“Mən xoşbəxt sənətkaram...”

 

Könül Xasıyeva: "B həyatı dövlət başçımız İlham Əliyevə, onun həyat yoldaşı Mehriban xanım Əliyevaya borcluyuam"

"Dediklərimin tam həqiqət olduğunu xalqım da bilir, göydəki Allah da görür"

Mədəniyyət bir millətin səviyyəsinin, tarixinin, irsinin, intellektinin güzgüsü hesab edilir. Azərbaycan dövləti Azərbaycan mədəniyyətinin inkişafı üçün hər zaman maraqlı olub. Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət sahəsinə, incəsənət xadimlərinə xüsusi qayğı, diqqətlə yanaşmağa çalışıb. Ulu öndər Heydər Əliyevin ənənəsini bu gün davam etdirən Prezident İlham Əliyev xanımı Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin inkişafı istiqamətində vacib qərarlara imza atıblar. Sənət adamlarına həm mənəvi, həm maddi baxımdan diqqət göstərən dövlətimiz hər zaman istedadlı olan sənətkarlara qayğısını əsirgəməyib.

Xalq artisti Könül Xasıyeva da Azərbaycan dövlətinin incəsənət sahəsinə, mədəniyyət xadimlərinə olan qayğısını vurğulayaraq bu gün həyatda yaşaması üçün məhz dövlət başçısına və ailəsinə minnətdar olduğunu dilə gətirdi:

«Bir sənətkar olaraq mən dövlətimizdən mənim sənətimə şəxsiyyətimə olan bütün qayğıları görmüşəm.

Allah ölkə başçımız cənab İlham Əliyevə cansağlığı versin. Ölkəmizin birinci vitse-prezidenti Mehriban xanıma cansağlığı versin. Onlar olmasaydı, bu gün mən həyatda olmazdım. Onlar olmasaydı, mənim tək balam bu gün ölümlə üz-üzə dayanmışdı. Mən uzun müddət evsiz qalmışdım, problemlərim var idi. Bu barədə danışmadım, utanırdım. Amma Mehriban xanım mənim vəziyyətimdən xəbərdar olan kimi göstəriş verdi. Səhhətim ağır vəziyyətdə idi. Mənim bütün müalicələrimi dövlət öz üzərinə götürdü. Mehriban xanımın şəxsi göstərişi ilə mənə tam təmirli, eyni zamanda içində bütün məişət avadanlıqları, mebellərlə təmin olunmuş ev hədiyyə olundu. Bu gün Könül Xasıyeva yaşayırsa, bu həyatı dövlət başçımız İlham Əliyevə, onun həyat yoldaşı Mehriban xanım Əliyevaya borcluyuam. Dediklərimin tam həqiqət olduğunu xalqım da bilir, göydəki Allah da görür. Dövlətimiz hər bir sənətkarına qayğı ilə yanaşır, diqqətini bizdən əsirgəmir. Hansı ölkənin dövlət başçısı sənətçilərə bu qədər qayğı göstərir? Bəlkə mən bilmirəm, siz deyin. Mən bu dövlətin sevgisini görmüşəm, bu dövlətin qayğısıyla təmin olunmuşam, yaradıcılığımda əldə etdiyim uğurlara görə bu dövlətə borcluyam. İnşallah, mart ayında növbəti solo-konsertim təşkil olunur. Mən ölmüşdüm, mənə yenidən yaşamaq üçün stimul verən cənab prezidentimizə, onun ailəsinə minnətdaram. Bir sənətçini balığa bənzədək. Əgər balıq sudan kənarda qalarsa, qədər yaşaya bilər? Biz sənətçiləri səhnə yaşadır. Mən elə bir vəziyyətdə idim ki, danışa bilmirdim, nitqim tutulmuşdu, ayaqlarım yer tutmurdu, vəziyyətim ağır idi, illərdir səhnədən kənarda qalmışdım, səhnəyə çıxa bilmirdim. Evsiz idim, kirayələrdə oğlumu böyüdürdüm. Bu gün bütün bu problemlərim həll olunubsa, buna görə yalnız dövlətimə təşəkkür etməliyəm. Mən xoşbəxt sənətkaram ki, belə bir dövlətdə yaşayıram, belə bir dövlətin, millətin sənətini yaşadıram. Dövlət başçısının göstərişi ilə mənə prezident təqaüdü verilir. Bir insanın, bir sənətkarın yaşaması üçün daha lazımdır. Mən dövlətimizə bu qayğı üçün təşəkkür edirəm».

 

Tahirə

 

Şərq.- 2018.- 22 dekabr.- S.10