...Zövq alar arif Muğamat var olan yerdə
Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
Yaranmışdır
muğamatım,
əcəbdir şux qəzəllərdən,
Qəzəllər
ixtilat eylə,
qara
gözlü gözəllərdən,
Gözələr
imtina etməz
bu
sevdaya dözənlərdən,
Həmişə
şad olar dillər
kamança, tar olan yerdə.
Sədayi-mesiqi
xoşdur
mənimlə yar olan yerdə,
Xüsusən
zövq alar arif
muğamat var olan yerdə.
Muğam sənəti Azərbaycanın professional musiqi mədəniyyətinin
şifahi irsinin mühüm qismini təşkil etməklə,
Azərbaycan xalqının mədəni ənənələrində
və tarixində dərin köklərə sahibdir. Bir sıra
ümumi, bədii cizgilər Azərbaycan muğamını
İran dəstgahları, özbək-tacik
şaşmakomları, uyğur mukamları, hind raqaları, ərəb
nubaları, türk təqsimləri ilə
qohumlaşdırır və bütün bunlar Şərq
musiqisinin ümumi-bədii ənənələrini təşkil
edirlər. Muğam xalqımızın
incisidir, xalqımızın genetik kodudur. Nəsillərdən-nəsillərə
keçərək muğam Azərbaycan xalqının qan
yaddaşını formalaşdırıb.
Həm milli mədəniyyət üçün, həm
də bütün bəşəriyyətin mədəniyyəti
üçün Azərbaycan muğamının bədii dəyəri,
onun yüksək mənalılığı 2003-cü ildə
YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən
qəbul edilib.
YUNESKO Muğamı "Bəşəriyyətin şifahi və
qeyri-maddi irsinin şah əsərlərindən biri” elan
etmişdir.
Muğam bəşəri mədəniyyət səlanəmsidir. Muğam
dünya musiqi xəzinəsinin incisidir. Dünyada
mövcud olan musiqi janrlarından fərqli olaraq, muğam bir
çox xalqların milli-mədəni irsinin
formalaşmasında və bugünkü dövrə qədər
gəlib çatmasında mühüm rol oynayıb. Azərbaycanın 1-ci vitse prezidenti, Heydər
Əliyev Fondunun prezidenti, Mehriban xanım Əliyevanın
söylədiyi kimi, təbiət hər zaman təkrarsız
canlandığı kimi, muğam sənəti də heç
bir sərhədlərə sığışmayan, azad,
özü-özündən bəhrələnən bir sənətdir.
Muğam sənəti əsrlər boyu Azərbaycan
xalqının milli tanıtma nişanlarından biri kimi milli-mədəni
irsimizin əsas hissəsini təşkil edib. Bu mənada, bizi millət kimi qoruyub saxlayan bu mədəni
irsi, mədəniyyəti yaşatmaq və təbliğ etmək
hər birimizin mənəvi borcudur.
Muğamın
fəlsəfəsi və ya ruhumuzun qidası...
Muğam sadəcə hansısa bəstəkar tərəfindən
bəstələnmiş sadə bir musiqi və ya avaz deyil. Muğam insan
ruhunu oxşayan, onun psixologiyasına müxtəlif istiqamətli
təsir göstərə bilən unikal bir vasitədir. Muğam bizim həyatımızın,
varlığımızın bir hissəsidir. Mehriban
xanım Əliyeva muğamı obrazlı şəkildə
çox dəqiq səciyyələndirib: "Biz muğamı
gələcək nəsillərə qəlbimizin və
ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz
muğam bizim varislərimizdə köklərə
bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik,
iztirab çəkməyi və başqalarının
iztirabına şərik olmağı bacarmaq, muğamın
özünün malik olduğu mənəvi kamillik, tamlıq
kimi keyfiyyətlər aşılamağa qadirdir”.
Muğamın elmi baxımdan açımı həmişə
bir sirri özündə ehtiva etsə də, son illər onun
sirli və sehirli, mürəkkəb quruluşu
araşdırmaçıların ciddi marağına səbəb
olub. Tarixi mənbələrdə
göstərilir ki, musiqişünaslar, ədəbiyyatşünaslar,
tarixçilər, qədim yunan və orta əsr filosofları
Şərqdə inkişaf edən bu unikal sənətin sirlərini,
muğamların bəşərin inkişafında rolunu və
gərəkliyini daha dərindən öyrənmək
üçün çoxlu araşdırmalar aparıblar.Muğam
şərq xalqlarının fəlsəfəsində, ruhunda
mühüm yer tutan fenomen olduğu üçün daim
mütəfəkkirlərin, filosofların araşdırma
mövzusu olub. Əbu Nəsr Fərabi, Əbu Əli ibn Sina,
Əlkindi, Əbdülqadir Marağayi, Səfiyyəddin Urməvi
və başqaları hələ o zaman, klassik şərq
muğamı barədə nəzəri fikirlər söyləyiblər.
