Bakıda daha humanist
gələcək inşa olunur
Mədəniyyətlərarası dialoq forumu Azərbaycanın qlobal çağırışlara münasibəti
kimi qiymətləndirilməlidir
Ötən müddət ərzində
"Bakı prosesi” ideyadan praktik müstəviyə keçərək
Azərbaycanı dünyaya
mədəniyyətlərarası dialoq məkanı kimi tanıdıb. Ölkəmizin xoşməramlı
təşəbbüsünə nüfuzlu beynəlxalq təşkilatlar, UNESCO, Avropa
Şurası, BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən dəstək
verilib. Bu vaxta kimi Azərbaycanda keçirilən
Ümumdünya Mədəniyyətlərarası
Dialoq forumları ölkəmizin tolerant, multikultural məkan kimi qazandığı tarixi missiyaya yeni rəng qataraq, onun beynəlxalq
nüfuzunun armasına
güclü təsir göstərib.Azərbaycan mədəniyyətlərin
qovuşduğu məkan
kimi öz təcrübəsini
həyata keçirmək
və nümunə olmaq fürsətini dəyərləndirərək bu missiyanı öz üzərinə götürüb. BMT Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan
Prezidenti İlham Əliyev 2011-ci ilin aprelində Bakıda Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunun keçiriləcəyini rəsmən
bəyan edib. İlk belə mötəbər məclisin
Bakıda keçirilməsi
təşəbbüsünü nüfuzlu beynəlxalq təşkilatlar, həmçinin UNESCO, Avropa
Şurası və onun Şimal-Cənub Mərkəzi, BMT-nin Sivilizasiyalar Alyansı yekdilliklə dəstəkləyiblər.
Beləliklə, I Mədəniyyətlərarası
Dialoq Forumu dünyanın bir sıra dövlətlərinin
və beynəlxalq təşkilatların nümayəndələrini
paytaxtımıza topladı.
Bu forumda "Sərhədsiz dünyaya doğru”, "Dünyanın
davamlı inkişaf gündəliyində mədəniyyətlərarası
dialoqun bərqərar edilməsi”, "Mədəniyyətlərarası dialoqu mənalı etmək: mədəniyyət,
incəsənət və
irs” mövzularını
əhatə edən məsələlər ətrafında
müzakirələr başladı.
Bir sözlə, müxtəlif mədəniyyətlərin
qovuşduğu məkan
statusuna malik olan ölkəmizdə bu istiqamətdə real nəticələrə
söykənən yeni
bir platforma formalaşdı. II forum
2013-cü ildə, III forum
isə 2015-ci ildə keçirildi. Bu il isə mayın
4-dən 6-dək IV ənənəvi forum baş tutacaq. Artıq foruma hazırlıq işləri yekunlaşmaq
üzrədir. Azərbaycan
Prezidenti Administrasiyası
rəhbərinin sərəncamı
ilə Tədbirlər
Planı təsdiq edilib. Sərəncama əsasən, Tədbirlər
Planının icrasına
nəzarət Azərbaycan
Prezidenti Administrasiyasının
humanitar siyasət məsələləri şöbəsinə
və Mədəniyyət
və Turizm Nazirliyinə həvalə
olunub.
Müvafiq beynəlxalq təşkilarlarla
hazırlıq işləri
ilə bağlı müzakirələr aparılıb,
forumun mövzuları
müəyyənləşdirilib. Ötən il dekabrın 5-də Parisdə,
UNESCO-nun Baş Qərargahında Dünya
Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq
işçi qrupunun ekspert görüşü
və ali toplantısı keçirildi.
Nazir Əbülfəs
Qarayev toplantıdakı
çıxışında bildirdi ki, Azərbaycan
sülhə, əməkdaşlığa
və dialoqa sadiqdir. Burada səslənən fikirlərin proqram şəklində hazırlanacağını
və yekun sənədlərlə birgə
tərəfdaş beynəlxalq
qurumlarla paylaşılacağını
nəzərə çatdırdı.
UNESCO-da IV Umumdünya
Mədəniyyətlərarası Dialoq Forumu ilə
bağlı keçirilən
informasiya görüşündə
də tədbirə hazırlıq məsələləri
müzakirə olundu.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Nyu-Yorkda BMT Baş katibinin kabinet rəhbəri Mariya Luiza Ribeiro
Viotti ilə görüşü zamanı
da forumla bağlı müzakirələr
aparıb. Nazir BMT Baş katibinin siyasi məsələlər
üzrə müavini
Jefri Feltman ilə də görüşüb. J.Feltman
keçən il Bakıya səfəri zamanı nazirlə görüşünü xatırladaraq,
Bakının gözəlliyinin
onda xoş təəssürat yaratdığını
vurğulayıb. O, "Bakı prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun BMT-nin fəaliyyəti üçün əhəmiyyəti
barədə cənab
Feltmana da məlumat verərək tədbirin mövzusunun
"Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi,
sülh və davamlı inkişaf üçün yeni imkanlar” olduğunu bildirib. Bu mövzunun
BMT-nin Davamlı İnkişaf Gündəliyi
2030 ilə tam uzlaşdığını qeyd
edən nazir BMT rəhbərliyinin tədbirdə
yüksək səviyyədə
təmsil olunmasının
vacibliyini söyləyib.
