Naxçıvanda KİV rəhbərlərinin iştirakı ilə konfrans keçirilib

KİV rəhbərlərinin Naxçıvana səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində "Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolu" mövzusunda konfrans keçirilib.

 APA-nın məlumatına görə, konfransdan əvvəl tədbir iştirakçıları Heydər Əliyevin abidəsini Heydər Əliyev Muzeyini ziyarət ediblər.

 Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) icraçı direktoru Vüqar Səfərli KİV rəhbərlərinin budəfəki səfərinin əsas məqsədinin Naxçıvanın turizm potensialının tanıdılmasında medianın rolunun artırılması olduğunu deyib.

 O, Naxçıvanın geniş turizm potensialına malik olduğunu bildirib: "Biz ötən ilin oktyabrında səfərimiz zamanı da Naxçıvanın tarixi mədəni abidələrlə zənginliyinin, turizm cəlb etmək üçün böyük potensiala malik olduğunun şahidi olduq. Bu gün Naxçıvanda "Duzdağ" Fizioterapiya Mərkəzi fəaliyyət göstərir, lakin bu şəfa ocağının potensialından lazımınca istifadə olunmur. Bizim Naxçıvana səfərimizin əsas məqsədi bu cür turizm obyektlərini mediada geniş təbliğ etməklə Naxçıvana dəstək olmaqdır".

 Naxçıvan Dövlət Universitetinin Jurnalistika kafedrasının müdiri Şəhla Şirəliyeva çıxışında Naxçıvanda KİV-in hərtərəfli qayğı ilə əhatə olunduğunu, azad mətbuatın inkişafı, söz azadlığının təmin olunması informasiyanın operativ çatdırılması məsələlərinin diqqətdə saxlanıldığını deyib: "Hazırda Muxtar Respublikada "Şərq qapısı" ilə yanaşı, 8 şəhər rayon qəzeti, 4 jurnal, universitet televiziyası radiosu daxil olmaqla, 3 televiziya, 3 radio 6 nəşriyyat fəaliyyət göstərir. "Universitet" televiziyası "Naxçıvan" radiosu həftənin üç günü kabel şəbəkəsi vasitəsilə universitet şəhərciyində, eləcə açıq formada Naxçıvan şəhərində yayımlanır".

 Konfransda çıxış edən iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarov Naxçıvanın ölkənin mühüm turizm mərkəzlərindən olduğunu bildirib: "Keçmiş SSRİ dövründə sərhədyanı region kimi xarici turistlərin üzünə bağlı olmuş Naxçıvana indi dünyanın müxtəlif yerlərindən turistlər gəlir. Turistlərə xidmət göstərən gömrük-keçid məntəqələri, ən müasir təyyarələri qəbul edən beynəlxalq hava limanı, etibarlı yol-nəqliyyat infrastrukturu, müasir standartlarına cavab verən mehmanxanalar, zəngin milli mətbəx təklif edən yeməkxana restoranlar, qədim zəngin tarixi-mədəni irs, turistlərin Muxtar Respublikanın hər bir nöqtəsində rahat hərəkətini təmin edən təhlükəsiz şərait turistlərin sayını artırıb. İl ərzində təxminən 400 mindən artıq turistin səyahət etdiyi Naxçıvan dövlət başçılarının işgüzar görüşlərinin, tanışlıq-maarifləndirmə, müalicə-rekreasiya, idman-sağlamlıq dini-ziyarət məqsədli səyahətlərin məkanına çevrilib".

 Ə. Cabbarov Naxçıvanın turizm potensialının tanıdılmasında medianın mühüm rol oynaya biləcəyini qeyd edib.

 Konfransda “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, “İki Sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səsqəzetinin baş redaktoru Bəhruz Quliyev, “Palitraqəzetinin baş redaktoru Namiq Əliyev digərləri çıxış edərək Naxçıvanın turizm imkanlarından söz açıblar. Onlar Muxtar Respublikanın turizm potensialının daha çox təbliğ olunması üçün müxtəlif təkliflər səsləndiriblər.

 Konfrans müzakirələrlə davam edib.

Şərq.- 2017.- 2 iyun.- S.7.