Azərbaycanda isə bəstəkar, professional
musiqimizin görkəmli nümayəndəsi Üzeyir
Hacıbəyov XX əsrdə Şərq musiqisi və
muğam nəzəriyyəsinə dair əsas fikir sahiblərindən
biri kimi tanınır.Ölkəmizdə ən tanınmış
muğam ifaçılarından olan Seyid Şuşinski
muğamı bütöv bir ümmana bənzədirdi. Xan Şuşinskinin fikrincə isə muğam
yaralı ürəklərin məlhəmi, insanlara təsəlli
verən, onları ruhən yüngülləşdirən bir
sənətdir. Xalqımızın əhval-ruhiyyəsini,
onun xarakterini ifadə edən ecazkar muğam
melodiyalarını dinlədikcə insan sanki saflaşır,
qürur hissi keçirir. Təsadüfi
deyil ki, akademik Vasim Məmmədəliyevin dediyi kimi, musiqimizin
Quranı olan muğam Avropa və Amerikada özünə
yüzlərlə, minlərlə pərəstişkar
tapıb. Azərbaycan
muğamlarının bənzərsiz ifaçısı Alim
Qasımovun xarici ölkələrdəki
çıxışlarının necə qəbul edilməsi
buna əyani sübutdur. Vaxtilə bəstəkar
Əfrasiyab Bədəlbəyli tamamilə haqlı olaraq
muğamatı Azərbaycan musiqi dilinin lüğət fondu,
musiqimizin təməli kimi səciyyələndirib.Muğam gələcək
nəslə ötürə biləcəyimiz zəngin irsdir
Gözəllik və məhəbbət rəmzi olan
muğamın yüksəlişi Azərbaycanın müstəqillik
illərinə təsadüf edir. Son 10 ildə
aparılmış məqsədyönlü işlərin nəticəsi
olaraq, muğam sənəti bir daha dünya musiqi incisi kimi təsdiqini
tapdı.Azərbaycan xalqının muğamı Şərq
xalqlarının muğamları içərisində
özünəməxsus yer tutur. Azərbaycanda
muğam sənətinə böyük əhəmiyyətin
verilməsi bütövlükdə Azərbaycanın öz
muğamına sahib çıxması deməkdir. Azərbaycanın birinci xanımı, Mehriban
xanım Əliyevanın fəaliyyəti nəticəsində
muğamımız toyxana, kiçik konsert salonları səviyyəsindən
çıxarılıb YUNESKO səviyyəsinə
qaldırılıb, muğama layiq olduğu beynəlxalq
statusu verilib.
Təsadüfi deyil ki, son illərdə İngiltərə,
Fransa, Almaniya, Yaponiya və ABŞ-da muğama maraq xeyli
artıb, bu ölkələrdə muğamı çox
yüksək səviyyədə qəbul edirlər.
Bu gün ümummilli lider Heydər Əliyevin ortaya
qoyduğu ideyaların reallaşdırılması,
"Muğam Azərbaycanın milli sərvətidir”, - deyən
Prezident İlham Əliyevin dəstəyi, diqqət və
qayğısı, "Biz muğamı gələcək nəsillərə
qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq”, -
söyləyən Mehriban xanım Əliyevanın təşəbbüsləri
nəticəsində muğam sənəti yeni inkişaf mərhələsini
yaşayır.
Dövlət
başçısının Sərəncamı əsasında
Beynəlxalq Muğam Mərkəzinin inşası, Beynəlxalq
müsabiqələrin keçirilməsi, kompakt disklərin
hazırlanması, elmi simpoziumların təşkili və eyni
zamanda, muğamın YUNESKO səviyyəsində təbliği
muğama olan marağı artırır, gənc nəslin
muğama sevgisini formalaşdırır.
