Musa
Nağıyevin İngiltərə və İsveçrədə
413 milyonu qalıb
“O pulları kodsuz da geri almaq mümkündür.
Lakin bunun üçün banka dövlət yox, varisin özü müraciət etməlidir”
“Azərbaycan tərəfi milyonçu Musa Nağıyevin
varisi ilə bağlı bütün sənədlərin və
arxiv materiallarının
toplanmasında maraqlı
olmalıdır ki, məhkəmə daha tez və ədalətli
qərar versin”
"Hazırda İngiltərə
və İsveçrə
banklarında çar
Rusiyasında neft milyonçusu olmuş Ağa Musa Nağıyevin
qızıl pulla 413 milyonu qalıb”. Bu sözləri milyonçunun
nəvəsi, Rusiya vətəndaşı Dilarə
Nağıyeva deyib.
Onun sözlərinə
görə, atası Fərəc Nağıyev
deyib ki, Ağa Musa Nağıyev pullarını xarici banklara yatırıb:
"Babam bu pulları Bakı və Rusiya banklarında saxlamaq istəsə də, onlar qəbul etməyiblər. O da məcbur olub İngiltərə və İsveçrə banklarında yerləşdirib”.
Amma hazırda kod sözünü bilmədiyinə görə,
ailəsi həmin pulları ala bilmir: "Bankda bizdən kod istəyirlər, biz isə
bilmirik. 1938-ci ildə həmin banklardan atama çek göndəriblər
ki, gəlin pulları alın. Amma DTK-da bundan xəbər tutub, atamı incidiblər.
Çeki ona yedizdiriblər, sonra da ac saxlayıblar ki, çek həzm olunsun. Ona görə
də pulu ala bilmirik. Amma Azərbaycan dövləti
adından rəsmi olaraq müraciət edib pulu geri
qaytara bilərik”.
Nağıyevlər ailəsinin tək
istəyi onun varidatını xarici banklardan geri almaq və həmin
pula Bakıda iki bina daha tikdirməklə
Ağa Musa Nağıyevin
100 binanın sahibi kimi adını tarixə salmaqdır.
Milyonçu Musa Nağıyev Bakıda 98 bina tikdirib.
Deyilənə görə, Nağıyev
xarici banklarda 413 milyon qızıl pulla yanaşı böyük miqdarda daş-qaşlar olan qutu da saxlayırmış. Pulunun böyük
əksəriyyətini xarici
ölkəyə etibar
edəndən sonra bankdan ona xüsusi
kod veriblər. Kod xaç formasında olan açarın üzərinə həkk olunubmuş. Deyilənə görə, İsveçrə
bank sistemində kodu bilməyən müştəri
əsla ordan pul çıxara bilməz.
Bir məqamı
da vurğulayaq ki,
Sankt-Peterburqda buraxılan
kataloqda məşhur milyonçunun ümumi sərvəti 690 milyon qızıl pul olaraq göstərilib. Məlumatlara
görə, Nağıyev
sadəcə 413 milyon
pulunu xarici banka köçürüb,
geridə qalan 277 milyon qızıl pulu isə Bakıda
dəniz kənarı
yerlərin birində xüsusi olaraq düzəldimiş anbarda
saxlayıb. Anbarın
kodunu da Ağadan başqa heç kim bilməyib.
Xaç
formasında açarın
da həmin anbarda saxlanıldığı deyilir.
Anbarın harda olması
barədə məlumat
yoxdur. Bakı kəndlərinin yaşlı insanları danışırmış ki,
sovet dövründə
nə qədər qızıl axtaranlar onun yerini axtarsalar
da, tapa bilməyiblər.
Məsələ ilə bağlı "Şərq”ə danışan
iqtisadçı-ekspert Natiq
Cəfərli deyib ki, pulu kodsuz
da geri almaq mümkündür. Lakin bunun üçün banka dövlət
yox, varisin özü müraciət etməlidir:
"Bugünə
qədər İsveçrə
banklarında təqribən
600 milyard dollara yaxın mənbəyi bilinməyən vəsait qalmaqdadır. Hətta Hitler Almaniyasının,
Kommunist Partiyasının
da ciddi vəsaitləri
həmin banklarda qalıb. Bundan başqa bir
çox şirkətin
və naməlum şəxslərin böyük
məblğədə pulu
İsveçrə banklarındadır.
Sadəcə varis tapılmadığı
üçün pulları
oradan götürən
olmayıb. Varis çıxmayanadək
banklar pulları heç yerə göndərə bilməzlər.
Söhbət ondan gedir ki,
varislərin olması
məhkəmə qərarı
ilə sübut olunduqdan sonra İsveçrə bankları
bütün vəsaiti
geri qaytarırlar. Britaniya banklarında
prosedur bir qədər çətin
olsa da, İsveçrə
banklarından pulu geri almaq mümkündür.
Xatırladım ki, Baltikyanı
ölkələr müstəqil
olduqdan sonra sovet dövründə İsveçrə banklarına
pul qoyan vətəndaşların bir
hissəsi öz pullarını geri ala biliblər. Bunun üçün Azərbaycan
hökuməti də maddi və hüquqi
dəstək verə bilər. İlk növbədə isə varis özü İsveçrə banklarına
rəsmi müraciət
etməli və varisliyini təsdiqləməlidir.
Azərbaycan tərəfi milyonçu
Musa Nağıyevin varisi
ilə bağlı bütün sənədlərin
və arxiv materiallarının toplanmasında
maraqlı olmalıdır
ki, məhkəmə daha tez və
ədalətli qərar
versin. Məhkəmə tərəfindən varislik hüququ tanındıqdan sonra heç bir kod tələb olunmayacaq və əgər əlavə varislər olmadığı
da sübut olunarsa, vəsait həmin şəxsə ödənəcək.
Müraciətin dövlət tərəfindən
edilməsi faydasızdır”.
Ekspert bildirib ki, bir
şəxsin varisliyinin
təsdiqlənməsi presedent
ola bilər:
"Musa Nağıyevdən başqa digər Azərbaycan milyonçularının
İsveçrə banklarında
vəsaitinin olması
barədə məlumatlar
var. Onlar da İsveçrə
məhkəmələrinə müraciət edərək,
öz ailələrindən
qalan pulları geri ala bilərlər. Düzdür, proses bir qədər vaxt tələb edən məsələdir.
Amma buna baxmayaraq, Azərbaycanın İsveçrədəki
səfirliyinin hüquqi
yardımı ilə varislər məsələnin
arxasınca getməlidir”.
İsmayıl
Şərq.-
2018.- 7 iyul.- S.3.