Feltman da tədbirin əhəmiyyətini,
ümumiyyətlə, "Bakı
prosesi”nin vacibliyini və bu barədə
baş katiblə müzakirə aparacağını
ifadə edib. Sonra Azərbaycan nümayəndə heyəti
BMT-nin ali orqanlarından biri, BMT-nin İqtisadi və Sosial Şurası - ECOSOC-un prezidenti Frederik Makamure Şava, həmçinin BMT Sivilizasiyalar
Alyansının rəsmiləri
ilə görüşlər
keçirib. Görüşlərdə
Azərbaycanın dünya
mədəniyyətinə töhfəsi,
dialoq və əməkdaşlıq layihələri,
"Bakı proses” və foruma hazırlıq məsələləri
müzakirə olunub. Aprelin 19-da Bakı Konqres Mərkəzində
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə foruma hazırlıqla bağlı iclas keçirilib. Nazir forumla bağlı
görülən işlərdən
və qarşıda duran vəzifələrdən
danışıb. Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun artıq mədəniyyətlərarası
dialoq platformasına çevrildiyini və 100-dən
çox ölkənin
nümayəndəsini bir
araya gətirdiyini vurğulayıb və
foruma hazırlıq işlərinin son mərhələyə qədəm
qoyduğunu bildirib. Qeyd edib ki, forum
çərçivəsində dünya mədəniyyət
və turizm nazirlərinin üçüncü
toplantısı, maliyyə,
iqtisadi, siyasi, mədəni və sosial sahələrdə fəaliyyət göstərən
beynəlxalq təşkilatların
rəhbərlərinin ilk
dəfə birgə yüksək səviyyəli
görüşü çərçivəsində keçiriləcək.
Həmçinin, builki
forumda parlament rəhbərləri də
iştirak edəcək.
Forumda iştirak edəcək qonaqların siyahısında beynəlxalq
təşkilatların rəhbərləri,
nazirlər, deputatlar, səfirlər, tanınmış
elm adamları yer alıblar. Onların iştirakı ilə 40-dan çox dinləmələr təşkil
olunacaq. Beləliklə,
Azərbaycan bu forumun keçirilməsinə
xüsusi əhəmiyyət
verir və onun yüksək səviyyədə təşkili
üçün bütün
lazımi tədbirləri
görmüşdür.
Millət vəkili,
"Yeni Azərbaycan”
qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, ölkəmiz dialoq məkanı kimi qlobal çağırışlara
töhfə verir:
"Hər şeydən
öncə Bakıda keçirilən ümumdünya
mədəniyyətlərarası dialoq forumu Azərbaycan
Prezidentinin qlobal təşəbbüsü və
qlobal çağırışlara
münasibəti kimi qiymətləndirilməlidir. Nəzərə alsaq ki, bu
forumun tərəfdaşları
UNESCO, İSESCO, Avropa Şurası
kimi nüfuzlu beynəlxalq təşkilatlardır,
o zaman biz bu forumun nə
qədər əhəmiyyətli
və nufuzlu bir tədbir olduğu haqqında daha düzgün qənaətə gəlmiş
olarıq”. Deputatın
sözlərinə görə,
Forum 4-cü dəfədir
ki, təşkil olunur və burada mədəniyyətlər
və sivilizasiyalararası
gərginliklərin aradan
qaldırılması kimi
ideyalar irəli sürülür: "Bütün
bunlar əslində beynəlxalq münasibətlər
sisteminin yeni və daha humanist
gələcəyinin inşa
edilməsinə xidmət
göstərən mədəni
seqmentlər rolunu oynayır. Forumda eyni zamanda Qərb və Yaxın Şərq regionlarındakı mövcud
vəziyyətin təhlili
ilə yanaşı, Asiya-Sakit okean regionunda da müxtəlif
sahələr üzrə
yaranmış problemlərin
həlli üçün
innovativ əməkdaşlıq
mexanizmlərinin yaradılması,
əldə edilmiş
mütərəqqi təcrübənin
tətbiqi və paylaşılması
kimi məsələlər
də müzakirəyə
çıxarılacaq. Bütün bunlar
bir daha ölkəmizin dialoq məkanı kimi qlobal çağırışlara
verdiyi töhfə olmaqla bərabər həm də ən aktual qlobal problemlərin müzakirə olunduğu siyasi dialoq mərkəzinə
çevrildiyindən xəbər
verir. Şübhəsiz
ki, bu, Azərbaycan
Prezidenti, cənab İlham Əliyevin siyasi strategiyasının mühüm mədəni kimponentlərindən
biri kimi səciyyələndirilməlidir”.
İsmayıl
Şərq.-
2017.- 4 may.- S.3