“Mətbuat muzeyi”ndən
REPORTAJ
Bir neçə gündən
sonra Azərbaycan milli mətbuatının yaranmasının
növbəti ildönümü qeyd olunacaq. 1875-ci il iyulun 22-də
“Əkinçi”nin çapı ilə Qafqazda ilk müsəlman-türk
qəzeti fəaliyyətə başladı. Bu, Azərbaycan
ictimai-fikir, maarifçilik tarixində əsl inqilab hesab edilir.
Jurnalistika tariximizin öyrənilməsi həm
də xalqın qaranlıqdan işığa doğru gəldiyi (yaxud, hələ
də gəlməkdə
olduğu) yolun tədqiqidir. Bu işdə dəridən-qabıqdan
çıxan insanlardan biri də “Şərq” qəzetinin
baş redaktoru, mətbuat
tarixçisi Akif Aşırlıdır. Yazdığı bir
çox dəyərli kitablarla birlikdə onun yeni ideyası –
Mətbuat Muzeyi-də bu istiqamətdə görülən
önəmli işlərdən hesab olunmalıdır.
Akif Aşırlı və kollektivinin “Şərq”
qəzetinin o qədər də geniş olmayan redaksiyasında
min bir zülümlə ərsəyə gətirdiyi “Mətbuat
Muzeyi”nin iyulun 22-də açılışı olacaq.
Lakin Modern.az olaraq, Azərbaycan
jurnalistikasında ilk sayılan muzeydə olub, Akif müəllimlə
söhbətləşdik. Araşdırmaçı əvvəlcə
ideyanın yaranma tarixçəsindən danışdı:
- Hazırda
çoxlu sayda müxtəlif istiqamətli dövlət
muzeylərimiz fəaliyyət göstərirlər. Lakin istəyirik
ki, mətbuat muzeyi də yaradılsın. İstanbulda olarkən,
ayrı-ayrı vaxtlarda iki dəfə
“Mətbuat muzeyin”ə baş çəkmişəm. Mətbuat
Şurasının sədri Əflatun Amaşovla birlikdə də
orada olmuşuq. Həmin anda məndə belə bir fikir
yarandı ki, ölkəmizdə də bu tipli muzeyə ehtiyac
var. Müxtəlif vaxtlarda mətbuat muzeynin yaradılması
haqda fikirlər səsləndirilib. Belə
düşündüm ki, muzey yaradılana qədər əvvəcə qəzet redaksiyası daxilində mətbuat
qalereyası formalaşdıraq, daha sonra bu istiqamətdəki
fəaliyyətimizi genişləndirək. Muzey elə bir
mexanizmdir ki, orada işıqlandırmadan tutmuş, sənədlərin,
eksponatların qorunma üsuluna qədər- hər şeyə
diqqət etmək lazımdır. Bu da təbii ki, yalnız
dövlətin həyata keçirə biləcəyi
böyük strukturun işidir. Biz “Şərq” qəzetinin
redaksiyası daxilində mətbuat
muzeyinin yaradılmasına təməl
kimi yanaşdıq.
Uzun müddətdir ki, mətbuat tarixinin təqdimi
ilə məşğulam. Bir neçə ali məktəbdə
bu kursla bağlı müharizələr oxumuşam, BDU-nun
jurnalistika fakültəsində dərs demişəm. İki
cildlik “Azərbaycan mətbuatı tarixi”ni yazmışam. Bu
işləri gördüyüm müddətdə mətbuat
tariximizə aid eksponatlar yığırdım. Anadilli
yazılı abidələrimizin müəyyən nüsxələrini
toplayırdım. Bütün bunları yığan zaman da
belə fikirləşirdim ki, nə zamansa bunlar bir eksponat
şəklində gələcək işlərimizdə
çox gərəkli ola bilər. Redaksiyamızdakı “Mətbuat
tarixi qalareyası”nın timsalında
bir növ, Azərbaycan mətbuat tarixinin guşəsini
yaratdıq. Bu layihəyə görə mətbuatımızın
bünövrəsini qoyan və onun inkişafına
çalışan 15-ə yaxın maarifçilərimizin, ədiblərimizin
portretləri yaradıldı. Bu işdə peşəkar rəssamların
böyük əməyi oldu. Portretləri Türkiyə və
Azərbaycanda çox tanınan Nəvai Mətin və gənc
rəssam Vasif Səftərov
hazırladılar. M.Ə.Rəsulzadənin
Ə.Ağaoğlunun və Nəsir İmanquliyevin portretlərini
isə fərqli rəssamlar çəkib.
