Bakıda Moskvanın
divarları göründü
Azərbaycanın görkəmli kinorejissoru,
Xalq Artisti, Space teleşirkətinin prezidenti
Vaqif Mustafayev Çinin Honkonq Televiziyasının mədəniyyət,
televiziya və kino üzrə müşaviri təyin olunub.
AZƏRTAC xəbər verir ki, bu
barədə oktyabrın
11-də Bakıda keçirilən
tədbirdə bildirilib.
Mərasimdə mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev, Türkiyənin
Azərbaycandakı səfiri
Erkan Özoral, Rusiyanın ölkəmizdəki
səfiri Vladimir Doroxin,
Çin və Ukraynanın Bakıdakı
səfirliklərinin rəsmiləri
və mədəniyyət
xadimləri iştirak
ediblər.
Xatırladaq ki, Ukrayna
KİV İşçiləri Assosiasiyası Bolqarıstan,
Belarus, Qazaxıstan, Moldova, Polşa və digər ölkələrdən
olan həmkarlarının
təkliflərini nəzərə
alaraq, Vaqif Mustafayevin beynəlxalq əməkdaşlığın inkişafında, kütləvi
informasiya vasitələrinin
rolunun gücləndirilməsi
istiqamətində göstərdiyi
misilsiz xidmətləri
yüksək qiymətləndirib.
Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti
Valeriy Ruzinin, Ukrayna KİV İşçiləri
Assosiasiyasının sədri
Viktor Petrenkonun və digər ölkələrdən
olan nümayəndələrin
iştirakı ilə
Soqlasiya qızıl
ordeni Vaqif Mustafayevə təqdim olunub.
Eyni zamanda, Vaqif Mustafayev Azərbaycanla Çin arasında dostluq və mədəni əməkdaşlıq əlaqələrinin
inkişafına verdiyi
böyük töhfələrə
görə Çinin
Xeyluntszyan Teleradio Şirkətinin fəxri fərmanı ilə təltif edilib.
Qeyd edək ki, Avrasiya
Televiziya və Radio Akademiyasının xətti,
Rusiya, Çin və Azərbaycanın iştirakı ilə Vaqif Mustafayevin rejissoru və ssenari müəllifi olacağı Kambey filminin çəkilişi
razılaşdırılıb.
Vaqif Mustafayev, eyni zamanda, Çin-Azərbaycan
əlaqələrindəki xidmətlərinə görə
də mükafatlandırılıb.
O, həmçinin Honkonq
televiziyasının mədəniyyət
və kino üzrə müşaviri
təyin edilib.
Tədbir zamanı rejissor Vaqif Mustafayevə Avrasiya mədəniyyətinin
inkişafına verdiyi
müstəsna xidmətlərinə
görə Beynəlxalq
Ali Qızıl Orden təqdim edilib.
Tədbirdə çıxış edən Vaqif Mustafayev toplantı iştirakçılarına təşəkkür
edərək deyib: Mənə verilən bütün mükafatları
vətəndaş olaraq
qəbul edirəm. Öncə bu ölkənin vətəndaşıyam.
Prezidentimiz İlham Əliyevə Azərbaycanı
bütün dünyada
tanıtdığı üçün
minnətdarlığımı bildirirəm. Bizi elə buna görə
də tanıyırlar.
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib ki, Vaqif
Mustafayev tələbəlik
illərindən indiyədək
Azərbaycan kinosunun inkişafına böyük
əmək sərf edib. Onun Yaramaz,
Fransız, Nakəs
və digər filmləri, Mozalan üçün çəkdiyi
süjetlər mədəniyyətimiz
üçün böyük
töhfədir. Yaxın
zamanlarda onun çəkdiyi daha bir filmin tamaşaçısı
olacağıq. Çin,
Rusiya və Azərbaycanın müştərək
istehsalı olan yeni layihəsi də böyük maraq doğuracaq.
Rusiyanın ölkəmizdəki
səfiri Vladimir Doroxin bildirib ki, Vaqif Mustafayevin
çəkəcəyi filmi
səbirsizliklə gözləyir.
Tədbirə qatılan Çin nümayəndəsi Vaqif Mustafayevin filmlərini izlədiyini söyləyib.
Bildirib ki, Çin tamaşaçıları
da Vaqif Mustafayevi daha yaxından tanıya biləcəklər. O deyib
ki, İpək Yolu yalnız hansısa ölkənin ərazisindən keçməklə
yaranmır, həm də bu yol
qəlblərdən keçir.
Tahirə
Şərq.-
2017.- 12 oktyabr.- S.13.