ƏLVİDA, BÖYÜK SƏNƏTKAR!

 

Xəyyam Mirzəzadə vida mərasimindən sonra II Fəxri Xiyabanda dəfn olunub

 

Kim istəyir, əlinə qələm götürüb musiqi yazır. Kimin atası böyük vəzifədə işləyir, kinoya musiqi yazır, televiziyada əsərləri səslənir. Onlar əsər deyil axı. Onlar başqa əsərlərin surətidir”

 

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan xalq artisti, əməkdar incəsənət xadimi, "Şöhrət” və "Şərəf” ordenli Xəyyam Mirzəzadə uzun sürən xəstəlikdən sonra vəfat edib. Ömrünün 83-cü yayında həyata əlvida deyən xalq artisti ilə vida mərasimi Bakı Musiqi Akademiyasında keçirilib. Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər, mərhumun ailə üzvləri iştirak edib. Bəstəkarın tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulub. Mədəniyyət nazirliyi X.Mirzəzadənin vəfatını böyük itki kimi dəyərləndirib və musiqi ictimaiyyətinə, bəstəkarın doğmalarına baş sağlığı verib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəz Qarayev X.Mirzəzadənin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib: "Bu gün Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri ilə vidalaşırıq. Onun musiqisi dünyanın bir çox ölkələrində səslənərək rəğbət qazanıb. Heç kəs bu dünyada əbədi qalmır, illər keçir, dövr dəyişir, amma bu dünyadan köçənlər insanların yaddaşında əməlləri, yaratdığı əsərlər və xoş təəssüratları ilə qalır. Allah rəhmət eləsin”.

 

Kobud insan kimi görünməsinə

baxmayaraq, qeyri-adi istedada malik biri idi

 

Bəstəkar, xalq artisti Faiq Sücəddinov X.Mirzəzadənin vəfatının ağır bir itki olduğunu onun həmişə qəlblərdə yaşayacağını deyib.

Vida mərasimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin dekanı, professor Nərminə Quliyeva, Akademiyanın prorektoru Zemfira Qafarova mərhum bəstəkarla bağlı xatirələrini bölüşüblər.

Ailəsi adından mərhumun oğlu, Xarici İşlər Nazirliyinin Dövlət Protokolu idarəsinin rəisi Pərvin Mirzəzadə vida mərasimində iştirak edənlərə təşəkkür edib.

P. Mirzəzadə atasını Azərbaycanın canlı tarixi kimi təqdim edib və atasının əsas məqsədinin həmişə dövlətə layiqincə qulluq etmək olduğunu deyib: "Atam çox mürəkkəb xarakterə malik insan idi. Kobud insan kimi görünməsinə baxmayaraq, qeyri-adi istedada malik biri idi. Hər zaman sevdiklərinə hörmətlə yanaşırdı. Onun hər bir əsəri xaricdə geniş təbliğ olunurdu. Atamdan mənə yadigar qalan onun əsərləri oldu. Son illər xəstəliyi ilə əlaqədar ayaqlarında problem yarandığından gəzə bilmirdi, ancaq xəstə olsa da, ölkədə baş verənləri diqqətlə izləyirdi”. P. Mirzəzadə dövlət tərəfindən atasına həmişə diqqət və qayğı göstərildiyini qeyd edib: "Heç vaxt xəstəliyi ilə bağlı kimlərəsə nəsə deməyimizi istəmirdi. Kimisə narahat etmək istəməzdi. Xəstə olanda belə daim yeni əsərlər yaradırdı”.

Qeyd edək ki, Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda anadan olub. O, 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik musiqi məktəbini bitirdikdən sonra həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, 1957-ci ildə ali təhsilini dahi bəstəkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə başa vurub. Əmək fəaliyyətinə 1957-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan Xəyyam Mirzəzadə burada baş müəllim, dosentprofessor vəzifələrində çalışmış, 1971-1983-cü illərdə isə bəstəkarlıq kafedrasının müdiri olub. O, 1983-cü ildən 2005-ci ilədək həmin təhsil müəssisəsinin professoru olaraq gənc musiqiçilər nəslinin yetişdirilməsində və yüksək ixtisaslı peşəkar musiqiçi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib. Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Xəyyam Mirzəzadə musiqi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır. Onun milli musiqi ilə müasir bəstəkarlıq texnikasının üzvi əlaqəsinə əsaslanan və özünəməxsusluğu, ifadəliliyi, dinamizmi ilə səciyyələnən geniş diapazonlu yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir.

