20 YANVAR RİQADA, 20 YANVAR BAKIDA...

Faiq SƏFƏROV, “Latviya-Azərbaycan” Kültür Assosiasiyasının prezidenti. Riqa, Latviya.

20 yanvar 1990-ci il. İyirmi minlik erməniləşdirilmiş işğalçı rus-sovet ordusunun əsgərləri, zabitləri, general və marşalları quldur texnologiyasından istifadə edərək Bakı, Lənkəran və Gəncə şəhərlərinə daxil olublar.Budur o parazitlərin adları: Marşal Dimka Yazov (hələ də yaşayır?), Ordu generalı Vyalka Varennikov (vicdan əsasında özü-özünə sui-qəsd edib), general Andryuşka Girenko (öldürülüb), general Zyenka Primakov (dünyasını dəyişib) , polkovnik Vitka Polyaniçko (öldürülüb), general Saşka Lyebed (öldürülüb), Mişka Qorbaçov (hələ də "GORBACHOV” araqı satmaqla dolanır) və bir çox Mikoyans, Karapet və Aqanbeqyanlar.Nəticədə, tək Bakıda 131 şəhid və 744 yaralananlar oldu. Rus-Sovet ordusu tərəfindən öldürülənləri Bakıdakı "Çəmbərəkənd” qəbiristanlığında 1990-cı ilin yanvarın 22-də dəfninə nail olundu. İndi bu qəbiristanlığı "Şəhidlər Xiyabanı” adlandırırlar.Bakıdakı 1990-cı il "Qara Yanvar hadisələrini xatırladaq: Biz, Latviya azərbaycanlıları, Respublikanın paytaxtı olan Riqa şəhərinin mərkəzində "Kirov parkında” (indi "Verman Darz” adlandırılır) böyük matəm mitinqi keçirdik. İştirakçıların sayı 400-dən artıq idi. Mitinqdə azərbaycanlılarla birlikdə latışlar da iştirak edirdi. Mitinq 1990-cı ilin yanvarın 22-də, bir saatdan artıq çəkdi. Bakı hadisələri ilə bağlı qətnamə qəbul edildi. Dünya KİV -ləri bizim bu qətnaməmizi işıqlandırdılar. Ətraflı məlumat isə "Azadlıq " radiosunda verildi. SSRİ DTK tərəfindən Diaspora rəhbərliyi saxlanıldı, lakin Latviya SSRİ-dən çıxmaq yolunda idi. Elə ona görə də, "Latviya-Azərbaycan” Kültür Assosiasiyasının rəhbərliyinə heç bir cəza verilmədi. Artıq Moskva və onun "pişikləri” xalqdan və xalq hərəkatından qorxmağa başlamışdılar...20 Yanvar 1991-ci ildə isə quldurlar eyni texnologiyadan istifadə etməklə Riqa şəhərinə hücum etdilər.Nəticədə 7 latviyalı şəhid oldu. Lakin agoniya keçirən Sovet Rusiya İttifaqı və onun Kommunist Partiyası, Dövlət Təhlükəsizlik Komitəsi Riqada heç bir qələbə çala bilmədilər. O vaxt Riqada bütün 14 milli cəmiyyətlərindən ən fəalı olan "Latviya-Azərbaycan” Kültür Assosiasiyasının üzvləri Azərbaycan milli bayrağı altında Riqa şəhərinin mərkəzində yerləşən Latviya Respublikasının Nazirlər Kabinetinin binasını qorumağa başladılar.Demək lazımdır ki, 14 yanvardan 20 yanvar 1991-ci ilə qədər, 7 gün ərzində Latviya Respublikasında yaşayan azərbaycanlılar Latviya xalqına barrikadalarda həmrəy oldular. Latviya barrikadalarında duranlar tək biz, azərbaycanlılar olmuşduq. Biz, Latviya azərbaycanlıları, Sovet Ordusuna, Kommunist Partiyasına və Kommunist totalitar rejiminə 20 yanvar 1990-cı ildən nifrət edirdik. Elə ona görə də, 14 yanvar 1991-ci ildə Moskva TV-si "Zaman” ("Vremya”) bütün dünyaya Riqa barrikadalarında dalğalanan Latviya və Azərbaycan bayraqlarını birlikdə göstərdilər.

Bu videokadrlar Moskva rəhbərliyini və dünyanı şoka saldı!

İllər keçdi... İndi bu hər iki respublika, Moskvadan azaddır!

Latviya Respublikası NATO və Avropa Birliyinin üzvüdür.

Azərbaycan Respublikası isə öz milli neft sərvətlərini istədiyi yerə sata bilir, həm də Moskvasız. Bu gün Azərbaycan strateji neft və qaz dövlətidir! Və bir çox dünya ölkələri Azərbaycan ilə dost olmaq istəyir. Hər il Latviya Respublikasının Seymində (Parlamentində) "20 Yanvar” döyüşçüləri ilə görüş keçirilir. Elə bu ildə "Latviya-Azərbaycan” Kültür Assosasiyasının rəhbəri bu görüşdə Şəxsi Dəvətnamə əsasında iştirak edib. Latviyada yaşayan 114 millətdən, dövlətin bu rəsmi iclasına tək bir millət nümayəndəsi dəvət edilib, o da mən, azərbaycanlı Faiq Səfərovdur. Mən 18 yaşımdan Bakıdan Latviyanın paytaxtı Riqaya gəlmişəm və 50 ildir ki, bu balaca Paris adlandırılan, Riqa şəhərində yaşayıram. Jurnalistəm, İctimai xadiməm.

Şərq.- 2017.- 20 yanvar.- S.4