Novruz bayramını hər kəs öz evində yaşamalıdır

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Novruz Azərbaycan xalqının zəngin maddi və mənəvi dəyərlərinin mühüm bir hissəsini özündə ehtiva edən böyük mədəniyyət hadisəsidir. Novruzun tərkibi quruluşca mürəkkəb, məzmunca dərin və geniş əhatəlidir. Müasir dövrümüz üçün bu bir milli bayramdır. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda, digər türk dövlətlərində və bir çox qonşu ölkələrdə Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır.

Bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən sayılan Novruz bayramı Azərbaycanda xüsusilə təmtəraqla qeyd olunur. Xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü, müqəddəsləşdirdiyi bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir. Novruz yeni gün, yeni həyat mənasını daşımaqla həm də azərbaycanlıların yeni ilidir.

Novruzun ulu tarixi

Novruzun tarixi barədə Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov),  maraqlı məlumatlar açıqladı: "Mart ayı girər-girməz Azərbaycanda və qonşu ölkələrin əksəriyyətində qədim Şərq bayramına - Novruz adlanan yeni ili qarşılama mərasiminə ciddi hazırlıqlar başlanır. Novruz xalqımızın ən qədim bayramlarından sayılır və bizim milli-etnik həyat tərzimiz, məətimiz, adət-ənənələr və inanclarımızın kökləri, ulu qaynaqları ilə bağlıdır. Doğrudur, bir sıra insanlar Novruz bayramının yaranmasını tarixi-dini proseslərin məntiqi ardıcıllığı ilə əlaqələndirməyə çalışırlar. Bu mövqedə olanların baxışları mübahisəli olsa da, hər halda, yanlış sayıla bilməz, elmi axtarışlar, polemik müqayisələr vasitəsilə dəqiqləşdirmələrə ehtiyacı var. Novruz bayramının yaranması, ayrı-ayrı görüş və etiqadlarla əlaqəsi, onun Zərdüştlük - Avesta, yaxud islam-müsəlman mədəniyyəti qaynaqları ilə bağlılığı əsrlər boyu tarixçi alimləri, etnoqrafları, folklorşünasları, hətta ədəbiyyatçıları, filoloqları düşündürüb, indilərdə isə kulturoloqlar arasında böyük mübahisələrə səbəb olur. Novruz bayramı Şərq əhəmiyyətli, lakin milli-etnik hadisə kimi qəbul olunmalıdır. Milli sivilizasiya və mədəniyyət tariximizin ayrılmaz hissəsi olaraq götürülməsi daha düzgün yanaşma sayılan bu bayram etnik-kulturoloji düşüncəmizdə, ictimai-mədəni həyatımızda, mədəniyyətimizdə, mənəviyyatımızda, fəlsəfi-estetik fikrimizdə, ən əsası isə toplumumuzun yaşam tərzində oturuşmuş dəyərlər toplusudur. Sərhədləri, əsrləri, nəsilləri aşaraq millətlərin və xalqların dünyəvi bayramına çevirdikcə, əksər Şərq toplumlarının nümayəndələri Novruzu öz məəti, mədəniyyəti, adət-ənənələri ilə bağlamağa çalışıb. Məhz buna görə də bu ümumi bayram barədə Şərq dünyasında müxtəlif mülahizələr, adət-ənənələr, mərasimlər, əfsanələr, rəvayətlər yaranıb. Türksoylu və farsdilli xalqlar Novruza özlərinin milli-bədii ornamentlərini qatıb, onu özünəməxsus ümumxalq şənliyinə çeviriblər. Şərq xalqları, xüsusən də azərbaycanlılar Novruzu yeni ilin başlanğıçı hesab edərək, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi rəmzləşdiriblər. Əsrlər boyu nəsillər tərəfindən unudulmayan, heç vaxt köhnəlməyən, yaddaşlarda yaşaya-yaşaya, bu günümüzə qədər gələrək yetərincə cilalanmış və daha da gözəlləşmiş Novruz qədimlərdən üzübəri ulu əcdadlarımızın ən əsas əski bayramlarından sayılmış, insana həyat verən dörd ünsürün - Suyun, Odun, Yelin (Havanın), Torpağın isinməsi, "dirilməsi” istəyi ilə bağlıdır”.

