Əzizim akademik Arif Paşayevə
Səndən qabaq, məndən qabaq
Əsli
sevib, Kərəm sevib,
O göz yaşı, bu qəm sevib
–
Səndən qabaq, məndən qabaq.
Dan sökülür, yer oyanır,
Qaranlıqlar işıqlanır,
Dan ulduzu göydə yanır –
Aydan qabaq, gündən qabaq.
Niyə sevənlər ağlayır?
Baxtı
yoluna bağlayır,
Din bu eşqi günah
sayır –
Tanrı da var dindən qabaq.
***
Yerdə
yer həsrəti
Əzizim
akademik Arif Paşayeva ithaf olunur
Ayağım yerə dəydi,
Sənə şükür, İlahi!
Nə əziz, nə müqəddəs
Yer imiş – Yer, İlahi!
Mən haqqın dərgahında,
Dilimdə dualarım.Yerdə yerdən
savayı
Bir tanrım
yoxdur, Tanrım.
Mənə addım atmağı
Sən öyrətdin, İlahi!
İməkləmək istədim,
– Yeri! – dedin, İlahi!
Ayaq üstə qaldırıb,
Qolumdan tutdun ki: – Qalx!
“Yüyür!” – dedin, yüyürdüm,
“Qaç!” – dedin, qaçdım Allah.
Mən beşik dünyamızdan
Endim yer dünyasına.
O gündən düşdüm
elə
İnsan
iddiasına,
Böyüklük xülyasına,
İsgəndər Zülqərneyn,
Promotey sevdasına.
Yer, sənə yıxılanı
Qaldırırsan əlüstü,
Dağılır qara tüstü.
Deyirsən: – Ey insan, qalx!
Sən mənə arxalanan, qalx!
Qalx, heykəl ol, şıx ol, qalx!
Ayağın altda yerəm,
Yerə
yaraşıq ol, qalx!
Gedən-gəlməz yerimiz
Sənsən! Əskik olma, Yer!
Həyatın əzəli yer,
Özəli Yer, doğma Yer!
Şərq.-
2108.- 15 fevral.- S.5.