“Muğamın
meracı”
Bakıda
Alim Qasımov haqqında kitabın təqdimatı olur
Sentyabrın 27-da Beynəlxalq Muğam Mərkəzində Xalq Artisti Alim Qasımova
həsr olunan “Muğamın meracı” kitabının təqdimatı
keçirilib.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan bu kitabının
müəllifi Lətifəxanım
Əliyevadır.
Tədbirdə çıxış edən
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev ölkəmizdə muğam
sənətinin inkişafına
göstərilən dövlət
qayğısından söz
açıb.
Nazir deyib ki, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri və
dəstəyi ilə ölkəmizin qeyri-maddi mədəni irsinin, xüsusilə də muğam sənətinin ümumdünya səviyyəsində
tanıdılması və
təbliği istiqamətində
mühüm işlər
görülüb.
Məhz Mehriban Əliyevanın yorulmaz fəaliyyəti nəticəsində
2003-cü ildə muğam
sənəti UNESKO-nun
Qeyri-maddi mədəni
irs üzrə Reprezentativ siyahısına
daxil edilib.
Alim Qasımovun
yaradıcılığını mədəniyyətimiz üçün
hadisə adlandıran
nazir deyib ki, son illər
muğamlarımız onun
ifasında daha geniş üfüqlərə
yol açıb, daha geniş zirvələri fəth etməyə başlayıb.
Alim Qasımov bu gün Azərbaycan
musiqisini dünyaya təqdim edən elçilərdən biridir.
Onun ifaçılıq
tərzi, üslubu muğam sənətimizdə
yeni sözdür. Alim Qasımovun Avropada, Amerikada ifa etdiyi muğam,
sadəcə, istedadlı
bir xalqın ənənələrinə və
düşüncə tərzinə
bağlı olan musiqi kimi deyil,
bəşəri musiqi
kimi dəyərləndirilir.
Qədim
milli musiqi ənənələrinin qorunması
və təbliği istiqamətində göstərdiyi
xidmətlərə görə
Alim Qasımovun UNESCO-nun Beynəlxalq musiqi mükafatı ilə təltif edilməsi və haqqında sənədli filmin hazırlanması da onun sənətinin
qüdrətinin məhsuludur.
“Mənə Alim Qasımovun xaricdəki konsertlərində
iştirak etmək nəsib olub. Görmüşəm ki, onun sənəti insanlara nə qədər böyük təsir edir. Bu gün eyni
zamanda gözəl bir kitabın təqdimatıdır. Bu kitabda onun bütün
yaradıcılığı əhatə olunub. Mən Alim Qasımova
yeni uğurlar, yeni zirvələr arzu edirəm".
Sonra nazir
Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə
“Şərəf” ordeni
ilə təltif olunmuş Alim Qasımova ali mükafatı təqdim edib.
Xalq Artisti
sənətinə verilən
bu yüksək dəyərə görə
ölkəmizin başçısına
minnətdarlığını bildirib.
Tədbirdə qeyd edilib ki,
kitabda dünyaca məşhur muğam ifaçısı, Xalq Artisti Alim Qasımov
haqqında respublikanın
tanınmış şəxsiyyətlərinin
müsahibələri toplanıb.
Bu yazılarda muğam aşiqi və fədaisi olan sənətkar müxtəlif rakurslardan göstərilir, onun oxuculara tanış olmayan xüsusiyyətləri
açılır. On üç
müsahibin və müəllifin (13+1) təhlil
xarakterli düşüncələri
sayəsində oxucu ilk dəfə olaraq Alim Qasımovu
“sufi-filosof-xanəndə” tandemində
muğam ifa edən sənətkar kimi “kəşf” edib tanıya biləcək. “Şərq-Qərb”
nəşriyyatında işıq
üzü görmüş
kitab Mədəniyyət
və Turizm Nazirliyinin tabeçiliyində
olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.
Şərq.-
2017.- 28 sentyabr.- S.13.