İlaxır çəənbələr

Novruza qədərki hər bir çəənbə təbiətin bir ünsürü ilə əlaqələndirilirdi. Əcdadlarımızın ilkin təsəvvürlərində ilaxır çəənbələr və ya ilin axır çəənbələri anlayışları yaranıb müqəddəsləşmişdir. Qədim inamlara görə, hər birində təbiətin dörd ünsüründən biri "dirilmişbu çəənbələrlə bağlı xalq böyük el şənliyi və mərasimlər düzəldirdi. Günü bu gün də həmin təmtəraqlı mərasimlər ümumxalq şənliyi kimi qeyd olunur. Ayrı-ayrılıqda "Su çəənbəsi”, "Od çəənbəsi”, "Yel çəənbəsi” və "Torpaq çəənbəsi” adlandırılan "İlaxır çəənbələr” insanları məhsul bolluğu yaratmağa, birlik və firavanlığa, halallığa, dostluğun, qardaşlığın sarsılmaz gücünün qüdrətinə inanmağa çağırırdı.

Su çəənbəsi

 

Boz ayın dörd müqəddəs çəənbəsinin birincisi "Əzəl çəənbəkimi tanınırdı. Xalq arasında ona təzə "doğulan”, yeni gələn, "Əvvəl çəənbə”, "Su çəənbəsi”, "Gül çəənbəsi” də deyirlər. Qədim inamlara görə, əzəl çəənbədə təzə ilin gəlişi münasibətilə ən əvvəl su təzələnir. Elə buna görə də bu çəənbə su ilə, suyun təmizlənməsi ilə əlaqələndirilir. Əzəl çəənbə suya tapınma inamı ilə başladığına görə, bütün insanlar hələ gün doğmamışdan çay, arx, bulaq, yaxud çeşmə üstünə getməli, axar suda əl-üzünü yumalı, biri-birinin üzünə su çiləməli, su üstündə atdanmalı, yaralıların, xəstələrin üstünə su səpməlidirlər ki, il boyu sağlam olsunlar.

Od çəənbəsi

İlaxır çəənbələrdən ikincisi olan bu çəənbəyə bəzən "Üsgü çəənbə”, "Üsgü axşamı”, yaxud da əzizləmə mənasında "Addı çəənbə” də deyilir. Od çəənbəsi əski inamlara bağlı olub günəşə, atəşə, odu qoruyub saxlamaq inamına tapınma ilə əlaqədar yaranıb. Zərdüştlükdən çox-çox əvvəllər də insanlar inanırdılar ki, odu, günəşi əzizləsələr, oxşasalar, təbiət tez isinər, adamlara xoşbəxtlik gətirər. Bu çəənbədə oda sitayiş edilir, onun şərəfinə şənliklər təşkil olunurdu. Yazın istisini arzulayan ulu babalarımız od çəənbəsində sübh tezdən Günəşə qurban aparardılar. Böyük bir tonqal qalayıb günəşin çıxmasını gözləyər, odun şərəfinə nəğmələr söyləyərdilər.

Yel çəənbəsi

El içində Yel çəənbəsini "küləyi oyadan”, "yelli”, "Heydər” çəənbəsi də adlandırırlar. Etiqada görə, bu çəənbədə oyanan yel və külək ərzi gəzir, oyanmış suyu, odu hərəkətə gətirir. Yel çəənbəsində əsən isti və soyuq küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi qəbul edilir. O, lazım gələndə, insanları

əzizləyir, onlara kömək edir, qəzəblənəndə isə adamları cəzalandırır. Odur ki, külək və yelin şərəfinə üçüncü çəənbədə böyük mərasim keçirirlər.

