“Ağaoğluya
aid 80 sənədi Bakıya gətirdim”- Akif Aşırlıdan dəyərli töhfə
Azərbaycan mətbuat tarixinin araşdırıcısı, “Şərq”
qəzetinin baş redaktoru Akif Aşırlı
böyük çətinlik
hesabına İstanbuldakı
muzeydən Əhməd
bəy Ağaoğluna
aid 80 yeni sənədin surətini Bakıya gətirib.
Akif Aşırlı
Moderator.az saytına açıqlamasında
Əhməd bəyin qızı Sürəyya Ağaoğlunun saxladığı
bu sənədlər arasında dəyərli yazışmalar, məktub
və teleqramların olduğunu da deyir:
“Mart ayından
etibarən, Əhməd
bəy Ağaoğluya
aid sənəd, arxiv materiallarının toplanmasına başlamışdım.
Dostlarımızdan biri
onun arxivinin böyük əksəriyyətinin
qızı Sürəyya
Ağaoğluda olduğunu,
bir neçə il bundan əvvəl
dünyasını dəyişən
xanımın şəxsi
arxivinin isə İstanbuldakı Qadın
Əsərləri Muzeyinə
verildiyini dedi. Gedib, həmin muzeyi tapdım. Araşdırma üçün
müraciət etdim. Müraciətimə razılıq
cavabı çox uzun çəkdi, təqribən, 3 ay. İstanbul bələdiyyəsi
və müəyyən
distansiyaların icazəsindən
sonra nəhayət, Ə.Ağaoğluya aid 80
sənəd mənə
təqdim edildi. Bu sənədlər arasında
Ağaoğlunun Qars millət vəkili olan zaman Atatürklə
yazışmaları, Əli
bəy Hüseynzadəyə
məktubları, Qafqaz
İslam Ordusunun əsgərlərinin Azərbaycandan
geri çəkilən
zaman Ağaoğluna müraciəti, Sürəyya
Ağaoğlunun, ümumiyyətlə,
Əhməd bəyin ailəsinin Atatürkün ailəsi ilə münasibətinə
aydınlq gətirən
yazışmalar var. Məktubların bir hissəsi də Ağaolunun yaxın qohumları tərəfindən Bakıdan
göndərilib. Həyat
yoldaşı Sitarə,
qızı Sürəyya
xanımın
Əli bəy Hüseynzadənin xanımına
yolladığı məktublar
da var.
Sənədlər arasındakı iki teleqramı da qeyd edim: Məhmət
Əmin Yurdakulun və Mürsəl Paşa Bakünün Əhməd bəyin ölümünə yazdığı
təziyyə teleqramlarıdır.
MÜrsəl Paşa Qafqaz islam Ordusdunun
tərkibində vuruşub,
Bakının azad olunması uğrunda fədakarlıq göstərib. Bu məktubların hamısının
sürətini gətirmişəm”.
Araşdırmaçının
Bakıya gətirdiyi
80 mühüm sənəd
arasında Sürəyya
xanımın arxivində
olan Bakı qəzetləri- “Odlar yurdu” və “Baku”,həmçinin, “Pravda” qəzetinin bir nüsxəsi var. Təəssüflər olsun
ki, iki dəyərli
sənədi əldə
edə bilməyib:
“Bildiyimiz kimi,
Sürəyya xanım
bir zamanlar hüquqşünasların konqresi
üçün Bakıya
da gəlmişdi. Lakin getdikdən sonra ata yurdu
Şuşaya baş çəkmədiyindən təəssüfləndiyini,
atasının qohumlarını
ziyarətini qeyd etmişdi. Amma çox təssüf edirəm ki, iki vacib sənədi
gətirə bilmədim.
Müraciət etmişəm,
onların da sürətini əldə
edəcəyəm. Biri,
Rəsulzadənin Əhməd
bəy Ağaoğluna
vurduğu teleqram, o biri isə Ağaoğlunun
Şuşaadakı evinin
şəklidir”.
Elmin Nuri
Şərq.-
2017.-17 may.- S.4