“Gənclik
məktəbsiz yol gedir”
Mübariz
Tağıyev: “Qətiyətlə deyirəm, Azərbaycanda
şou-biznes aləmi yoxdur
Xalq artisti Mübariz Tağıyev son illər Azərbaycan musiqisində hər gün çoxalan bayağı musiqilərdən danışıb. O, bundan narahat olduğunu dilə gətirib. "Azərbaycan musiqisini elə korlayıblar ki kütləvi musiqi zövqsüzlüyü yaranır. Bayağı musiqilərə maraq və tələbat çoxalır.
Azərbaycanda şou-biznes aləmi yaranmayıb. Bunu qətiyyətlə deyirəm. Dağılmış SSRİ-yə baxanda Azərbaycan keçmiş SSRİ ölkələrindən qat-qat yüksəkdədir. Xülasə, mən heç kəsi qınamaq istəmirəm. Amma hazırkı estrada aləmində olan gənclik məktəbsiz yol gedir. Xanəndə aləmi də eyni vəziyyətdədir. Xanəndə müsabiqələrindən çıxan uşaqların əksəriyyəti estrada istiqamətinə yön alır. Bizdə mədəniyyət də düzgün formalaşmayıb. Amerikanın istənilən restoranında müğənnilərin konserti baş tutur, orada oturub müğənnini dinləyirlər. Bizdə isə oturub lüləkabab yeyirlər”. Azərbaycan sənətçiləri ölkədən kənarda niyə tanınmır sualına isə Mübariz Tağıyevin maraqlı cavabı oldu: "Bunun səbəbləri çoxdu. Bu gün Azərbaycanın sərhədlərindən kənara çıxan bir klipimiz var? TOP 10-luq demirəm, heç olmasa, TOP 100-lükdə yer alan klipimiz var? Rəşid, Zeynəb səviyyəsində niyə heç kəs yoxdur? Bax, problemlərin kökündə sadaladıqlarım dayanır. Gənc, istedadlı səslər var. Onlara klip çəkdirmək lazımdır. Bizdə alınmırsa, xaricdə etmək lazımdır. İnanın istedadlı gənclərimiz var, onlara dəstək vermək lazımdır. Mən sizə bir yox, on namizəd göstərərəm. Həm fakturalı, həm də gözəl səsə malik gənclərimiz var. Sadəcə, onlarla işləmək lazımdır”.
Tahirə Məmmədqızı
Şərq.-
2018.- 13 iyul.- S.13.