"AĞAMALI SADİQ
MÜSTƏQİL MƏTBUATIN BANİLƏRİNDƏN
BİRİDİR"
Elnur Məmmədli
dayısının nəşr
etdiyi bir neçə qəzet nüsxəsini "Şərq"in
muzeyinə hədiyyə
edib
"Müxalifət" qəzetinin baş redaktoru, ictimai siyasi xadim, şair,
nasir Ağamalı Sadiq Əfədninin bacısı oğlu Elnur Məmmədli "Şərq"in qonağı
olub. Öncə redaksiyada yaradılan Azərbaycan Mətbuat Tarixi Muzeyi ilə
yaxından tanış
olan qonağımız
dayısı A. Sadiqdən yadigar
qalan çox dəyərli qəzet nümunələrini - "FV ÇR"-nin bir neçə
sayı daxil olmaqla 4 nüsxəsini, Elçin Əfəndiyevin
rəhbərlik etdiyi
"Azərbaycan Vətən
Cəmiyyəti" təşkilatının
orqanı olan və Ramiz Əsgərin
redaktorluğu ilə ərəb qrafikasında çap olunan "Odlar Yurdu" qəzetinin bir sayını, "Azadlıq"
qəzetində Ağamalı
Sadiq Əfəndi ilə bağlı çap olunan yazını muzeyə hədiyyə edib.
Bundan sonra
muzeyin əhəmiyyətinə
diqqət çəkən
E.Məmmədli qeyd edib ki, təqdim
etdiyi qəzet nüsxələri və onların içərisindəki
məlumatlar çox dəyərlidir:
"Bu qəzetlər
uzun müddətdir ki, qorunub- saxlanılır.
Hesab edirəm ki, onların muzeydə qorunması ev şəraitində saxlanılmasından daha münasibdir. Gənc və gələcək nəsil bilsin ki, Azərbaycanda demokratik mətbuatın formalaşmasında Ağamalı
Sadiq Əfəndinin çox böyük rolu və xidmətləri
olub. Bu qəzetlərin muzeydə
saxlanılması və
ictimaiyyətin həmin
qəzetlərdə yer
alan yazılarla tanış olması daha məqsəduyğundur.
Məhz bu mənada sözügedən
qəzet nüsxələrini
sizin muzeyə təqdim etdim. Tapacağım yeni nüsxələr olarsa, gətirib həddiyyə edəcəm".
Ziyarət və
qiymətli sənədlər
üçün qonağımıza
minnətdarlıq ifadə
edən "Şərq"
qəzetinin baş redaktoru Akif Aşırlı vurğulayıb
ki, Azərbaycan mətbuatında və ya jurnalistika tariximizdə Ağamalı
Sadiq Əfəndinin məxsusi yeri var:
"Ağamalı bəy ölkəmizdə
demokratik mətbuatı
formalaşdıran və
eyni zamanda demokratik mətbuatın əsasını qoyan qeyri-leqal nəşrlərin
əsas yaradıcılarındandır.
mətbuatın başlıca
stunlarındandır. Azərbaycanda
fikir müxtəlifliyini
publisistikaya gətirən
görkəmli yazarlarımızdan
olan Ağamalı bəy həm də Azərbaycanda ilk parlament qəzetinin
baş redaktorudur.
"Müxalifət" qəzeti
Azərbaycanda ilk parlament qəzeti olub və bu
qəzeti Ağamalı
bəy yaradıb. Həmçinin Ağamalı
bəy Azərbaycanda parlamentarizm jurnalistikasının
və azad fikirliliyin çox gözəl nümunələrini
qələmə alıb.
Onun 70 yaşı tamam olacaq.
Arzu edərdik
ki, onun yetmiş yaşı da əlamətdar səviyyədə qeyd olunsun. Çünki A.Sadiq çox dəyərli qələm
adamlarındanm biridir,
ölkə mətbuatı
üçün çoxsaylı
jurnalistlərin yetişməsində
onun müstəsna əməyi olub. Mən özüm "Müxalifət" qəzetində
çalışmışam və jurnalistikanın qızıl qayda-qanunlarını
və sirlərini onun yaratdığı məktəbdən mənimsəmişəm.
Dayısından xatirə qalan nümunələri bizə
hədiyyə etdiyi üçün Elnur müəllimə təşəkkür
edirəm. Həmin sənədlər muzeyin qiymətli eksponatları olaraq qorunacaq və gələcək nəsillərə çatdırılacaq.
Bu günlərdə həmin sənədləri
muzeyimizə yerləşdirəcəyik.
Əhməd
Ayyət
Şərq.-
2017.- 17 noyabr.- S.5.