Ağdamda “Murov qartalı”
kitabının təqdimatı
keçirilib
Ağdam
rayonunun Quzanlı qəsəbəsində 2016-cı ilin aprel
döyüşlərinin qəhrəmanlarından biri – şəhid
polkovnik-leytenant Raquf Orucova həsr olunmuş “Murov qartalı”
kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər
verir ki, rayon ictimaiyyəti nümayəndələrinin, Raquf
Orucovun döyüş
yoldaşlarının, ailə
üzvlərinin və
hərbçilərin iştirak
etdiyi tədbirdə əvvəlcə Azərbaycan
torpaqlarının bütövlüyü
uğrunda canından keçmiş şəhidlərimizin
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağdam Rayon İcra
Hakimiyyətinin başçısı
Raqub Məmmədov, Qarabağ Müharibəsi
Əlilləri, Veteranları
və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin
sədri Baxşeyiş
Hətəmli və şəhid polkovnikin döyüş dostları
çıxış edərək,
Raquf Orucovun keçdiyi şərəfli
döyüş yolundan,
uğurlu əməliyyatlarından,
göstərdiyi qəhrəmanlıqdan
söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.
Təqdimat mərasimində
çıxış edən
“Murov qartalı” kitabının müəllifləri
Elşən Əliyev
və Elxan Salahov Raquf Orucovun
şərəfli döyüş
yolundan bəhs edən kitabın ərsəyə gəlməsindən
danışıblar. Bildirilib
ki, nəşrdə, həmçinin şəhidin
döyüş yoldaşlarının
xatirələri, mətbuatda
onun haqqında dərc olunmuş oçerklər də yer alıb.
Qeyd olunub
ki, “Murov qartalı” kitabı aprel şəhidləri haqqında ilk irihəcmli nəşr kimi Raquf Orucovun
döyüş yolu barədə oxucularda, xüsusilə də gənclərdə Vətən
müdafiəçisinin tam
və dolğun obrazını yaradır.
Qəhrəmanın qardaşı Zabil Orucov və həyat yoldaşı Sevinc Əlizadə onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı
İlham Əliyevə
minnətdarlıqlarını bildiriblər.
Rayon məktəbliləri
vətənpərvərlik mövzusunda şeirlər
söyləyiblər.
Sonra polkovnik-leytenant
Raquf Orucovun keçdiyi şərəfli
ömür yolundan bəhs edən film nümayiş olunub.
Elxan Salahov
İki sahil.- 2017.- 27 may.- S.18