"Cəsur Kəşfiyyatçı” filmi təqdim edildi
Beynəlxalq Mətbuat
Mərkəzində
"Vetenim.İnfo”
MMC tərəfindən Qarabağ
uğrunda
şəhid olmuş Hicran Zülfüyevin şərəfli
ömür yoluna həsr edilən
"Cəsur Kəşfiyyatçı”
filminin təqdimatı
keçirilib.
Sherg.az xəbər verir ki, öncə Qarabağ uğrunda şəhid olmuş bütün insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə "Vetenim.İnfo”
saytının baş
redaktoru Müşfiq Borçalı
açıb. O, 25 il
əvvəl - 1992-ci il
mayın 23-də Qarabağ
uğrunda müharibədə
qəhrəmancasına şəhid
olmuş Hicran Zülfiyevin şərəfli
ömür yolu haqqında və eləcə də təqdim edilən film barəsində məlumat verib.
Daha sonra isə şəhidə həsr olunmuş film nümayiş olunub.
Qeyd edək
ki, "Vetenim.İnfo”
MMC tərəfindən hazırlanmış
filmin Ssenari müəllifi Günya Novruz, rejissoru İsrafil Xanlarov, redaktoru isə Müşfiq Borçalıdır.
Tədbirdə ictimai xadimlər, millət vəkilləri və tanınmış jurnalistlər çıxış
edib və film haqqında öz ürək sözlərini
söyləyiblər.
Azərbaycanın əməkdar mədəniyyət
işçisi, tanınmış
jurnalist Məzahir Süleymanzadə bildirib ki, şəhid ruhu müqəddəsidir. O ruh bizim ətrafımızda dolanır və hər zaman da dolanacaq.
Onun sözlərinə
görə, bu ruhun arzularını yerinə yetirmək bizim borcumuzdur. Məhz
hazırlanan film də
buna xidmət edir:"Hər birimiz şəhidlərimizin
ruhu qarşısında
baş əyirik. Lakin burada əyləşən
şəxslərin heç
biri şəhid anasının keçirdiyi
hissləri keçirə
bilməz. Ananın nələr
çəkdiyini görürük.
Şəhidimizin dostları, qohumları
danışdı, amma
əsərin əsas qəhrəmanı ağbirçək
anamızdı. Filmdəki əsgər
xurcununun açılması
epizodu çox maraqlı idi və bu görüntü
həm rejissor, həm də film müəllifləri üçün
bir tapıntıdır.
İftixar hissi keçirdim
ki, o xurcundan çıxan siqaret qutusu, içilməmiş
su qabı ilə yanaşı əvvəllər baş redaktoru olduğum "Səhər” qəzeti də çıxdı.
Həqiqətən də o zamanlar
qəzet əsgərlər
arasında çox vacib idi.Hazırlanan film şəhidlərimizi unutmağa
qoymur. Minlərlə şəhidlərimiz var, onlar haqqında
filmlər çəkilməli,
əsərlər yaradılmalıdır.
Bir sözlə, nə lazımdırsa, yerinə
yetirməliyik ki, şəhidlərimiz unudulmasın.
Əlbəttə, nə eləsək
də onların ruhunu ciddi şəkildə
şad edə bilmirik. Ona görə də
torpaqlarımız hələ
işğal altındadır,
üzərində yad
ayaqlar var. Son illər
aparılan siyasət,
görülən işlərin
hər biri onu göstərir ki, istəyimizə nail olacağıq. Torpaqlarımız düşməndən azad
olacaq və bu zaman filmlərimizin
mövzusu dəyişəcək.
Amma Hicran kimi şəhidlərimiz heç bir zaman unudulmayacaq və həmişə qəlbimizdə yaşayacaq”.Azərbaycan Yazıçılar
Birliyinin katibi,
"525-ci” qəzetin baş
redaktoru Rəşad Məcid çəkilmiş
filmin şəhidimizin
ruhu qarşısında
olan hörmət əlaməti olduğunu diqqətə çatdırıb:
"Xocalı hadisəsi barədə ermənilərin
fikri belədir: onlar hər zaman maraqlı olublar ki, törətdikləri
faciələri və
vəhşilikləri göstərməklə
Azərbaycan xalqında
xof, qorxu yaratsınlar. Xalqımız
müharibə və torpaqları azad etmək iddiasında olmasın. Amma bu cür olmadı, əksinə Azərbaycan xalqı daha çox qisas hissi ilə
yaşamağa başladı.
Minlərlə azərbaycanlı
gənclərimiz məhz
bu kadrları görəndən sonra müharibəyə, torpaqlarımızı
müdafiə etməyə
qalxdı. Bu günkü filmimizin qəhrəmanı Hicran da qisas və
vətəni qorumaq
hissinin təsiri ilə cəbhəyə yollandı. Əminəm ki, vətənpərvərlik
hissi şəhidimizin
övladlarına da keçib. Filmdə olan əsgər xurcununun açılması,
onun içərisində
olan əşyalar olduqca təsirli məqamlar idi. Filmin ərsəyə gəlməsində böyük
zəhmət çəkilib.
Əziyyət çəkən
şəxslərin hər
birinə öz təşəkkürümü bildirirəm və Allahdan şəhidimizə
rəhmət diləyirəm”.
"Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay isə qeyd edib ki,
şəhidimiz haqqında
çəkilən film
içimizdəki müqavimətin
sınmaması və
qorunması üçündür.
Xanım jurnalistin fikrincə, müqavimət
hissini unutmaq olmaz və canından
keçən oğullarımız
ki var, onlar
bizim içimizdəki
müqavimət hissidir:
"Müharibə başlayan zaman biz bu günkü
hadisələri heç
vaxt ağlımıza
gətirmirdik. Elə bilirdik ki, hər
şey olub bitəcək. Amma bu gün dünya
mənzərəsinə baxanda
görürük ki, nələr baş verir. Canımızı o vaxt müharibədə canını qoymuş insanlara borcluyuq. Soyqrım olan zaman dünya qüvvələri gözləmirdilər
ki, biz müqavimət
göstərəcəyik. Məhz
müqavimətimizin hesabına
bu gün yaşayırıq, dövlətimiz
və torpağımız
var. 20 faiz torpaqlarımızı itirdik,
amma 80 faiz torpaqlarımızı qoruduq.
Suriyanın başına
gələnlərdən özümüzü
necə gözlədik?
Keçmişdə canından
keçən şəhid
oğullarımızın hesabına
yaşayırıq.
Deyirlər ki,
yeni nəsil yetişir və onlar torpağımızı
sevmirlər. Aprel hadisələri oldu və gördük ki, insanların içində müqavimət
hissi ölməyib, hər kəs vətən haqqında düşünürdü və
sevinirdi ki, bəlkə nəyəsə
nail olacağıq. Hesab edirəm ki, belə filmlərdən
çox hazırlamaq lazımıdır. Şəhidimizin
ailəsinə təşəkkür
edirəm ki, bu əziyyətlərə
dözüblər. Bu
gün H.Zülfüyevin
övladı atasını
görmür, onun yerinə bir daş görür, amma bu daş
onun üçün çox əzizdir”.
Bayramova
Yeganə
Şərq.-
2017.- 24 may.- S.10