Türk toplumunda qadının yeri dəyəri

Birinci zənginlik sağlıq, ikinci zənginlik yaxşı qadındır

Azərbaycan Türk Oğuz yurdudur biz qədim tarixə malik olan Oğuz türkləriyik. Türklərin tarixində qadın, xatun ya xanım dəyərli əvəzolunmazdır. Dünya tarixinin səhifələrini aramla incələsək, türklər qədər qadına dəyər vərən, qadını ucaldan ikinci bir millətin olmadığını açıq-aydın görərik. Gəlin digər toplumlarda, millətlərdə qadının yeri ilə türk millətində türk toplumunda qadının yerini müqayisə edək. Öncəliklə onu qeyd etmək istərdim ki, ailə bu gün olduğu kimi əski türklərdə önəmli önəmli olduğu qədər dəyərlidir.Türklərdə ailənin təməlini qadın təşkil edir. Türk qadını ailəsində söz sahibi olmuş ərinə, igidinə daima dəstək olmuşdur. Bu hələ milatdan öncə belə idi. Avropada, Afrikada, Ərəbistanda qadınlar kölə kimi satılsa da, türk qadını daima hürr, azad olmuşdur. Qədim türklərdə qadın ailədə söz sahibi olduğu qədər siyasi iqtisadi əlaqələrdə, dövlətin idarəsində söz sahibi olmuşdur. Qadınlar gözəl qılınc oynadar, at minər güləşərdilər. Qadınlar savaşda da iştirak edərdi. İndi bunu oxuyanların çoxu mənim irqimi övdüyümü zənn edəcəklər, amma bu gərçəkdir bu gərçəkləri mən sizə tarixi qaynaqlarla bildirəcəyəmQədim türk atalar sözündə belə deyilir: "Birinci zənginlik sağlıq, ikinci zənginlik yaxşı qadındır”. Türklər qadına yüksək dəyər verir demişdik bunu qədim türklərin tək evlilik məsələsində görürük. Yəni bir qadınla evli olduqları zaman ikinci bir qadın almazlardı. Hun türkləri dönəmindən başlayaraq qadın-kişi ayrımı edilməzdi. Hunlarda qadın kişinin tamamlayıcısı sayılır qadınsız heç bir şey edilməzdi.Hətta elə ki, Kağanın əmrnamələrində "Xaqan buyururifadəsi yalnız yer alırdısa Xaqanın Xatununu, yəni xanımının adı qeyd edilməsə, o, əmrnamə keçərli olmazdı, qəbul edilməzdi. Yabançı ölkələrin elçiləri yalnız xaqanın hüzuruna çıxmazdılar. Elçilərin qəbulu əsnasında xatunun da xaqanın yanında olması mütləq idi. Bəzən xatunlar tək başına elçiləri qəbul edirdilər. Örnək olaraq Avropa Hun ölkəsinə gələn elçilər Atillanın xanımı Arıq Han tərəfindən qəbul edilir dövlət işləri ilə əlaqədar görüşürdülər. Qəbul törənlərində, ziyafətlərdə, şölənlərdə xatun xaqanın sol tərəfində otururdu. Siyasi idarə görüşləri dinləyər fikirlərini söyləyərdi. Türkiyəli yazar Gökalp bu mövzunu belə qeyd edir: "Əski irqlərin heç biri türklər qədər qadına haqq verməmiş sayğı göstərməmişdir”. Göktürk uyğurlarda da xaqanın xanımı xatun dövlət işlərində əri ilə bərabər söz sahibi olmuşdur.Hunlarda olduğu kimi onlarda da əmrnamələr yalnız xaqanın adına deyil, "Xaqan Xatunun namınadeyə ortaqlaşa imzalanmaqdadır. Ailə içində qadın yüksək söz sahibi olmuşdur. Asiya türklərində göktürklərin tarixi yaşamları ilə əlaqədar ən önəmli qaynaq Orhun kitabələridir. VII yüz ildən başlayaraq Orhun Kitabələrində dövlət işlərini bilən "Katunlardanyəni xatunlardan söz edilir. Orhun kitabələri "Xaqan Xatun buyurursözləri ilə başlayır.İslamdan öncə türk qadınlarına verilən önəmlə əlaqədar çox mənbələr var, bunlardan biri hələ islamdan öncə İdil (Volqa) bulqarlarını səyahət edən İbni Fadlan, öz əsərində türk toplumunda qadının yerinin heyrətləndirici olduğunu etiraf etməkdə heyrətləndiyini gizlətməməkdədir. Fadlan, xatunun hökmdarın yanında oturduğunu, bunun türklərin adəti olduğunu qeyd edir. Türk qadınının əsla kişilərdən qaçmadığını qeyd edir. Başqa biz ərəb səyyahı İbn Batu belə yazır: "Burda qəribə bir hala şahid oldum ki, o da türklərin qadınlarına göstərdiyi hörmətdir. Burda qadınların qiyməti dərəcəsi kişilərdən daha üstündür”.Eyni zamanda bu yazdıqlarımı qədim türk dastanlarında da açıq-aydın görə bilərik. Dastanlarda qadın kişinin güc ilham qaynağı olduğu bildirilir. Bizim milli dastanımız olan "Kitabi-Dədə Qorqudhekayələrində buna rast gəlirik. Örnək olaraq "Dəli Domrulhekayəsində Domrul canının yerinə öz canını verməyə razı olacaq birini bulmağa çalışır bunu qadında tapır, qadını ona heç çəkinmədən "canını verəcəyinisöyləyir. Eyni zamanda qədim türklər öz soylarından olan qadınlarla evlənməyə üstünlük verərdilər bu, türk ata sözümüzdə belə qeyd edilir: "Ey Türk oğlu, suyu çaydan, qızı soydan al. Bunun səbəbi yazının əvvəlində qeyd etdiyim kimi türk qadınının cəsarəti şərəfli olmasıdır. Türk qadını daima at belində əlində qılınc savaşda birincidir.

