Azərbaycan güclü ordusuna arxalanır
Hərbi parad Ermənistana və onu müdafiə edən dairələrə
çox ciddi xəbərdarlıq idi
2018-ci ilin birinci
yarısında mühüm
iqtisadi layihələr
reallaşdıran Azərbaycan
öz qüdrətini
hərbi sahədə
də göstərdi. Silahlı Qüvvələrin
100 illiyi ilə bağlı iyunun 26-da keçirilən təntənəli
hərbi parad ordumuzun hərbi potensialını, döyüş
imkanlarını növbəti
dəfə dünyaya
nümayiş etdirdi.
Düşmən Ermənistan başda
olmaqla hər kəsə göstərdik
ki, ordumuz keyfiyyətcə yeni inkişaf mərhələsinə
qədəm qoyub və dünya standartlarına uyğun müasir sistem yaradılıb.
Həmçinin, silah təchizatında ciddi addımlar atılıb. Bir sıra ölkələrin
arzuladığı müasir
silahlar Azərbaycan Ordusunun arsenalına daxil edilib. Paradda nümayiş etdirilən müasir silahlar və texnikalar, hərbi təyyarə və helikopterlərin uçuşu, o cümlədən
2016-cı ilin aprelində
və bu yaxınlarda Naxçıvanın
Günnüt kəndi
ətrafındakı əməliyyatlarda
iştirak etmiş qəhrəman hərbçilərin
parada qatılması Azərbaycanın müstəqilliyinin
qarantlarından biri olan - Silahlı Qüvvələrin uğurlu
fəaliyyət göstərdiyini
bir daha sübut etdi.
Ordumuzun gücü və peşəkarlığı istənilən
an Ermənistan işğalı
altında olan ərazilərimizi azad etmək iqtidarındadır. Cənab
Prezidentin "Azərbaycan
heç vaxt işğalla barışmayacaq
və öz ərazi bütövlüyünü
bərpa edəcək”
fikri Ermənistana və onu müdafiə
edən dairələrə
çox ciddi xəbərdarlıq idi. Şübhə yoxdur ki, Azərbaycan heç bir halda öz
müstəqilliyini və
ərazi bütövlüyünü
müzakirəyə çıxarmaq
fikrində deyil.
Bu istiqamətdə görülən
işlər xalq və cəmiyyət tərəfindən də
dəstəklənir. Bu gün hər bir azərbaycanlı ordumuzla fəxr edir. Ordumuzun son qələbələri bir daha göstərir
ki, Azərbaycanın öz torpaqlarını erməni işğalından
azad edəcəyi gün uzaqda deyil. Ali Baş
Komandan İlham Əliyev paradda Milli Ordumuzun son illərdəki uğurları
ilə bağlı möhtəşəm nitqi
ilə bütün dünyaya mühüm mesajlar ötürdü.
Görünən budur ki, Ermənistan
rəhbərliyi və
cəmiyyəti Azərbaycan
Ordusunun paraddakı hərbi gücündən
elə qorxuya düşüb ki, həmin gündən etibarən erməni mətbuatında paradla bağlı yaranan xofu ifadə edən yazılar və açıqlamalar yer almaqdadır. Prezidentin
paraddakı dərin məzmunlu nitqində səsləndirdiyi bu fikirlər isə erməniləri əməlli-başlı
təşvişə salıb:
"2003-cü ildən bu
günə qədər
hərbi xərclərimiz
15 dəfə artıb.
Son illər ərzində
ən müasir texnika və silahlar alınıb.
Onların arasında yüzlərlə
zirehli texnika, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri,
ən müasir standartlara cavab verən sistemlər, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları,
artilleriya qurğuları,
uzaqmənzilli raketlər
və s. var.
Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından
Azərbaycan dünya miqyasında nadir ölkələrdən
biridir”.
Erməni
əsilli rusiyalı siyasi ekspert, tarixçi Armen Qasparyan "ru.armeniasputnik.am” saytında
yer alan
açıqlamasında Azərbaycan
Prezidentinin paraddakı
çıxışının məhz bu hissələri
ilə bağlı ciddi narahatlığını
gizlədə bilməyib:
"İlham Əliyev
Azərbaycan Ordusunun hərbi potensialından söz açır və hərbi xərclərin 15 dəfə
artdığını vurğulayır. Bu, onun göstəricisidir ki, Azərbaycan problemin sülh yolu ilə həllini
nəzərdə tutmur.
Buna bənzər bəyanatlarla
rəsmi Bakı müharibə üçün
ideoloji əsas yaradır və Qarabağda total bir müharibədən bəhs
edir”.
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov bildirib ki, Ali Baş Komandanın hərbi paradda səsləndirdiyi fikirlər
Ermənistanda şimşək
çaxması effekti
yaradıb:
"Erməni ekspertlər
Prezidentin fikirləri üstündə baş sındırmaqdadır. Rusiyalı ekspert
Armen Qasparyanın yanaşmaları ermənilər
arasında ciddi təlaşın yaşandığının
təsdiqidir. Silahlı
Qüvvələrimizin Ali Baş
Komandanı İlham Əliyevin "Düşmənin
bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli
məntəqələri Azərbaycan
Ordusu tərəfindən
məhv edilə bilər. Bizim bu gün nümayiş etdirdiyimiz silahlar həm Azərbaycan xalqına, həm düşmənə,
həm də bütün dünyaya bunu göstərəcək.