Torpaq çəənbəsi

Novruz bayramı ərəfəsindəki çəənbələrin sonuncusu hesab olunur və xalq arasında "İlaxır çəənbəsi”, "Yer çəənbəsi”, "Torpaq çəənbəsi”, "Çəənbə-suri” kimi də tanınır. Bu çəənbədə yer oyanır, torpaqda su, istilik və hava normallaşır, beləliklə, yaz əkininə artıq başlamaq olar. Axır çəənbə ilaxır çəənbələrin mərasim, ayin, etiqad, oyun və şənliklər ən zəngin olanıdır. Bu vaxt əvvəlki çəənbələrdə icra olunan bütün ayin və mərasimlər daha şən, böyük xalq şənlikləri kimi təkrar qeyd edilirlər. İnsanlar səhər tezdən su kənarına gedir, su üstünə atdanır, dərdini, arzusunu axar suya deyir və ondan imdad diləyirlər. Bu axşam üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur.

Novruz süfrəsi, xörəkləri və şirniyyatları

Bayram günü süfrəni bəzəyəndə 7 cür nemət masaya qoyulur. Bunlar su (təmizlik), güzgü (paklıq mənasında, yəni insanlar ona yalandan, paxıllıqdan, xudpəsəndlikdən uzaq olsun deyə baxarlar), səməni (təbiətin oyanması), balıq (bu heyvan çox çevik olduğundan insanların da həyatda çevik olması arzulanır), alma (xoş ətirli olduğu üçün), halva (şirinlik) və fincanərisində qoyulan qızıldır (bu da var-dövlət rəmzidir). Bundan əlavə, əvvəllər bayram xonçasında 7 rəngdə şam yandırılması da ənənələrdən sayılır. Son zamanlar isə əsasən ailənin üzvlərinin sayı qədər şam yandırılır. Şamı kimsə söndürməməlidir, sona qədər yanmalı və özü sönməlidir. Deyilənə görə, hər yanan şam ailənin bir üzvünün həyat yolunu göstərir.

Bayram süfrəsini rənglənmiş yumurtalar da bəzəyir. Bu da canlı aləmin yaranışına işarədir. Yumurta adətən qırmızı rənglə boyanır. Qırmızı rəng isə bəşəriyyətin şadyanalıq içində yaşamaq istəyinin təcəssümüdür. Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov hesab edir ki, yumurta həm də cansızdan canlıya keçidin simvoludur: "Yəni soruşurlar ki, yumurta birinci yaranıb, yoxsa toyuq. Cavab verilir ki, birinci yumurta yaranıb. Çünki canlılar cansızdan əmələ gəlib. Allah əvvəlcə torpağı yaradıb, sonra ondan insanı və heyvanları yaradıb. Yumurta isə həm canlıdır, həm də cansız”. Müxtəlif bölgələrdə bayram süfrəsi üçün hazırlanan yemək çeşidləri də fərqlidir. Cənub bölgəsində xörək siyahısına plov (), balıq ləvəngisi (bu xörək mütləq şit balıqdan hazırlanmalı və eyni zamanda süfrəyə balığın başının da qoyulması vacibdir), qatıqlı tərə, göy küküsü, səbzi, yarpaq dolması və şabalıdqovurma daxildir. Şirniyyatlara isə şorqoğalı, şəkərbura, paxlava, badambura, rulet (qatlama), partdama, qəndçörək (qəndkuka) aiddir.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, "Kulina” jurnalının baş redaktoru Tahir Əmiraslanov bildirir ki, Novruzun əsas atributu paxlavadır. Onun sözlərinə görə, paxlava ulduzu, qadınlığı göstərir və doğum simvoludur: "Yeri gəlmişkən qeyd edim ki, Novruz bayramından əvvəl, yəni 21 dekabrdan fevralın sonuna qədər Azər bayramı idi. Bu zaman kişilər evdə qalırdılar. Buna görə də mart ayında artıq qadınların əksəriyyəti 2-3 aylıq hamiləlik dövrünü yaşayırdı. Bunun da simvolu şəkərburadır, çünki bu şirniyyat qarın formasındadır. Şəkərbura həm də ayın simvoludur. Şorqoğalı isə günəşin simvoludur”. Yeri gəlmişkən qeyd olunmalıdır ki, bayram ləzizlərinə səməni halvası da daxildir. T.Əmiraslanovun sözlərinə görə, səməni halvası həm niyyət üçün bişirilir, həm də o, sağlamlığa böyük xeyirdir: "Hər rayonun öz adətinə görə müxtəlif cür - şəkərlə, balla və sairə ilə hazırlanır”. Qovurğada isə buğda, çətənə, küncüt və boranı tumu olur. Eyni zamanda noxud, mərci və düyü də əlavə olunur. Eyni zamanda Novruzda nişanlı qızlara da Novruz xonçaları aparılır, əsasən də balığın burnuna qızıl qoyulur. Bu da gəlin qızın bayram hədiyyəsi sayılır. Novruzun daha bir tərəfi onun simvolik personajları - Keçəl, Kosa və Bahar qızı ilə bağlıdır. Keçəl təbiətin oyanışdan əvvəlki dövrünü, Kosa ruzi-bərəkəti, Bahar qızı isə bitki örtüyünün cücərməsini xarakterizə edir.

