Cümhuriyyətin
100 illiyini möhtəşəm
keçirməliyik
Qızıl pul nişanları
da buraxmaq olar, amma mütləq
hərbi parad olmalıdır
Azərbaycan Xalq Cümhuriyyətinin
100 illik yubileyi ilə bağlı Mərkəzi Bank qızıl pul nişanları buraxacaq. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun açıqlamasına
görə, qızıl
sikkələr yubiley tədbirlərinə qədər
ölkəyə gətirələcək.
Mütəxəssislər xatirə pul
nişanlarının ortalama
qiymətinin 1600 ABŞ dolları
civarında olacağını
bildirir.Bunun isə əhali üçün əlçatan olmadığı
vurğulanır və
qeyd edilir ki, qızıl sikkələrlə yanaşı,
nisbətən ucuz başa gələcək gümüş pullar da buraxıla bilərdi. Yubiley kağız əskinaslardan isə ümumiyyətlə, söhbət
getmir. Halbuki, kağız əskinaslar bütövlükdə əhali
üçün daha artıq əlçatan olardı və xatirə kimi saxlamaq da mümkün
idi. Kağız əskinaslar çap etdirmək çətindirmi,
yoxsa bu, əvvəlcədən planlaşırılmalıydı?
"Cümhuriyyətimizin 100 illiyi münasibətilə
hansı yaddaqalan tədbirlər keçirilə
bilər” sualı ilə ziyalılara müraciət etdik.Yubiley poçt markaları daha sərfəlidir
"Xalq Cəbhəsi”
qəzetinin baş redaktoru Elçin Mirzəbəyli "Şərq”ə
bildirdi ki, 100 illik yubiley tədbirləri
bir çox sahələri əhatə
edə bilər:
- Yubiley pul
nişanlarının - qızıl
sikkələrin bu qədər baha olması, yaxşı hal deyil. Fikrimcə,
qızıl pullar özünün nominal dəyərində satılsa,
daha yaxşı olardı. Qızıl pulların hazırlanması
neçəyə başa
gəlibsə, o qiymətə
də satılmalıdır.
Qiymətdən asılı
olmayaraq bu pul nişanlarının mənəvi dəyəri
çox böyükdür.
Hansı pul vahidi buraxılsa da, lap qızıl
olsun, brilyant olsun, yenə də Cümhuriyyətin dəyərini ehtiva edə bilməz. Cümhuriyyətin Azərbaycan
xalqına qazandırdığı
dəyərlər hansısa
pul vahidi ilə ölçülə
bilməz. Amma mən düşünürəm
ki, məsələn,
poçt markaları dünyanı daha çox gəzir. Kağız əskinaslar da köhnəlir, kimsə qoruyub saxlayır, kimsə saxlamır, qızıl pullarsa, ümumiyyətlə,
çox az qisim şəxsdə olacaq, amma poçt
markalarını hamı
əldə edə bilər, üstəlik, poçt markaları dünyanı gəzmək
üstünlüyünə malikdir.
Hərbi parad
mütləq olmalıdır
E.Mirzəbəyli AXC-nin 100 illik yubiley
tədbirlərinin hər
kəs üçün
yaddaqalan olmasını
arzuladı:
- Bunun üçün
də çox çalışmalıyıq. Cümhuriyyətin 100 illiyi
həm də ordumuzun 100 illiyidir, həm də daxili işlər orqanlarının 100 illiyidir.
Yəni, bütövlükdə
Azərbaycan Xalq Cümhuriyyəti, demək
olar, bütün dövlət strukturlarının
formalaşması, milliləşməsi
tarixidir. Bura təhsil də aiddir, səhiyyə də, idman da - həyatın bütün sahələri.
Məsələn, mən belə
hesab edirəm ki, Azərbaycan xanımları 8 Mart Qadınlar bayramını
deyil, AXC-nin müsəlman Şərqində
ilk dəfə qadınlara səsvermə
hüququnun tanınmasını
bayram kimi qeyd etməlidirlər. Çünki bununla qadınların şəxsiyyəti,
onların dövlət
quruculuğunda müstəsna yerinin olması təsdiqini tapıb. Cümhuriyyətin
100 illiyini qadınlar xüsusilə bayram etməlidir. Təhsil müəssisələri məktəblilərin
Azərbaycan bayrağı
ilə yürüşünü
təşkil etməlidir.