Qara Qarayev məktəbinin istedadlı yetirməsi və davamçılarından olan Xəyyam Mirzəzadə dünya musiqi irsinin nailiyyətlərindən uğurla bəhrələnərək müxtəlif janrlarda qiymətli əsərlər meydana gətirib. Ayrı-ayrı illərdə bəstələdiyi instrumental, vokal, simfonik, xorkamera əsərləri sənətkara şöhrət qazandırıb. Azərbaycan kinematoqrafiyasının qızıl fondunu təşkil edən bir sıra filmlərə, eləcə də çox sayda dram tamaşalarına onun yazdığı musiqilər öz ifadə vasitələrinin rəngarəngliyi və məzmun dolğunluğu ilə dinləyicilərin zövqünün formalaşdırılmasına xidmət etmiş, musiqi mədəniyyətimizin təqdirəlayiq nümunələri olaraq yüksək dəyərləndirilib. Ölkənin musiqi ictimaiyyəti Xəyyam Mirzəzadəni eyni zamanda gözəl nəğmələrin müəllifi kimi tanıyırdı.

 

Onun bəstələdiyi mahnılar uzun illər Azərbaycanın

görkəmli ifaçılarının repertuarını zənginləşdirib

 

Xəyyam Mirzəzadənin respublikamızın hüdudlarından uzaqlarda və dünyanın mötəbər salonlarında, böyük orkestrlərdə və musiqi festivallarında müvəffəqiyyətlə səslənən əsərləri Azərbaycan musiqisinin təbliği işinə mühüm töhfə olub.

Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilib. O, bir çox fəxri adlara layiq görülmüş, Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət” və "Şərəf” ordenləri və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub. Görkəmli bəstəkar haqqında "Bir ömrün fəsilləri: Xəyyam Mirzəzadə - 75” adlı sənədli film çəkilib.

Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransas. ölkələrdə ifa olunur. 30-dan artıq kinofilmə və 15 dram tamaşasına, estradacaz pyeslərinə, populyar mahnılara musiqi bəstələyib.

Ölkənin tanınmış ziyalıları da X.Mirzəzadənin vəfatını Azərbaycan musiqi sənətinin böyük itkisi kimi qiymətləndirib. Azərbaycan Yazıçılar Birliyinin dramaturgiya şöbəsinin rəhbəri Firuz Mustafa böyük bəstəkar Xəyyam Mirzəzadə isə çoxdan tanış olduqlarını deyibonun əbədiyyətə qovuşmasını ürək ağrısı ilə qeyd edib: "O, hətta biz görüşəndə mənə ehtiramla "dostum” deyərdi. Maestro mənim bir çox pyeslərimin musiqisini yazıb. Xatırlayıram ki, əksər tamaşaların premyeralarına ailəlikcə gəlməyi xoşlayardı. Olduqca zarafatçıl, nikbin, hazırcavab bir adamdı. Təxminən bir il öncə "Yazıçılar poliklinikasında” rastlaşdıq. Onun mənzili, səhv etmirəmsə, elə həmin poliklinikanın üst qatında idi. Evə dəvət elədi. Təşəkkür etdim. Əlində əsa vardı. Zarafatla dedim: Maestro, əlindəki bu əsa nədir? Zarafata zarafatla cavab verdi: "Bu mənim əsam deyil ki...” Qonşu üçün almışam. Gülüşdük. Foyedəki divanda əyləşib bir xeyli söhbətləşdik. Xəstəliyi haqda bir kəlmə də söz açmadı. Mənim yeni yazılarımla maraqlandı. Dedi ki, gəl müştərək bir şey yazaq, məsələn, muzikl, operetta tipli bir şey...”

 

Onun gözəl sənəti daim yaşayacaq

və öz yaradıcısını da yaşayacaq...

 

Xalq şairi Sabir Rüstəmxanlı isə belə deyib: "Görkəmli bəstəkarımız Xəyyam Mirzəzadənin vəfatı Azərbaycan mədəniyyətinin böyük itkisidir. Peşəkar musiqi sənətimizdə təkrarsız yeri olan Xəyyam bəylə əməkdaşlığımız zamanı onu daha yaxından tanımış və sevmişdim. Gözəl insan, əsl sənət fədaisi idi. Köklü ziyalı ailəsində doğulmuşdu. Atası, hörmətli professor Hadı Mirzəzadə mənim universitet müəllimim olmuşdu. Onun gözəl sənəti daim yaşayacaqöz yaradıcısını da yaşayacaq. Yaxınlarına Allahdan səbr diləyirəm”.

