TƏNHALIĞIN FACİƏSİ: 3 GÜN HEÇ KİM BİLMƏDİ Kİ...

Müalicəsi ilə ilgilənmək, bir klinikaya yerləşdirmək olardı, əgər tamam tənha idisə, qocalar üçün pansionata yerləşdirmək olardı

Azərbaycan incəsənəti Zərnigarını itirdi. Xalq artisti Zərnigar Ağakişiyeva 72 yaşında həyatla vidalaşdı. Həm tək - tənha.Zərnigar xanımın vəfatı dünən informasiya saytlarının, sosial şəbəkələrin baş xəbəri oldu. Bu, cazibədar möhtəşəm aktrisanın, bəlkə sonuncu görünüşü idi. Fotoları paylaşıldı - gənclik fotoları, oynadığı obrazlar, ifa etdiyi rollardan şəkillər bir qocalığını, tənhalığını əks etdirən şəkillər... Zərnigar xanım sonuncu dəfə onu sevənlərlə yaxın təmas qurdu; ölümündən sonra.

Onun vəfatına hər kəs kədərləndi. Heyifsləndi. Peşmanlıq keçirdi. "Gərək belə olmayaydıdedilər. Bu da Zərnigarın həyatı idi. Əvvəli coşqun, rəngarəng, alqışlarla, çiçəklərlə dolu, hətta parıltılı. Zərnigar xanım hər bir aktrisanın arzulaya biləcəyi ömür yaşamışdı. Həyatında çox şey vardı, təkcə ailədən başqa. Həyatında yoldaşı, Simsarı yoxuydu Zərnigar xanımın. Tənhalıq içində həyata vida etdi.Aktrisanın cəsədi yaşadığı mənzildə FHN xilasediciləri tərəfindən srağagün aşkarlanıb.Tanınmış teatr kino aktrisa Zərnigar Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram kino aktyorufakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklərdramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.

Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 2014-cü ildə "Şöhrətordeninə layiq görülüb. Prezident təqaüdçüsüdür. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.

Zərnigar Ağakişiyeva kino teatrda möhtəşəm obrazlar yaratmışdı. Srağagünki məlumatlarda çox ötəri yazılır bu barədə;

Fəxrəndə xanım - İ.Əfəndiyev "Mahnı dağlarda qaldı”, Zivər - Anar "Təhminə Zaur”, Kərbəlayi Fatma - C.Məmmədquluzadə "Ölülər”... Amma Z.Ağakişiyevanın möhür vurduğu obrazların siyahısı uzundur: Onun "Sevil”də Dilbəri necə unudula bilər?! "Atayevlər ailəsi”, "Ötən ilin son gecəsi”, "Mehmanxana sahibəsi”, "Ordan-burdantele-tamaşalarında, "Yuxu”, "Fransızfilmlərində unudulmaz obrazlar canlandırıb. Zəngin istedada malik aktrisadan teatr kino sahəsində çox istifadə edilə bilərdi.

Allah rəhmət eləsin! ?

 

"Onun ölümünü belə təsəvvür edirdim

 

Zərnigar Ağakişiyeva ilə bağlı onun dostları Modern.az saytına danışıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda məsləhətçi, jurnalist Ramilə Qurbanlı bildirib ki, Zərnigar Ağakişiyeva hər kəsə küskün idi:

"Biz onun 70 illiyini restoranda qeyd elədik. İstəmirdi, küskün idi, mən Sənubər İsgəndərovaya dedim ki, bunu eləməliyik təşkil elədik. Özünə çox xoş oldu razılaşdı.

Ondan sonra çox az görüşdük. Bir dəfə evində oldum, amma tez-tez zəng edərdim, həmçinin özü zəng edirdi, danışırdıq. İçərişəhərdə onun sevdiyi bir kafe vardı, deyirdi "gəl gedək o kafedə bir oturaq”. Mənim vaxtım məhdud olduğundan bu gündən sabaha qalırdı hər dəfə. Sonra da soyuqlar düşdü, o, çıxa bilmədi. İndi ona görə özümü qınayıram ki, kaş ki, gedəydim”.

