistikasının nüfuzunun və keyfiyyətlərinin
artırılması üçün jurnalistlərimizin
öz üzərində işləməsidir”.
Baş redaktorun sözlərinə görə, xarici
jurnalistlərin Azərbaycana gəlməsi, eyni zamanda bizim
jurnalistlərin xarici ölkələrə səfər edib,
aparıcı xarici media orqanlarına səfər etməsi
müntəzəm xarakter almalıdır. Çünki
onların ölkəmizə gəlməsi yerli mətbuatımız
üçün faydalıdır. Bu istiqamətdə
mütəmadi olaraq işlər görülür: "Bu
günə kimi xarici jurnalistlərin ölkəmizə gəlməsi,
adətən, böyük miqyaslı tədbirlər ərəfəsində
baş verir. Amma xarici jurnalistlərin müntəzəm
olaraq ölkəmizə səfərləri təşkil
olunmalıdır. Ölkəmizdə gedən
quruculuq və abadlıq işlərini, inkişafı yerli
jurnalistlərlə yanaşı, xarici jurnalistlərin də
müşahidə etməsi yaxşı olar. Onların ölkəmizdə gördükləri barədə
öz vətənlərində ətraflı məlumat verməsi
Azərbaycanın xeyrinədir. Ona görə
də həm dövlət, həm də ictimai qurumlar xarici
jurnalistlərin Azərbaycana gəlməsində
maraqlıdırlar.
Hesab edirəm ki, beynəlxalq media orqanları ilə Azərbaycan
KİV-ləri arasında etibarlı körpü
yaradılmalıdır. İkitərəfli münasibətlər
Azərbaycanın informasiya dairəsini genişləndirər,
həmçinin yerli jurnalistlərin öz yazıları ilə
dünya mətbuatına da çıxışını təmin
edər. Həmçinin birbaşa təmaslar
daha effektiv nəticələrə yol açar və
inteqrasiya asanlaşar. Qarşımıza qoyduğumuz əsas
məqsəd ölkənin vəziyyəti ilə bağlı
xarici media vasitələrində obyektiv informasiya yayılmasına
nail olmaqdır. Xarici jurnalistlərin ölkəmizə mütəmadi
səfərlərini təşkil etməklə Azərbaycanda
görülən işlərlə özlərinin və təmsil
etdikləri ölkələrin məlumatlanmasına nail ola bilərik”.
Demokratik
Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli:
- Ölkə
başçısının da qeyd etdiyi kimi, erməni
yalanlarına qarşı mübarizəmiz, erməni lobbisi ilə
düşmənçiliyimiz əbədidir. Dağlıq
Qarabağ müharibəsi səngisə, torpaqlarımız
işğaldan azad olunsa belə, erməni lobbisi öz
uydurmalarına, məkrli siyasətlərinə davam edəcəklər.
Biz yüz illər boyunca bunun şahidi
olmuşuq. Odur ki, hər zaman ermənilərə
qarşı mübarizə bizim mətbuatın mərkəzində
olmalıdır. Bu müddət ərzində
də Azərbaycan mediası dövlət əhəmiyyətli,
milli təhlükəsizlik kəsb edən məsələlərdə
öz səylərini artırmalıdır. Söz yox ki, bu günə qədər erməni
lobbisi bu məsələdə çox diqqətcil olub. Bu isə çox sevindiricidir. Ötən
illər ərzində elan eləmişdilər ki, uydurma
soyqırımın 100 illiyində dünyanın
aparıcı ölkələri bu soyqırımı
tanıyacaq, Türkiyə onlardan üzr istəyəcək.
Amma bu məsələ onların istədiyi kimi
olmadı. Çünki Azərbaycan
dövləti və mediası hər zaman bu məsələdə
onların yanında oldu. Avropa Oyunları ərəfəsində
erməni havadarları olan beynəlxalq qurumlar və
supergüclər öz istəklərinə çata bilmədilər
və Azərbaycan mediası ilə dövləti vahid bir mərkəzdə
birləşərək biz bütün hücumları dəf
elədik. Bəlkə də ilk dəfə
olaraq Azərbaycan informasiya savaşında qalib gəldi.
Bu tək mənim fikrim deyil. Bütün dünya mətbuatı da bunu etiraf etdi.
Jurnalist-tədqiqatçı, ermənişünas-alim
Qafar Çaxmaqlı isə hesab edir ki, erməni lobbisi ilə
mübarizədə Azərbaycan mətbuatı öz fəaliyyətini
artırmalıdır: "Mən həmişə Türkiyə,
Ermənistan və Azərbaycandakı qurumların və
KİV-in bu sahədəki fəaliyyətini müqayisə etməyə
çalışıram. Təəssüflə etiraf etməliyəm
ki, biz bu sahədə ermənilərdən xeyli geri
qalırıq. Düzdür, Prezident bu sahəyə diqqət
yetirməyin vacibliyini dəfələrlə qeyd edib. Azərbaycanda
dövlət dəstəyi ilə media və digər
orqanların bu sahədə genişmiqyaslı fəaliyyəti
üçün maliyyələşdirilmə də
aparılır, xaricdə ermənilərə qarşı
mübarizədə bəzi işlər görülür.
Ancaq bu qurumlar bir çox hallarda ermənilərin
qarşısına çıxa biləcək işlər
görə bilmirlər. Hesab edirəm ki, bu sahəyə qəzetin
və ya hansısa saytın səhifəsini doldurmaq xatirinə
işlərini bitmiş hesab edənləri yox, daha peşəkarları
cəlb etmək lazımdır. Türkiyədə də eyni
vəziyyət hökm sürür. Ermənilər bu il 100
illiyi qeyd edilən qondarma soyqırım məsələsinə
həsr edilən çoxlu kitab, film, məqalə və
başqa təbliğat vasitələrindən istifadə etdilər.
Ermənilərin bu işlərinin qarşısında
Türkiyə kimi dövlət, demək olar ki, heç nə
edə bilmədi. Düzdür, özlərinin uydurduqları
yalanla dünya qarşısına çıxdıqları
üçün, ermənilər məqsədlərinə tam
nail ola bilmədilər. Onu da deyim ki, yalan üzərində
qursalar da, Ermənistanın təbliğatını
ustalıqla aparırlar. Ermənilər öz təbliğatı
üçün lazım olan materialları başqa dillərə
tərcümə edib, yayırlar.
Ermənilərin yaratdığı və
müxtəlif dillərdə fəaliyyət göstərən
saytları var. "Reqnum”, "Novosti Armeniya” başda olmaqla
erməni media qurumları bu sahədə peşəkar fəaliyyət
göstərir. Türkiyəyə yönəlik təbliğatları
üçün bir çox saytın türkcə
variantları da var. Bizdə isə erməni dilində fəaliyyət
göstərən və dövlətin dəstəklədiyi
bir neçə sayt var. Ancaq bu saytlardan məhdud çərçivədən
olan adamlar istifadə edir. Təbliğatları o qədər
birtəfərli qururlar ki, oradakı materiallar sadə ermənilər
üçün belə maraqlı deyil. Məsələn,
"armeniya.az” saytı Azərbaycanı təbliğ etməklə
məşğuldur. Bu da o qədər də effekt vermir. Ancaq
bunun yönünü dəyişib və araşdırma tipli
yazılara üstünlük verilsə, effekti daha çox
olar”.
Şəymən
Şərq.-
2017.- 2015.- 24 iyul.- S.11.