Topladığımız materiallardan əksəri orijinal
eksponatlardır. Onların bir qismini yerləşdirsək də
bir qismi qalıb. Bunların içərisində həm qəzetlər, həm
də jurnalistlərə aid materillar var. İyulun 22-sinədək
layihənin açılışını
düşünürük.
- Fikrinizcə,
Azərbaycan mətbuat tarixinin ən fəal, qaynar
dövrü hansıdır və muzeyinizdə həmin
dövrə aid nələr qorunur?
- 1875-ci
ildən 1918-ci ildə Azərbaycanda 45 adda mətbu orqan fəaliiyət
göstəibsə, 2 illik Cümhuriyyət dövründə
bu rəqəm 180-ə çatmışdı. Müsəlman
Şərqinin ilk demokratik respublikası olan AXC dövründə
jurnalistikaya verilən azadlıqlar həmən hiss olunur. Həmin prosesdə iştirak edən insanlar və
onların ideyaları bir otağa sığmaz. Amma biz məcburiyyətdən bu dövrün və
mühacirət illərinin jurnalistikasını bircə
otağa sığdırmağa borcluyuq. Çünki
işimizi belə qruplaşdırmışıq: Mətbuat
tariximizin hər dövrü redaksiyamızın müəyyən
hissəsində öz yerini tapacaq. Doğrudur, bu bir az çətindir; çünki istənilən
dövrə aid eksponatlar, nümunələr həm
redaksiyanın açıq dəhlizinə, həm də
ayrı-ayrı otaqlara sığışan deyil. Amma dediyim kimi, bu hələ
başlanğıcdı. Cümhuriyyət
dövrünə aid orjinal qəzet və jurnallar var.
Mühacirət dövrünün materiallarının əksəri
isə orjinaldır.
- Akif
müəllim,
muzeydəki eksponatların toplanması gərgin zəhmətlə
yanaşı, yaxşı maliyyə də tələb edir. Elə nüsxələr, eksponatlar olur ki, onların
orijinalı üçün kifayət qədər çox
pul tələb edilir. Məhdud imkanlar
çərçivəsində bunu etmək nə dərəcədə
çətindir? Yaxud, bunu necə edə
bilirsiz?
- “Kəşkül”
1884-cü ildə bağlanandan sonra 1903-cü ilə qədər
bizim anadilli mətbuatımız yox idi. İnformasiya təminatımızı
qismən də olsa, Krımdakı “Tərcüman” qəzeti
öz öhdəsinə götürmüşdü. Bu müddət anadilli mətbuatımızın
öləzidiyi dövrdü. “Əkinçi”
qəzetinin ilk nüsxələrinin orijinalını təbii
ki, indiki halda tapmaq mümkün deyil. Onu ancaq
kətan üzərində köçürməklə
müəyyən orijinallıq əldə etməyə
çalışdıq. Amma “Ziya” qəzetinin
orijinal nömrəsi var; 136 yaşlı eksponatdır. Muzeydə heç bir kitabda çap olunmayan heç
bir yerdə işıqlanmayan sənədlər və
onların fotosürətləri var. Bilirsiz, işin həcmi həddindən
artıq böyükdü. Sadəcə,
maliyyə dayanıqlığı olmayanda, lazımı maddi
dəstək tapılmayanada işləməkdə müəyyən
qədər çətinlik yaranır. Amma çox sağ
olsunlar, bu ideyanı həyata keçirməkdə mənə
3 nəfər dəstək oldu: Xalq şairi Nəriman Həsənzadə
həm maddi, həm mənəvi köməyini əsirgəmədi.
Hamı bilir ki, kimsədən maddi dəstək
ummayan insanam. Sadəcə, bir dəfə
zəng etmişdi ki, nə işlə məşğulsan.
İdeyamız barəsində ona
danışdım. Dedim ki, Nəriman müəllim, biz belə bir
iş görürük, siz də uzun illər “Ədəbiyyat
və İncəsənət” qəzetinin baş redaktoru
olmusuz. Bizə lazım olan sənədlərdən, orijianl
nüsxələrdən bəlkə sizdə nəsə ola? Sabahısı gün zərfin
arasında özünün aylıq prezident təqaüdünü
göndərmişdi. Mən imtina edib, geri
qaytarmaq istədim. Dedi ki, sənin gördüyün
iş çox böyükdü, əvəzsizdir, ola bilsin, fərqində deyilsən. Bu da qismən bir köməkdir.
