İstiqlalın iziylə...100 il sonra

 

Bu düşüncələrlə İstiqlal Muzeyinə getdik. Yolboyu bundan danışırdıq. Yollar tıxac idi, səbrimiz yetmirdi. Amma arada hansısa birimiz "o kişilər, hər çətinliyə dözdü, ac da qaldılar, susuz da qaldılar, didərgin düşdülər, ancaq istiqlal savaşından vaz keçmədilər...” deyirdik ki, səbrimizi alaq. İstiqlal yolu hər zaman çətindir. İstər yolun başlanğıcında ol, istərsə Millət oğullarının sənin üçün açdığı o yolla 100 il sonra addımla...

İstiqlalımız bir mərtəbəyə sığırmı?

Azərbaycan İstiqlal Muzeyi Dövlət Muzey Mərkəzinin 3-cü mərtəbəsində (! - M.R.) yerləşir. Dövlət Muzey Mərkəzi sovet illərindəki Lenin adına muzeydir. Sovet uşaqları bunu yaxşı bilir. Muzey Leninin adını daşıyırdı, amma orada əsasən Leninin həyatı, mübarizəsini əks etdirən eksponatlar əksəriyyət təşkil edirdi. Bu gün təsəvvür etmək belə çətindir ki, o boyda nəhəng binanın bütün mərtəbələri proletariatın dahi rəhbəri Leninə aid olub. Bir adamla bağlı qədər eksponat olar?! Əlbəttə, proletar inqilabı, bolşevik partiyasının fəaliyyəti, Bakının inqilabi mübarizəsi, "26 Bakı komissarı”nın "nakamtaleyini əks etdirən Azərbaycan SSR- aid eksponatlar da Leninə "yandaşidi. Yadımdadır; mərtəbələrin birində divara "26 Bakı komissarlarının güllələnməsisəhnəsini əks etdirən çox böyük rəsm əsəri vurulmuşdu. Düzünü deyim. Keçmiş Lenin muzeyinin İstiqlal Muzeyinə çevrildiyi o qədər hiss ediləcək səviyyədə deyil. Nəsə istiqlal havası hiss olunmur orada. Yəqin, (bəlkə ) bu, həmin binada təkcə istiqlal muzeyinin deyil, daha ikisinin - Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi Azərbaycan Dövlət Teatr Muzeyinin, həmçinin, sərgi salonunun da orada yerləşməsi ümumilikdə Muzey Mərkəzi adlanması ilə bağlıdır. Yəni, İstiqlal tariximizlə tanış olmaq üçün Muzey Mərkəzinə gedilir. Ayrıca, məxsusi İstiqlal Muzeyimiz yoxdur. İndi belə çıxır ki, bizim istiqlalımız Muzey Mərkəzinin bir mərtəbəsinə sığacaq tarixə malikdir?! Bir mərtəbəlikdirmi istiqlal tariximizin boyu, çəkisi, dəyəri?!

İstiqlalçılar burada yanaşı dayanır

Qapıda bizi İstiqlal Muzeyinin fond müdiri Aidə Axundova qarşıladı. Elə foyedəcə baş redaktorumuz Akif Aşırlı ilə Qafqaz-İslam Ordusu, Nuru Paşa barədə polemika başlatdı. Cümhuriyyətə aparan istiqlal yolunun izinə belə düşdük. Məlumat aldıq ki, muzey 5 otaqdan ibarətdir. Muzey bələdçisi Arzu Quliyeva səlis nitqiylə əvvəlcə muzeyin yaranma tarixindən, sonra da tariximizin müxtəlif dövrləri haqqında danışdı. Öyrəndik ki, İstiqlal Muzeyinin yaranması ideyası Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra səsləndirilib. Muzeyin yaranması üçün işə başlanılıb, lakin bolşevik işğalı işin sona çatdırılmasına mane olub.

Qeyd edək ki, muzeydə Azərbaycan tarixinin müxtəlif dövrlərinə sadəcə, guşələr ayrılıb. Məkan darlığı tariximizin şanlı səhifələri barədə geniş məlumatlar eksponatların sərgilənməsinə imkan vermir.

Bir guşədə Babək, Şah İsmayıl Xətai, Çaldıran döyüşü, digər guşələrdə ayrı-ayrılıqda Azərbaycan xanlıqlarına aid eksponatlar sərgilənir. Yadda qalan xanlıqların bayraqları rəmzləri oldu. Xanlıqlara aid yeganə rəsm əsəri isə Cavad xana aiddir.Sonrakı otaqda Azərbaycan fəlsəfi fikrində sıçrayışlar etmiş dahilər - Mirzə Kazım bəy, Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə... yer alır. Neft Bakısının inkişafı, xeyriyyəçilər, 19-cu əsr Bakısının tarixi... Elə həmin otaqda da Cümhuriyyətə aparan yolun yorulmaz yolçuları yad edilir.

