“YALNIZ BİR SERİALIN
BƏSTƏKARI OLMAĞA RAZILIQ VERDİM”
Aygün Səmədzadə:
“Bir mahnıya verilən məbləğ
serialın bir bölümünə tökülə
biləcək vəsait
qədərdisə, niyə
mən öz yaradıcılıq işimi
bu qədər ucuz tutmalıyam ki?”
Bu gün seriallara
maraq bütün dünyada çoxalıb. Əvvəllər yalnız evdar xanımların seriallara baxdığı iddia olunurdusa, bu gün bir çox
maraqlı süjet xətti olan serialları cəmiyyətin
bir çox təbəqələri izləməyə
maraqlı olublar.
Hətta
dövlət məmurlarının
belə izlədiyi serialların adını çəkmək mükündür.
O da bir danılmaz həqiqətdir ki, türk serialları bu gün dünyada
baxımlılığına görə 2-ci yerdə dayanır. Bəs serialların baxımlı
olmasının səbəbləri
nədir? Bir çoxlarının
fikrincə, serialın
baxımlı olmasının
əvvəlcə ssenarisi
maraqlı və dövrün aktuallığına
xitab etməli, peşəkar heyət serialda yer almalı,
məşhur aktyorların
seriala cəlb olunması baxımlı olmağa təsirini göstərə bilir.
Eyni zamanda serialın musiqisi də tamaşaçını ekran
qarşısına bağlamağa
qadirdi. Əgər
serialda səslənən
musiqi təsirlidirsə,
bu da tamaşaçını
seriala bir az da yaxın
edə bilir. Deməli, musiqinin təsiri danılmazdır. Bəs bizim
peşəkar bəstəkarlar
necə, seriallardan dəvət alırlarmı?
Yerli seriallarımızda
niyə peşəkar
bəstəkarların adına az hallarda rast gəlirik?
"Şərq”in suallarına Azərbaycan musiqisində xüsusi izi olan, dəsti-xətti
ilə seçilən
Aygün Səmədzadə
"Həqiqətən seriallarda,
filmlərdə musiqinin
xüsusi təsiri
var. Mənə yerli seriallarımızdan təkliflər
çox gəlib.
Yalnız bir serialın
musiqisini yazmağa razılıq vermişəm.
Bir serialda iştirak etmişəm. "Sirr” serialında mənim bəstəmdən
istifadə olunub.
Rejissor Ülviyyə Könülün
çəkdiyi bu filmin bəstəkarı olmağa razı olmuşam. Bu gün də seriallardan təkliflər gəlir, amma razılaşmıram”.
Maraqlandıq ki, niyə yerli
seriallardan gələn
təklifi Aygün Səmədzadə qəbul
etmir? Peşəkar bəstəkarın maraqlı
cavabı oldu: "Gələn təklifləri
qəbul etməməyimin
səbəbləri konkretdi.
İlk növbədə yaradıcı heyətin peşəkarlığı önəmlidir.
Rejissor, serialın ssenarisi və əlbəttə ki, qonorar. Bunlar məni tam qane etməlidir ki, mən təklifi dəyərləndirim. Bir mahnıya
verilən məbləğ
serialın bir bölümünə tökülə
biləcək vəsait
qədərdisə, niyə
mən öz yaradıcılıq işimi
bu qədər ucuz tutmalıyam ki? Təbii ki, mən seriala o zaman mahnı bəstələməyə,
bəstəkar olaraq o
heyətlə çalışmağa
razı olaram ki, qonorar məni
qane etsin. Bu gün çəkilən
yerli seriallarımızın
keyfiyyəti məni nə bir tamaşaçı,
nə də bir incəsənət insanı kimi qane etmir. Çünki müxtəlif səbəblər
var. Yerli serialların
musiqisi də, səmimi desəm, məni qane edir. Çünki çox vaxt
seriallarda musiqi müəllifinin adını
belə tanımıram.
Yəni peşəkar deyillər.
Bilirsiz, keyfiyyətli yaradıcılıq
məhsulunun ərsəyə
gəlməsi üçün
mütləq böyük
vəsait, peşəkar
heyət lazımdı.
Peşəkar heyətin bir
araya gəlməsi özü maliyyə ilə bağlıdı.
Mən qərar vermişəm ki, təsdiq olunmamış film, serialın
təklifini qəbul etməyim. Film, serial təsdiq olunduqdan sonra, artıq ssenari bəlli olduqdan sonra həmin serialın bəstəkarı olaraq çalışa bilərəm.
Səmimi danışacam, mən
hər zaman seçim edən bəstəkar olmuşam.
Ona görə də bir-iki sənət dostlarımdan başqa bəstələrimi hər
müğənniyə həvalə
etməmişəm. Yəqin ki, bu, sənətə olan məsuliyyətlə bağlıdı”.
Tahirə
Şərq.-
2017.- 6 may.- S.13