“Görülən işləri unutmaq haqsızlıq olar”

 

 

Prezident İlham Əliyevin mədəni irsimizə göstərdiyi diqqət, Mehriban Əliyevanın davamlı təbliğatı sayəsində muğam, aşıq sənəti, Novruz bayramı ənənələri, xalçaçılıq sənəti, tar ifaçılıq sənəti, çovqan oyunu, kəlağayı düsəldilməsi sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Xalq artisti Mələkxanım Əyyubova da bir millətin, bir dövlətin tarixində mədəniyyətin xüsusi izi olduğundan danışdı. «Şərq»ə açıqlama verən Xalq artisti Mələkxanım Əyyubova «Bəzən deyirlər ki, incəsənət, musiqi sərhəd tanımır. Bəli, həqiqətən belədir. Bu gün Azərbaycan musiqisi, xüsusilə muğamı dünyaya səs salıb, sərhədlər aşır. Amma dünyanın bu qədər qloballaşan dövründə mədəniyyət sahəsində bu qədər uğurlara imza atmaq üçün təkcə istedad istedadlı sənətkarların fəaliyyəti yetərli deyil. Bu gün Azərbaycan mədəniyyətinin bir çox sahələri inkişaf edib.

Bu inkişafın ən böyük səbəbi dövlətin mədəniyyət sahəsinə olan qayğısı, diqqətinin nəticəsidir. Azərbaycan xəritədə o qədər böyük dövlət deyil. Amma Azərbaycan mədəniyyəti böyük tarixi kökə bağlıdır. Zəngin mədəni irsimizin qorunması, onun dünyada tanınması istiqamətində dövlət səviyyəsində görülən işləri unutmaq haqsızlıq olar. Bu gün Azərbaycan mədəniyyətinin bir çox sahələri, incəsənət incilərimiz YUNESKO-nun mədəni irs siyahısına daxil edilib. Bütün bunların həyata keçməsində dövlət başçımız İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi əməyi var. Biz sənətçilər, muğam ifaçıları bu gün dövlətin qayğısı ilə əhatə olunmuşuq.

Bu qayğının nəticəsidir ki, Azərbaycan sənətçiləri, xanəndələrimiz dünyanın məşhur konsert salonlarında çıxışlar edirlər. Ölkə başçısı, eyni zamanda 1-ci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın incəsənət sahəsində olan sənətkarlara diqqəti danılmazdır. İldə bir neçə dəfə incəsənət sahəsində olan ayrı-ayrı sənətkarlarla şəxsi görüşlərin keçirilməsi, onların sosial qayğıları ilə maraqlanmaq, fəxri adların verilməsi, sənətkarların yaradıcılığına olan qayğının nəticəsi olaraq onların evlə təmin olunması kimi müxtəlif addımların atılması bir daha dövlətin incəsənət sahəsində olan sənətkarlarına diqqətinin bariz nümunəsidir.

Biz sənət adamları da bu qayğıdan həm stimul almış oluruq, ruhlanırıq, həm üzərimizə düşən məsuliyyəti hər dəfə daha çox hiss edirik. Azərbaycanın qaymaq sənətkarları var ki, dövlət qayğısı ilə tam əhatə olunublar.

Təkcə fəxri adların verilməsindən, prezident təqaüdündən söhbət getmir. Bizim dövlətimiz mədəniyyət sahəsində əməyi olan, dövlətinə xidmət edən hər bir sənətkarına qayğısını bu ya digər şəkildə göstərmiş olur. Mehriban xanım sənət adamları, muğam ifaçıları ilə görüşür, hər il bir çox sənətçilər dövlətin fəxri adları ilə mükafatlandırılır, sənətkarların sosial qayğıları ilə maraqlanırlar. Bütün bunlar sənətkarın yaradıcılığına müsbət təsirini göstərir.

Mən öz adımdan bir daha dövlətimizin başçısına, onun xanımı Mehriban Əliyevaya minnətdaram ki, sənətkarlara, mədəniyyət xadimlərinə, incəsənət sahəsinə bu qədər qayğı ilə yanaşırlar.

Biz sənətkarlar da bu diqqətdən ruhlanırıq, yeni layihələr, maraqlı konsert proqramları təqdim etməyə maraqlı oluruq. Biz dövləitmizdən, dövlət siyasətimizdən tam razıyıq. Məhz dövlət başçımızın məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan dövləti dünyanın ən öndə olan ölkələri ilə hər sahədə rəqabətə zəmin yarada bilib. Bir millət olaraq mədəniyyətmizlə dünyaya medan oxumağa qadir dövlətik, buna görə dövlət başçımıza təşəkkür etməliyik».

 

Tahirə Məmmədqızı

Şərq.- 2018.- 20 dekabr.- S.13