“Azərbaycan”.
“azərbaycanlı” adlarınpn tarixi...
(Solmaz Rüstəmova Tohidinin
“Cümhuriyyətin “Azərbaycan” adlandırılması və
onun tarixi əhəmiyyəti” adlı kitabı haqqında)
"Azərbaycan” toponiminin
tarixi-coğrafi baxımdan düzgün, elmi-nəzri bilgilər,
tutarlı mənbələr və konkret faktlar əsasında
səciyyələndirilməsi məsələsi hər bir azərbaycanlı
kimi məni də həmişə
düşündürüb və narahat edib. Bəzən
bilərəkdən bu toponim, eləcə də "azərbaycanlı”
etnonimi ilə bağlı yanlış,
çaşdırıcı, təhrif olunmuş şəkildə
xarakterizə edilmişyazılara rast gəlirik ki, bu da
yollverilməz hal hesab edilməlidir. Daha çox hallarda isə
bu ifadələrin mifik, qeyri-real, əfsanə və
nağıl motivləri ilə təqdimini görürük
ki, bu daha kədərlidir. Xüsusilə də
bu cür absurd, əsassız versiyalardan istifadə edərək
"nağıllar” uydurmaq tendensiyasının səbəbsiz
olmadığı, mənaları və adları təhrif etməklə,
min illərlə yaşı, mədəniyyəti olan bir
xalqı özündən xəbərsiz duruma gətirib
çıxarmaq – kimi bir ideyanın mqsədli olduğu bəlli
olur"
"Azərbaycan” və "azərbaycanlı”
ifadələri haqqında müxtəlif elmi məclislərdə,
tədris auditoriyalarında həmişə belə bir sadə
sual səslənib: "İlk dəfə nə vaxt işlədilib?”
Lakin çox hallarda da qeyri-müəyyən,
çaşdırıcı cavablar sonda konkret qənaət
eldə etməmək problemi yaradıb. İki ilə
yaxındır ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyi ilə bağlı müxtəlif formatlarda tədbirlərin
iştirakçısı olur, bu möhtəşəm tarixlə
bağlı elmi, bədii-publisistik əsərlər
oxuyuruq. Və bu prosesdə yüzlərlə aktual suallar
ortaya çıxıb ki, öz cavab məqamını
gözləyir. Həmin suallardan doğan problemlərdən
birini, mən deyərdim ki, ən vacib və
düşündürücü olanını isə bizim dəyərli
alim-tədqiqatçımız, Cümhuriyyət dövrü
tarixini sevə-sevə, fədakarcasına tədqiq və təbliğ
edən Solmaz Rüstəmova Tohidi ortaya atdı. Amma sual kimi
yox, cavab və qəti qənaət kimi…
Solmaz Tohidi xeyli sayda elmi-publiisistik ədəbiyyatdan,
mühüm mənbələrdən istifadə edərək
4 fəsildən ibarət gözəl bir kitab yazdı:
"Cümhuriyyətin "Azərbaycan”
adlandırılması və onun tarixi əhəmiyyəti”…
Bu gün də millətimizin, dilimizin adı ilə
bağlı mübahisələr bitmək bilmir. Birmənalı
olaraq türk dili, türk milləti kimi səciyyələndirmələr
isə qaneedici deyil. Hətta bu cür polemikalarda, ümumiyyətlə,
"azərbaycanlı” ifadəsinin yeni, sonradan yaradılan ad
kimi meydana çıxdığını söyləyənlərin
çox olduğunu da görmüşük. Bəziləri isə
"bu adı bizə Stalin verib” – deyə məsələnin
ciddiliyini, təhrifedici mesaj verdiyini unudur… Sözügedən
kitabda isə müəllif yazır: "Maraqlıdır
ki, hələ Şimali Azərbaycan torpaqlarının
işğalından əvvəl, XVIII əsrin sonlarında,
Qubalı Fətəli xanın 1782-ci ildə II Yekaterinaya fars
dilində yazdığı və gürcü çarı II
İraklidən şikayət etdiyi məktubun rus dilinə tərcüməsində
Qarabağlı İbrahim Xəlil Xan nəzərdə
tutularaq bir neçə dəfə «àäûðáàéäæàíåö»
(adırbaycanes) –azərbaycanlı kəlməsi işlədilib”.