Belə tədbirlər
daim yaddaqalan olur və xoş
xatirəyə çevrilir.
Eyni zamanda uşaqlara vətənpərvərlik,
milli-mənəvi dəyərlər,
azərbaycançılıq, dövlətçilik hisslərinin
aşılanmasında böyük
əhəmiyyət daşıyır.
Hesab edirəm ki, AXC-nin 100 illiyi ilə bağlı mütləq hərbi parad olmalıdır. Biz dünyaya Azərbaycanın
necə güclü, tarixi köklərə, dövlətçilik ənənələrinə
malik ölkə olduğunu nümayiş etdirməliyik. Xalqımız,
əhali də bu tədbirlərdə fəal iştirak etməli, hər kəs özünü cümhuriyyətin bir parçası kimi görməlidir.
Dəmir
pullar da buraxmaq olardı...
İqtisadçı Fuad İbrahimov hesab edir ki, yubiley
pul nişanları daha çox suvenir, hədiyyə, ölkənin tanıdılması
məqsədi daşıyır:
- Yubiley pul
nişanlarının qızıl
olması, əlbəttə,
cümhuriyyətin dəyərini
əks etdirir. Görünən budur ki, qızıl pullar dövriyyədə olmayacaq, daha çox suvenir kimi saxlanacaq. Bu pulların buraxılması hədiyyə
etmək, ölkəni
tanıtmaq məqsədi
daşıyır. Yəqin,
qızıl pullar müəyyən sayda olacaq və mötəbər qonaqlara,
xüsusi şəxslərə
hədiyyə ediləcək.
Yubiley münasibətilə
qızıl pul nişanları buraxmaqla, Cümhuriyyətin varlığı,
daşıdığı mahiyyət
qiymətləndirilir. Qızıl
olması da bu mahiyyətin dəyərini göstərir.
Tanıtım üçün
bu, çox yaxşıdır. Qaldı ki,
kağız əskinaslar
və ya dəmir pulların buraxılmasına, yaxın
keçmişə nəzər
salsaq, sovet illərində belə təcrübə vardı.
Məsələn, Böyük
Vətən Müharibəsində
qələbənin 50 illiyi
münasibətilə dəmir
1 manatlıqlar - 1 rubl
buraxılmışdı.
Sonra, 1980-ci il Moskva Olimpiadası ilə bağlı da dəmir pullar
buraxılmışdı. Moskva
şəhərinin yubileyi
ilə bağlı da 1,3, 5 rubl dəyərində dəmir
pullar buraxılıb.
Belə təcrübələr var
və ölkələr
tarixlərini tanıtmaq,
əlamətdar günlərin,
tarixlərin yadda qalması üçün
bu vasitələrdən
istifadə edirlər.F.İbrahimov
qeyd etdi ki, onda olan
məlumata görə,
Cümhuriyyətin 100 illiyi
münasibətilə cümhuriyyət
atributlarının əks
olunduğu suvenirlər istehsal ediləcək və onlar hər kəs üçün əlçatan olacaq:
- Biz ölkə
olaraq Cümhuriyyətin
100 illik yubileyindən
maksimum yararlanmalı və möhtəşəm
tarixi yaddaqalan etmək üçün səy göstərməliyik.
Bədnam qonşularımız
belə hallardan çox məharətlə
yararlanır. Olmayan, uydurma tarixlərini suvenirlərə, heykəllərə
"çevirib” dünyada
yayırlar. Cümhuriyyət
hamımızın ümumi
dəyəridir. Tariximizdəki
bu əvəzsiz dövrü dünyada tanıtmaq üçün
bacardığımızdan, imkanımızdan da artığını etməliyik.
Məlahət Rzayeva
Şərq.-
2018.- 13 aprel.- S.6