“Nar bağı” Malatya Filmi Festivalında “Ən yaxşı film” oldu
Rejissor İlqar
Nəcəfin “Nar bağı”
bədii filmi 7-ci
Malatya Beynəlxalq Film Festivalının
beynəlxalq uzunmetrajlı
filmlər müsabiqə
proqramında “Ən yaxşı film” mükafatına
layiq görülüb. Festivalın simvolu
olan “Kristal ərik” və 15 min avro pul mükafatı verilib. Mükafat festivalda iştirak
edən baş rolların ifaçıları
Qurban İsmayılov və İlahə Həsənovaya təqdim edilib.
AZƏRTAC xəbər verir ki, bu
mükafat “Nar bağı”
filminə strukturuna, poetik dilinə, dərin insanpərvərliyinə,
xüsusilə də illərlə yaddaşlardan
silinməyəcək son səhnəsi
və digər yaddaqalan obrazlarına görə verilib.
Qeyd edək
ki, 7-ci Malatya Beynəlxalq
Film Festivalı noyabrın
9-dan 16-dək Türkiyənin Malatya şəhərində keçirilib.
“Nar bağı” bədii filmini Mədəniyyət
və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına
"Azərbaycanfilm" kinostudiyası
və “Buta Film” kino şirkəti birgə istehsal edib.
Filmin ssenari müəllifləri
Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu
rəssamı Rafiq Nəsirov, bəstəkarı
Firudin Allahverdi, icraçı prodüseri
Akif Əliyev, prodüserləri Müşfiq
Hətəmov və İlqar Nəcəfdir.
Psixoloji dram janrında çəkilən
filmdə rolları Qurban İsmayılov, İlahə Həsənova,
Səmimi Fərhad, Həsən Ağayev və digərləri canlandırıblar.
Tahirə
Şərq.- 2017.- 23 noyabr.-
S.13