“İNGİLİS
DİLİNDƏ MÜKƏMMƏL ŞƏKİLDƏ
DANIŞA BİLİRƏM”
Bilal Əliyev:
“Bir dəfə tərcüməçi dedi
ki, soruşurlar ki, nə əcəb
belə güclü səs sahibi ingilis dilində danışa bilmir? Düzünü desəm,
bu söz mənə təsir etdi, utandım”
“Dünya musiqisini
diqqətdən keçirdim.
Bəyəndiyim musiqilər
oldu ki, onları seçib lentə aldırdım”
Xeyli vaxtdı
mətbuatda, efirlərdə
görünməyən Xalq
artisti Bilal Əliyev sükutunu "Şərq”ə pozdu. Xalq artisti yaradıcılığından
danışdı.
- Bilal Əliyev
çoxdandı gözə
dəymir. Səhnədən
küskün düşməmisiz?
- Qətiyyən. Sənətimlə məşğulam.
Yeni mahnılar üzərində çalışıram.
Onların bir neçəsi ingilis dilində olan musiqilərdi. Enyi zamanda Azərbaycan adlı yeni bir bəstəni də lentə aldırmışam.
- Niyə məhz
ingilis dilində musiqilərə marağınız
yaranıb? Bu, xaricdə olan qastrol səfərlərinizlə
bağlıdı?
- Qastrol səfərlərində
çox oluram. Məndən dəfələrlə
xarici musiqilər istəyiblər. Bir dəfə tərcüməçi
dedi ki, soruşurlar ki, nə əcəb belə güclü səs sahibi ingilis dilində danışa bilmir? Düzünü desəm,
bu söz mənə təsir etdi. Utandım. Onlara bildirdim ki, sizə söz
verirəm ki, iki il ərzində
mükəmməl ingilis
dilində danışacam.
Ordan gəlib başladım ingilis dilini öyrənməyə.
- Yəni ingilis dili kurslarına getmisiz...
- Bəli, həm Bakıda ingilis dili kurslarına getdim, həm də yeddi dəfə
İngiltərəyə gedərək
orada ingilis dili kurslarında iştirak etdim.
- Yəni Bilal Əliyev
artıq sərbəst
ingilis dilində danışa bilir?
- Bəli. Artıq
mükəmməl ingilis
dilində danışa
bilirəm. (Red:
T.M - Xalq artisti
zarafatyana hələ bizimlə bir az ingilis dilində
də danışdı).
- İngilis dilini
bilmək yaradıcılığınıza
nə qədər təsirini göstərə
bilib?
- İngilis dilini
öyrəndikdən sonra
dünya musiqisini diqqətdən keçirdim.
Bəyəndiyim musiqilər
oldu ki, onları seçib lentə aldırdım.
- Bayağı musiqilərə maraq çoxalıb.
- Həqiqətən musiqi zövqümüzü
korlayan elə mənasız mahnılar eşitməli oluruq ki... Bu musiqilər
Azərbaycan ladlarından
çox uzaqdı. İndi hamı oxuyur, hamı mahnı yazır. Amma bizim özümüzə
aid bir musiqi
kökümüz var.
Gəlmə musiqilərlə
milli musiqi ənənələrini korlamayaq.
Yad nəfəsləri
gətirməklə milli
musiqimizi korlayırlar.
- Bilal Əliyev
niyə konsert proqramı ilə çıxış etmir?
- Əslində konsert proqramı vermək niyyətim var. Artıq repertuar üzərində
işləyirəm. Bu
konsertdə həm retro musiqilər, həm klassik musiqilər, muğam parçaları yer almalıdı. İmkan qədər istəyirəm
ki, milli musiqimizi dünya səhnələrində layiqincə
təmsil edək. Qüdrətli bir dövlətdə yaşayırıq.
Biz azərbaycanlı olmağımızla da qürurlanmalıyıq. Yeri
gəlmişkən, fürsətdən
istifadə edib ölkə başçısının
sərəncamı ilə
milli Mətbuat Günü münasibətilə
ev alan bütün
jurnalistləri təbrik
edirəm. Həqiqətən
şərəfli və
məsuliyyətli bir peşənin sahiblərisiz.
Bizləri xalqa sevdirən də, tanıdan da məhz mətbuat nümayəndələri, jurnalistlərdi.
Ev alan jurnalistlər
arasında dostlarım
da var. Sizlərə
yalnız Prezidentin hədiyyə etdiyi evdə firavan həyat arzulayıram.
Tahirə
Şərq.-
2017.- 21 iyul.- S.13.