“GƏNCLİYİ ZAMAN
YETİŞDİRİR DEYƏ BİZİM O AXINA
GÜCÜMÜZ ÇATMIR”
Nəzakət Teymurova: “Sən evdə övladına nəyisə qadağa qoya bilərsən ki, bu musiqiləri
dinləmə, amma onun evdən kənarda dostları, ünsiyyətdə olduğu
mühit var ki, bu məhdudiyyətlər
orda dağılmış
olur”
Muğam xəstə
könüllərə belə
şəfa verən məlhəm qədər təsirli musiqidir. Muğamı yaşatmaq, bu fəlsəfədən
bəhrələnib onu
sevdirmək isə istedad tələb edir.
Xalq artisti
Nəzakət Teymurova
da muğamı özünəməxsus ifa
tərzi ilə sevdirə bilib. Onun ifasında səslənən muğamlarımız,
təsniflərimiz bir
az da zərif
bir sevgiyə çevrilib. Bəlkə də xanımın xatunluğu onun ifa tərzinə təsirini göstərə
bilib.
"Şərq”in budəfəki qonağı
olan Nəzakət Teymurova ilə Azərbaycan musiqisindən
danışdıq.
- Azərbaycan musiqisinə bugünkü
baxışınız bizə
maraqlıdı.
- Heç kimə
sirr deyil ki, mən hansı
musiqilərdən bəhrələnmişəm.
Muğamla yaşamışam.
Deyim ki, başqa musiqilərə marağım olub, yalan olar. Müasir
musiqiləri demək olar ki, dinləmirəm.
- Azərbaycan musiqiləri doğrudanmı
bəsitləşməyə başlayıb. Bayağı
musiqiyə sanki meyl çoxalıb...
- Sanki yox,
əslində həqiqətən
bayağı musiqiyə
maraq, meyl çoxalıb. Baxın,
60-cı, 80-ci illərdə yaradılan musiqilərin ciddiyyətinə, keyfiyyətinə
baxın, bir də indi yaranan
musiqilərin səviyyəsini
müqayisə edin. Artıq burda fərq özünü göstərir. Qızım
qulaq asır, tutaq ki, deyirəm
axı sən belə musiqilərə necə qulaq asa bilirsən? Gəncliyin zövqü dəyişib. Gənclik daha yüngül musiqiləri sevir.
- Yəni evimizdə
uşaqlarımızı bu
yüngül musiqilərin
ağuşundan çıxara
bilmirik?
- Biz nə
qədər çalışsaq
da, buna gücümüz yetmir. Çünki gənclik
buna doğru gedir. Uşaqlarımızı, gəncliyi eyni
zamanda zaman yetişdirir deyə bizim o axına gücümüz çatmır.
Sən evdə övladına nəyisə qadağa qoya bilərsən ki, bu musiqiləri
dinləmə, amma onun evdən kənarda dostları, ünsiyyətdə olduğu
mühit var ki, bu məhdudiyyətlər
orda dağılmış
olur. Sanki bir axındı. Bu, qulaqlara axır.
Sən nə qədər desən ki, ay bala, buna qulaq
asma, gənclik sənə güc gələr.
- Övladlarınız hansı
müasir ifaçıların
mahnılarına üstünlük
verirlər?
- Müasir musiqilərə.
Öz sənətçilərimizdən də dinlədikləri olur. Röyaya, Aygünə, başqalarına
qulaq asırlar.
- Opera səhnəsindən uzaqlaşmaq
sizi darıxdırmır?
- Yox, darıxmıram. Çünki mən buna hazır idim. İllər öncə də demişdim ki, zamanı çatanda özüm teatrdan gedəcəm. 40-45 yaşdan sonra teatrdan gedəcəyimi planlaşdırmışdım. Məni kimsə işdən azad etməyib ki, narahat olum.
Mən özüm getmişəm.
Düşündüm ki, vaxtıdı.
Getdim.
Opera mənim yaradıcılığımın bir qolu olub.
Amma buraya qədərmiş.
Mən o
insanlardan da deyiləm
ki, vuruşub min sifətlə teatrda qalmağa cəhd göstərim. Özümə kifayət qədər hörmət etməyi bacaran insanam. Görürük də, eləsi
var ki, teatrda
qalmaq üçün
hər cür simadan istifadə edir. Qaldı səs imkanlarına,
şükür, səsim
yerindədi. Bilirsiz
ki, xanəndənin yaşı bir az çoxaldıqca,
daha çox püxtələşir. Ona görə
də illər xanəndəni yetişdirir.
Mən getməyimə də təəssüflənmirəm. Başlanğıc olduğu qədər
sonunu da qəbul edə bilirsənsə, demək qəbul etmək də asanlaşır. Hər sənətkarın
da öz dövrü olur. Sənətdə gördüklərimdən dərs götürməyə
çalışmışam. Bu sənətdə özünə hörmət
qazana bilmirsənsə,
nə qədər böyük olursan ol, özünü gülünc vəziyyətdə
qoymamalısan.
- Gənc yaşında hələ həyatın keşməkeşinə düşməmiş
Nəzakətə "Leyli”
nə öyrətdi?
- İnsan düşdüyü
mühitə öyrəşir,
uyğunlaşır. Xasiyyətimdə olan uzaqlığı
"Leyli” yaxınlaşdırdı.
Xanəndə kimi tamaşaçılara
yaxınlaşmağı, isinməyi
öyrətdi bu obraz mənə. Eyni zamanda Üzeyir Hacıbəyov yaradıcılığının
sirlərini də bu obrazla öyrəndim.
Xoşbəxtəm ki, qismətimdə
bu obrazı gənc yaşda yaratmaq və elə bu obrazla
da sevilmək varmış.