Müəllif onu da qeyd edir ki, həmin dövrdə
Cənubi Azərbaycan ərazisində yerləşən
xanlıqların əhalisinin farsdilli tarixi salnamələrdə
"azərbaycanlılar” adlandırmasına dair çoxsaylı
nümunələr var. Eləcə də
sonrakı dövrlərdə rus çinovniklərinin və hərbçilərinin
yazışmalarında və tərtib etdikləri sənəd
toplularında keçmiş Şimali Azərbaycan
xanlıqlarının ərazilərinə, həmin ərazilərdə
yaşayan yerli əhaliyə, onun statusuna və dilinə dair
"Azərbaycan”, "azərbaycanlı”, "Azərbaycan
xanlıqları”, "Azərbaycan xanları”, "Azərbaycan
vilayətləri”, Azərbaycan şivəsi (nareçiye) və
s. kimi söz və ifadələrə təsadüf olunur.
Kitabı oxuduqca məlum olur ki, yenə həmin
dövrdə İranın rəsmi sənədlərdə Cənubi
Azərbaycan ərazisindəki əhali üçün
"azərbaycanlı” ifadəsini işlətməsi
faktı danılmazdır. Lakin Rusiyanın Qafqaz
siyasətində bu ifadə ("azərbaycanlı”) təhlükəli
görünürdü. Millət, xalq kimi mahiyyətini məhv
etməyə çalışdıqları, müstəmləkəsi
kimi başqa xırda xalqlara qarışdırıb
adını unutdurmaq istədikləri azərbaycanlıları
zaman-zaman "asiyalı”, "müsəlman”, "tatar”
kimi ümumi anlayış qəlibində
simasızlaşdırmağa çalışıblar. S.R.Tohidi
onu da göstərir ki, bütün türklərə adətən
"tatar” yarlığını yapışdıran ruslar
bizim haqqımızda bəzən (ən yaxşı halda)
"Qafqaz tatarları”, "Azərbaycan tatarları”
adını rəsmi qaydada ifadə edirdilər. Rəsmi-siyasi yanaşmadan fərqli olaraq onların
(rusların) elmi ədəbiyyatında "İran azərbaycanlıları”,
"Qafqaz azərbaycanlıları” adlandırması isə
sübut edir ki, Şimali və Cənubi Azərbaycan əhalisinin
əsrlərlə formalaşmış milli kimliyi, tarixi
adı XIX əsrdə elmi mənbələrdə ifadəsini
tapmışdı. XIX əsrin sonundan etibarən isə
"Azərbaycan milləti”, "Azərbaycan türkü”.
"Azərbaycan dili” ifadələrinin milli mətbatda dəfələrlə
işlədilməsi faktlarını
sadlayanaraşdırmaçı yazır: "M.Şahtaxtlı
Zaqafqaziya müsəlmanlarının "Azərbaycan
türkləri”, onların dilinin isə "Türk – Azərbaycan
dli” adlandırılmasını uyğun bilir…
Mümkündür ki, məhz bu amil Rus hakimiyyətinin
narahatlığına səbəb olmuş və "Kəşkül”
qəzetini bağlayandan sonra çar hökuməti azərbaycanlılara
14 il öz dillərində hər hansı mətbu orqanı nəşr
etməyi qadağan etmişdir”.
Kitabda bu adların ("Azərbaycan”,
"azərbaycanlı”, Azərbaycan dili”) sistemsiz, pərakəndə
və fraqmentallıqla deyil, xronoloji ardıcıllıqlarla
seçilmiş tarixi mənbələrə əsaslanan
süjetli, məntiqi davamlılıqla izah edilən tədqiqat
mexanizmi imkan verir ki, oxucu bu mühüm problem haqqında tam məlumatlı
olsun və mütəliənin sonunda vacib bilgilər əldə
edərək ayrılsın. Yuxarıdakı sitatlara da diqqət
etsək, görərik ki, ilk mənbə 1782-ci il tarixinə
(Qubalı Fətəli xanın II Yekaterinaya məktubu) aiddir.
Daha sonra XIX əsrsənədləri qaldırılır.
Rusiya, İran, Qafqaz coğrafiyasında xalqımıza siyasi,
sosial və mədəni mövqelərdə rəsmi və
qeyri-rəsmi münasibətlərə diqqət yönəldilir.