İkinci
dəstəyi deputat Cavanşir Feyziyev verdi.
C.Feyziyev bir çoxlarında olmayan milli mənliyə,
kimliyə sahib insandır. Belə məsələlərə
həssas yanaşır, kömək edir. O da mənə
maddi-mənəvi dəstəyini göstərdi. Şair Mikayıl Bozalqanlı da 4 portreti
(M.Şaxtaxtlı, Ə.Hüseynzadə, M.Hadi, Ü.Hacıbəyli)
alaraq bizə köməklik göstərdi. Mən bu insanların hər birinə öz dərin
təşəkkürümü bildirirəm.
"Xalq
qəzeti"nin baş redaktor müavini
Tahir Aydınoğlu elə ilk gündən bizə öz dəstəyini
göstərdi. Keçmiş "Kommunist"
qəzetinə aid qiymətli sənədlər və
1990-cı illərin müxtəlif qəzetlərin nümunələrini
bağışladı. Qocaman jurnalist, uzun müddət
"Azərbaycan qadını" jurnalının məsul
katibi olmuş Sabir Gəncəli xeyli qiymətli sənədlər,
fotolar verdi. Eksponatlar
arasında Azərbaycanın ilk peşəkar qadın
jurnalisti Şəfiqə Əfəndizadənin
kitabçası da var. "İşıq" qəzetinin
redaktoru Xədicə xanım Əlibəyovanın nəvəsi
nənəsinə aid bir neçə orjinal fotoşəkil, qəzet
nümunələri, sənədlər təqdim edib. Məşhur jurnalistimiz Osman Mirzəyevin
masaüstü yazı dəsti də Lalə Osmanqızı tərəfindən
verilib. Mətbuat tarixçisi Şamil
Qurbanova da aid əşyalar var. Çox ekspokatlar qorunur. Peşəkar
poliqrafçı Şəddat Cəfərov da bizə
bir çox sənədlər, 60-cı illərə aid
diktofon verib. Həmkarlarımız kolleksioner
Ruslan Rəhimov da muzeyə 1920-ci illərdə nəşr
olunan divar qəzeti, Dilqəm Əhməd də mühacirət
mətbuatına aid bir nüsxə "Azərbaycan"
jurnalı bağışlayıb. Hələ
muzeyin açılışını etməmişik, amma
maraqlı qonaqlarımız olub.
Yusif Vəzir
Çəmənzəminlinin nəvəsi Leyla Vəzir, bir
müddət "Azərbaycan" qəzetinin baş redaktoru
olan Xəlil İbrahimin qızı Güllər İbrahimova,
Ünsizadələr nəslinin davamçısı Zaur
Ünsizadə qonağımız olub, bizə sənəd,
fotoşəkillər hədiyyə ediblər.
-
Yaratdığınız muzeydə oxucular üçün
xüsusi ilə fərqləndirmək istədiyiniz hansı məqamlar
var?
- Hələ
ki, işlər davam edir. Əsas məqsədimiz
bütün bu işləri Milli Mətbuat gününə qədər
bitirməkdi. Türkiyədən orijinal qəzet
nüsxələri almışıq, bir qismlərini də
sifariş vermişik. Xaricdə qəzetlərimizin
orijinal sayları çoxdu. Bəzən elə
düşünülərlər ki, əgər bu mətbuat
tarixidirsə, burada “Molla Nəsrəddin” yaxud,
“Əkinçi”nin bütün nüsxələri
olsun. Amma heç bir muzeydə bunu etmək
mümkün deyil. Muzey dövlət səviyyəsində
formalaşıb, maliyyələşsə belə, orada yaşı 150-ə
yaxınlaşan hər hansı mətbu orqanın
bütün saylarını kompaktlaşdırmaq mümkün
olmayacaq. Bizdə “Molla Nəsrəddin”in 12 orijinal
nömrəsi qorunur.