 

Yenə "Dədə Qorquddastanımıza baxsaq, hekayələrdən "Bamsı Beyrəkhekayəsində yer alan Banu Çiçək, bunun ən gözəl örnəklərindən biridir. Bir başqa örnək Selcan Xatundur. Selcan Xatun düşmənin gecə ərinə basqın etməsindən şübhə etməkdədir. O, ərinə xəbərdarlıq edər savaş başlayar. Mücadilə sırasında ərinin atı yaralanar. Savaşa hazır bir şəkildə kənarda gözləyən Selcan Xatun atını düşmənin üstünə sürər onu qılıncından keçirər.Türk qadınının qəhrəmanlığı yazmaqla bitməz. Türklərin xatunlarına verdiyi dəyəri sizlərlə tarixi bilgilərə əsaslanaraq bölüşdüm. İndi gəlin digər irqlərin qadınlara verdiyi dəyəri incələyək. Öncə ingilislərlə başlayaq. İngiltərdə XI yüzilə qədər ərlər arvadlarını sata bilirdi. Xristianlar isə qadına şeytan gözü ilə baxırmışlar. Yenə İngiltərədə qadın murdar varlıq sayıldığı üçün, İncilə əl vurmurdu.Qadınlar İncili oxumaq haqqına Hanri dövründə (1509-1547) sahib oldular. İngilis keşişi Dourun Westminister kilsəsindəki nitqindən "Bundan yüz il öncəsinə qədər qadın kişinin süfrəsində oturmaq haqqına sahib olmadığı kimi, söz soruşulmadan danışması da qadağan idi. Kişi başının üstündə böyük odun parçası asardı, lazım gəlsə qadını cəzalandırmaq üçün onu istifadə edərdi. Oğlan uşaqları isə analarına ev içində xidmətçi qadından yuxarı dəyər verməzdilər. Çinlilərdə qadın insan sayılmazdı ona ad belə verilməzdi.Qız uşaqlarına ad verilməz, bir, iki, üç deyə çağırılırdı. Həyatı boyunca bir kişinin yönətimində yaşamalı idi. Qadın xidmətçi sayılır, əri uşaqları ilə eyni süfrədə otura bilməzdi. Ayaq üstdə durub onlara xidmət etməli idi. Farslarda qadın kişiyə itaət etməyə məcbur edilirdi. Bir kişinin birdən çox qadınla evlənməsi normal idi.Qan bağlılığının nikaha mane olmaması səbəbi ilə Sasani İranında farslar anaları bacıları ilə nikaha girə bilirdilər, hətta buna təşviq edilirdi. Cahiliyyə ərəblərin qız uşağını diri-diri gömməsi bir gərçəkdir. Qız uşağına sahib olmaq şərəfsizlik hesab edilirdi.Buddizmin qurucusu Budda isə ilk başlarda qadınları dinə qəbul etməmişdi. Əski yunanlarda qadının bir dəyəri yoxdur. Əşyalardan fərqsiz olan qadın digər mallar kimi satıla miras kimi bağışlana bilirdi. Slavyanlarda (ruslarda) qadın əşya kimi qiymətləndirilir. "Zodruqadeyə adlandırılır. Slav ailəsində uşaqlara da əsir kimi baxılır. Ruslarda qadın əri ilə bərabər gömülür. Rus hökmdarlarının, yaxın adamlarının gözü önündə xalqdan cariyələrlə münasibət yaşayırdı.Sizinlə digər millətlərdə qadına verilən dəyəri paylaşdım. İndi əminliklə hər zaman türk milləti qədər qadına dəyər verən ikinci bir millətin olmadığını çəkinmədən yenidən qeyd edə bilərik. Azərbaycan türk yurdunda bütün türk məmləkətlərindəki igidlər atalarımızın xatunlarına, xanımlarına verdiyi dəyəri yenidən qadınlarına verməli türk qadınını uca tutmalıdırlar.

 

Aynur Talıblı, İstanbul Sabahattin Zaim

Universiteti, Tarix Mədəniyyət Araşdırmaları bölümü magistri

Şərq.-.2017.- 13 sentyabr.- S.11