Azərbaycan
muğam sənətini dünya səhnəsində təbliğ
edən xalq artisti Alim Qasımov mədəniyyətmizin incisi
sayılan muğamın təbliği istiqəmətində
görülən işlərin dövlət
qayğısı nəticəsində həyata
keçirildiyini bildirdi: "Qədim və orta əsr Şərq
musiqi mədəniyyətinin, folklorunun öyrənilməsində
bu gün də əsas amillərdən biri kimi tədqiqatçıların
təhlil obyektinə çevrilən muğam bir sənət,
elm olaraq, daha çox Azərbaycanda inkişaf edib. Bunu muğama yönələn dövlət
qayğısı, bu sənətin qorunub saxlanılması və
inkişaf etdirilməsi, dünya miqyasında Azərbaycanın
milli irsinin incisi kimi tanıdılması yönündə
irimiqyaslı layihələrin həyata keçirilməsi
söyləməyə əsas verir. Beynəlxalq
muğam müsabiqəsinin keçirilməsi isə bir daha
muğam sənətinin inkişafı, dünya ölkələrində
təbliği istiqamətində həyata keçirilən
önəmli layihələr sırasında yer alır. Bu gün Avropanın böyük dövlətlərinin,
ABŞ-ın bir çox ştatlarının, Yaxın Şərq
və Orta Asiya ölkələrinin səhnələrində
Azərbaycan muğamı sevilərək dinlənilir və
sürəkli alqışlarla qarşılanır. Mən dünyanın bir çox ölkələrinin
böyük səhnələrində muğam konsertləri ilə
çıxış etmişəm. Təcrübələrimdən
çıxış edərək bütün məsuliyyətimlə
deyə bilərəm ki, Amerikada, Avropa ölkələrində
muğam son illər daha böyük marağa səbəb olub.
Xarici ölkələrdən gələn təkliflər
də bunun bariz nümunəsi sayıla bilər. Biz muğamımızın dünya səviyyəsində
tanınması istiqamətində görülən
böyük layihələrə görə dövlətimizə,
Mehriban xanıma borcluyuq. Çünki son 10 ildə məhz
dövlət dəstəyi, qayğısı nəticəsində
muğam incimiz dünyaya səs sala bilib”.Ustad xanəndə,
Əməkdar incəsənət xadimi Aqil Məlikov Azərbaycan
mədəniyyətinin beşiyi sayılan muğam sənəti
barədə danışdı: "Azərbaycan muğamı
bu gün özünün yüksək dönəmini
yaşayır. Dünyanın ən möhtəşəm
konsert salonlarında, səhnələrində Azərbaycan
muğamı səslənir. Bu, Azərbaycan
milli musiqisinin qələbəsidir. Muğam
bizim millətin mənəvi sərvətidir. Onu qorumaq, təbliğ etmək isə hər
birimizin borcudur. Bu gün Azərbaycan
muğamına dünyanın bir çox millətləri maraq
göstərir. İngilisi, fransızı estrada,
pop musiqisi ilə təəccübləndirmək
mümkün deyil. Ancaq milli musiqimizlə, muğamla biz əcnəbilərin
marağına səbəb ola bilirik. Muğam o qədər dərin musiqi janrıdır
ki, onu dinləyən hər bir insana təsir edə bilir.
Muğam sənətinin inkişaf etməsi, onun
təbliği istiqamətində Mehriban xanım
Əliyevanın müstəsna əməyi olub. Məhz Heydər Əliyev Fondunun dəstəyi,
dövlət qayğısı nəticəsində Azərbaycanda
Muğam Mərkəzi fəaliyyətə başladı,
muğam müsabiqəsi keçirildi. Bütün
bunlar Azərbaycan muğamının dünyada
tanınmasına şərait yaratdı. Alim
Qasımov kimi dünya şöhrətli xanəndələrimiz
var ki, onların xaricdəki
çıxışlarının muğamımızın
tanınmasında təsiri danılmazdı. Alim Qasımovu dinləyən istənilən əcnəbidə
muğama maraq yaranır. Muğam sənəti
ilə maraqlanan araşdırmaçılar,
musiqişünaslar bu təkrarsız musiqi xəzinəsi ilə
maraqlanırlar. Muğam bir çox Asiya
ölkələrində, türkdilli millətlərdə olsa
da, Azərbaycan muğamı tam fərqli şəkildə
muğamı dərk etməyə, onu hiss edərək dinləməyə
imkan yaradır. Muğam ilahi bir musiqi
incisidir. Muğam bu gün dünyəvi
musiqi olaraq da qəbul olunur. Çünki
dinindən, millətindən asılı olmayaraq musiqi duyumu
olan, musiqiyə dəyər verən tamaşaçını
təsirləndirə bilir. Bizlərinin isə
üzərinə düşən məsuliyyət
böyükdür. Çalışmalıyıq
ki, gələcək nəslə, gəncliyə muğam sənəti
barədə daha çox məlumat verə bilək, onlara
muğamı sevdirək. Muğam
kökümüzdü, dünənimiz, keçmişimiz, gələcəyimizdi.
