"YUBİLEYİMİ HƏMİŞƏ
BALALARIMLA, NƏVƏLƏRİMLƏ KEÇİRMİŞƏM" - CAHANGİR MƏMMƏDLİ
"Məni sevən və sevməyən tələbələrimin
hamısını bağrıma basıram"
Qocaman jurnalist,
Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin
professoru Cahangir Məmmədlinin bu gün 75 yaşı tamam olur. Bu münasibətlə gecəyə yaxın
Cahangir müəllimə zəng
edib təbriklərimizi
çatdırdıq. Fürsətdən yararlanıb bütün
Azərbaycan
jurnalistlərinin
ağsaqqalını, bu
gün də gənclik enerjisi ilə çalışan
Cahangir müəllimi qısa söhbətə tuta bildik.
- Yola saldığınız
bu 75 il
Sizdən
nə
apardı və Sizə
nə
verdi?
- Bir fikir yadımdan
heç çıxmır.
Gənclikdə bilsəydim,
qocalıqda bacarsaydım...
Bu sual da bir
az onu
xatırladır. Ay Allah! İnsan
gənclikdə bilsəydi
ki, 75 yaşı belə
tez gələcək, bir az da tələsərdi, bir az artıq iş
görərdi.
Çox
nadir insanlar tələsir. Mən də
tələsmədim, yavaş-yavaş
gəldim,
bu ömür yoluna. Kitablarımın sayı istədiyim kimi çox deyil, gördüyüm işlər
ürəyim
istəyən səviyyədə alınmayıb.
Allah mənə bir tale verdi.
O taleyimdən
narazı deyiləm. Mənim Şirməmməd Hüseynov, Nəsir İmamquluyev,
Famil Mehdi kimi gözəl müəllimlərim olub. Belə böyük
ustadlardan dərs alandan sonra yaxşı
müəllim
ola bildim.
Və bu mənim həyatımda
ən
vacib məqamdır ki,
mən
jurnalistikada böyük
bir ordunun müəllimlərindən biriyəm.
Bax, ötən 75 il mənə bu yaradıcılığımı, sənətimi verdi.
Bir də övladlarımı, nəvələrimi
bağışladı. Ölkə başçısının mənə ayırdığı Prezident
təqaüdü
isə
mənim
ən
yüksək
mükafatımdır. Burada təkcə həmin
təqaüdün
maliyyə
rəqəmindən söhbət
getmir. Bu ölkə
başçısının jurnalistə
qayğısının təzahürüdür.
Məsələn, şəxsən Prezidentin mənə
göstərdiyi
qayğıdan danışılır.
Bu mənada,
deyərdim
ki, xoşbəxt doğulmuş insanlardan biriyəm.
- Yubileyinizi necə keçirəcəksiniz? Ailənizlə, tələbələrinizlə, yoxsa dostlarla?..
- Bütün səmimiyyətimlə deyirəm
ki, nə 60-ı, nə 70-i, nə
ötən
digər
yubiley illərimi universitet
səviyyəsində keçirməmişəm və
qəti
surətdə bundan imtina etmişəm. Universitet rəhbərliyi həmişə istəyib
ki, yubileylərim üçün kollektivlə birlikdə
tədbir
təşkil
etsin. Məni şəxsən rektor Abel Məhərrəmov otağına dəvət edir, mükafatlarımı verir
və
fəaliyyətimi yüksək
qiymətləndirir. Mənim üçün ondan böyük təbrik
yoxdur. Amma yubiley illərini mən
həmişə evimdə
nəvələrimlə,
balalarımla keçirmişəm. Bu dəfə də
elə
olacaq.
- Bəs
fakültədə necə,
Sizin üçün
yığıncaq fikirləşiblərmi?
- Hə,
fikirləşiblər. Sabah üçün məndən gizlin balaca sürpriz
hazırlayıblar. Nə qədər gizlətməyə çalışsalar
da jurnalistdirlər axı, ağızlarından
söz qaçıb,
mən
də
eşitmişəm
(gülür).
- Tələbələrinizdən necə,
təbrik
zəngləri gəlirmi?
- Çox böyük təbriklər almışam tələbələrimdən. Amma bununla bərabər, hərdən qəribə vəziyyət də
olur. Məlum olur ki, tələblərim
arasında məni istəməyənlər
də
var. Bu bir mənada xəyal
qırıqlığı yaradıb, mən elə bilirdim ki, tələbələrimin içərisində məni
istəməyən adam yoxdur. Sonradan bildim ki, onları
da bəzən öyrədənlər olur.
Ona görə
vəzifədə olmaq yönlü bir şey deyilmiş. Amma deyə
bilərəm ki, mənim
tələbələrim
ümumilikdə
məni
çox istəyirlər. Bütövlükdə Azərbaycan
jurnalistikası da məni
sevir. Hətta elə
jurnalistlər
var ki, onlara
dərs
də
deməmişəm, amma salamlaşanda ehtiramla bildiriblər ki, Siz mənim müəllimimsiniz.
Bundan böyük bəxtəvərlik yoxdur.
- Bəs
Siz necə, tələbələrinizdən razısınızmı?
- Mən
tələbələrimdən çox razıyam. Məni tənqid
edənlər də,
hətta
açıq deyim, təhqir
edənlər də
hamısı mənim tələbələrimdir.
Onların məndən narazılığı varsa,
günah mənim özümdədir.
Bu məqamlarda
mən
günahı ancaq özümdə
axtarıram, tələbələrimi heç zaman günahlandıra bilmərəm. Mənim tələbələrim
balalarım qədər mənə əzizdir. Lap açığını deyim, məni
istəməyən tələbələrimi də
bağrıma basıram.
Onların tənqidini
də,
mənə dedikləri
hər
cür fikirləri qəbul
edirəm.
Onlar belə
deyirlərsə, deməli
günah məndədir. Allah onların hər birini var etsin və hər
zaman yanımda olsunlar.
- Ad gününüz ərəfəsində Azərbaycan jurnalistlərinə tövsiyələrinizi, məsləhətlərinizi,
arzularınızı bilmək maraqlı olardı.
- Dəqiq,
qərəzsiz, jurnalistikanın peşəkarlıq prinsiplərini,
jurnalist peşəsinin yaradıcılıq prinsiplərini tam mənası
ilə
qəbul
etsinlər.
Dəqiqliyi, qərəzsizliyi unutmasınlar, vicdanlılığı
unutmasınlar. Bəzən belə
olur ki, jurnalist görürük,
qeyri-dəqiq
də
olur, qərəzli
də,
vicdansız da. Bax, qoy onlar Qərb dünyasında çoxdan
qəbul
olunmuş və bizim jurnalistikada tətbiq
etdiyimiz dəqiqlik, qərəzsizlik, vicdanlılıq
prinsiplərinə əməl etsinlər.
Azərbaycan jurnalistlərinin
içərisində bəlkə də
70 faiz bu prinsiplərlə işləyir.
Qalan 30 faizə
də
onu arzulayıram.
Aysel Aslan
Şərq.-
2017.- 26 yanvar.- S.6