- Qadınların əslində
mənən güclü
olduğunu zaman sübut edib. Amma bəzən qadın olmaq özlüyündə
bir maneədir. Bəs, sizə necə, qadınlığınız nə
vaxtsa mane olubmu?
- Biz çox çətin bir sahənin yükünü çiynimizdə
daşıyırıq. Həm də
milli dəyərlərə
önəm verən bir millətin nümayəndəsiyik. Müsəlmanıq. Əvvəllər elə məqamlar
var idi ki,
qızın xanəndə
olması, xüsusilə
də səhnəyə
çıxması yaxşı
qarşılanmırdı. Bu baxımdan, çətinliklərim
olub. Amma hərdən düşünürəm
ki, bu tək
mənim iradəmlə
deyil, Allahın da mənə olan qisməti ilə əlaqədar bir məqamdır ki, mən səhnəyə çıxdım və xanəndə oldum. Daha dolğun desəm, sənət məni seçdi. Yəni bunun üçün
Allahım şərait
yaratdı. İndinin özündə
də bəzi məqamlar var ki, mən qadın
olduğum üçün
onu özümə rəva bilmirəm, müəyyən qadağalar
qoyuram. Çünki əgər istedadın
varsa, sənə başqa yol lazım olmur. Təbii ki, söhbət istedadı olan, sənəti sevən adamlardan gedir. Sənəti
olmayanlar onsuz da hansısa yollarla məşhur olur, ad da alırlar. Səhnə elə bir yerdir ki, hər
şeyi olduğu kimi tamaşaçıya göstərir. Ona görə
istedadını göstərənlə
başqa maraqda olanların fərqi həmən üzə çıxır, bəlli
olur.
- Muğam ifaçıları
çox vaxt iddia edirlər ki, muğamda monopoliya var... Qarabağ məktəbi daha
çox diktə edənlərdən sayılır.
- Əgər bir insanın içi boşdursa, onun kim olduğundan
asılı olmayaraq,
o, pislik üçün
yaranıb. Bu tək muğam sahəsinə aid deyil, digər sahələrdə
də belədir.
Əgər insan zəifdirsə,
istəməz ki, yanında güclülər
olsun. Çünki özünün zamanla geridə qalacağına əmindir.
İlk səhnəyə çıxdığım
vaxtlarda mənim üçün belə məqamlar çox olduğu üçün
bu şeyi heç kim
üçün təkrar
etmərəm. Həmişə belə fikirləri özümdən uzaq tutmuşam. Özümə söz vermişəm
ki, nə vaxtsa zirvəyə çatanda mütləq arxamca gələn yeni gənc xanım xanəndələrə
dəstək olacağam,
dayaq duracağam.
Elə özümün bir tələbəm də var ki, əgər
qəbul olunsa, ona "Leyli”ni özüm öyrədib bu səhnəyə çıxaracam.
- Sənətçinin görkəmi
onun tanınmağına
təsirini göstərirmi?
- Səhnədə olan başqa janrda olanlar barədə danışa bilmərəm.
Amma xanəndənin səsi olmasa, o nə qədər gözəl olsa da, yenə uğur qazana bilməz. Gözü-qaşı nə qədər
gözəl, qara qaş-gözü göz qamaşdırsa da, əgər
səsi yoxdusa, onu xanəndə olaraq qəbul etməzlər. Xanəndə
məsuliyyət hiss etməlidir.
Onun musiqidə, ifasında yanlışlığa yol
verməsi yolverilməzdi.
Muğamın çəkisi var,
onu daşıya bilmirsənsə, əlinə
qaval tutub xanəndəyəm demək
haqsızlıq olar.
Muğamı dinləyən tamaşaçı
ifada səhvi xanəndəyə bağışlamır.
Bir də xanəndə ciddi olmalıdır.
Yersiz hərəkətlərə yol
verməməlidir, danışığında,
nitqində, geyimində,
tərzində, həyat
tərzində bayağılıqdan
uzaq olmalısan.
Muğam
o qədər dərin
fəlsəfi yükə
sahib bir musiqidir ki, dərinliyinə vardıqca, orda itə bilirsən. Muğam yalanı, riyakarlığı
sevmir.
- Qarabağlısız. Son vaxtlar cəbhədə yaşanan gərginlik sizi də narahat
edir. 2 yaşlı
Zəhranın ölümü
bir də bizlərin səbrini tükətmiş oldu.
Sizcə, 30 il
torpaq həsrətində
olanların həsrətinə
son qoymağın zamanı
yetməyibmi?
- İnanın, mən
Qarabağ dərdini içimdə daşıyanlardanam. Çünki itirdiklərim var, doğmalarımın qəbrindən
uzağam. Dünyaya göz
açdığım torpaqlara
həsrət qalmışam.
İllər bizi sanki torpaqlarımızdan uzaqlaşdıra
bilib. Mənə elə gəlir
ki, artıq səbr də qalmayıb. Bu gün
ermənilər bizim doğulduğumuz torpağın
şəkillərini az qala bizə
satır. Biz şəkillərə
baxıb həsəd çəkirik. Biz suyumuza, torpağımıza
həsəd niyə qalmalıydıq. Allah torpaqlarımızı satanlara
lənət etsin.
Az müddət
deyil. 30 il
səbr etmək olarmı? Artıq səbr də
qalmayıb. Biz Zəhraların qanını
yumadan necə millət olaraq yaşaya bilərik? Yadlaşmışıq elimizdən-obamızdan olan insanlara. Sən torpaq qədrini yaşa dolduqca daha dərindən dərk edirsən. Mən torpaq həsrəti ilə inanın, alışıb-yanıram.
Tahirə Məmmədqızı
Şərq.-
2017.- 12 iyul.- S.13.