Həmçinin,
mətbuatımızın ilk aydınlarının-Həsən
bəy Zərdabi, Məhəmməd ağa Şahtaxtinski,
Əlimərdan bəy Topçubaşov, Məhəmməd
Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Cəlil
Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Mirzə
Ələkbər Sabir, Xəlil İbrahimin, Xədicə
xanım Əlibəyovanın, Şəfiqə xanım
Əfəndizadənin portretləri var. Bilirsiz onların
hazırlanması üçün çox vaxt
lazımdı. Amma
biz tez bir müddətdə hamısını ərsəyə
gətirdik. Həmin portretlərin
hamısı muzeyə əlavə rəng qatır. Çünki mətbuatımızı müəyyən
dövrləri məhz onların adı ilə
bağlıdır; biri romantik jurnalistika məktəbini, digəri
realist-satirik istiqamətin əsasını qoyub. Bir başqası XX əsrin ilk anadilli qəzetini
yaratmaqla, o biri isə jurnala rəhbərlik edən ilk
qadın olmaqla ilklərə imza atıblar.
Redaksiyanın dəhlizində bu dövrləşməni izləyicilər də görəcəklər.
- Onlardan əvvəl,
muzeydəki sistemlilikdən, dediyiniz dövrləşmədən
biz danışaq...
-
Redaksiyanın 5 otağı var. Biri jurnalistlərin oturduğu
əsas yaradıcı otaqdı. Onu Azərbaycan
Xalq Cümhuiyyəti dövrünün mətbuatına həsr
edəcəyik. Başqa otaqda 1905-18-ci illər
mətbuatına aid eksponatlar, fotosürətlər olacaq.
Qəbul otağını isə “Molla Nəsrəddin”çilərlə,
füyuzatçılara aid eksponatlar bəzəyəcək.
Elə siz də baxa bilərsiz, həmin guşənin bir tərəfində
Mirzə Cəlilin, digər tərəfondə isə Əli
bəy Hüseynzadənin möhtəşəm potrtetləri
var. Bu həm də XX əsrin əvvəllərindəki
düşüncə savaşının, həqiqəti hansı yolla əks etdirmək rəqabətinin
bir göstəricidir.
Girişdə
isə ziyarətçiləri iki şəxsiyyət
qarşılayacaq: Həsən bəy Zərdabi və Heydər
Əliyev... Ümummilli lider Heydər Əliyevin
vaxtında Azərbaycan mətbuat tarixinin bir inkişaf mərhələsi
başladı. Mətbuata münasibət
yaxşı mənada dəyişdi. Bu
jurnalistlərin sosial rifahında da özünü göstərdi.
Biz bir stendi
də ona həsr etmişik. O stenddə ümumlii liderlə
bağlı kitablar, onun mətbuatla münasibətini əks
etdirən materiallar, fotolar var.
Gələcək
planlarımızdan biri də odur ki, biz xüsusi video roliklər hzırlayaq. Onarın vasitəsilə xaricdəki həmvətənlərimiz
də buranı “ziyarət etsinlər”. Mənə
bəzən, xaricdən yaşayan qələm sahibləri zəng
vurub mətbuat tariximizlə bağlı suallar verirlər, müxtəlif
dövrlərdə yazılan kitablarla maraqlanırlar. Bu muzey sayəsində qaranlıq qalan məqamlara
aydınlıq gətiriləcək. Xaricdə yaşayan
həmvətənlərimiz də sistemli şəkildə
informasiya əldə edə biləcəklər.
- Akif
müəllim, inşallah iyulun 22-nə qədər nəzərdə
tutduğunuz sistemli dövrləşməni həyata
keçirərsiniz. Amma mətbuat tariximizin “Qızıl
dövrü” olan 13 il var - 1905-1918-ci illər...
Bu ildə mətbuatımızda nə yeniliklər baş verdi?
- Bu
dövrə aid orijinal eksponatlar azlıq təşkil edir. Məsələn,"Şərqi-rus", ”Şəlalə”,” “Dirilik”
jurnallarının bəzi orijinal nüsxələrini əldə
etmişik. Çox təəssüf ki, o
dövr mətbuatının şah əsərlərindən
olan “Həyat” və “İrşad” ın orijinal nüsxələrini
əldə etmək mümkün deyil. Əvvəllər
mümkün idi, mən də o zaman alıb Mətbuat
Şurasına gətirmişdim. Müraciət
etmişik, ola bilsin, bizə qaytarsınlar.
