“Dünyanın məşhur musiqiçilərilə
söhbətlərimiz olub...”
Arif Babayev:
"Hələ bu günə qədər heç bir dünya şöhrətli sənətçidən,
incəsənət xadimindən
eşitməmişəm desin
ki, dövlət mənim sənətimə
dəyərini ev hədiyyə edərək
qiymətləndirib"
Azərbaycanda incəsənət sahəsində
olan sənətkarlara,
mədəniyyət xadimlərinə
diqqət, qayğı
və hörmətlə
yanaşılıb. Azərbaycan dövləti
sənətkarlarına qarşı
istər mənəvi,
istərsə də maddi dəstəyini əsirgəməyib. İncəsənət
xadimlərinin yaradıcılıqlarını
ruhlandırmaq, onların
sosial qayğılarını
rahatlaşdırmaq üçün
sənət adamlarının
ev problemləri həllini tapıb, onlara prezident təqaüdü ayrılır, fəxri ad və mükafatların
verilməsi onlara stimul verir. Dövlət
qayğısı ilə
əhatə olunan sənət adamları ayrı-ayrı vaxtlarda dövlət başçımıza
bu diqqətə görə təşəkkürlərini
bildirməyə çalışır.
Xalq artisti Arif Babayev də
Azərbaycan dövlətinin
incəsənət sahəsinə
olan qayğısından
ürəkdolusu söhbət
açdı: «İncəsənət
sahəsi bir dövlətin tanınmasında
mühüm rol oynayır. Mən ömrümün yarısından
çoxunu yaşamış
insanam. Yaşımın
elə dönəmidir
ki, kimsədən çəkindiyim yoxdu.
Şükür Allaha ki, xalqımın
sevgisini hər zaman hiss etmişəm.
Elə bu sevgi də mənim
dövlətimə, xalqıma
vicdanla xidmət etmək üçün zəmin yaradıb. Sənətə gəldiyim
gündən onlarla ölkədə qastrol səfərlərində olmuşam,
dünyanı gəzmişəm.
Bu gün əminliklə deyirəm ki, Azərbaycan dövlətinin sənət
adamlarına olan qayğısını başqa
heç bir millətdə görə
bilməzsiniz. Dünyanın
məşhur musiqiçiləri,
sənət adamları
ilə də söhbətlərimiz olub.
Hələ bu günə
qədər heç bir dünya şöhrətli sənətçidən,
incəsənət xadimindən
eşitməmişəm desin
ki, dövlət mənim sənətimə
dəyərini ev hədiyyə edərək
qiymətləndirib. Bu
ənənənin də
yaradıcısı Heydər
Əliyev olub. Allah ona rəhmət
eləsin. Heydər Əliyevin sənət adamlarına qayğısının
şahidi olan insanam. Hər bir sənətkarla ayrı-ayrılıqda maraqlanan
böyük şəxsiyyət
olub. Bunun üçün o qədər
mənəvi baxımdan
zəngin mədəniyyət
sahibi olmalısan ki, sənət aləminə belə isti sevgi ilə
bağlanasan. Onunla şəxsən bir neçə dəfə görüşmüşəm.
Onun incəsənətə,
mədəniyyətə, mədəniyyət
sahəsində olan insanlara nə qədər həssaslıqla
yanaşdığının şahidi olmuşam. Sovet vaxtında belə o, incəsənət
sahəsində olan insanlara, xüsusilə də muğam sahəsinə diqqət göstərirdi.
O yüksək
dahi mədəniyyət
sahibi olan cənab İlham Əliyevin də münasibətində özünü
göstərə bildi.
İlham Əliyev də ulu öndərin
qoyduğu ənənəni
davam etdirməklə incəsənət sahəsinin
inkişafı üçün
lazım ola biləcək böyük
addımlar atdı. Bu gün
Azərbaycanda fəaliyyət
göstərən bütün
sənət adamları
dövlətin qayğısından
bəhrələnir.
Əsl sənətkarlara,
mədəniyyət sahəsində
çalışan şəxsiyyətlərə
dövlətin qayğısı
danılmazdır. Mən
bu dövlətdən
necə narazı ola bilərəm? Mənə qayğısını
hiss etmişəm, istər şəxsiyyətimə,
istər sənətimə
olan dəyəri görmüşəm. Prezident
tərəfindən dövlətin
ən yüksək fəxri adlarına layiq görülmüşəm,
evlə təmin olunmuşam, sosial həyatımın rahatlaşması
üçün mənə
hər bir şərait yaradılıb.
Söhbət təkcə
mənim sənətimə
olan qayğıdan da getmir.
Azərbaycanın böyük sənətkar
ordusu, incəsənət
xadimlərindən ibarət
sərkərdələri var
ki, onlar bu gün məhz
dövlət başçısı
İlham Əliyevin, dövlətin qayğısı
ilə əhatə olunublar. Mehriban Xanım Əliyeva hər il muğam
sahəsində olan xanəndələrlə görüşür,
bizim dolanışığımızla,
çətinliklərimizlə maraqlanır.
Bu gün Azərbaycan
muğamının bu
qədər inkişaf
etməsi, dünyanın
ən mötəbər
konsert salonlarında muğamlarımızın səslənməsi,
xanəndələrimizin yaradıcılığında
olan yeniliklər məhz bu qayğının
nəticəsidir. Bu
qayğıya, bu diqqətə görə mən şəxsən cənab prezidentimizə, Heydər Əliyev Fondunun rəhbəri, 1-ci vitse prezident Mehriban xanım Əliyevaya ailəmiz adından təşəkkür
edirəm».
Tahirə Məmmədqızı
Şərq.-
2018.- 21 dekabr.- S. 12.