Müəllif tarixi faktlardan sadəcə quru, elmi üslub
materialı kimi istifadə etmir. Hərdən elə müqayisələr
aparır ki, həmin dövrdə xalqımızın
Qafqazdakı dramatik durumu film kimi gözümüz
önündə canlanır. Məsələn,
S.R.Tohidi böyük ziyalı M.Şahtaxtlının Qafqaz
Canişinliyindən israrla Azərbaycan dilində qəzet
çıxarmağa icazə istəyərkən
aldığı cavabı ("Qəzet xalqın nəyinə
lazımdır? Ziyalılar qoy rus dilində
oxusunlar, adi tatarlar isə gedib sürülərini
otarsınlar”)xatırladır və ardınca yazır:
"Müqayisə üçün deyək ki, həmin
dövr Cənubi Qafqazda erməni və gürcü dillərində
19 qəzet və jurnal nəşr olunurdu”.
Onu da qeyd edim ki, bizim xalqın adı ilə
bağlı elmi ədəbiyyatda rusların yazdığı
məqalələrdən, rəsmi-siyasi yanaşmanın ifadəsi
kimi konkret adlandırmalardan sitatlar daha çox
marağımızı çəkdi. "Lakin
XIX əsrin sonlarında ilk dəfə "azerbeycantsı”
–"azərbaycanlılar” etnonimi Rusiyanın akademik ədəbiyyatında
müxtəlif formalarda elmi dövriyyəyə və daha sonra
mətbuata gətirilir.Məs., Brokqauz və Yefronun məşhur
ensiklopedik lüğətində 3 ayrıca məqalədə
"azərbaycanlı” etnonimi işlədilir”.
Kitabın I fəsli "Şimali Azərbaycanın
ərazisi və "Azərbaycan” adı”, II fəsli "Azərbaycançılıq”,
yaxud "Türkçülük”. Siyasi
türkçülükdən azərbaycançılığa”
adlanır. III fəsil isə daha konkret tarixi şəxsiyyətin
azərbaycançılıq fəaliyyətinə həsr
edilir. "Məhəmməd Əmin Rəsulzadə.
"Azərbaycançılıq” milli ideologiyasının
banisi” – adlanan III fəsildə Məhəmməd Əmin Rəsulzadənin
çox gənc (25-28) yaşlarından İran ictimai-siyasi, mədəni
mühitindəki fəaliyyəti (1908-1911-ci illərdə Cənubi
Azərbaycan torpaqlarını addım-addım gəzib xalqla yaxından əlaqələr qurur, Səttarxanla
görüşür, "İran məktubları” əsərini
yazır, İranın məşhur ictimai-siyasi xadimi Şeyx Həsən
Tağızadə ilə görüşür və onun
etimadı əsasında "Yeni İran” qəzetinin baş
redaktoru olur və s.) əks olunur. Və göstərilir
ki, bu təcrübənin nəticəsi olaraq M.Ə.Rəsulzadə
1912-ci ildə İstanbulda "İran türkləri” adlı
məşhur məqalələr silsiləsini çap etdirir.
Həmin məqalələrdə xalqımızın milli
kimliyi məsələsi ilk dəfə olaraq konseptual şəkildə
təhlil edilir və böyük tarixi əhəmiyyəti
olan elmi-nəzəri qənaətlər əldə edilir.
Yazılarında bir neçə dəfə "azərbaycanlılar”
kəlməsini işlədən M.Ə.Rəsulzadə
həm də "iranlı” anlayışına da işıq
tutur. "İran türklərinin əsrlərdən bəri
İranda "dövlətyaradan” millət, İran
şahlarının isə yüzilliklər boyu türk
tayfalarının nümayəndələri olduğunu
vurğulayan Məhəmməd Əmin bəy bu türklərin
İranı özlərinə vətən bildiklərini qeyd
etmiş, İranın müasir tarixindən yazarkən Məşrutə
hərəkatında və İran məclisində türklərin
aparıcı mövqeyinin dərin təhlilini vermişdir.
Sonrakı analitik təhlillər prosesində
Solmaz Rüstəmova Tohidi haqlı olaraq göstərir ki,
M.Ə.Rəsulzadənin İstanbul əlaqələri,
Ə.Hüseynzadə və Ə.Ağayevlə
görüşləri onu son olaraq türkçü ideoloq
kimi deyil, sırf azərbaycanlı lider kimi yetişdirdi. Rəsulzadə ilk fürsətdə
turançılığın deyil, azərbaycançılığın
bayrağını qaldırdı. XX əsrin əvvəllərindədillə
bağlı mətbuatda gedən yazılardakı ikili
yanaşma arasındakı seçimində
"osmançılar”ın deyil, "azəriçilər”in
tərəfində çıxış edirdi.