Amma dediyiniz dövrün jurnalistləri ilə
bağlı təbii ki, eksponatlar olacaq. Orijianl
olmasa da belə, müəyyən qədər foto, onlara aid
arxiv materiallarının sürətləri olacaq. Sadəcə, çox işləməliyik ki, iyulun
22-nə qədər bu işləri çatdıraq. Türkiyə ilə də çox ciddi əlaqəmiz
var. Elektron hərrac saytlarını mütəmadi olaraq izləyirəm.
Satışa çıxarılan bizə aid
materiallarla maraqlanıram. Bizim də
kolleksiyaçılarımız var. Amma bir məsələ də
var: mən Türkiyədə olanda həmişə
düşünürdüm ki, niyə bizim mətbaut
tariximizin şəxsiyyətlərinə aid materiallar yoxdu. Axı onların müəyyən hissəsinin həyatlarının
çoxu Türkiyədə keçib. Əslində,
bu mətbu nümunələrin əksəri 1995-ci ilə qədər
açıq satışda olub.
Kimlərəsə aid nümunələr
satışa çıxarılıb. Amma
1995-ci ildən sonra yığışdırılıb.
Əksəriyyətini də Türkiyənin
araşdırmaçıları alıb. Bu
gün də qardaş ölkənin alimləri bizim mətbuat
tariximizi, onun simalarını bizdən yaxşı
araşdırır. Mühacirət
dövrü Azərbaycan mətbuatı ilə bağlı
xeyli materialları Türkiyədən alıb gətirmişəm.
“Odlu yurd”, “Azəri türk”,
"Yeni Qafqaziyyə", "Türk amacı",
"Türk izi" və başqa dərgilərinin müəyyən
sayları artıq əlimizdədir. Bəzilərini
isə əldə etmək üçün maddi vəsait
lazımdır. Hər birisinin öz qiyməti
var. Amma onların hər biri tarixdir. Lakin
biz o materialları mütləq gətirməliyik. Bu da bir qəzet redaktorunun əlindən gələsi
məsələ deyil. İmkanlarımız
heç o materialların 10 faizini almağa çatmır.
M.Ə.Rəsulzadənin
əsərlərindən bir neçəsinin orijinalı da
bizdə var: “Rusiyada aiyasi vəziyyət”, “Əsrimizin Səyavuşu”,
“Azərbayvan şairi Nizami”... Muzeyimiz
üçün çox dəyərli eksponatlardır.
Həmçinin,
Əhməd bəy Ağaoğlunun orijinal əsərləri
də nümayiş olunur. Onunla bağlı
xeyli orijinal sənədləri şəxsən özüm
Türkiyədən gətirdim. Onlar da ilk
dəfə burada göstəriləcək. Əli bəy Hüseynzadənin məktublarını
da vaxtilə Əli Yavuz Akpınarın sayəsində əldə
etmişəm. Onlar da indi muzeyimizdə
qorunur. Bir sözlər, çalışacağıq
ki, bura çox məzmunlu olsun.
- Akif
müəllim, sizcə muzey jurnalistikamızda olan hansı mənəvi-ideoloji
boşluğu doldura biləcək?
-
Jurnalistikamız haqqında bəzən, mənfi fikirlər də
səsləndirilir. Bunu aradan
qaldırmağın yolu bu ənənələrə sədaqət
göstərməkdir. Məsələn,
Əli bəy Hüseynzadəni tanımayan jurnalist, qələm
əhli milli məsələdə hər zaman axsayacaq.
Ayrı-ayrı muzeylərə gedirik. Bu yaxınlarda Cəlil Məmmədquluzadənin
ev-muzeyi bizi qonaq dəvət
elədi. Orada muzeyin direktoru bizə dedi ki, sizin muzeyin
açılışından sonra biz ora gəlib, səyyar sərgi
təşkil edəcəyik. Bu layihə Üzeyir Hacəbəyli,
Mirzə Ələkbər Sabir kimi şəxsiyyətlərin
ev-muzeyləri arasında da ola əla olar.
Mətbuat
tariximiz mədəniyyət, siyasət, düşüncəmizin inkişafı tarixidir. Tarix həm də mətbuatda yaşayır. Məhz buna görə də mətbuat tarixinə
münasibət yaxşı mənada dəyişməlidir.
Elmin Nuri
Şərq.-
2017.- 14 iyul.- S.6.