Sənətkarlar mənəvi  dəyərlərimizə diqqətdən həmişə razı qalıblar

Mənsum İbrahimov: "Böyük karifey sənətkarlarımızdan tutmuş gənc xanəndələrimizə qədər hamı bu gün dövlətin qayğısını hiss edir"

Ulu öndər Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə mədəni-mənəvi dəyərlərin qorunması, təbliği yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi.

Bu, danılmaz bir həqiqətdir ki, yaradıcı əməyin dövlət səviyyəsində qiymətləndirilməsi ənənəsinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı dövlət başçısı tərəfindən bir sıra mədəniyyət xadimlərinin mükafatlandırılması, onların əməyinin daim diqqətdə olmasına işarədir. Verilən hər bir mükafatın arxasında sənət adamlarının fədakar əməyi dayanır. Dövlətimiz hər zaman mədəniyyətin inkişafına xüsusi diqqət ayırıb incəsənət sahəsində çalışan insanların fəxri adla təltif edilməsi ənənə halına çevrilib.

1996-cı ildə fəxri adların verilməsi ilə bağlı məsələ müzakirə edilərkən ulu öndər deyirdi ki, sənət adamlarına fəxri adın verilməsi o qədər maddi əhəmiyyət kəsb etməsə , yaradıcı insanların cəmiyyətdə mövqeyində mühüm amildir. Çünki incəsənət xadimləri cəmiyyətin mədəni dünyasının zənginləşməsində, təfəkkürün formalaşmasında əməyi olan şəxslərdir. Bu gün yaradıcı insanlara fəxri adlarla bərabər müxtəlif orden medallar, təqaüd mükafatlar verilir. Bütün bunlar sənət adamlarının əməyinə, həm mədəniyyətimizə göstərilən diqqətdir.

Ölkəmizdə bu gün çoxsaylı beynəlxalq tədbirlər reallaşır bu tədbirlər bir daha Azərbaycan mədəniyyətinin zənginliyini ehtiva edir. Musiqi sənətimiz dünya səviyyəsində tanınır, təbliğ olunur. Bütün bunlar dövlət başçısının Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə olan qayğısı sayəsində mümkün olub. Hazırda Azərbaycanın bir sıra mədəni irs nümunəsi UNESCO-nun müxtəlif siyahılarına daxil edilib.

Azərbaycanın tanınmış incəsənət xadimləri hər zaman dövlətin qayğısından fəxarətlə danışaraq, sənət aləmində olan sənətkarların sənətlərinə, yaradıcılıqlarına şəxsiyyətlərinə dəyəri yüksək qiymətləndirirlər.

Xalq artisti, Şöhrət ordenli Mənsum İbrahimov «Şərq»ə açıqlamasında dövlətin incəsənət xadimlərinə olan qayğısından danışıb:

«Bu gün dövlətin Azərbaycan mədəniyyətinə, incəsənət xadimlərinə qayğısı, diqqətini dünyanın heç bir dövlətində görə bilməzsiniz. Bu ənənəni ulu öndər Heydər Əliyev qoyub. Bu təqdirəlayiq ənənəni ölkə başçımız, möhtərəm İlham Əliyev layiqincə davam etdirir. Azərbaycan sənətkarları istər maddi, istərsə mənəvi baxımdan dövlət qayğısı ilə əhatə olunur. İncəsənət xadimlərimizin, sənət adamlarımızın sosial həyatını rahatlaşdırmaq üçün onlara mənzillərin verilməsi, prezident təqaüdü ilə təmin edilməsi, digər sosial problemlərinin həlli istiqamətində görülən işlər göz önündədir. Böyük karifey sənətkarlarımızdan tutmuş gənc xanəndələrimizə qədər hamı bu gün dövlətin qayğısını hiss edir. Mənəvi baxımdan da sənət adamlarının yaradıcılıqlarına stimul vermək məqsədilə fəxri adların verilməsi, yaradıcılıqlarına təsir etmək üçün mükafatların təqdim olunmasını da dəyərləndirmək lazımdır. Baxın, dünyanın hansı ölkəsində incəsənət xadimlərinə dövlət tərəfindən evlər hədiyyə olunur, onların sosial dolanışığı rahat olsun deyə dövlət tərəfindən təqaüdlər verilir?

Bu ənənəni Heydər Əliyev qoyub. İncəsənət xadimlərimizin səhhətində hər hansı problem yaranırsa, Heydər Əliyev Fondu dərhal o sənətkara dəstək olur, o insanların xaricdə müalicəsi, əməliyyat olunması üçün dövlət hesabına vəsait ödəyir. Bütün bunlar sənətkara yaşamaq, yaratmaq üçün stimul yaradır. Sənət insanları dövlətin qayğısını gördükcə səhnəyə, sənətə daha çox bağlanırlar, daha böyük yaradıcılıq işləri görməyə maraqlı olurlar.

 İncəsənət insanı, sənət adamları çox həssas olurlar. Onlara istər maddi, istər mənəvi qayğı göstərmək çox önəmlidir.

Var olsun cənab prezidentimiz ki, incəsənət sahəsinə bu qədər himayədarlıq edir, onların yaradıcılıqları, dolanışıqları ilə çox zaman bir-bir maraqlanır, önəmli günlərində təbrikini unutmur, mükafatlar təqdim edir. Bu qayğını eyni zamanda ölkənin birinci xanımı Mehriban xanım da heç vaxt sənətkarlardan əsirgəmir. Təbii ki, bu da bizi ruhlandırır.

Mənim özümə dövlət başçımız ev hədiyyə edib, prezident təqaüdü alıram, dövlətin ən yüksək fəxri adlarına layiq görülmüşəm. Bütün bunlar bir sənətkar üçün fəxrdir. Bu bizim yaradıcılığımıza olan sevgidən, diqqətdən irəli gəlir. Bu, incəsənət insanına stimul verir. Sənət adamına lazımdır? Qayğı, diqqət, sevgi. Azərbaycanın incəsənət xadimləri dövlətimizin qayğısından, diqqətindən, incəsənət sahəsinə, mədəniyyət aləminə olan sevgisindən razıdır. Çünki biz dövlətimizə, dövlətçiliyimizə güvənirik».

 

Tahirə Məmmədqızı

Şərq.- 2018.- 19 dekabr.- S.12