Muğamın açdığı
qapını bəlkə də dünyanın bir çox
diplomatları aça bilməz. Biz milli musiqimizin
dili ilə dünyaya Azərbaycan haqqında daha geniş məlumatlar
verə bilərik”.
Azərbaycan səhnəsinin "Məcnunu”, xalq artisti Mənsum
İbrahimov da Azərbyacan muğamını dünyada təbliğ
edən dəyərli sənətkarlarımız
sırasında müstəsna xidmətləri ilə
seçilə bilib. Xalq artistinin muğamın bugünkü inkişaf və
təbliği istiqamətində maraqlı fikirləri oldu:
"Bu gün Azərbaycan muğamı barədə cəsarətlə
danışa bilirik. Çünki muğam
dünyaya səs sala bilib. Heydər
Əliyev Fondu yaranan gündən Azərbaycan muğamı
özünün inkişaf mərhələsini
yaşayır. Beynəlxalq Muğam
Müsabiqələrinin keçirilməsi muğam sənətinin
dünya arenasında təbliğinə dəstək verir.
6 muğam müsabiqəsinin, 4 Beynəlxalq Muğam
Festivalının keçirilməsi, təbii ki, Heydər
Əliyev Fondunun rəhbəri, 1-ci vitse-prezident Mehriban
xanım Əliyevanın rəhbərliyi və təşəbbüsü
ilə keçirilib. Bu, bir daha muğamın
yaşaması, gələcək nəslə keyfiyyətli,
akademik şəkildə ötürülməsi, dünya
musiqi səhnəsində özünə bəlli yer
tutmasına təsirini göstərir. Azərbaycan
muğamı ilə bağlı bir çox böyük layihələrə
imza atılıb. Muğam disklərinin,
albomlarının dünyanın bir çox ölkələrində
lentə alınması, konsert proqramlarının keçirilməsi,
muğamın Avropa və digər ölkələrdə təbliği
və təşkili istiqamətində görülən hər
bir layihə Azərbaycan mədəniyyətinin
inkişafına verilən töhfədir. İstər
ustad xanəndələrin , istərsə
də gənclərin muğam sənətini təbliğ etməsi
üçün Azərbaycanda hər cür şərait
qurulub. Beynəlxalq Muğam Mərkəzinin fəaliyyəti,
muğam sənətinin tədrisi, bazasının
qurulması, Muğam Ensiklopediyasının hazırlanması
xarici mətbuat səhifələrində Azərbaycan
muğamı barədə məlumatların, məqalələrin
çap olunması muğama göstərilən
qayğının göstəricisidir. Muğam
sənətinin inkişafında Mehriban xanımın müstəsna
xidməti var.
Son 10-15 il ərzində Azərbaycan muğamına olan
qayğı gənclərin muğam sənətinə
sevgisini artıra bilib. Bu gün dövlət səviyyəsində
muğam sənətinə qayğı olduğundan Azərbaycan
Muğamı intibah dövrünü yaşayır. Bu isə Azərbaycan mədəniyyəti tarixinin zənginləşməsi
deməkdir. Muğamı digər dünya
musiqilərindən fərqləndirən bir çox amillər
var. Muğam Allahın bizim xalqımıza verdiyi mənəvi
nemətdi, tükənməyən sərvətdi. Muğam həqiqətən bəşəri
musiqidir. Muğam ifa olunarkən sözlərini
anlamayan dinləyicini belə təsir altına sala bilir. Muğamın sehri də, sirri də ondadır ki, o,
dinləyiciyə çox böyük təsir gücünə
malikdir. Bu gün dünya musiqi səhnəsində
seçilmək üçün muğam qədər
böyük təsir gücü olan başqa bir sənət
nümunəsinin adını çəkməyə ehtiyac
yoxdu. Muğam - fəlsəfi yükü dərin
olan musiqi dəryasıdır. Onu
araşdırmaq, təbliğ etmək, öyrənmək
üçün isə hələ əsrlər lazım gələcək”.
Azərbaycan xalqı tarixən üzləşdiyi
çətinliklərə baxmayaraq, milli-mənəvi dəyərlərinə
bağlılığı sayəsində özünün
mövcudluğunu qoruyub saxlaya bilib. Bizim mədəniyyətimiz,
incəsənətimiz, ədəbiyyatımız və tarixi
abidələrimiz xalqımızın mənəvi ruhunu nəsillərdən-nəsillərə
ötürüb, milli varlığımızın simvoluna
çevrilib.
Tahirə Məmmədqızı
Şərq.-
2018.- 24 fevral.- S.12.