Əsas bayram mərasimi

Şərq, yəni Hicri-Şəmsi təqvimində yeni ilin başlandığı gün yazda - gecə ilə gündüzün bərabər olduğu günə düşür. Bayram Hicri-Şəmsi təqvimi ilə fərvərdin ayının ilk gününə, indi ölkəmizdə qəbul edilən müasir təqvimə görə martın 20-22, nadir hallarda isə martın 23-nə təsadüf edir. Hər kəs Novruz bayramını öz evində qeyd etməlidir. Əks təqdirdə şəxs 7 il bayram axşamı evində ola bilməyəcək. Novruzun əsas tələblərindən biri də küsülülərin barışmasıdır. Bu da xalqın birliyə, həmrəyliyə dəvət olunması xarakterini daşıyır.

Novruzun ənənələrindən biri də uşaqların qonşulara, qohumlara papaq atmasıdır. Yeniyetmələr əsasən İlaxır çəənbədə papaq atarlar. Papaq atılan evdə isə onun bayram nemətləri ilə doldurular və sahibinə qaytarılar. Bunun da mənası var. İnanca görə, insanlar bu addımları ilə bişirdiklərini paylaşar və kasıb ailələrə əl tutarlar. Çünki Novruz maddi vəziyyətindən asılı olmayaraq hər kəsin şənləndiyi bir bayramdır.

Yekun mülahizələr

Qeyd edək ki, 2009-cu ildə Novruz bayramı UNESCO-nun qeyri-maddi mədəni irs nümunələrinin reprezentativ siyahısına daxil edilib. Bütün bu imkanlardan lazımınca yararlanaraq kulturoloji millitəsdiq vasitəsi kimi Novruz adət-ənənələrini dünyada təbliğ etmək, tanıtmaq imkanımız var. Artıq neçə ildir ki, dövlətimiz tərəfindən yüksək səviyyədə qeyd olunan Bahar bayramının - Novruzun beynəlxalq aləmdə böyük kulturoloji-turistik əks-sədası eşidilməkdədir. Statistik göstəricilərə görə, Novruz bayramı günləri ərəfəsində ölkəmizə əcnəbi turistlərin kütləvi gəlişi müşahidə olunur. XXI əsrdə isə Novruzu qlobal dünya bayramına çevirməyin vaxtı çoxdan çatıb: nə qədər ki, qonşu dövlətlər onu "özəlləşdirməyib”lər, bu məsələdə Azərbaycandan qabağa düşməyib...

 

Tahirə Məmmədqızı

Şərq.- 2017.- 2 mart.- S.2