Ölüm Ona yaraşmırdı
Hamı Kamran İsrafilovu
yerini bilən, mədəni insan kimi tanıyırdı
"Əziz dostlar! Biri var idi, biri yox
idi. Bir Kəs və
bir Nakəs var idi. Kəs gözəl əməllərlə
tanınırdı. Nakəs isə
babaykalıq edib, pislik yayardı. Bir gün Nakəs dözməyib, Kəsə
yaxınlaşdı. Sual etdi
ki, bəs necə edirsən ki, səni sevirlər?
Kəs məsləhət
verdi ki,
sevgi ilə danışıram, sevgi ilə yaşayıram. Sən də et. Mütləq alınacaq. Nakəs düşündü. Elə
bu vaxt yağış
yağmağa başladı...”
Bu onun - aktyor Kamran İsrafilovun son paylaşımı
olub.Bakı şəhər
Mədəniyyət və
Turizm İdarəsinin
şəbəkəsinə daxil olan Mərdəkan
Mədəniyyət sarayının
bədii rəhbəri,
aktyor Kamran İsrafilov
39 yaşında vəfat
etdi. Aktyor beyin qansızması
nəticəsində dünyasını
dəyişib. Mərhum Şüvəlan
qəsəbəsində, "Mirmövsüm ağa” ziyarətgahının yanında
dəfn olunub.
Qeyd edək ki, 1979-cu il təvəllüdlü
K.İsrafilov Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
baş tutan Novruz Bahar Festivalının
keçirilməsində, Strasburqda
YUNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə
"Azərbaycanın xoşməramlı
mələkləri” adı
altında keçirilən
konsertin lentə alınmasında və bir sıra digər
tədbirlərin işıqlandırılmasında
yaxından iştirak edib.Həmçinin, İTV-də
uşaq və digər verilişlərdə
aparıcı olub, Arzu Əliyevanın prodüserliyi ilə çəkilmiş "Əbədi
ezamiyyət” sənədli
filmində Ə.Topçubaşovun
obrazını canlandırıb.Tanıyanlar
isə onun nə qədər sakit, kübar əxlaqa sahib olduğunu bilirdi. Elə tamaşaçı yaddaşında Kamran saf bir insan olaraq
qala bildi. Xüsusilə də uşaqların sevimlisi ola bilmişdi.
Uşaq verilişlərinin aparıcısı
olan Kamran balaca tamaşaçıların sevimlisinə
çevrilə bilmişdi.
Onların təmiz ürəklərində
yer tutmuşdu.Onunla tanışlığım İTV telekanalındakı uşaq
verilişindən başladı.
Təxminən 12-13 il əvvəl oğlumla onun verilişində qonaq olduq. Elə o gündən dostluq
edə bildik. O gün bir də
Kamranı tanımaq, onun istər insan, istərsə də aktyor olaraq görünməyən
tərəflərini kəşf
etmək imkanım oldu. Sadəliyi, dürüstlüyü, səmimiyyəti məndə
sanki illərlə dostluq etdiyim insanı mənə xatırlatdı. Elə bu
gün hamı onu belə insan
olaraq xatırlamağa
çalışdı.
Aparıcı Hacı Nuran Kamranın vaxtsız ölümünə təsirləndiyini
dilə gətirdi:
"Gözəl münasibətimiz
olub. Bir çox tədbirlərdə
bir yerdə iştirak etmişik. Onun ölməyi həqiqətən vaxtsız,
vədəsiz oldu. Gözlənilməz ölümlər
insana daha çox təsir edir. Yaşamağı sevən insan idi. Heyif ki,
ölüm bəzən
sevdiklərimizi bizdən
tez alıb aparır. Allah rəhmət eləsin!”Şeyx Əbdül Mahmudbəyov onu belə xatırladı:
"Gözəl insan,
maraqlı aparıcı
kimi yaddaşımda qalıb. Kamranla bir neçə verilişdə bir yerdə olmuşuq, bir çox tədbirlərdə iştirak
etmişik. Yerini bilən, mədəni bir insan idi.
Çox səliqəli
idi. Məsuliyyətli
olduğu aparıcısı
olduğu hər tədbirdə hiss olunurdu. Eşitdim, pis oldum. Ona
ölüm yaraşmırdı.
Düzünü desəm,
inanmaq istəmədim.
Amma həyat bizi acı oyunları
ilə imtahana da çəkir. Allah rəhmət eləsin”.
Sinif yoldaşı,
yazar Valeh Əhmədov isə Kamranın ölüm xəbərindən sarsıldığını
bildirdi:
"Əslində inanmaq da istəmirəm.
O qədər maraqlı,
səmimi insan idi ki, onunla
dostluqdan heç vaxt yorulmamışam. Çox həssas, diqqətə önəm verən bir insan idi. Bəzən
özümə belə
qəribə gəlirdi
ki, insan nə qədər həssas ola bilər. Uşaqları çox sevirdi. Pozitiv insan idi.
Ən çətin günlərində belə
heç kimin qəlbini qırmazdı. Hərdən deyirdim ki, bir az
dəyiş. Sən bu zəmanənin adamı deyilsən. Yaradıcı ruhlu insan idi. Allah
rəhmət etsin. Dost itkisi ağır
olur. Həqiqətən
dəyərli dostumu itirdim”.
İctimai Televiziyanın
aparıcısı Saleh
Bağırov da həmkarı barədə
bunları söylədi:
"Onun ölümü
hər birimizə təsir etdi. Həmişə hamıya hörmətlə
yanaşırdı. Uşaq
verilişlərinin aparıcısı
olduğu müddətdə
onun körpələrlə,
studiyaya gələn balacalarla nə qədər səmimi, mehriban olduğunu görəndə bir az təəccüb edirdim. İnsanda bu qədər səbir olarmı? Kamran hər birimizin yaddaşında özünə hörmət
etməyi bacaran insan kimi qaldı.
Allah rəhmət eləsin!”
Tahirə Məmmədqızı
Şərq.-
2018.- 14 fevral.- S.13.