Qobustan dünyanın ən
yaxşı muzeyləri
sırasında...
"Ölkəmizdə keçirilən beynəlxalq
əhəmiyyətli tədbirlərə
və yarışları
izləməyə gələnlər
bizim tariximizlə
maraqlanır"
Aytəkin Kamranqızı:
"Qobustan qayaüstü
təsvirləri rəngarəngliyi
ilə dünyanın
azsaylı bənzər
abidələri sırasında
xüsusi yer tutur"
Keçən il Qobustan Milli
Tarix Bədii Qoruğunu təxminən
100 minə yaxın insan ziyarət edib. Bunu jurnalistlərə
açıqlamasında mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev
deyib.
Onun sözlərinə
görə, Qobustana
gələn turistlərin
sayı ötən dövrlərə nisbətən
xeyli çoxalıb:
"Bu gün paleolit dövründən
qalan qayaların üzərində yazılan
yazılar, rəsmlər
dünyada çox nadir hallarda tapılır. Dünyada
bu cür məkanların şəbəkəsi
mövcuddur. Azərbaycan artıq Qobustanla bu şəbəkəyə
daxil olaraq bütün dünyaya nümayiş etdirir ki, bəşəriyyətin
ilk məkanları olan torpaq, yer
Azərbaycanda yerləşir".
Nazir əlavə
edib ki, bütün turist şirkətləri Qobustana
səfəri öz turizm paketlərinə
daxil edir. Ə.Qarayev deyib ki, Qobustan muzeyi Avropanın ən yaxşı muzeyləri sırasına
daxil olub.
Qobustan muzeyinin
Avropanın ən yaxşı muzeyləri
sırasına daxil
olmasını ekspertlər
də müsbət dəyərləndirir.
Sosioloq Aytəkin Kamranqızı
bizimlə söhbətində
bildirdi ki, Qobustan muzeyinin Avropanın ən yaxşı muzeyləri
sırasına daxil
olması gözlənilən
idi: "Çünki
burada olan daşlar və onların üzərinə həkk
olan rəsmlər xaricilərin diqqətini
cəlb edir. Həmin rəsmlərin
tək bir məna deyil, müxtəlif məna daşıması da əcnəbilərin marağına
səbəb olur".
Həmsöhbətimizin sözlərinə görə, son illər Qobustan muzeyini ziyarət edənlərin sayı artır: "Ölkəmizdə
keçirilən beynəlxalq
əhəmiyyətli tədbirlərə və yarışları izləməyə
gələnlər, təbii
ki, bizim tariximizlə maraqlanır.
Qobustanda isə bizim tariximiz həkk olunub".
A.Kamranqızının sözlərinə
görə, illər
öncə də dünyaca tanınmış
alimlər Qobustan qayaları ilə bağlı öz fikrini bildirib: "Ömrünün yarıdan
çoxunu dünyadakı
bənzər təsvirlərin
tədqiqinə həsr
edən məşhur
norveçli alim və səyyah Tur Heyerdal Qobustan qayaları qarşısında heyrətini
gizlədə bilməyib.
O, abidə haqqında
maraqlı fikirlər
söyləyib. Alim bildirib
ki, Qobustan kökləri çox qədimlərə gedib
çıxan və hətta Mesopotamiyadan
daha qədim, dəqiq tarixi indiyə qədər məlum olmayan mədəniyyət incisidir.
Məşhur alim Qobustandakı
qayaüstü rəsmlərin
tam oxşarının Skandinaviyadakı
daş mağaralarda
da olduğunu bildirib".
Həmsöhbətimiz onu da əlavə etdi ki, Qobustan
qayaüstü təsvirlərinin
rəngarəngliyi ilə
dünyanın azsaylı
bənzər abidələri
sırasında xüsusi
yer tutur.
Günel CƏLİLOVA
Şərq.-
2017.- 14 iyun.- S.8.