Hesab edirəm
ki, məsələnin
tezliklə danışıqlar
yolu ilə ədalətli həlli qarşı tərəfin
marağında olmalıdır”
fikirləri isə düşmən ölkə
rəhbərliyinin yuxusuna
haram qatıb. Bu vəziyyətdə
Ermənistan rəhbərliyindən
konkret və adekvat mövqe gözləməyin əbəs
olduğuna eyham vuran Qasparyan bütün ümidlərini
beynəlxalq ictimaiyyətə
bağlayır. Sonra isə
məyus halda bu kəlmələri işlədir - "Beynəlxalq
ictimaiyyət də yəqin ki, növbəti dəfə susmağa üstünlük
verəcək. Beləliklə, Azərbaycan Ordusunun gücü qarşısında
düşmən tərəfi
çarəsizlik sindromuna
yoluxub, sabaha ümidini itirib. Düşmən məğlub ovqatın
təsiri altındadır.
İşğala son qoymaq yeganə
çıxış yoludur.
Nicat yalnız bundadır”.
Millət
vəkili Hikmət Babaoğlu da deyib ki, Azərbaycan Ordusunun 100 illiyi münasibətilə təşkil
olunmuş parad, əslində ölkəmizdə
həyata keçirilən
ordu quruçuluğu
işinin necə yüksək səviyyədə
təşkil olunmasının
əyani nümayişi
idi. Deputatın sözlərinə görə,
hər bir azərbaycanlı dərk edir ki, hazırkı
mürəkkəb tarixi
şəraitdə ölkənin
ərazi bütövlüyünün
bərpası məsələsində
arxalana biləcəyimiz
yeganə güc məhz milli ordumuzdur:
"Ona görə
də Ali Baş Komandanımız, Prezident
İlham Əliyev öz çıxışında
bildirdi ki, Azərbaycan işğalla
heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi
bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün
güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik.
Hazırda Ordumuzun belə
güclü olması,
ən müasir silahlarla təhciz edilməsi, döyüş
tapşırıqlarını qüsursuz yerinə yetirə bilməsi hərbi-siyasi reallıqdır.
Bu reallıq bizdə
qürur və fəxarət yaratdığı
kimi işğalçı
Ermənistanda da qorxu və vahimə yaradır”. H.Babaoğlu
bildirib ki, Ali Baş Komandanımızın
nitqindən sonra işğalçı Ermənistan
mətbuatı bu çıxışda səsləndirilən
hər bir fikri ayrı-ayrılıqda
təhlil etməyə
başladı: "Ancaq
düşmənin məsələyə
münasibəti reallığı
dəyişmir. Azərbaycan ordusu
bir-birinin ardınca elə qələbələrə
imza atır ki, bu ciddi
uğurlar problemin həllində yeni mərhələ yaradacaq keyfiyyət dəyişiklikləri
formalaşdırır. Aprel döyüşləri ilə
başlayan bu yeni mərhələ Günnüt kəndinin və ətraf yüksəkliklərin işğaldan
azad edilməsi ilə davam edir.
Biz addım-addım məqsədlərimizə
doğru irəliləyirik”. Baş redaktor əlavə edib ki, paradda
nümayiş etdirilən,
yaxud etdirilməyən
silah-sursatlarımız hazırkı
vəziyyətdə Azərbaycanın
üstünlüyünü diqtə edən əsas amillərdir: "Ölkəmizin iqtisadi inkişafı, öz hərbi texniki tələbatını ödəmək
üçün yaratdığı
hərbi sənaye müəssisələri, bu
müəssisələrdə 1200 adda müxtəlif təyinatlı silahların
istehsal edilməsi ordumuzun nə qədər güclü olduğunu bir daha sübut edir. Regionumuzda və dünyada
beynəlxalq hərbi-siyasi
şərtlər də
uyğun olan kimi Azərbaycan ordusu bircə həmlədə ərazi
bütövlüyümüzü bərpa edəcək.
Şübhəsiz ki, paralel olaraq Azərbaycan diplomatiyası və xarici siyasət institutları da bu şərtlərin lehimizə
olması üçün
lazımi işlər
həyata keçirməkdə
davam edir”.
Sabiq dövlət müşaviri,
politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycan Milli Ordusunun 100 illiyi ilə bağlı Bakıda keçirilən Hərbi Parad təkcə Ermənistan yox, ümumiyyətlə, Azərbaycana
qarşı qərəzli
mövqedə dayanan və Dağlıq Qarabağ problemi ilə bağlı ikili mövqe, standartlardan istifadə edən bütün ölkələrdə ciddi
dönüşə səbəb
olacaq. Amma bizim üçün ən vacibi danışıqlar prosesi
və onun necə gedəcəyidir:
"Əgər sülh
danışıqları bir
nəticə verməsə,
məsələni fərqli
müstəvidə həll
edə bilərik. Ermənistanın baş naziri Nikol Paşinyan rejimi də bunun fərqindədir.
İndi Ermənistanda bəzi
politoloqların şərhlərində
dəyişikliklər hiss olunur.
Bu gün Ermənistanın
müharibə etməyə
nə həvəsi, nə də potensialı var. Amma Azərbaycan 20 faiz ərazisini nəyin bahasına olursa-olsun azad etmək gücündədir. Təbii ki,
bunu ortaya qoyan siyasi iradə
də var. Azərbaycan
Prezidenti İlham Əliyev hərbi paradda bunu qətiyyətlə
bildirdi. Hərbi Parad
çox şeyə nöqtə qoydu”.
İsmayıl
Şərq.-
2018.- 29 iyun.- S.3.