R.Qurbanlı qeyd edib ki, Zərnigar Ağakişiyeva son vaxtlar telefonlara da cavab vermirdi:

"Qapını heç kimə açmırdı. Mən onun ölümünü belə təsəvvür edirdim. Amma çalışırdım ki, diqqətdə saxlayım, belə olmasın, lakin özü çəkildi, qapandı - adətən tənha sənətkarların taleyi belə olur. Allah o dünyasını versin, gözəl sənətkar çox gözəl insan idi. Ürəyini adama çıxarıb verə bilən insan...”.

 

"Zərnigar xanım kimi qadının sonu belə olmamalıydı

 

Z.Ağakişiyevanın vəfatı ilə bağlı dünən sosial şəbəkələrdə "fırtınaqopdu. Hər kəs bu gözəl aktrisaya Allahdan rəhmət diləyirdi tənha qadının həyat faciəsini ağrıyla yada salırdı.

Zakir Məmmədov: Allah rəhmət eləsin! Təklik, tənhalıq çox pisdir.

Pərvin Hacıyev - Saytlarımız Maşın üstündə striptiz oynayan ....ləri ....lərin alt geyimini, "translar”ın hər addımını bütün günü paylaşır. Amma milli dəyərlərimiz bomj kimi ölüb gedir. Bunları niyə bir kütləvi informasiya vasitəsi olaraq çəkmirsiz? Paylaşmırsız? Dünən efirə çıxır, bu gün fəxri ad alırlar. 50 il gözəl oxuyub xalqımıza xidmət edənlərə heç "əməkdar artist” adı da verməmişdilər... isə.....

Ülviyyə Hüseynova: Onun qayınana obrazları indi çox yadda qalan obrazlardan olacaq.

Sevda Ağakişiyeva: Baxın, sözüm o kəslərədi ki, qınayırlar yaşlı insanlar ailə həyatı quranda. Bu gün üçün lazımdı yoldaş, 3-4 gün heç kim bilməyib bu gözəl aktrisanın vəfat etməsini... həyat yoldaşı bununçün lazımdı insana.

Sürəyya Müslüm: Allah rəhmət eləsin! Tənhalığın faciəsidir, Allah kimsəni tənha qoymasın.

İnci Bağırova: Ayağının altında yer titrəyən bir qadın, kim deyərdi ki, sonu bu cür olacaq?! Allah rəhmət eləsin. İnsanlara verilən qiymət budu. Maraqlanan olsa idi, bəlkə bu cür olmazdı.

Aytən Jalə: Ən azından səhhəti ilə maraqlanıb müalicəsi ilə ilgilənmək, bir klinikaya yerləşdirmək olardı, əgər tamam tənha idisə, qocalar üçün pansionata yerləşdirmək olardı. Aktyor yoldaşları da maraqlanmayıb, yəqin.

Xalq artisti Ramiz Məlik sosial şəbəkədə yazıb:

Hərdən mənə zəng edirdi, axırıncı dəfə Yeni İl münasibətilə bir-birimizi təbrik etdik. Çox istiqanlı xanım idi. Heyif, teatrdan ayrıldı. Aktyor teatrdan ayrılanda tez xəstəlik tapır. Tək yaşayırdı, neçə dəfə teatra dönməyini xahiş etmişdim. Elə deyirdi ki, ay Ramiz, axı indiki teatr, biz başladığımız teatr deyil! Tofiq müəllim, Mehdi müəllim, o karifey aktyorlar yoxdur, onlarla səhnədə tərəf-müqabili idik, öz yaşıdlarımız da tez həyatdan getdilər. Bir-iki nəfər qalmışıq, edə bilərik? Məkanın cənnət olsun, Zərnigar xanım!

Zakir Rəhimli: Allah rəhmət eləsin! Amma çox xalq artistlərimiz bu dünyanı tənhalıqla tərk ediblər.

Tərana Əliyeva: Mən razıyam. TV-lərdə ağıllı söz, səviyyəli veriliş həsrətindəyik. Bizim aktrisaların sonu niyə belə olur görəsən?..

Sonda bunu da bildirək: Xalq artisti Quba şəhər qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.

Zərnigar xanıma da Fəxri Xiyabanda yer tapılmadı. Simsarı olmadığına görəmi?!

 

Məlahət Rzayeva

Şərq.- 2018.- 10 fevral.- S.8.