M.Ə.Rəsulzadənin geniş elmi dünyagörüşü,
siyasi baxışları, modern dünya mədəniyyətinə
bələdliyi bu məsələdə (milli kimlik) bizi
başqa dövlətlər və xalqların gözündə
sadəcə "islam qövmü” kimi görünmək
ümumiliyindən xilas etdi."Azərbaycan milləti”,
"Azərbaycan ərazisi”, "Azərbaycan dili”
anlayışlarını öz siyasi uzaqgörənliyi,
prinsipial mübarizəsi ilə beyinlərə,
şüurlara yeritdi. Və 1918-ci il may ayının 28-də
bu dahiyanə siyasət öz bəhrəsini verdi. Azərbaycan
Xalq Cümhuriyyəti doğuldu, quruldu, yaradıldı və
müstəqil, dili, özünəməxsus mədəniyyəti,
tarixi, siyasəti olan bir dövlətin əsası qoyuldu…
"Azərbaycan” adı və İran” –
başlıqlı IV fəsili kitabın süjetinin kuliminasiya
nöqtəsi hesab etmək olar. Həmin fəsildə müəllifin
çoxsaylı faktlara əsaslanan materialları təqdimi
absurd, kuliminativ düşüncələr yaradır oxucuda. Materiallarda göstərilir ki, artıq "Azərbaycan”,
"azərbaycanlı”, "Azərbaycan muxtariyyatı” ifadələrinin
siyasi gündəmi fəth etdiyi bir zamanda daima "islam
ümməti”, "tatarlar” kateqoriyasında
"ayılmamış”, "təhlükəsiz” bir toplum
kimi xarakterizə edilən millətimizin bu şəkildə
özünütəqdimi ciddi narahatlıqlar doğurdu.
Hətta "İran Azərbaycanına
iddia tezisi ola bilər”– qorxusu bizim üçün
böyük maneələr və əngəllər
yaratmağa başladı. Nəinki ruslar və ermənilər,
o cümlədən mühacir iranlı demokratlar bu ayağa
qalxmaq, özünü, adını, milli kimliyini tanımaq
istəyən xalqı gələcək iddialardan məhrum
etmək üçün müxtəlif səviyyələrdə
tədbirlər görməyə başladı.
Bu fəsildə Ş.M.Xiyabani,
S.C.Pişəvəri hərəkatı, iranlılar cəmiyyətləri,
XX əsrin ilk onilliklərində Bakıdakı ictimai-siyasi gərginliklər,
anadilli mətbuatın (xüsusən də "Açıq
söz” və "Təcəddüd” qəzetinin) milli məsələ
kontekstindəki layihə və konsepsiyaları və başqa
məsələlər haqqında bəhs edilir. O da qeyd edilir
ki, M.Ə.Rəsulzadə gələcək böyük və
müstəqil Azərbaycanı həm də Cənubda
yaşayan azərbaycanlılarla bir yerdə təsəvvür
edirdi.
"1918-ci ilin iyulunda
İstanbulda özünün köhnə yoldaşları,
İran azərbaycanlıları ilə
görüşdüyünü qeyd edən Məhəmməd
Əmin bəy, bu insanlarda Azərbaycanın (İran Azərbaycanı
nəzərdə tutulur-S.R.T) müstəqilliyinə
(istiqlalına) gizli bir məhəbbət duyğusu hiss etdiyini
yazır: "Onların bir çoxu İrana ümidlərini
itiriblər. Onların (bu məsələlərdə) öz
fikirlərinin olması çox arzuediləndir. Burada hətta
cənubi azərbaycanlıların türkçülük və
azərbaycançılıq təşəbbüsü ilə
bir cəmiyyət yaradılıb”. Daha sonra M.Ə.Rəsulzadə İstanbulda "Türk
ocağı” mədəni-maarif cəmiyyətinin Ramazan
bayramı münasibəti ilə keçirdiyi bayram tədbirinə
şimali azərbaycanlılarla yanaşı cənubi azərbaycanlıların
da nümayəndələrinin gəldiyini yazır, onların
giley-güzarını və verdiyi bəyanatları olduğu
kimi çatdırırdı: "Bu nümayəndələr
deyirdilər ki, biz onları unuduruq. İndiki şimali Azərbaycan
siyasi həyata başlayır, mütləq cənubi azərbaycanla
birləşəcəkdir. Biz buna ümid edə bilərik”.
