Azərbaycan Xalça Muzeyinin
yaranmasının 50 illik yubileyi
.
Dünyada ən nadir eksponatlara malik muzeylər vardır. Məsələn, Lissabonda Fayton Muzeyi, Sakt-Peterburqda Kəpənək Muzeyi, Tulada Samovar Muzeyi, Yaponiya Qar Dənəcikləri Muzeyi kimi muzeylər fəaliyyət göstərir.
Azərbaycanda da iki elə muzey vardır ki, onlar eksponatlarının
nadirliyinə
görə
seçilirlər. Bunlardan biri
İçərişəhərdə
Zərifə Salahovanın ən kiçik
ölçülü eksponatları
olan Miniatür Kitab Muzeyi və dünyada ilk dəfə olaraq Azərbaycanda
açılan Azərbaycan Xalça Muzeyidir.
Bu il Respublikamızda
Azərbaycan
Xalça Muzeyinin yaranmasının 50 illik yubileyi keçiriləcək.
Azərbaycan Xalça Muzeyi 50 il bundan
öncə
Azərbaycanın
xalq rəssamı, SSR-i
Dövlət
Mükafatı Laureatı
Lətif
Kərimovun
təşəbbüsü ilə
açılmışdır. Bütün həyatını Azərbaycan xalça sənətinin
tədqiqinə həsr
edib, monumental üç
cildlik "Azərbaycan xalçası" adlı
əsər yaratmış Lətif Kərimov
Azərbaycanda
məişət əşyası hesab edilən xalçalarımızı elmin
yeni müstəqil bir sahəsi
kimi inkişaf etməsinin,
bu sənətin təhsil
sisteminə
daxil olmasının da ilk təşəbbüskarı
olmuşdur. Lətif Kərimovun
kitablarının dünyada
yayılmasına qədər dünya
muzeylərində olan Azərbaycan
xalçaları erməni, fars, rus
və
ya qafqaz adı ilə adlanırdı.
Məhz Lətif
Kərimovun
klassifikasiyasından sonra
dünya mütəxəssisləri
Azərbaycan
xalçalarını öz
adları ilə adlandırmağa başladılar.
Azərbaycan Xalçası və Xalq Tətbiqi
Sənəti Dövlət
Muzeyinın yaranması,
onun ilk eksponatlarının
toplanması, ilk alıcı
komissiyasının təşkili və
kadrların hazırlanması,
o cümlədən, bacarıqlı təşkilatçı,
muzeyin ilk direktorunun təyin
edilməsi
(Əziz Əliyev) məhz Lətif Kərimovun
zəhməti nəticəsində mümkün olmuşdur. Uzun illər
Xalça Muzeyi İçərişəhərdəki
Cümə
Məscidində, müstəqillik
illərindən başlayaraq isə keçmiş Lenin Muzeyində yerləşdirilən Muzey Mərkəzində bir neçə otaqda fəaliyyət göstərmişdir.
Doğrudur, Azərbaycan
xalçalarının XV-XVIII əsrlərə aid ən nadir nümunələri Avropa və
Amerikanın məhşur muzeylərində saxlanılır. Azərbaycan Xalça
muzeyində
isə
XVII-XIX və
XX əsrlərə aid olan, Azərbaycanın ayrı-ayrı, o cümlədən Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və
Təbrizi xalça məktəblərini özündə əks etdirən
xovlu və xovsuz xalçalar, xalça məmulatları
öz əksini tapmışdır.
Bundan əlavə muzeydə
Azərbaycan
dekorativ-tətbiqi
sənətinin digər
növlərinin
də
kifayət
qədər nümunələri saxlanmaqdadır. Orijinal üslubda
inşa olunan bina bükülmüş
xalçanı xatırladır.
Hazırda muzeyin sərgi və
fondlarında 10000-dən çox eksponat saxlanılır.
Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar,
parça, geyim və
tikmə,
keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları,
kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur.
Azərbaycan Xalça
Muzeyinin şöhrətlənməsinin
və
təkcə Azərbaycan
vətəndaşlarının
deyil, xarici ölkədən gələn turistlərin
də
ən çox gəzdiyi mərkəzə
çevrilməsinin
əsas şərtlərdən biri muzeyin yeni binasının
inşa edilməsidir. Bu da yalnız Azərbaycan
Respublikasının Prezidenti
cənab
İlham Əliyevin və
onun xanımı Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində baş verir. Muzeyin yeni binasının yaradılması işində Heydər
Əliyev Fondunun və
UNESCO-nun müvafiq dəstəyi və köməyi
olub.
Məlum olduğu
kimi dünyada ən məhşur
muzeylərin
99%-i vaxtilə tikilmiş qəsr, saray, böyük həcmli ictimai
binalarda yerləşdirilərək fəaliyyət göstərirlər. Xüsusi
olaraq muzey üçün tikilən binalara Parisdəki Corc Pampido adına Müasir İncəsənət
Muzeyi, Tehrandakı Müasir İncəsənət
Muzeyi və Vaşinqtondakı
Teksil Muzeyinin yeni tikilmiş bir neçə binasının
və
Bakıdakı Xalça
Muzeyinin yen itikilən binasının adlarını
çəkmək olar. Dünya praktikasında belə faktlar da mövcuddur
ki, muzey binası onu yaradan şəxslərin
adı ilə adlanır.
Bu baxımdan 1851-ci ildə Şahzadə
Albert və
Kraliça Viktoriya tərəfindən maliyyələşən və
az sonra
onların adını
daşıyan Londondakı
Vikroriya və Albert Muzeyi
və
İstanbuldakı Sadberk
Xanım Muzeyinin adını çəkmək olar.
Bizim fikrimizcə
Xalça Muzeyinin yeni binası ölkəmizin
layiqli vətəndaşları,
incəsənətimizə
medsanatlıq edən dövlətimizin
iki məhşur şəxsiyyəti olan Azərbaycan
Respublikasının Prezidenti
cənab
İlham Əliyevin və onun xanımı, Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevanın adlarını daşımalıdır.
Məlum olduğu kimi Bəşəriyyətin Qeyri-Maddi Mədəni
İrs üzrə Reprezentativ siyahısına
Azərbaycan
muğamının (2008), Azərbaycan aşıq sənətinin
(2009), Novruz bayramının
(2009), Azərbaycan
xalça sənətinin (2010), Azərbaycan tar ifaçılıq və onun hazırlanma ustalığının (2012), Qarabağ
atı ilə oynanılan
Çovqan atüstü
oyununun (2013), kəlağayının
(2014), Lahıc miskərlik sənətinin (2015) daxil edilməsi məhz Azərbaycanın
Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın səyi nəticəsində mümkün olmuşdur.
Şərq.- 2017.- 17 mart.- S.13