 

1918-ci il soyqırımlarına xüsusi lövhələr ayrılıb. Bakı qırğınları, Şamaxı, Quba, Kürdəmir, Göyçay soyqırımları tarixi sənədlərlə nümayiş olunur. Baş redaktorumuz Akif Aşırlı missiyasını burada da üzərinə götürür bələdçiyə "icazə verin, bu barədə mən danışımdeyib arxiv sənədlərinin sərgiləndiyi lövhənin qarşısına keçdi ətraflı məlumat verdi.

Guşələrdən birində isə istiqlalçılardır: Məhəmməd Əmin Rəsulzadə - Milli Şuranın sədri, Əlimərdan bəy Topçubaşov - Parlament sədri, İsgəndər bəy Ziyadxanov - kabinet üzvü, müdafiə naziri, Məhəmməd Həsən bəy Hacınski - Milli Şura üzvü, Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri (1,2-ci kabinetlər), Mustafa Vəkilov, Abbasqulu Kazımzadə - Milli Şura üzvləri, Nəsib bəy Yusifbəyli - Nazirlər Şurasının sədri (sonrakı kabinetlər), Həsən bəy Ağayev - Nazirlər Şurası sədrinin birinci müavini, Məmməd Yusif Cəfərov - Milli Şuranın üzvü, Nazirlər Şurası sədrinin birinci müavini, Xudadat bəy Rəfibəyli - səhiyyə naziri, Xəlil bəy Xasməmmədov - ədliyyə naziri, Adil xan Ziyadxanov - xarici işlər nazirinin müavini, Xudadat bəy Məlik Aslanov...

Əhməd bəy Ağaoğlu - böyük mütəfəkkir, ziyalı, "Difaimüqavimət hərəkatının yaradıcısı, "İrşad”, "Tərəqqiqəzetlərinin qurucusu, AXC- Parlament üzvü, Paris Sülh Konfransında Azərbaycanın təmsilçisi.

Cümhuriyyət dövrünə aid pul nişanları, ordenlər.

"Ey fələk, keçdi zaman dalğa gibi,Öylə bir dalğa ki, qorxunc, əsəbi...”

 

Keçid alırıq repressiya illərinin qanlı tarixinin əks olunduğu otağa. Bu otaq Azərbaycanın Stalin repressiyasına məruz qalmış görkəmli ziyalılarına həsr olunub. Hər biri bütöv bir xalqı işığa, nura çıxaracaq dərəcədə ziya saçan şəxsiyyətlərin sovet işgəncə maşını altında əzildiyini bir daha xatırlamaq çox dəhşətlidir.

Sonrakı otaq tamamilə Güney Azərbaycanın istiqlal mücadiləsinə həsr olunub. Səttarxan, Şeyx Məhəmməd Xiyabani, 21 Azər hərəkatı Seyid Cəfər Pişəvəri. Güney Azərbaycanın müstəqillik illərini əks etdirən tarixi foto-şəkillər, Xalq Qoşunları Vəziri-Cəngi Cəfər Kaviana aid şəxsi əşyalar da sərgilənir.

Azərbaycanın 30-cu illər Böyük Vətən Müharibəsi illəri tarixi ayrıca otaqda sərgilənir.

 

Yenidən yüksələn bayraq...

 

nəhayət, Azərbaycanın işğal olunmuş istiqlalının yenidən azadlığa qovuşduğu, müstəqilliyini bərpa etdiyi 1990-cı illərin təlatümlü tarixi günlərini əks etdirən fotolar, sənədlər, nəşr olunmuş kitablar. Dirçələn milli şüurumuz, ucalan haqq səsimiz. Meydan hərəkatı... Qanlı 20 Yanvar, Azərbaycanın Müstəqillik Aktının qəbul olunması. Müqəddəs Qarabağ savaşı, şəhidlərimiz, qaçqınlıq, köçkünlük... ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, dövlətçiliyin bərpası, iqtisadiyyatın inkişaf mərhələləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin davam etdirdiyi quruculuq işləri, dövlətimizin gücləndiyini əks etdirən tarixi anlar, tarixi hadisələrin əks olunduğu şəkillər...

İstiqlal Muzeyində Azərbaycan tarixi qısaca, kompakt bir şəkildə əksini tapıb. Muzeyi əhatəli, geniş tərtibatlı hesab etmək mümkün deyil. Aidə xanım bizimlə razılaşdı dedi ki, muzeyin 20 min eksponatı var. Lakin onların sərgilənməsi üçün məkan dardır. İstiqlal Muzeyinin məxsusi, ayrıca bir binada yerləşməsinə zəruri ehtiyac var. Hələliksə, bu qədər. Nəyi gördüksə, onu da yazdıq.

 

P.S.

İstiqlal Muzeyinin təmirə ehtiyacı var. Divarların suvağı tökülüb. İstiqlal Muzeyinin böyüdülməsi zəruridir, bizcə. Vaxtilə bu muzey bütövlükdə Leninin "ixtiyarınaverilmişdi. İstiqlalımız Leninlə müqayisəyə gəlməz dərəcədə əzəmətli dəyərli deyilmi?!

 

 

 

Məlahət Rzayeva

 Şərq.- 2018.- 21 aprel.- S.8.