Yunus Oğuz dünyası

 

 

Yunus Oğuzu illər öncə tanıdım. Bir siyasətçi, yazıçı kimi yox, müəllim kimi. Siyasi Natiqlik Məktəbi yaratmışdı. Pul qazanmaq üçün yox, öyrətmək üçün. Öyrətdi . Məntiq,fəlsəfə, politologiya dərsləri deyirdi bizə. Vaxtının çox hissəsini pulsuz-parasız şəkildə bizə ayırırdı. Tək bir məqsədi özümüzü, kimliyimizi dərk etməyi idi. Bu məktəbi keçənlərin böyük əksəriyyəti bu gün cəmiyyətdə söz sahibi olan insanlardır. şəxsən mən buna görə Yunus Oğuza borcluyam. Milli düşüncə sahibi olan Yunus Oğuz bizə milli kimliyimizi tanıtdı. Yunus Oğuzu illər öncə tanıdım. Bu dəfə jurnalist kimi. O zamanın ən nüfuzlu qəzetlərindən olan "Olaylar" qəzetinin yaradıcısı idi. Bu dəfə məni qəzetdə işə götürdü müəllimliklə yanaşı həm baş redaktorum oldu. Amma heç vaxt baş redaktor kimi rəftar etmədi. Əksinə mənim sabah baş redaktor ola bilməyim üçün yenə öyrətdi. Yunus Oğuzu illər öncə tanıdım. Bu dəfə yazıçı kimi. Tarixi roman janrına müraciət edən Yunus Oğuz romanlarında türk nəhəngliyini, Azərbaycan izini oxucuya öz üslubunda çatdırdı. Romanlarında dərviş ruhunu yenidən oxucuya çatdırdı. Romanlarında türk qüdrətini yenidən bizlərə xatırlatdı. Ruh dünyasını, idrakı oxucuya oxucunun başa düşəcəyi dildə anlatdı. Yunus Oğuzu illər öncə tanıdım. Xeyirxah insan kimi, yıxılanı qoruyan kimi. Qapısı hamının üzünə açıq oldu. Kimə cür imkan var idisə o cür kömək etdi edir. Yunus Oğuz saflığını qoruyaraq hamıya səmimi yanaşdı. Yadımdadır, illər öncə çətin durumum yaranmışdı. Hamı məndən qaçırdı. Hamı telefon zəngimi eşidəndə hansısa məmurların qorxusundan tez qapadırdılar. Amma Yunus Oğuz yanına çağırdı, +`````````````````````````````````````````````````````````````````````````````````````````````````````````işlə təmin etdi. Əslində formal olaraq gedib-gəlirdim. Amma ən yüksək səviyyədə əmək haqqı yazırdı. Yıxılana balta vuranlar məntiqini Yunus Oğuz alt-üst etdi. Beləcə mən Yunus Oğuzu tanıdım. bu tanımaya görə Tanrımdan çox razıyam. İndinin özündə bir balaca bədbinləşən kimi müəllimimə zəng edir ya yanına gedirəm. Qapının ağzında gülümsər üzünü görəndə hər şeyi unuduram. O heç vaxt mənasız məsləhətlər verənlər kimi məsləhətlər vermir. O sadəcə olaraq yolu göstərir. Bu gün yol fəlsəfəsini yaşayan müəllimimin doğum günüdür. Tanrı Sizi qorusun müəllimim.

 

Eldəniz Elgün

Şərq.- 2017.- 22 iyul.- S.-5