IV fəsildə Cümhuriyyətin "Azərbaycan”
adının İran mətbuatındakı rezonansı
haqqındakı araşdırmalar da xüsusi diqqət tələb
edir. Və bu tarixi salnamələrdən gətirilən
misallar bizi qürurlandırdığı qədər də
kədərləndirir. Bir "Azərbaycan” kəlməsinin
siyasi motiv qazanmasına qarşı böyük dövlətlərin
ayıq-sayıq xəfiyyələri mətbuatda, siyasi partiya
məramnamələrində, ictimai hərəkatda nə qədər
qısqanclıq, qərəz, nifrət və təkəbbürlə
yanaşırmış. Kitabı oxuduqca "bu ad ("Azərbaycan”) bizə nə qurbanlar, nə itkilər,
nə böyük mücadilələr bahasına başa gəlibmiş”-deyə
düşünməli oluruq. İranda "Rəd”,
"Sitareye-İran”, "Cəngəl”, "Novbahar” və digər
mətbu orqanlar Qafqazda bir yeni Azərbaycan türklərinin
dövləti yaranacağı ehtimalından xoflanaraq durmadan bəyanatlar,
xəbərdarlıqlar yayırdılar. Həmin dövrdə
"Açıq söz” qəzetində M.Ə.Rəsulzadənin
durmadan siyasi, milli kontekstdə işlətdiyi "Azərbaycan”
kəlməsinə qarşı sanki səlib
yürüşünə qalxmışdılar.
"Qafqaz Azərbaycanında
türkləşmiş farslar” – deyə diqqəti əsil
mahiyyətdən yayındırmaq istəyən İran siyasiləri
mətbuat vasitəsilə Qafqazda "Azərbaycan” kəlməsinin
siyasi mənada işlədilməsinə, milli dövlətçilik
xülyasına son qoyulmasını rəsmən tələb
etdirir, cənubi azərbaycanlıları "İran
soylular” kimi təbliğ etdirməklə şüurlarda
oyanmış "biz kimik?” – sualının əsil
cavabını yanlışa çəkirdilər.
Lakin bütün bunlara rəğmən,
necə deyərlər, artıq ox yaydan çıxmış
və Bakıda bir çox mətbu orqanlarda, elmi-mədəni
qurumlarda, bədii və publisistik mətnlərdə "Azərbaycan”
kəlməsi öz siyasi, milli mahiyyəti, çalarları
ilə gündəmi dolaşmaqda idi.
Bu ad yeni və daha böyük azadlıqlar,
müstəqillik sevdaları, geniş ərazilərə
hesablanmış dövlət qurmaq siyasəti
üçün şüara çevrilmişdir. Və
başda M.Ə.Rəsulzadə olmaqla əsil ziyalı, ideoloq
və Azərbaycan türkü genetikasının
coşdurduğu qan öz işini gördü… "Azərbaycan”
ifadəsi Qafqazda müstəqil dövlət statusunda
reallaşdı.
Lakin müstəqillik əldə olunduqdan sonra
da İranın bu yeni "Azərbaycan” adlı dövlət
haqqındakı birmənalı təxribatçı diktələri
bizə qarşı dünyanın böyük dövlətlərinin
münasibətinə də təsir edirdi. Kitabda
oxuyuruq: "İngilis hərbi komandanlığının
Balkanlarda və Qara dənizdəki qoşunlarının
komandanı, 1918-1919-cu illərdə Qafqaz məsələləri
ilə məşğul olangeneral Corc Firensis Miln Londona göndərdiyi
raportların birində Azərbaycanda vəziyyət
haqqında məlumat verərkən yazırdı ki, "Azərbaycan”
İranın şimal-şərqində yerləşən
bir regionun adıdır və bu ad yeni yaranan respublikaya
türklərin təşəbbüsü və panislamist təşkilat
olan "Müsavat” partiyasının təklifi ilə verilib”.
Cümhuriyyətə "Azərbaycan”
adı verilməsi İran dövlətinin siyasilərini
heç cür rahat buraxmırdı. Rəsulzadə isə
"İranlı qardaşlarımıza” müraciəti ilə
siyasi, diplomatik jestlər və ifadələrlə bu dövləti
tanımağa səsləyir, "qulağa o qədər də
xoş gəlməyən” epiteti ilə "Azərbaycan”
adına xor baxmamağı tövsiyə edirdi. Eləcə də
Y.V.Çəmənzəminli, Ü.Hacıbəyov da
İranı "sakitləşdirməyə”
çalışır, yeni yaranan gənc bir dövlətlə
mədəni, normal siyasi münasibətlər qurmağı
dolayısı ilə tələb edirdi.