Şair Vahid Əziz Xəyyam Mirzəzadənin çox səmimi insanböyük bəstəkar, ciddi və zarafatcıl bir şəxsiyyət kimi xatırlayır: "Ağır itkidir, Allah səbr versin”.

Dünyasını dəyişən bəstəkar, Azərbaycanın xalq artisti Xəyyam Mirzəzadə 2016-cı ildə APA-ya verdiyi sonuncu müsahibəsində evdən kənara çıxmadığını, günlərini televizora baxıb, qəzetləri oxuyaraq, hərdən də alət arxasında çalışaraq keçirdiyini deyib: "Heç vaxt heç kimə demərəm ki, halım xarabdır, acından ölürəm. Dostun vecinə deyil, düşmənsə sevinir. Mənim işlədiyim yeganə yer Konservatoriya olub. İndi akademiya deyirlər. Amma onun əsl adı elə konservatoriyadır. Çünki akademiyakonservatoriya ayrı-ayrı şeylərdir. Adı dəyişdirməyin mənası yoxdur. Adı dəyişdirməkdənsə, keyfiyyəti dəyişdirmək lazımdır”.

- Səhhətiniz pedaqoji fəaliyyətlə məşğul olmağa imkan verir?

- Nə olub mənim səhhətimə? Bircə ayaqlarım pis gedir, o da asan məsələdir. Nə qədər ki, maşın, araba var, adam gedib-gələ bilər.

 

Bu ağlayır, o ağlayır,

o uşaq axtarır, bu oğul axtarır...

 

Böyük sənətkar həmişə işi ilə məşğul olduğunu, çıxış etməkdən, yuxarı başda oturmaqdan, rəhbərlərin yanında sülənməkdən xoşu gəlmədiyini bəyan edib: "Nəyimə lazımdır? Bunun axırı onsuz da yoxdur. Konservatoriyada işləyəndə ərizə yazdım ki, noyabrın 1-dən işə çıxmayacağam. Ərizəni alan dedi, rektorla danışmısınız? Dedim, rektorla danışmaq nəyimə lazımdır? Rektor Fərhad Bədəlbəyli idi. İndi deyirlər ki, gəlsə, götürərik. Bəs, o vaxt heç olmasa konsultant saxlayardınız? Bu adamlar öz keflərindədir. Musiqi təhsili çox pis haldadır. Xüsusən, özəl radioteleviziyalar mədəniyyətimizi dəfələrlə geri salıb. Televiziyalarda baxdığınız yas verilişləri biabırçılıqdır. Bu ağlayır, o ağlayır, o uşaq axtarır, bu oğul axtarır. Olmaz belə şeylər. Mən xarici kanallara baxıram, belə şey yoxdur. Yaxud kim istəyir, əlinə qələm götürüb musiqi yazır. Kimin atası böyük vəzifədə işləyir, kinoya musiqi yazır, televiziyada əsərləri səslənir. Onlar əsər deyil axı. Onlar başqa əsərlərin surətidir”.

Atası Hadı Mirzəzadənin məşhur dilçi olduğunu xatırladan xalq artisti onun dil tarixinin Azərbaycanda əsasını qoyanlardan biri olduğunu deyib: "Əfsus ki, indi yaddan çıxıb. Çünki əldəqayırma alimlər var. Onun əsərlərini köçürüb alim olublar. Alimlərin əsərlərini köçürəndə heç olmasa ona istinad edərlər. Xəbərləri yoxdur ki, Hadı Mirzəzadə kimi alimləri var. Onlar çox ədalı alimlərdir”.

Bəstəkar son müsahibəsində ümumiyyətlə, yaradıcı təşkilatların funksionallığını görmədiyini deyib: "İttifaq adamaverir? İstər Yazıçılar İttifaqı olsun, istər Bəstəkarlar İttifaqı, onlar öz mahiyyətini itirib”.

Görkəmli bəstəkar, mahir pedaqoq və səmimi insan Xəyyam Hadi oğlu Mirzəzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq...

 

Allah rəhmət eləsin!

 

Şəymən

 

Şərq.- 2018.- 1 avqust.- S.8.