Məsələ o qədər ciddi xarakter
almışdı ki, hətta rəsmi görüşlərdə
də bu adın ("Azərbaycan”) davası gedirdi. Birmənalı
şəkildə bu adın İran ərazisinə iddiası
vurğulanırdı. S.R.Tohidi buna misal olaraq göstərir: "Mirzə Mahmud xan Dəvəli Qacar Əlimərdan
bəylə bir saatlıq görüşündə Azərbaycan
diplomatına danışmağa belə imkan verməyərək
bu ifadə altında öz dövlətinin irad və
iddialarını ortaya qoyur və "səhvin” məhz
"Azərbaycan” adı ilə bağlı olduğu bir daha gündəmə
gətirilir: "Siz dövlətinizi "Azərbaycan”
adlandırırsınız.
Bu nə deməkdir? Bu sizin İranın
hüdudları daxilində yerləşən əsil Azərbaycana
iddianız deyilmi?… Siz özünüzü Azərbaycan
türkləri hesab edirsiniz, halbuki Azərbaycanda – ümumiyyətlə,
Qafqazda və İranda türklər heç yoxdur: hamı
iranlıdır, sizin ata-babalarınız hamısı
iranlı olub… Sizin sivilizasiyanız, mədəniyyətiniz, adət-ənənələriniz,
hətta geyimləriniz –hamısı
iranlınınkıdır”.
Bəllidir ki, Cümhuriyyət
liderləri, siyasi şəxslər öz səbrli və
diplomatik taktikaları ilə bu inadkar qonşu dövlətin –
İranın münasibətini qismən də dəyişə
bilir və nəticədə 20 mart 1920-ci ildə İran
dövləti Azərbaycanı tanıma sənədi kimi
müqavilə imzalayır və 21 mart tarixdə Tehranda
səfirlik açılır…
Kitabın yuxarıda qeyd etdiyim kimi çox
maraqlı süjet xətti var.
Elmi araşdırma, tarix tədqiqatı
olmasına baxmayaraq bədii mətn kimi poetik dili, obrazlı
ifadə tərzi və publisistik üsluba xas ictimai
düşüncədə asan həzm olunma mahiyyəti var.
Oxucu kitabın süjet xəttinin komponentlərini asanlıqla
ayırır, ekspozisiya. kuliminasiya, razvyazka hissələrinin sərhədlərini
müəyyənləşdirə bilir. Və gərginliklə
finalı gözləyir…
Bir daha aydın olur ki, bizim "Azərbaycan”
adlı dövlətin, millətin və dilin tarixi, salnaməsi
Səməndər əfsanəsi kimi kədərli və
qürurvericidir. Bu gün dünya dövlətlərinin
bayraqları sırasında bayrağı dalğalanan müstəqil
Azərbaycanın adının nağılını yox, həqiqi
tarixini öyrəndik bu kitabdan. Və sona qədər daxilimdə
gizli bir məmnunluq hissi dolaşırdı.
İran kimi böyük bir dövlətin
siyasilərinin yenicə yaranmağa başlayan gənc bir
dövlətin liderlərinin siyasi uzaqgörənliyindən qəzəblənməsi
əsaslı imiş. M.Ə.Rəsulzadənin
mücadiləsi hesabına hökumətimizə,
xalqımıza, dilimizə verilən bu ad Qafqaz hüdudunda
qalmadı. Bu ad – "Azərbaycan” kəlməsi bizi uzaqlara,
öz böyük, hüdudsuz tarixi ərazilərinə, 50
milyondan çox azərbaycanlının yanına
çağırır! Biz varıq, var olmaqda davam edəcəyik!
Mən bu dəyərli araşdırma
münasibəti ilə müəllifə sonsuz təşəkkürümü
bildirməklə yanaşı, həm də elmi ictimaiyyətimizi
təbrik edirəm. Azərbaycan Respublkası Təhsil
Nazirliyinin aidiyyati şəxslərinə isə tövsiyəm
bu olar ki, bu kitabı tədris-metodik vəsait kimi qriflə,
böyük tirajla çap edib məktəblərdə tədris
proqramlarına daxil etsin…
İradə Musayeva
Şərq.-
2018.- 7 noyabr.- S.12